Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə24/44
tarix08.10.2017
ölçüsü1,04 Mb.
#3655
1   ...   20   21   22   23   24   25   26   27   ...   44

Mən ümummilli liderimiz Heydər Әliye vin

1993–2003‐cü illərdəki rəhbərliyi dövründə

özü üçün müəyyənləşdirdiyi prioritetləri sub‐

yektiv olaraq belə sistemləşdirərdim: ölkədə

möhkəm sabitlik yaratmaq, atəşkəsə nail

olmaq, ordu quruculuğunu təmin etmək, neft

sektoruna xarici investisiya qoyuluşunu

stimullaşdırmaq, ölkənin beynəlxalq aləmdə

nüfuzunu qaldırmaq, sənayedə və kənd

təsərrüfatında özəl sektorun inkişafına şərait

yaratmaq, itirilmiş torpaqların qaytarılması

üçün sülh danışıqlarının səmərəliliyini artır ‐

maq. Bu prioritetləri uğurla həyata keçirməklə

Heydər Әliyev digər prioritetlərin də yaran ‐

masına və ardıcıl həllinə şərait yaratmışdır.

Qurban qanunu

Lider geri çəkilməyi bacarmalıdır ki, sonra

irəli getsin. İndi çoxları vəzifə pillələri ilə

yuxarı qalxmaq istəyir, çünki onlar belə hesab

edirlər ki, yuxarıda onları azadlıq və hakimiy ‐

yət gözləyir. Belələri başa düşmürlər ki, lider‐

liyin həqiqi təbiəti qurban verməkdir. Qurban

liderliyin daimi elementidir. O, arasıkəsilməz

proses olub birdəfəlik ödəniş deyil.

Məşğuliyyətdən asılı olmayaraq hər bir

lider geri çəkilir ki, sonra irəli getsin. İstənilən

liderlə söhbət etsəniz, görərsiniz ki, onlar

çoxlu sayda qurban vermişlər. Adətən, hansısa

lider nə qədər yüksəyə qalxırsa, bir о qədər

böyük qurbanlar verir. Ağıllı liderlər çox şeyi

qurban verirlər ki, özlərini əhəmiyyətli saydıq ‐

ları işə həsr etsinlər. Qurban qanunu məhz

bundan ibarətdir.

Әgər lider irəli getmək üçün geri çəkilməli

olursa, nəticədə, o, yüksəyə qalxdıqdan sonra

orada qalmaq üçün daha çox qurban verməli

olur.


Vaxtlı‐vaxtında olmaq qanunu

İnsanları nə vaxt öz ardınca aparmağı

bilmək də nə etməyi və hara getməyi bilmək

qədər vacibdir.

Lord Çesterfild yazırdı: «Bu gün edə

biləcəyin işi heç vaxt sabaha saxlama».

İnsanın öz fəaliyyətini sabaha saxlama ‐

masını tələb edən çox səbəblər ola bilər. Prob‐

lem yaranan kimi onu tezliklə həll etmədikdə

o, ciddiləşə və mürəkkəbləşə bilər. Xırda

çətinliklər tezliklə və pozitiv həll edildikdə çox

böyük çətinliklərə çevrilmir. Məsələn, bə 

dəndə əmələ gələn hər hansı bir kəsik həmin



anda təmizlənib dərmanlandıqda tezliklə

bitişir. Amma ona fikir vermədikdə, çirklən ‐

məsinin qarşısını almadıqda ona infeksiya

düşə bilər və ciddi tibbi müdaxilə lazım gələr.

Beləliklə, xırda xoşagəlməzlik ciddi problemə

çevrilə bilər.

Hər birimiz böyük məqsədə tədricən,

addım‐addım gedirik. Hər dəfə növbəti addımı

gələcəyə saxlamaqla irəli hərəkət dayanır,

məqsəd bir az da geri çəkilir. Lord Çesterfildin

məsləhətinə qulaq asaraq bu gün görə

biləcəklərimizi sabaha saxlamasaq, nizamlı,

harmonik və inamlı hərəkətlə öz qarşımıza

qoyduğumuz məqsədə çata bilərik.

Henri Lonqfellonun dediyi kimi: «Lən 

gimə, qızıl anlar uçur!»



Lider hər dəfə hansısa addımı atanda real

olaraq yalnız dörd vəziyyət mövcud olur ki,

onlar da aşağıdakı nəticələrə gətirir.

Vaxtında olmayan və düzgün olmayan

hərəkət fəlakətə aparır.

Zamanı düzgün seçilməyən doğru fəaliy ‐

yət müqavimətə səbəb olur. 

Nə etməyin vacibliyini müəyyənləşdirmək

başqa, nə vaxt etməyi başa düşmək isə baş ‐

qadır. Vaxtında icra olunan, amma düzgün ol‐

mayan fəaliyyət səhvdir.

Vaxtında və doğru olan fəaliyyət uğura

aparır.

Liderlər vaxtında və doğru qərar çıxar ‐



dıqda, uğur qaçılmazdır. Bu halda, adamlar,

prinsiplər və proseslər birləşərək vəziyyətə

ağlasığmaz fayda gətirir. Bu zaman əldə

edilən uğur təkcə liderin özünə yox, onun

ardıcıllarına, bütövlükdə təşkilata müsbət təsir

göstərir.

Ümummilli liderimiz Heydər Әliyevin

vaxtında və düzgün fəaliyyətinə aid bir neçə

məqamı xatırlayın:

49

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 1 (05) 2014




– 1994‐cü ilin mayında atəşkəs sazişi;

– 1994‐cü ilin sentyabrında «Әsrin müqa ‐

viləsi»nin imzalanması;

– 1999‐cu il noyabrın 18‐də Bakı–Tbilisi–

Ceyhan neft kəmərinin çəkilməsinə dair

sazişin imzalanması.

Hər üç fəaliyyət düzgün və vaxtında

olduğundan həm Heydər Әliyevin, həm də

onun rəhbərlik etdiyi ölkənin beynəlxalq

aləmdə nüfuzunun daha da yüksəlməsinə,

ölkənin iqtisadiyyatının inkişafına səbəb oldu.

Sıçrayışlı inkişaf qanunu

İnkişafı, sadəcə, gücləndirmək üçün

arxanızca ardıcılları aparın, onu bir neçə dəfə

çoxaltmaq üçün isə liderləri.

İstənilən lider sıçrayışlı inkişaf qanununu

praktikada tətbiq etdikdə ardıcılların riyaziy ‐

ya tından liderlərin riyaziyyatına keçir.

Ardıcıllarını və həmfikirlərini yetişdirən

lider hər dəfə öz təşkilatının yalnız bir adam

qədər inkişafını təmin edir. Amma liderlər

yetişdirən liderlər inkişaf sürətini bir neçə dəfə

artırırlar. Ona görə ki, onun yetişdirdiyi lider ‐

lər öz sıralarına həmin liderin ardıcıllarını da

cəlb edirlər. Təşkilatınıza on ardıcıl əlavə edin,

məhz bu on nəfərin gücü və imkanı sizin

ixtiyarınızda olacaqdır. Öz idarənizə on lider

cəlb etdikdə, onların ardıcıllarının da güc və

imkanlarından istifadə etmək imkanı

qazanacaqsınız. Burada üstəgəllə vurma

arasındakı fərq kimi fərq var.

Siz nə qədər yaxşı liderlər yetişdirirsinizsə,

onların keyfiyyəti və miqdarı nə qədər

yüksəkdirsə, sizin ardıcıllarınız da bir о qədər

çox olacaqdır.

Başqa liderləri yetişdirən lider olmaq üçün

ardıcılları yetişdirən liderlikdən fərqli olaraq

psixoloji məqsəd olmalıdır.

Azərbaycanın son 30 illik tarixinə fikrən

səyahət etsəniz, öz liderlik məharəti ilə

dünyanı heyran edən, başladığı istənilən işi

uğurla sona çatdıran ümummilli liderimiz

Heydər Әliyevin uğurlarının əsas səbəblə ‐

rindən biri kimi ardıcılların yox, liderlərin

yetişdirilməsini görərsiniz. Bu gün ölkəmizdə

istənilən sferada əsl liderlər kifayət qədərdir.

Bu liderlər Heydər Әliyev liderlik məktəbinin

«məzunları»dır. Mübaliğəsiz demək olar ki,

sıçrayışlı inkişaf qanunu Heydər Әliyev

liderliyində özünün ən ali qiymətinə malik idi.

Məhz ona görə də bu gün ölkəmiz

inkişafdadır, beynəlxalq nüfuzu artmaqdadır,

onun kifayət qədər siyasi mü əfiqləri var.

Xalq isə öz dövlətinə inanır, onun bütün

qərarlarını dəstəkləyir.



Varislik qanunu

Liderin dəyişməz qiyməti varisliklə

qiymətləndirilir. Нər bir lider о vaxt yüksək

qiymətləndirilir ki, о, rəhbərlik etdiyi kollek‐

tivi, cəmiyyəti, dövləti idarə edə biləcək

liderlər yetişdirir. Belə olan halda liderin

yoxluğu komandanı çıxılmaz vəziyyətə salmır

və hə a dağılmağa qoymur. Çünki birinci lide ‐

rin yetişdirdiyi liderlərdən biri onu layiqincə

əvəz edə bilir.

Con Maksvell belə hesab edir ki, üçüncü

yol da mövcuddur. Siz liderliyinizi öz

varisinizə verirsiniz. Varislik qanununu prak‐

tikada tətbiq edən liderlərə az rast gəlinir.

Təşki 

latlarında varislik ruhu miras qoyan



liderlər üçün aşağıdakılar xasdır:

1. Belə liderlər təşkilatı uzaq məqsədlərlə

irəliyə aparırlar.

Deməli, hər kəs elə edə bilər ki, qısa zaman

içərisində təşkilat inkişaf edə bilsin. Özündən

sonra həqiqi irs qoyan liderlər tamamilə başqa

yanaşmadan istifadə edirlər. Onlar təkcə bu

günün yox, sabahın haqqında da düşünərək

kollektivlərini irəliyə aparırlar. Qoysueta

məhz belə etmişdir. Qoysueta firmanın rəhbər ‐

liyində о vaxta qədər qalmağı planlaşdırmadı

ki, əvvəlki kimi səmərəli işləyə bilsin, amma

buna baxmayaraq, özünə varis hazırlamışdı.

Firmanın və aksionerlərin maraqları onun

üçün hər şeydən üstün idi.

2. Belə liderlər liderlik mədəniyyəti yara ‐

dır lar.

Kifayət qədər stabil kompaniyaların təşki ‐

lati strukturlarında hər bir səviyyədə güclü

liderlər olur. Bunun inkişafı üçün yeganə yol



50

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 1 (05) 2014




Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə