Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə21/44
tarix08.10.2017
ölçüsü1,04 Mb.
#3655
1   ...   17   18   19   20   21   22   23   24   ...   44

havasını duymaq məharəti çox güclü idi.

Heydər Әliyev həmişə insanlarla təmas yara ‐

dır, onlarla ünsiyyətdə olur, xüsusən də

mətbuat nümayəndələri ilə isti münasibətlər

qururdu. Ölümündən sonra bu böyük insanın

həyatının və işinin geniş kütlələrə məlum ol‐

mayan bəzi məqamları televiziya ekranlarında

açıqlandı. ANS kanalında jurnalistlərlə bağlı

bir maraqlı süjet göstərildi. Heydər Әliyev

Türkiyədə səfərdə olarkən İstanbulda tanın ‐

mış bir siyasi xadimi qəbul etməyə hazır ‐

laşırmış və qonaq üzrlü səbəbdən protokolda

nəzərdə tutulmuş vaxtdan yarım saat gec

gələsi olur. Ekranda həmin məqamı göstə ‐

rirdilər. Prezident qeyd etdi ki, yarım saat nə

edəcəyimi fikirləşdim və kömək 

çilərimə

dedim ki, jurnalistləri çağırın, onlarla söh ‐

bətim var. O, jurnalistlərlə siyasət, iqtisadiyyat

və s. məsələlərdən danışmadı, sadəcə, onlarla

zarafat etməyə başladı. Səhərlər işə gəl 

məzdən əvvəl nə etdiklərini, nə yediklərini



soruşdu. Çox müxtəlif cavablar verildi və

həddən artıq isti münasibətlər yarandı. Nə

qədər səmimi bir səhnə idi! Bunu ölkə başçısı,

qüdrətli bir insan yaratmışdı! Bu səhnə sanki

prezidentin jurnalistlərlə yox, bir dünya‐

görmüş el ağsaqqalının öz nəvələri ilə meh ‐

riban görüş səhnəsi idi! 

Dahi liderlər həm ayrı‐ayrı fərdlərlə, həm

də böyük dinləyicilər qrupu ilə sıx əlaqə yarat‐

maq qabiliyyətinə malik olurlar.

Әtrafdakılarla əlaqə yaratmaq işində əsas

odur ki, hə a ayrı‐ayrı adamlara da müraciət

etməlisiniz. Kifayət qədər inkişaf etmiş elə

liderlər olur ki, onlar yalnız qarşısında böyük

auditoriyanı, yəni həmin məkanda olan insan

toplusunu bütöv görür. Bu cür liderlər min ‐

lərlə insanın qarşısında çıxış edərkən də onla ‐

rın hər birini ayrıca şəxsiyyət kimi görür.

Çoxları geniş auditoriyada çıxışının uğurlu və

ya uğursuz olmasının əsas səbəbini tapa

bilmir. Bunun sirri çox sadədir. Dahi liderlər

minlərlə insanla kütlə kimi danışmağa cəhd

etmirlər. Onlar öz fikirlərini sanki bir adamla

danışmağa cəmləşdirirlər. Bu, insanlarla əlaqə

yaratmağın yeganə yoludur.

Yaxın ətraf qanunu

Hər bir liderin potensialı onunla sıx əla ‐

qədə olan insanlarla təyin olunur. Әgər ətraf ‐

dakılar güclü ruh yüksəkliyinə malik dirlərsə,

onda həmin lider bütün təşkilata güclü təsir

edir. Әgər onlar zəifdirlərsə, lider heç nə edə

bilməz. Bu da yaxın ətraf qanunu ilə əlaqə ‐

dardır.


Təbiətən lider olan və ciddi çalışmalar nəti ‐

cəsində liderlik zirvəsinə ucalanların uğur ‐

larının əsas səbəblərindən biri də onların yaxın

ətraf qanununu nəzərə almalarıdır. Bu baxım ‐

dan ümummilli liderimiz Heydər Әliyevin iş

təcrübəsi çox gözəl nümunədir. О bütün

rəhbərliyi dövründə ən yüksək dövlət vəzi ‐

fələrindən tutmuş kiçik müəssisələrin müdir ‐

lərinə qədər hər bir rəhbər işçinin əsl lider

kimi yetişməsinə, onların ətrafında işgüzar ‐

ların olmasına ciddi tələbkarlıq göstərirdi. Son

on ildə Azərbaycanın xarici siyasətdə, iqti‐

sadiyyatda və s. sahələrdəki uğurları Heydər

Әliyev liderliyi üçün yaxın ətraf qanununun

əsas olmasını şərtləndirən amillərdən, bəlkə

də, ən birincisidir. Məhz yüksək peşəkarlıq və

idarəçilik məharəti ilə təşkil olunmuş yaxın

ətraf, yəni bütün dövlət strukturları, hə a

mərhum prezidentimiz Heydər Әliyevin

ölkədə olmadığı 7 ay ərzində də öz işlərinin

öhdəsindən layiqincə gəldilər, dövlətçiliyi

qoruyub saxladılar, ölkədə sabitliyi və onun

beynəlxalq nüfuzunun daha da artmasını

təmin etdilər, iqtisadiyyatın ritmik işini təşkil

etdilər, ən əsası isə respublikamızda prezident

seçkisinin dünyanın qəbul etdiyi səviyyədə

keçirilməsinə nail oldular. Dövlətin bütün

strukturlarında çalışan liderlərin hamısının

adını sadalamaq mümkün deyil. Və mən heç

kəsi bir‐birindən ayırmadan, sadəcə, qeyd

etmək istəyirəm ki, dünyaşöhrətli lider

Heydər Әliyevin böyük ustalıqla yaratdığı

dövlət mexanizmi öz funksiyasını ona görə

zərgər dəqiqliyi ilə yerinə yetirdi ki, o, yaxın

ətraf qanununun tələblərinə uyğun işləyən

dövlət strukturu yaratmışdır. İndi bu struktur

fəaliyyətini uğurla davam etdirir və burada

Heydər Әliyev liderlik məktəbinin ənənələri

öz rolunu oynamaqdadır.

43

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 1 (05) 2014




Kim öz kollektivində bu prinsipə riayət

edirsə, o, mütləq uğur qazanacaqdır.

İmkan yarandıqda lider işçilərinin vəzifə ‐

sini yüksəltməklə öz ətrafının qayğısına qal ‐

ma lıdır. Hesab edirəm ki, lider yaxın ətrafını

aşağıdakı insanlarla zənginləşdir məlidir:

1. Hər bir lider öz‐özünü təkmilləşdirməyi

bacarmalıdır. Həmişə yüksək potensiallı

adamları axtarın.

2. 


Başqalarını daha yüksək səviyyəyə

qaldıra bilən və təşkilatda (kollektivdə)

mənəvi ruh yüksəkliyi yaradanların

əvəzi olmur. Onlar liderin yaxın ətrafı

üçün həmişə böyük sərvətdir.

3. Başqalarını ucalda bilənlər sizin yaxın

ətrafınız üçün olduqca qiymətli adamlar

ola bilərlər.

4. Öz yaxın ətrafınız üçün elə adamlar

axtarın ki, onlar sizin daha da

yüksəlməyinizə kömək edə bilsinlər.

5. İstənilən lider üçün о adamlar daha

qiymətlidirlər ki, onlar digər liderləri

yüksəltmək imkanına malikdirlər.

Lider yaxın ətrafını yaradarkən çətin ol‐

mayan bir neçə təklifi mütləq nəzərə almalıdır:

1. 

Müxtəlif maraqları olan insanlarla



ünsiyyətdə olun. Ünsiyyət dairəsini

kiçik bir qrupla məhdudlaşdırsanız,

həyatınız cansıxıcı və kədərli olar. Yeni

dostlar tapın, yeni təşkilatlara daxil olun,

özünüzün ünsiyyət dairənizi genişlən ‐

dirin. Ünsiyyətdə müxtəliflik həyatı daha

parlaq, dünyagörüşünü daha geniş və

əhatəli edir. Müxtəliflik ağıl üçün yaxşı

pəhrizdir.

2. Çalışın ki, dostlarınız arasında baxışları

ilə sizdən fərqlənənlər də olsun. Müasir

dövrdə dar düşüncəli adamların böyük

gələcəyi ola bilməz. Sizdən fərqli baxış ‐

ları olan insanlarla ünsiyyətdə olun.

3. Xırdaçılıqdan uzaq olanlarla dostluq

edin. Evinizin sahəsi, məişət texni ka nız,

əşyalarınız, yaxud sizdə olmayan pred ‐

metlərlə daha çox maraqlanan, amma

ideyalarınıza məhəl qoymayan adam ‐

larla ünsiyyətin çox şey verib‐vermə ‐

yəcəyi haqda düşünün. Psixoloji ətrafı ‐

nızı neqativliklərdən qoruyun, pozitiv

düşünən, uğurlarınıza sevinən insan‐

larla dostluq edin. Planlarınızın həyata

keçməsində sizə kömək etməyə və sizi

ruhlandırmağa hazır olan dostlar tapın.

Әgər yaxın dostlarınız ara sında xırda ‐

çılıq edən adamlar varsa, siz də tədricən

xırdaçılığa yol verməyə məh kum sunuz.

Yaxın ətrafınıza həmişə diqqət edin. Onu

sizin üçün  işləməyə məcbur edin. Yalnız

neqa tiv düşünənlərin sizi məğlubiyyətə istiqa ‐

mətləndirməsinə yol verməyin.

Sizə badalaq vurmaq istəyən paxılların

uğursuzluğunuza sevinməsinə imkan vermə yin.

Yalnız uğur qazanan insanlardan məsləhət

alın. Uğursuz məsləhətçiləri dinləyərək

gələcəyinizi təhlükə altına qoymayın.

Qaynar həyat yaşayın. Yeni adamlarla

görüşün, sizə stimul verən yeni mövzuları on‐

larla müzakirə edin.

Әtrafınızı ağılı zəhərləyən qeybətlərdən

təmizləyin. İnsanlar haqqında danışarkən

ancaq yaxşı danışın.

Həmişə ən yaxşısını götürün. Siz özünüzə

«ikinci növ» həyat arzu etməzsiniz.

Belə bir qayda var: uğur başqa adamların

köməyi olmadan qazanılmaz. Buna riayət

etmədən uğur qazanmaq mümkün deyil.

Şöbə müdiri onun tapşırıqlarını yerinə yeti ‐

rən əməkdaşlardan asılıdır. Әgər tapşırıqlar

yerinə yetirilmirsə, firmanın rəhbəri əmək 

daşları yox, rəhbəri işdən azad edir.



Fakültənin dekanı birbaşa tədris proqra ‐

mını həyata keçirən müəllimlərdən və müha ‐

zirəçidən asılıdır.

Siyasətçi seçicilərdən, yazıçı oxuculardan,

satıcı alıcılardan asılıdır. Әgər heç kim

satıcının malını almırsa, o, əbəs yerə çalışır.

Tarixdə elə zamanlar olub ki, kimsə

hakimiyyəti zorla alıb və zorla (və ya güc

qorxusu ilə) saxlayıb. Həmin dövrlərdə insan‐

lara ya «lider»lə əməkdaşlığa getmək, ya da,

sözün əsl mənasında, başını risk altında qoy‐

maq qalırdı.



44

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 1 (05) 2014




Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə