Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə18/44
tarix08.10.2017
ölçüsü1,04 Mb.
#3655
1   ...   14   15   16   17   18   19   20   21   ...   44

fuzunu azalda, siyasi təklənməsinə səbəb ola

bilər.


Dünyaya yüksək liderlik qabiliyyəti ilə

gələn, hər an çalışmaqla liderlik qabiliyyətini

daha da yüksəldən, hamının gördüyündən

uzağı görən, hamının gördüyündən çox görən,

başqalarına nəzərən daha öncə hiss edən,

dünya liderləri sırasında ən yüksək zirvədə

duran Heydər Әliyev 1969‐cu ildə Azərbay ‐

canda hakimiyyətə gəldi və qısa müddətdə

ölkənin təhsilini, elmini, mədəniyyətini, səna ‐

yesini, kənd təsərrüfatını inkişaf etdirdi. O,

Azərbaycanın qədim tarixini olduğu kimi dün ‐

yaya çatdırmaqla öz xalqının ululuğunu, onun

böyük inkişaf yolu keçdiyini sübut etdi,

dünyaya onlarca dahi verdiyini bəyan etməklə

bütün dünyanı öz xalqına hörmət etməyə, ona

ehtiramla yanaşmağa məcbur etdi. Lakin

Heydər Әliyev Moskvaya – SSRİ‐nin rəh bər ‐

liyinə dəvət olunduqdan sonra onun yerinə

təyin edilən insanların liderlik səviyyəsi bir

şəhərə rəhbərliyə belə yetərli olmadığından

ölkədə tənəzzül dövrü başladı. 1992–1993‐cü

illərdə bu tənəzzül kulminasiya nöqtəsinə

çatdı. Ölkədə xaos, anarxiya, özbaşınalıq, keç ‐

mişə hörmətsizlik yüksək həddə çatdı, Azər ‐

baycan cəngəllik qanunları ilə idarə olunmağa

düçar oldu. Ölkənin məhv olmaq təhlükəsi

yarandı. Torpaqlarımızın 20%‐ə qədəri düşmən

əlinə keçdi, qaçqınların və məcburi köçkün ‐

lərin sayı bir milyona çatdı.

Ölkənin əvvəllər mövcud olan nüfuzu ən

aşağı həddə düşdü.

Praktiki olaraq sənaye və kənd təsərrüfatı

sektorları dağıdıldı, istehsalın səviyyəsi aşağı

düşdü, aclıq təhlükəsi yarandı. Azərbaycan

dünyanın siyasi səhnəsində təkləndi.

Ölkəni ölüm məngənəsindən çıxarmaq üçün

güclü, dünyanın qəbul edəcəyi yeni lider

lazım idi. Bu lider dünyanın siyasi tarixini

yaxşı bilməli, böyük təcrübəyə və yüksək şəxsi

nüfuza malik olmalı idi. Bu parametrlər yalnız

bir şəxsiyyətdə var idi. O, Heydər Әliyev idi.

Bəli, xalqın ümid yeri yalnız О idi. Və xalq onu

yenidən hakimiyyətə dəvət etdi. О qayıtdı,

xalqını, dövlətini məhv olmaqdan xilas etdi.

On il ərzində həm ölkəsini, həm də millətini

ucaltdı, ölkənin elmi, mədəni, iqtisadi, hərbi

inkişafını təmin etdi, ona yüksək siyasi nüfuz

qazandırdı.

Heydər Әliyev genetik olaraq ən yüksək

liderlik potensialı ilə dünyaya gəlmişdi və

yuxarıda qeyd olunan qanunların hamısına

uyğun olaraq öz liderlik keyfiyyətlərini ən

yüksək səviyyədə yarada bilmişdi.

Təsir qanunu

Әgər insan təsir etmək qabiliyyətinə malik

deyilsə, o, başqalarını ardınca apara bilməz.

Liderin təsir gücü yüksək olduqca onun lider

kimi uğurları da, ardıcıllarının sayı da çoxalır. 

Dünyanın liderlik zirvəsində olanlar ara ‐

sında Azərbaycana 30 ildən çox müddətdə

rəhbərlik etmiş, onu yüksək inkişaf səviy ‐

yəsinə qaldırmış ümummilli liderimiz Heydər

Әliyevin xüsusi yeri var. Onun lider kimi

cəmiyyətə və dünyaya təsiri olduqca güclü idi.

Heydər Әliyev xalqının, ölkəsinin, dünyanın

tarixini çox gözəl bilirdi. O bilirdi ki, hər bir

xalq kimi, Azərbaycan xalqı da öz tarixi keç ‐

mişini, mədəniyyətini çox sevir. Lakin artıq

XX əsrin 60‐cı illərində bu sahədə ciddi

unutqanlıq, yaddaşdan silinmə var idi. Məhz

bunu nəzərə alan Heydər Әliyev 1969‐cu ildə

respublikaya rəhbərliyə gələn kimi qədim

milli dəyərlərimizi, mədəniyyətimizi, incəsə ‐

nə timizi, tariximizi özümüzə qaytarmaq sahə ‐

sində ciddi addımlar atdı. Nizamini, Nəsi mini,

Xətaini özümüzə qaytardı, Dədə Qorqudu‐

muzu layiq olduğu müdriklik zirvəsinə

qaldırdı, dünyaşöhrətli alimlərin, bəstəkarla ‐

rın, sənətkarların yetişməsi üçün əvvəllər ol‐

mayan şərait yaratdı. Bu, xalqın keçmişi ilə

bağlı hislərinin oyanmasına səbəb olan ən

güclü təsir idi.

Heydər Әliyev iri sənaye kompleksləri

yaratmaqla, kənd təsərrüfatını aqrar‐sənaye

kompleksinə çevirməklə bütün ölkənin sinxron

inkişafını istiqamətləndirdi.

Hələ keçən əsrin 70‐ci illərində rüşvət ‐

xorluğa amansız mübarizə elan etməklə gənc ‐

liyin əqidəsinə müsbət təsir etdi, onları əda lətli

olmaq ruhunda tərbiyələndirdi, hər kəsi

37

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 1 (05) 2014




yaşayıb‐yaratmağa həvəsləndirdi. Minlərlə

istedadlı gənci aparıcı dövlətlərin qabaqcıl elm

və təhsil ocaqlarına oxumağa göndərməklə

Vətənimizi ixtisaslı kadrlarla təmin etmək işini

uğurla təşkil etdi, bununla həm də bu

ölkələrdə Azərbaycanın ziyalı lobbisinin

formalaşması işini həll etmiş oldu. Bu isə

həmin ölkələrin Azərbaycana olan siyasətinə

də müsbət təsir göstərdi.

Heydər Әliyevin dünyanın ən fövqəl

dövlətlərindən biri olan SSRİ‐nin rəhbərliyinə

irəli çəkilməsi də onun lider kimi güclü təsir

qabiliyyətinə malik olması ilə bağlı idi. O,

SSRİ Nazirlər Soveti sədrinin müavini kimi

nəqliyyat, təhsil, səhiyyə problemlərinin

həllinə rəhbərlik edirdi. Xarici siyasətin Şərq

ölkələrinə aid hissəsi də Heydər Әliyevin

kurasiyasında idi. Heydər Әliyev öz güclü

təsir qabiliyyəti ilə rəhbərlik etdiyi sahələrin

yüksək inkişafına şərait yaratdı. Onun iş üs‐

lubu tabeliyində olanlar tərəfindən birmənalı

qəbul olunurdu.

Məhz Heydər Әliyevin lider kimi çox

güclü təsirini bilən Qorbaçov ondan xofla ‐

nırdı, qorxurdu, onun yanında öz cılızlığını

hiss edirdi. Odur ki, hər vəchlə onu hakimiy ‐

yətdən uzaqlaşdırmağa çalışırdı. Lakin Siyasi

Büro tarixində Heydər Әliyev ilk şəxsiyyət idi

ki, sovet siyasi maşını onu sındıra, əyə, məhv

edə bilmədi. Çünki o, hələ 30 il öncə olduqca

güclü təsir qabiliyyəti ilə milyonların sevgisini

qazanmışdı, onların qəlbində özünə əbədi

məskən salmışdı.

Bu böyük təsir gücü 1993‐cü ildə onu

yenidən hakimiyyətə gətirdi. Heydər Әliyev

1994‐cü ildə atəşkəs haqqında müqavilə

bağlamaqla ölkəni siyasi, iqtisadi və hərbi

böhrandan qurtardı, dünyanın Azərbaycana

qarşı olan siyasətinə təsir edərək ölkəmizi

hərbi təcavüzdən, siyasi təklənmədən xilas

etdi.

Müdrik, uzaqgörən dövlət xadimi Heydər



Әliyev 1994‐cü il sentyabrın 20‐də «Әsrin

müqaviləsi»ni imzalamaqla dünyanın neft

siyasətinə çox güclü təsir etdi və bu siyasət

birmənalı şəkildə Xəzər regionuna istiqamət ‐

ləndi. Bu, Azərbaycanı siyasi təklənmədən və

hərbi təcavüzdən xilas etdi. Bakı–Tbilisi–Cey‐

han neft kəmərinin çəkilməsi haqqında

müqaviləni bağlamaqla isə Heydər Әliyev

təkcə Azərbaycanın yox, Gürcüstan və Türki ‐

yənin də həm iqtisadi inkişafına zəmin yaratdı,

həm də hərbi təhlükəsizliyi təmin etdi. Bu,

həmçinin Gürcüstanda yaşayan yüz minlərlə

soydaşımızın gələcək firavan həyatının qarantı

idi. İndi həmin kəmər, haqlı olaraq, böyük

öndərin adını daşıyır.

Heydər Әliyevin qlobal siyasətə bu

uzaqgörən təsiri bütün Qafqaza aid dünya

siyasətinin dəyişməsinə səbəb oldu.

Qədim İpək yolunun bərpası ideyasının

irəli sürülməsi və həyata keçirilməsi işinin

təşkili sahəsində Heydər Әliyev şəxsiyyətinin

rolu regional yox, dünyəvi xarakter daşıyır.

Böyük İpək yolu ilə əlaqələnən otuzdan çox

dövlətin müasir inkişafında bu yolun

müstəsna rolu Heydər Әliyevin adı ilə

bağlanmalıdır.

Heydər Әliyev Allaha inamı, dinə ehtiramı

ilə də insanların şüuruna müsbət təsir edərək

onları cəhalətə, avamlığa, nadanlığa yox,

elmə, həqiqətə söykənən dinə və dünyanın



38

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 1 (05) 2014




Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə