Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə15/44
tarix08.10.2017
ölçüsü1,04 Mb.
#3655
1   ...   11   12   13   14   15   16   17   18   ...   44

edir. Müasir texniki kommunikasiya vasitələri

milyonlarla insanlara informasiyanı əvvəllər

görünməmiş həcmdə ötürməklə, onların həyat ‐

la rının bütün sahələrinə əhəmiyyətli dərəcədə

təsir edir, davranış nümunələri diktə edir, icti‐

mai rəyi formalaşdırır və əks etdirir. Bunlar

mədəniyyətlərarası ünsiyyətin vasitə sinə çevri ‐

lir lər, lakin eyni zamanda məhz onlar milli

identikliyin imkanlarını aşağı salır, mədəni müx ‐

təlifliyi yox edir, mədəniy yət daxili kodu (nü ‐

vəni) silirlər.

Beləliklə, məsələn, əgər yüksək siyasət

səviyyəsində mədəniyyətlərarası dialoq beynəl ‐

xalq arenada potensial konfliktlərin qabağının

alınmasında vasitə kimi nəzərdən keçirilirsə,

adi «şəbəkəçi» səviyyəsində dialoq məhz mədə ‐

niy yətlərarası  əlaqə kimi çətinləşir. Bu əlaqə nin

reallaşmasında mədəni və idraki potensialın

səfərbər edilməsi, tolerantlıq, çoxdillilik və ən

başlıcası, Digərini Digəri kimi anlamaq üçün

mental hazırlığın olması vacibdir. Çünki digər

mədəniyyətin mahiyyətini anlamaq, varlığın

etik və humanistik əsaslarına insanın cəhdinin

məhz mədəniyyətin şərtləndirdiyini dərk

etməklə mümkündür.

Azər Mustafayev (AMEA Fəlsəfə, Sosio ‐

logiya və Hüquq İnstitutu, Sosial fəlsəfə şöbə ‐

sinin müdiri).

Son illərdə Azərbaycanda və digər MDB

ölkələrində müntəzəm olaraq mədəniyyətin

müxtəlif aspektlərinin inkişafına həsr olunmuş

çoxlu sayda tədbirlər həyata keçirilir. Bu sahədə

Beynəlxalq ekspertlərin və ümum 

dünya

səviyyəsində tanınan alimlərin iştirakı ilə



görülən böyük işlər ən yüksək qiymətə layiq ‐

dir. Lakin mədəniyyətlərarası əla qələrdə və

mədəniyyətlərin dialoqu sahə sində əldə edilən

müvəffəqiyyətlərə və nailiy 

yətlərə baxma‐

yaraq, yenə də müəyyən prob lemlər mövcud‐

dur. Bunlardan ən başlı cası, bir çox hallarda

mədəniyyət  prob lem lərinə  dair  tədbirlərin

məhdud dairədə ke çi rilməsi və dar çərçivədə

müzakirə  edil mə sidir.

Tədbirlərə yeni impuls vermək və daha

cəlbedici etmək üçün onların formatının

genişləndirilməsi, nəzəri diskussiyaların məh ‐

dud çərçivədən çıxarılması və onların praktik

müstəviyə gətirilməsi vacibdir. Yaddan

çıxarmayaq ki, mədəniyyət bütün xalqa aiddir

və mədəniyyətlərin dialoqunun effektivliyi və

aktivliyi  milyonlarla insanın iştirakını nəzərdə

tuduğundan həyata keçirilən işlərin nəticə ‐

lərini insanlara çatdırmaq üçün əldən gələn hər

bir şey edilməlidir. Və bu işdə KİV‐in, ilk

növbədə, televiziyanın rolu, şübhəsiz ki, mühüm ‐

dür. MDB ölkələri üçün müəyyən olunmuş

«Mir» kanalı və yerli «Mədəniyyət» telekanalı

bu işdə mühüm rol oynaya bilər. Televiziyanın

çox böyük imkanları sayəsində postsovet

ölkələrində gedən yaradıcı pro sesləri əhəmiy ‐

yətli dərəcədə sürətlən dirmək, uzun illər boyu

vahid dövlətdə yaşayan xalq 

ların mədəni

yaxınlaşmasına kömək etmək olar. Diskussi ya ‐

la rın, konfransların və sim poziumların  MDB

ölkələrində daha maraqlı keçirilməsi, mühüm

nəticələrin operativ şəkildə işıqlandırılması və

geniş kütləyə çatdı rılması qarşılıqlı anlaş manın

səviyyəsinin yüksəlməsinə, etnik və milli

zehniyyətdən uzaq 

laşmağa, həmçinin mədəni

nihilizmdən xilas olmağa imkan yaradacaq.

Məlumdur ki, mədəni təcrid son nəticədə

informasiya blokadasına, ksenofobiyaya gətirib

çıxarır, mədəni prosesləri həm nəzəri, həm də

təcrübi planda ləngidir.

Tərcümə edən: 

Etibar ӘLİYEV, 

31

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 1 (05) 2014




Dünyanın ən nüfuzlu mükafatlarından biri

sayılan Nobel mükafatları fizika, kimya,

fiziologiya və tibb, ədəbiyyat, sülh və iqtisadiy ‐

yat sahələrində verilir. 

1901‐ci ildən 2013‐cü ilə qədər bu mükafat

aşağıdakı adları çəkilən ölkələrin alimlərinə,

sənət adamlarına və sülh sahəsindəki fəaliy ‐

yət lərinə görə belə verilib:

Bütün sahələr üzrə lider Amerika Birləşmiş

Ştatlarıdır



ABŞ – bütün sahələr üzrə  cəmi 349 laureat

Fizika – 93

Kimya – 67

Fiziologiya və tibb üzrə – 100

İqtisadiyyat – 56

Әdəbiyyat – 11

Sülh – 22

İngiltərə – 113

Fizika – 24

Kimya – 26

Fiziologiya və tibb – 29

İqtisadiyyat – 8

Әdəbiyyat – 12

Sülh – 14

Almaniya –78

Fizika – 22

Kimya – 27

Fiziologiya və tibb – 16

İqtisadiyyat – 1

Әdəbiyyat – 8

Sülh – 4

Fransa – 55

Fizika – 13

Kimya – 7

Fiziologiya və tibb – 11

İqtisadiyyat – 1

Әdəbiyyat – 14

Sülh – 9

İsveç – 33

Fizika – 4

Kimya – 4

Fiziologiya və tibb – 8

İqtisadiyyat – 2

Әdəbiyyat – 10

Sülh – 5

İsveçrə – 21

Fizika – 4

Kimya – 6

Fiziologiya və tibb – 6

Әdəbiyyat – 2

Sülh – 3


Rusiya və SSSR – 20

Fizika – 10

Kimya – 1

Fiziologiya və tibb – 2

İqtisadiyyat – 1

Әdəbiyyat – 4

Sülh – 2

Qeyd: Fiziologiya və tibb sahəsində 2 laureat

çar Rusiyasının dövründə verilib.



Yaponiya – 16

Fizika – 6

Kimya – 6

Fiziologiya və tibb – 1

Әdəbiyyat – 2

Sülh – 1


Niderland – 16

Fizika – 9

Kimya – 3

Fiziologiya və tibb – 2

İqtisadiyyat – 1

Sülh – 1


İtaliya – 14

Fizika – 3

Kimya –1

Fiziologiya və tibb – 3

Әdəbiyyat – 6

Sülh – 1


Danimarka – 13

Fizika – 3

Kimya – 1

Fiziologiya və tibb – 5

Әdəbiyyat – 3

32

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 1 (05) 2014




Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə