Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə13/44
tarix08.10.2017
ölçüsü1,04 Mb.
#3655
1   ...   9   10   11   12   13   14   15   16   ...   44

siyasına, o cümlədən mədəniyyətlərin dialo qunda

yeri və roluna diqqəti  yönəldir. Fəlsəfənin in‐

teqrativ funksiyasının tələbinə müvafiq olaraq

bu gün dialoqun məhz bu sonuncu aspekti

fəlsəfənin və filosofun diqqət mərkəzindədir.

Müasir fəlsəfə qarşılıqlı anlaşmanın dialoji

formalarının işlənib hazırlanmasında və reallaş ‐

dırılmasında  ən aktiv şəkildə iştirak edir. Və

bu kontekstdə filosof mədəniyyət lərarası boş ‐

luqların aradan qaldırılması üçün mədəniy ‐

yətlərarası ünsiyyətdə moderator kimi çıxış edir.

Məsələ ondadır ki, fəlsəfi mədəniy yət özündə

implisidliyi ehtiva edir.

Dialoqun gedişində Özününkü və Özgə

arasında vasitəçinin müəyyənləşdirilməsi məsə ‐

ləsi aktuallaşır. Bu axtarışlar müasir kompara‐

tiv fəlsəfədə Özgənin rasional və  herme nevtik

dərki yanaşmaları kontekstində həyata keçiri ‐

lir. Subyektlər arasında  mövcud olan xüsusi

dəyərlər məcmusuna malik ünsiyyət bu axtarış

çərçivəsində dialoqun fenomenoloji ölçülərini

müəyyənləşdirir və fikrimcə, onun klassik və

ənənəvi izahından fərqlənən  müasir anlamını

ifadə edir. Bu ölçüdə M.M.Baxtinin – şüur o

zaman mövcuddur ki, iki şüur vardır – müd ‐

dəası aktuallaşır. Әlaqə fenomeni davranışda

özünün sonrakı maddiləşməsi (realizasiyası)

ilə məhz şüurda refleksləşir. Bu aksentuasiya

bundan əvvəlkini  – dərketmə və müşahidə –  əvəz

edir və ya da tamamlayır. Tərcümə iki şüur

arasında həyata keçirilir və onun adekvatlığı

yalnız digərinə məxsus spesifik dili bilmək

şərti ilə fəlsəfi ünsiyyət nəticəsində reallaşa

bilər. Müasir mədəniyyət 

lərarası məkanda

fəlsəfə müxtəlifliyin anlan masından çıxış etmə ‐

lidir. Bu nöqteyi‐nəzər günün multikulturalist

diktəsindən irəli gəlir. Multikulturalizm digə ‐

rinin konseptuallaş ması ilə xarakterizə olu nur.

Etnik və milli mədəniyyətlərin, submə də ‐

niy yətlərin polifoniyası dialoqu yalnız müxtəlif

mədəniyyətlərin deyil, həmçinin müxtəlif

təfəkkür mədəniyyətlərinin qarşılıqlı əlaqələ ‐

rinin forması kimi şərtləndirir. Bu ölçüdə fəlsə ‐

fədə monoloq və dialoq, eyni zamanda müx  təlif

fəlsəfələrin dialoqunu, fəlsəfi ənənələrini, fəl ‐

səfi fikir üslublarını nəzərdə tutur ki, bu da

ümumi əsasların axtarışından çıxış edilərək

tolerantlığı şərtləndirir. Bu nöq teyi‐nəzərdən,

fəlsəfənin və filosofun rolu daha çox ünsiyyətin

dialoji 

formalarının 

aktivləş di ril məsi 

ilə


müəyyənləşir.

Әbülhəsən Abbasov (AMEA Fəlsəfə, Sosio ‐

logiya və Hüquq İnstitutunun baş elmi işçisi).

Hesab edirəm ki, filosofun mədəniyyət lərin

dialoqunda yeri və rolu müzakirə olunursa,

epistemologiyaya xüsusi diqqət yetirilməlidir.

Elə qneseoloji, məntiqi‐metodo loji, aksioloji

əsaslar axtarılmalıdır ki,   bir tərəfdən bunlar

gerçəkliyi optimal şəkildə əks etdirə bilsin,

digər tərəfdən isə cəmiyyətin, regionun, bütöv ‐

lükdə,  dünyanın  rekonstruksi ya sında  proqres‐

siv məqsədlərə xidmət edə bilsin.   

Әslində, bu məsələ fəlsəfənin və filosof ların

başlıca missiyasıdır. Məhz bu missiya, daha

doğrusu, onun səviyyəsi və reallaşdı rılmasının

keyfiyyəti bütün zamanlarda, son nəticədə

fəlsəfənin funksiyalarını, yaradıcı, dünyagö ‐

rüşü xüsusiyyətlərini, nəzəri‐praktik əhəmiy ‐

yə tini  müəyyənləşdirib.

Meydana belə bir sual çıxır, insanı məhv ‐

edici böhranlardan, fəlakətlərdən mühafizə

etmək və onun pozitiv gələcəyini təmin etmək

üçün daha çox hansı istiqamətdə axtarışların

aparılmasını, yeni koqnitiv məkanın formalaş ‐

dırıl 


masını, bəşəriyyətə dərketmənin hansı

epistemologiyasını və yaradıcı imkanlarını

təklif etmək məqsədəuyğundur? Düşünürəm

ki, müasir şəraitdə daha məqbul və adekvat

nəzəri baza olaraq «mürəkkəblik fəlsəfəsi»ni

təqdim etmək olar. Fəlsəfi tədqiqatların XX

əsrin 50‐ci illərinin əvvəlindən formalaşmağa

başlayan bu istiqaməti, fikrimcə, postqeyri‐

klassik elmi paradiqmanın əsasını təşkil edir.

Bu paradiqma barədə fikir söyləyərkən mən,

prinsipial olaraq yeni ideyalar, prinsiplər  və

təsəvvürlər sistemini, yəni faktik olaraq,

zamanın və tarixin, elmi rasionallığın və səmə ‐

rəliliyin tələblərinə cavab verə bilən təfəkkürün

və fəaliyyətin yeni tərzini nəzərdə tuturam.

Struktur yaradıcılığın və sistemliliyin,

özünütəşkilin və öz‐özünə hərəkətin, substan‐

sional müəyyənliyin və özünütənzimləmənin,

nizamın və nizamsızlığın (xaosun) nisbətinin

prinsipial məsələlərinin, stabilliyin və daya nıq ‐

sızlığın, müxtəlifliyin və vahidliyin, funksional

27

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 1 (05) 2014




həssaslığın və struktur dayanıqlığın  və s.

problemlərin fəlsəfi nöqteyi‐nəzərdən təhlili

xüsusi elm sahələrinə aid xüsusi obyekt –

mürəkkəbliyin, müxtəlif sahələrdə mövcud

olan izomorf qanunların, analogiyaların müəy ‐

yənləşdirilməsi üçün onların nəzəri quruluşu ‐

nun dəqiq və əsaslandırılmış şəkildə formulə

edilməsinə imkan verir. Mürəkkəb sistem lərin,

həmçinin elə mürəkkəblik fenomeninin

özünün də, dialektikasının dərk edilməsinin nə

dərəcədə əhəmiyyətli və aktual olması,

bütövlükdə, ekoloji, demoqrafik, energetika,

maliyyə‐iqtisadi, qloballaşma və s. kimi müasir

dövrün ümumbəşəri problemlərinin timsa 

lında daha aydın görünür.  Məlumdur ki, bu



problemlərin həlli çox böyük həcmdə resurs ‐

ların (maliyyə, insan, intellektual) cəlb edil ‐

məsini tələb edir.  Həm də qlobal səviyyəli

mürəkkəbliklər real eksperimentə çətin tabe

olurlar. Burada sınaq və səhvlər metodu ilə

sual lara cavab tapmaq mümkün deyil (bu, heç

əlverişli də deyil), obyekt‐mürəkkəbliyə zəruri

olan davranışı «zorla boynuna qoymaq» isə

problematikdir. Görünür, burada qlobal mürək ‐

kəbliklər haqqında bilik mühüm rol oynaya‐

caq, lakin yaradıcı konvergensiya səviy yə sində

bu biliklərin sintezi, yalnız bu təfəkkürün

ayrılmaz xüsusiyyəti kimi, daxili dialoqu təmin

edə biləcək ümumi epistemoloji kons 

truk 



siyanın əsasında və onun köməyi ilə müm kün



ola bilər. Belə bir təfəkkürün əsas larını işləyib

hazırlamaq filosofun birinci dərə cəli işidir.



Әli Abasov (AMEA Fəlsəfə, Sosiologiya və

Hüquq İnstitutu, Müasir fəlsəfə problemləri

şöbəsinin müdiri). 

Hesab edirəm ki, ilk dəfə olaraq bu gün

fəlsəfə və mədəniyyətin dərk edilməsində Şərq

və Qərb təfəkkür tiplərinin, dünyanın iki

mədəni ənənəsinin birləşdirilməsinə imkan

yaranıb. Məlumdur ki, Şərq biliyi insanın men‐

tal, mənəvi və fiziki qabiliyyətlərinə görə geniş ‐

lən dirməyə cəhd etdiyi halda, Qərb bu məsə ləni

texniki instrumentariyanın, sonralar isə insan

idrakı və reallıq arasında vasitəçi olan

texnologiyaların inkişafı ilə əlaqələn dirirdi.

Nanotexnologiya, elmlərin konvergen siyası

(düşünürəm ki, bu haqda artıq keçmiş za‐

manda danışmaq olar) bu iki ənənənin birləş ‐

məsinə imkan yaratmışdır, çünki bu gün artıq

insanın psixofiziki təşkilinə,  yeni texno logiya

və təcrübələrin aktiv şəkildə tətbiq edilməsinə

başlanıb. Burada söhbət yaxın onilliklərdə,

necə deyərlər, idrakın imkan larının əhəmiy ‐

yətli dərəcədə genişləndiril mə sini bacara biləcək

kiborqların  yara dıl masından  gedir.

Bununla əlaqədar olaraq həm ənənəvi hu‐

manizmi, həm də yaranan müasir transhumanis ‐

tik konsepsiyaları yenidən dəyər lən dir mək olar.

Doğrudan da, bu, çox cəlbedici mövzu dur. Әn

yeni humanizm israrla ənənəvi sər 

hədlərin

genişləndirilməsinin, bütün canlılara və can ‐

sızlara, şüurluya və şüursuza  yaşama hüquq ‐

larının aid edilməsinin zəruriliyini diktə edir,

çünki bir çox elmlərin məlu mat larına əsasən

şüur Kainatın, ona bütün aid olanlarla birgə,

atributu kimi dəyərləndi rilməlidir. Ona görə

də bütövlükdə, idrakdan, elmdən və fəlsəfədən,

etikanın  konsep si yala rından  və  huma nizmdən

idrakı  məhdud laş dı ran    və  onların  canına  hopmuş

antro po logizmi,  antroposentrik  determinantı

kənarlaşdırmaq lazımdır. Və bu mənada, görü ‐

nür,  «mədəniy yətlərin dialoqu» konseptini biz

yenidən dərk etməyə çalış 

malı 

yıq. Bu gün



hansı dialoq haqqında danışıla bilər ki, min illər

boyu mədəniyyətin inkişafında kişi və qadın

ara sında dialoq hələ də həyata keçə (əldə edilə)

bilməyib.



Rəna Mirzəzadə (AMEA Fəlsəfə, Sosiolo ‐

giya və Hüquq İnstitutu, Politologiya və siyasi

sosiologiya şöbəsinin müdiri).

«Mədəniyyətlərarası dialoqda qadınların

rolunun genişləndirilməsi» mövzusunda 2008‐ci

ildə Bakıda keçirilən beynəlxalq forumda

Azərbaycanın birinci xanımı, Heydər Әliyev

Fondunun prezidenti Mehriban Әli yeva de ‐

miş dir: «Maraqlıdır, sivilizasiya ların, xalqların

və ayrı‐ayrı insanların bir‐birini dinləməsinə və

anlamasına mane olan nədir və onlara bunda

nə kömək ola bilər?» (Azər baycan qəzeti, 10 iyun

2008‐ci il). Fikrimizcə, bu işdə maneələr çoxdur

– burada həm siyasət, həm iqtisadiyyat vardır,

lakin yəqin ki, anlamanın intensiyası kişilər və

qadınlar arasında dialoqdan qay naqlanmalıdır.

Anla şıl mazlıq kimi bu, dialoqda hər zaman

olmuşdur, lakin hələ də bizə məlum deyil. Bu

səbəbdəndir ki, gender problematikası hazırda

bu qədər əhəmiyyət kəsb edir və onun fəlsəfi

dərkinə ehtiyac vardır. Bu bizim genderin so‐

28

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 1 (05) 2014




Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə