Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə10/44
tarix08.10.2017
ölçüsü1,04 Mb.
#3655
1   ...   6   7   8   9   10   11   12   13   ...   44

Elmi işçilərin maaşları son 10 ildə Prezi den ‐

tin sərəncamı ilə dəfələrlə artırılıb. Uzun illər öz

ömrünü elmə həsr etmiş elm xadimləri ardıcıl

olaraq Prezident təqaüdünə layiq görülürlər.

Bütün bunlar Azərbaycanda elmin inkişafına

stimul verən tədbirlərdir və bu, ildən‐ilə daha

geniş miqyas alır.

– Azərbaycanda tibb elmində böyük elmi

mək təb yaratmış görkəmli alimlərimiz olub və

bu gün də var. Bu məktəblər haqqında söhbə ‐

ti niz maraqlı olardı.

– Bəli, Azərbaycan tibb elmi həmişə özünün

dünya şöhrətli tibb alimləri ilə tanınıb. Onların

hər biri öz adını tibb tarixi salnaməsinə qızıl

hərflərlə yazdırmış alimlərdir. Məsələn, Azər ‐

bay can Milli Elmlər Akademiyasının ilk pre ‐

zidenti olmuş akademik M.M.Mirqasımov –

uro 


logiya sahəsində, AMEA‐nın vitse‐prezi 

denti, SSRİ TEA‐nın həqiqi üzvü olmuş, Sosialist



Әməyi Qəhrəmanı adına layiq görülmüş M.A.Top ‐

çubaşov – cərrahiyyə sahəsində, aka 

demik

C.M.Abdullayev – terapiya sahəsində, professor



Ә.M.Әliyev – terapiya sahəsində, akademik

A.İ.Qarayev – fiziologiya sahəsində, akademik

Z.Ә.Әliyeva – oftalmologiya sahə sində, Akade ‐

mi yanın müxbir üzvü, professor Ü.S.Musabəyli

– oftalmologiya üzrə, Akade mi yanın müxbir

üzvü, professor F.Ә.Әfəndiyev – cərrahiyyə

üzrə, ə.e.x., professor K.Ә.Bala kişiyev – insan

anatomiyası üzrə, ə.e.x., profes sor T.Ә.Tağızadə

– epidemiologiya üzrə, ə.e.x., prof. T.Ә.Әliyev –

daxili xəstəliklər üzrə və bir sıra digər alim ‐

lərimiz (hamısını saymaq mümkün deyil) nüfuzlu

elmi məktəblər yaradıblar. Bu məktəblərin yetir ‐

mələri hazırda dünyanın bir çox inkişaf etmiş

ölkələrində, o cümlədən ATU‐nun kafedra la rında

uğurla çalışaraq, öz məktəblərini yara 

dırlar,


nəsillər dəyişdikcə, yəqin ki, onlar da esta feti yeni

nəslin nümayəndələrinə verəcəklər. Bu elmi

məktəb lərin müqəddəs ənənələri daim yaşayır

və heç şübhəsiz ki, gələcəkdə də yaşayacaqdır.



– Sizin beynəlxalq fəaliyyətiniz çox genişdir.

Siz Ümumdünya Ortoped‐Travmatoloq və

Onkoloqlar Assosiasiyasının, Yunanıstan, Çexiya,

Macarıstan Onkoloqlar Cəmiyyət ləri nin, Avropa

Bərpa Cərrahlığı Assosiasi yasının fəxri, Ame ‐

rika Klinik Onkologiya Cəmiyyətinin, RF Təbiət

Elmləri Akademiyasının, Polşa Tibb Elmləri

Akademiyasının, AMEA‐nın Rusiya Tibb Elmləri

Akademiyasının həqiqi üzvü, akade mikisiniz.

Həmçinin UNESCO‐nun eks perti, Türkdilli

Ölkələrin  Parlament  Assamb le  yasının  Parla ‐

mentlərarası  Komissiya sının  səd  ri siniz.  Bütün

bunlar cərrahlıq fəaliyyə tinizə mane olmur ki?

– Mən birmənalı şəkildə deyə bilərəm ki,

həkimlik fəaliyyətimi heç vaxt beynəlxalq, elmi‐

pedaqoji və ictimai fəaliyyətimə qurban vermə ‐

mişəm. Tibbi praktik fəaliyyət mənim üçün

daim prioritet istiqaməti olmuşdur və həmişə

çalışmışam vaxtımı elə bölüm ki, məndən asılı

olan işlərin heç birində, cüzi də olsa, problem

yaranmasın. Mən hər bir sahəyə, hər bir işə

diqqət və dəqiqliklə yanaşmağa çalışır və

məsuliyyət hissimi hər vaxt iti saxlamağa cəhd

edirəm. Xəstələrin konsultasiyasını və cərrahi

əməliyyatları əvvəlcədən tərtib edilmiş cədvəl

üzrə səhər saatlarında aparıram. Odur ki, sada ‐

ladıqlarınızın heç biri mənim cərrahi‐onkoloq

fəaliyyətimə mane yox, mən deyərdim ki,

əksinə, hətta kömək edir. Çünki cərrah ağır bir

əməliyyatdan sonra tamam başqa bir sahənin

əhatəsinə düşdükdə onun daxili enerjisi daha

da artır, xəstənin vəziyyətinin yaxşılaşma dina ‐

mikası isə həkimi ruhlandırır və ona əsl mənəvi

rahatlıq bəxş edir. Cərrahın peşə sevgisi, duy ‐

ğusu elə bir hisdir ki, o daim qorunmalı və

mühafizə olunmalıdır.



Söhbəti apardı: 

Emin BAYRAMZADӘ

21

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 1 (05) 2014




Rusiya Elmlər Akademiyasının Fəlsəfə üzrə

nüfuzlu «Voprosı filosofii» jurnalının 2013‐cü il

tarixli 10‐cu sayında  Fəlsəfə, Sosiologiya və Hüquq

institutunun tanınmış alimlərinin «Filo 

sof

mədəniyyətdə» mövzusu ətrafında apardıqları

maraqlı müzakirənin materialları dərc olunub.

«Elm dünyası» jurnalı alimlə ri miz və kütləvi

oxucular üçün müzakirənin maraqlı olacağını

nəzərə alıb, həmin müza 

kirəni təqdim edir.

Maraqlıdır ki, müzakirədə «Voprosı filo sofii»

jurnalının baş redaktoru Boris İsayeviç Prujinin

də iştirak edib.

2012‐ci ilin oktyabrında Bakıda «XXI əsr:

ümidlər və çağırışlar» devizi ilə genişmiqyaslı

elmi‐siyasi  II Bakı Beynəlxalq Humanitar Fo‐

rumu keçirildi. Tədbirdə bir sıra Rusiya filo ‐

sofları və humanitar sahə alimləri iştirak

etdilər. Bu qəbildən olan görüşlər alimlərə və

siyasətçilərə dünyanın müxtəlif regionlarında

üst‐üstə yığılan müasir dövrün aktual və kəskin

problemlərini geniş spektrdə nəzər dən keçirməyə

imkan verir, ən başlıcası isə, qarşılıqlı əlaqələrə,

fikir mübadiləsinə, ünsiy yətə şərait yaradır.

Azərbaycanlı həmkarlarla birlikdə biz fəlsəfə ‐

nin maraq doğuran ümumi, aktual problemlərini,

həmçinin fəlsəfi cəmiy 

yətlərimizin qarşılıqlı

əlaqə məsələlərini müza kirə etdik. Fəlsəfə, Sosio ‐

logiya və Hüquq İns titutunun əməkdaşlarının

bu gün qlobal laşan dünyada getdikcə daha çox

aktuallaşan «Filosof mədəniyyətdə» mövzusuna

dair mülahizələrini böyük maraqla dinlədim.

Söhbət bu gün «Filosof mədəniyyətdə nə etmə ‐

lidir və nə edə bilər» fikri ətrafında aparıldı.

Milli, regional və qlobal mədəniy yətdə.

Aşağıda bu müzakirənin iştirakçılarının

təqdim etdiyi materiallar dərc olunub.

B.İ.Prujinin

Müzakirəni Azərbaycan Milli Elmlər Aka ‐

de miyası Fəlsəfə, Sosiologiya və Hüquq İns ‐

titutunun direktoru f.e.d., professor İham

Məmmədzadə açdı. O dedi:  «Mən öz çıxışımı

onunla başlamaq istəyirəm ki, bizim Fəlsəfə,

Sosiologiya və Hüquq İnstitutunun Rusiya

Elmlər Akademiyası və bu gün də səhifə lə ‐

rində çap olunmağı özümüzə şərəf saydığımız

«Voprosı filosofii» jurnalı ilə zamanın sına ‐

ğından çıxmış, çoxdan bəri möhkəm əlaqə ‐

lərimiz vardır. Və bu, bir bəyannamə deyil,

hazırda dünyada baş verən bütün dəyişik 

liklərə baxmayaraq, filosofların beynəlxalq dia ‐



loqda real rolunun təmsili, onun qorunması və

davam etdirilməsidir. Rusiya Elmlər Aka de ‐

miyasının fəlsəfə institutu ilə birgə bizim üçün

mühüm əhəmiyyət daşıyan üç əsər nəşr

etdirmişik – «Qloballaşma şəraitində mədə niy ‐

yətlərin qarşılıqlı əlaqələri (Azərbaycan

xalqının ümummilli lideri Heydər Әliyevin

xatirəsinə həsr olunmuş beynəlxalq elmi

konfransın materialları, 2010)», «Humanizm və

fəlsəfi dəyərlər» (2011) və «Qloballaşma

şəraitində mədəniyyətlərin dialoqu. Bakı fo‐

rumu» (2012). Gördüyümüz kimi, mədəniy yətə

dair problemlərin birgə müzakirəsində filoso‐

fun sanki kölgədə qalması, bu gün onun bu

məsələlərdə bilavasitə rolunun müzakirəsi ilə

əvəz olunur. Mahiyyət etibarilə fəlsəfə filoso‐

fun düşündüyü dildə və mövcud olduğu qlobal

və milli mədəniyyətdə öz rolunun dərkini

(fəlsəfi fikirlərinin rolunu) və onun perspektiv ‐

lərinin müəyyənləşdirilməsini nəzərdə tutur.

Onu da qeyd etməyi lazım bilirəm ki, öz

mədəniyyətini digər mədəniyyətlərin qarşı lıqlı

əlaqəsi və dialoqu prizmasından nəzər dən keçi ‐

rərək anlamaq mümkündür. REA‐nın akade ‐

miki A.Hüseynov birgə keçirdiyimiz forum lardan

birində demişdir ki, mədəniyyət hər zaman insan ‐

ların qarşılıqlı əlaqəsidir. Bu tezisin şübhəsiz ‐

liyi göz qabağında olsa da, onu, hə a filosoflar



22

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 1 (05) 2014




Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə