Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə7/44
tarix08.10.2017
ölçüsü1,04 Mb.
#3655
1   2   3   4   5   6   7   8   9   10   ...   44

Mən deyərdim ki, paytaxt Bakıda da in san ‐

ların sağlamlığının qorunması istiqa mə tində

görülən işlər çox yüksək səviy yə dədir. Bu şərəfli

missiyanı yerinə yetirmək üçün ölkəmizdə

maddi‐texniki baza daim təkmilləşdirilir, həm

də bu bazalarda yük sə kixtisaslı mütəxəssis

hazırlığı həyata keçi ri lir. Son 10 ildə Bakı

şəhərində  çox  mü   kəm    məl  səhiyyə  ocaqları,  tibb

müəssisələri tikil ib istifadəyə verilib, bəziləri

də əsaslı tə mir edilib. Azərbaycan Respublikası

Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi,

Milli Oftalmologiya Mərkəzi, Bakı Tibb Mərkəzi,

Elmi‐Tədqiqat Mamalıq və Ginekologiya İns ‐

titutu, Respublika Diaqnostika Mərkəzi, Talas ‐

semiya Mərkəzi və digər çoxsaylı tibb müəs ‐

sisələri buna misal ola bilər. Xalqımızın sağlamlığı

keşiyində möhkəm dayanan tibb müəssisə lərin ‐

dən biri də Azərbaycan Tibb Universitetinin mövcud

klinikalarıdır. Bu klinikalardan stomatoloji,

onkoloji, tədris‐terapevtik və tədris‐cərrahiyyə

klinikaları da dövlət qayğısı ilə son illərdə ərsəyə

gətirilən klinikalardır. ATU‐nun sözügedən dörd

klinikası bu funksiyanı bacarıqla yerinə yetirir.

Məlumdur ki, 10 il əvvəl – 2004‐cü il fevral

ayının 11‐də cənab Prezident «Azər ba ycan Res ‐

publikası regionlarının sosial‐iqtisadi inkişafı

Dövlət Proqramı (2004–2008)» və 2009‐cu il apre ‐

lin 14‐də «Azərbaycan Respublikası regionla ‐

rının 2009–2013‐cü illərdə sosial‐iqtisadi inkişafı

Dövlət Proq 

ramı»nın təsdiqi haqqında iki

mühüm fər 

man imzalamışdır. Bununla da

Azər bay canın bütün regionlarının yeni inkişaf

mər hə ləsinə  start verilmişdir. Regional Dövlət

proqramlarının əsas mahiyyətinin bütün sahə ‐

ləri əhatə etməsindən ibarət olması sü but edir

ki, inkişaf birtərəfli və ya hissə‐hissə yox, komp leks

şəkildə aparılır. 2 «proqra mın yerinə yeti ril ‐

məsində əhali də fəal işti rak etmişdir. Bu da son

deyil. Cənab Prezi  dent İlham Әliyev qeyd etmiş ‐

dir ki, növbəti 5 il üçün Üçüncü Dövlət Proqra ‐

mının qəbul edil məsi ilə bağlı işlər artıq görülür

və bu Proqram hazırlanır. Ölkənin hər tə rəfli

inkişafı yüksək templə həyata keçirilir. Söz süz

ki, 2014‐cü ilin ölkəmizdə «Sənaye ili» kimi elan

olunması bu sahədə aparılan işləri daha da geniş ‐

ləndirəcək, yeni nailiyyətlər əldə ediləcəkdir.



15

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 1 (05) 2014




Beləliklə, deyə bilərik ki, cənab Prezident İlham

Әliyevin müdrik və uzaq 

görən siyasəti

nəticəsində son 10 ildə Azər baycan yerləşdiyi

cografi məkanda bütün böl 

gələri həma 

həng

şəkildə dinamik inkişaf edən nümunəvi bir ölkəyə



çevril mişdir.

– Tibb səhəsində tanınmış alim və pe da ‐

qoq kimi sizi bu sahədə elm və təhsil əla qə ləri

qane edirmi? 

– Әgər söhbət belə əlaqənin inteqrativ

təsirlərinin bizim ölkədəki vəziyyətindən gedirsə,

mən bir tibb alimi və ölkə tibb təh sili sisteminin

nümayəndəsi kimi deyə bil ə rəm ki, hər sahədə

olduğu kimi, bu sa hə lərin də qədim kökləri,

ənənələri vardır. Kökə, ənənəyə söykənmədən

hansısa nailiy yətdən danışmaq mümkünsüzdür.

Məsələn,  Azər bay can  Tibb  Universitetinin

funksiya la rın dan  biri  təhsildirsə,  digəri  elmdir.

Bu ali tibb təhsili ocağı yarandığı gündən təhsillə

yana şı, çox böyük elmi‐tədqiqat işləri ilə də

məş ğul olur. Təhsillə elm həmişə qoşa qanad

kimi bir yerdə olub, biri digərini tamamlayıb

və onları bir‐birindən ayrı təsəvvür etmək

sadəlövhlük olardı. XXI əsr müasir texno lo gi ‐

yalar əsridir. İndi elə bir təhsil sahəsi tapmaq

olmaz ki, orada ən azı komp yu ter lər dən, elmin

bir sıra nailiyyətlərinin nəticə lə rindən istifadə

edilməsin. Bu texno lo gi yalar elmi nailiyyətlərin

nəticəsidir. Səhiy yə nin, tibb təhsilinin tədrisinin

bütün  sa hə  lərində  ən  müasir  texnologiyalardan

istifadə edilir. Bir sözlə, elmsiz–təhsil, təhsilsiz–

elm yoxdur.

Elm və təhsilin arasındakı sıx əlaqələr bütün

dövrlərdə mövcud olub, lakin bu əlaqələrin

dərəcələrinin müxtəlifliyində fər 

lər vardır.



Elmi əsaslara söykənməyən təh 

sil, təbii ki,

«bünövrəsiz binaya» bənzəyər və mövcudlu ‐

ğunu itirər. Ölkəmizin hazırkı iqtisadi durumu

bu əlaqələrin möh 

kəm 


li 

yinə zəmin yaradır.

Həm də bu əlaqələr bir növ perpetium mobile

kimidir, daimi mü hər rikə bənzəyir, onun tem ‐

pini yavaşıtmaq və ya dayandırmaq yolve ril ‐

məz dir. Hazırda ölkəmizdə bu «əlaqə mühər riki»

işini mütənasiblik çərçivəsində davam etdirir.

Bu əlaqələrin zirvə nöqtəsinə çatdığını

söyləmək, bu sahədə «hər şey yaxşıdır», – demək

isə inkişafın dayandığının göstəricisi ola bilərdi.

Bu əlaqələr daim inkişafdadır. Biz hər zaman bu

əlaqələri təkmilləşdirməli, innovativ layihələrin

həyata keçirilməsi ilə zənginləşdirməli və prak ‐

tikada tətbiq etməliyik.



– Azərbaycan Tibb Universiteti ali mək təb l ər

arasında həmişə reytinqini qoruyub saxla yan

ali məktəbdir. Bunun başlıca sə bəb ləri nədən

ibarətdir?

– Məncə, Azərbaycan Tibb Universiteti öz

fəaliyyətində heç vaxt məxsusi olaraq yüksək

reytinq əldə etmək, onu qoruyub saxlamaq

haqqında fikirləşməyib və hazırda da bu haqda

düşünmür. Sadəcə olaraq, ölkəmizin bu ali tibb

ocağı ona göstərilən dövlət qayğısının

müqabilində özünün potensial imkanlarını

səfərbər edərək, daim var gücü ilə çalışır ki,

xalqın sağlamlığı keşiyində möhkəm dayana

bilsin, beynəl xalq aləmə inteqrasiya edərək, əldə

olunan elmi yenilikləri təcrübəyə tətbiq etsin,

döv lətin və xalqın ona göstərdiyi etimadı doğ ‐

rul tsun. Bu da təbii ki, asanlıqla əldə edilmir,

külli miqdarda gərginlik və məsuliyyət tələb

edir. Bunun üçün həkimliyin yolunda qar şı ya

çıxan hər cür çətinlikləri əvvəlcədən görə rək,

ona hazır olub çətinliyə sinə gərməyi ba car maq

lazımdır. Bu bizim peşəmizin spesifikasından

irəli gələn xüsusiyyətlərdir. Böyük Azərbaycan

şairi Nizami Gəncəvi iki peşəni – həkimlik və

hüquqşünaslıq peşə lə rini mötəbər sayırdı və

deyirdi ki: «Çünki həkim insanı xəstəlikdən

qoruyur,  hüqu q şü nas  isə  ədalətsizlikdən».

İnsanları xəstəlik lər dən və ədalətsizlikdən

qorumağa  ça lı  ş an lar  vətən  və  xalq  qarşısındakı

vəzifə borc larını ləyaqətlə yerinə yetirərək

insanların gözündə ucalır, ya da işinin öhdə ‐

sindən gələ bilməyib uğursuzluğa düçar olurlar.

– Onkoloji xəstəliklərin əsas yaranma sə ‐

bəb ləri və bu xəstəliyin müalicəsi isti qa mə tin ‐

də hansı işlərin görülməsi barədə fi kir ləriniz

maraqlı olardı.

– Bədxassəli şişlərin əmələ gəlməsinə səbəb

olan amillərə kanserogen və ya blas to mogen

amillər deyilir. Bunlara, ilk növ bədə, tütün

tüstüsü, bir sıra qida kom ponentləri, cinsi müna ‐

sibətlər və repro duk si yanın bəzi xüsusiyyətləri,

bir sıra kimyəvi maddələr, peşə və fiziki amillər,

o cümlədən ultrabənövşəyi və ionlaşdırıcı şüalar,

bir sıra infeksion amillər aiddir. Bədxassəli şiş ‐

16

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 1 (05) 2014




Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə