Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə19/44
tarix08.10.2017
ölçüsü1,04 Mb.
#3655
1   ...   15   16   17   18   19   20   21   22   ...   44

yaradıcısı olan Allaha inama çağırdı. Bəlkə də,

elə bunun müqabilində Allah bu fövqəlbəşər

insanı dəfələrlə ölümdən qurtardı.

Heydər Әliyev ölümü ilə də bütün

bəşəriyyətə misilsiz lider və rəhbər olduğunu

bir daha sübut etdi. Məhz yuxarıda

sadaladığımız və qeyd edə bilmədiyimiz on‐

larca digər təsir keyfiyyətlərinin nəticəsi idi ki,

dünya Heydər Әliyev itkisini öz itkisi kimi

qəbul etdi, onun ölümü haqqında məlumat

bütün dünyanın aparıcı kütləvi informasiya

vasitələrinin baş xəbəri oldu. Rusiya

Federasiyasının, Türkiyənin, Ukraynanın

prezidentləri, bir sözlə, onlarca ölkənin dövlət

rəhbərləri Heydər Әliyev ruhunun qarşısında

baş əyməyə, onu son mənzilə yola salmağa

gəldilər.

Heydər Әliyev şəxsiyyətinin tükənməz

təsir qüvvəsinin nəticəsi idi ki, iki milyondan

çox insan, о cümlədən bütün Qafqazın

Şeyxülislamı, Türkiyənin prezidenti, Baş

naziri və yüzlərlə xarici qonaq Respublika

sarayından (vaxtilə özünün tikdirdiyi bu saray

da indi ulu öndərimizin adını daşıyır) Fəxri

Xiyabana qədər olan 4 yoxuşlu 7 km. yolu

yorulmadan getdi. Ömründə bu qədər

məsafəni birnəfəsə getməyən, həyatları,

əsasən, avtomobillərdə, təyyarələrdə, oturaq

həyat tərzində keçən bir çox insan bu yolu

necə gedə bildi? Bəlkə, bu da Heydər Әliyev

ruhunun həmin insanlara güclü daxili enerji

verən təsiri idi?

Heydər Әliyev sanki təbiətə də təsir

etmişdi. Hamı bilir ki, Bakı küləklər şəhəridir.

Burada ilin 321 günü küləkli keçir. Amma

2003‐cü il dekabrın 12‐dən 20‐nə qədər olan

vaxt ərzində Bakıda olanlar nə gördülər? –

Küləksiz, günəşli hava. Sanki təbiət də şərait

yaradırdı ki, insanlar dünya tarixində öz

silinməz izini qoymuş, öz böyük sözünü

demiş bir şəxsiyyətə, ümummilli liderimiz

Heydər Әliyevə son borclarını versinlər. Bu

həm də Ulu Tanrının öz böyük övladına

sevgisinin, məhəbbətinin təzahürü idi. Təbiət

yalnız ayın 20‐də, axşamçağı ağlamağa

başladı. Sanki o, indi kimi itirdiyini dərk



39

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 1 (05) 2014




edərək qəhərdən boğulan insanların üzərinə

sərin su çilədi. 

Heydər Әliyev kimi bir dahini yetirən xalq

da dünyanın düşüncə tərzinə öz təsirini

göstərdi. Dünya tarixində görünməmiş hadisə

baş verdi. Xalq 7 gün gecədən sabaha qədər öz

liderinin, böyük öndərinin məzarını ziyarət

etdi və dünyaya məzarıstan ziyarətinin yeni

mədəniyyətini öyrətdi. Bu, Heydər Әliyev

şəxsiyyətinin və onun həmişə fəxr etdiyi

Azərbaycan xalqının birlikdə sivilizasiya

mədəniyyətinə uğurlu təsirinin nümunəsi idi. 



Proses qanunu

Kim lider olmaq istəyirsə, o hər gün ciddi

çalışmalı, lazımi vərdişlərə yiyələnməli, lider‐

lik qabiliyyətini inkişaf etdirməlidir. 

Lider olmaq istəyənlər aşağıdakı dörd

mərhələdən keçməlidirlər:

1. İnsan nəyi bilmədiyini bilmək mərhə ‐

ləsi;


2. İnsan bilir ki, nəyi bilmir;

3. İnsan inkişaf etdiyini, çox şeyi bildiyini

anlayır;

4. Lider bildiyini istifadə edir.

Liderlik keyfiyyəti bir gündə qazanılmır,

bunun üçün bütöv bir ömür lazımdır. Dahi

liderlər o liderlərdir ki, proses qanununa ciddi

əməl edərək qeyd olunan hər bir mərhələni

nəzərə alaraq özlərini inkişaf etdirirlər, təbiətin

bəxş etdiyi yüksək liderlik potensialını uğurla

istifadə edirlər. 

Bu baxımdan ulu öndər Heydər Әliyev

şəxsiyyəti gözəl bir nümunədir. Onun həyatı

proses qanununun məharətlə istifadəsinə bir

nümunədir. Heydər Әliyev yüksək potensiala

malik gəncləri hər zaman proses qanununun

şərtləri daxilində yaşamağa, inkişaf etməyə dəvət

edirdi, onlara bu inkişaf üçün şərait yaradırdı,

ucalmağa gedənləri stimullaş dı rırdı.

Naviqasiya (istiqamətləndirmə) qanunu

Tərəfdarlar elə liderə ehtiyac duyurlar ki,

həmin liderlər onlara səmərəli marşrut açsın lar.

Həqiqət odur ki, hər bir kəs gəminin şturvalını

fırlada bilər, amma istiqamət götür mək üçün

lider tələb olunur. İstiqamət lən dirmə qanunu

belədir. 

İstiqamətləndiricilər bütün səyahət yolunu

görürlər. 1993‐cü ildə Azərbaycan adında bir

gəminin dünyanın sivilizasiya okeanındakı

qeyri‐müəyyən istiqamətlənmiş, batmaq təhlü ‐

kəsində olan vəziyyəti var idi. Bu gəmi nin

şturvalını hər kəs fırladırdı, amma boş‐boşuna.

Bu gəminin istiqamətləndiricisi yox idi. Belə

bir vəziyyətdə gəmi sərnişinləri istiqamət ‐

ləndirici liderə daha böyük ehtiyac duyurdu‐

lar. Və onlar gəminin istiqamət lən diricisini,

onu batmaq təhlükəsindən xilas edəni və

dünya okeanında lazımi istiqamətə yönəldə

bilən insanı tapdılar. Bu, on illərlə dünya

siyasət okeanında böyük naviqator olmuş

Heydər Әliyev idi. O, Azərbaycan adlı gəmini

batmaqdan xilas etdi, onu böyük ustalıqla

sahilə yönəltdi, qüsurlarını aradan qaldırdı,

texniki imkanlarını artırdı, təhlükəsizlik para ‐

metrlərini gücləndirdi, onun sərnişinləri nin

yaşamaq, yaratmaq əzmini artırdı, onların

qorxu hissini yox etdi və yenidən dünya sivi‐

lizasiya okeanında istiqamətlənmiş hərəkətini

təşkil etdi. Bu hərəkət yüz illər boyu uğurlu

yol istiqamətidir. Dahi liderlər zaman anla ‐

mında çox‐çox uzağı görə bilirlər. Odur ki,

isti 

qamətləndirmə qanununa maksimum



uyğun gələn liderlərin yaratdıqları hər zaman

uğurlu və uzunömürlü olur. 



E.F.Xa on qanunu

Azərbaycan xalqının böyük oğlu, ümum‐

milli liderimiz Heydər Әliyev böyük natiqlik

məktəbi idi. О hər dəfə danışanda adamlar

onu dinləyirdilər. Nə üçün? Çünki O, həqiqi

lider idi. Həqiqi liderə isə insanlar həmişə

qulaq asırlar.

Mən həmişə Heydər Әliyevi dinlədikcə

onun natiqlik məharətinə, nitqinin gözəlliyinə,

axıcılığına, zənginliyinə heyran olmuşam.

«Qabusnamə»də yazılıb ki, sənətlər içərisində

ən gözəl sənət danışmağı bacarmaqdır. Platon

deyib: «Natiqlik məharəti ağılları fəth etmək

məharətidir». Bu isə Plutarxın fikridir: «Nitqin

gücü az sözlə çox şeyi ifadə etmək bacarı ‐

40

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 1 (05) 2014




Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə