Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə25/44
tarix08.10.2017
ölçüsü1,04 Mb.
#3655
1   ...   21   22   23   24   25   26   27   28   ...   44

liderlərin axtarışını korporativ mədəniyyətin

bir hissəsinə çevirməkdir.

3. Belə liderlər haqqı ödəməlidirlər ki,

sabahkı uğuru təmin etsinlər.

Qurbansız uğur olmur. Hər bir təşkilat öz

mahiyyətinə görə unikaldır və bu da onun

uğurunun hansı qiymətə başa gələcəyini

müəyyən edir. Amma öz təşkilatına kömək

etmək istəyən lider bu haqqı ödəməyə hazır

olmalıdır ki, uzunmüddətli uğuru təmin etsin.

4. Belə liderlər komanda liderliyini fərdi

liderlikdən yüksək qiymətləndirirlər.

Lider nə qədər yüksək səviyyədə olsa da,

o, hər şeyi təklikdə etmək iqtidarında deyil.

Hər bir təşkilatda, komandada liderlər

olmalıdır ki, inkişaf etsinlər, uğur qazansınlar. 

5. Belə liderlər təşkilatdan doğru yolla və

vaxtında gedirlər.

Liderin təşkilatı tərk etmək vaxtı çatdıqda

о bu hadisəyə hazır olmalı, kənara çəkilməli

və varisə imkan verməlidir ki, istədiyi kimi

hərəkət etsin. İşə müdaxilə onlara və

bütövlükdə təşkilata ziyan gətirir. Varislik

yalnız о halda yaradılır ki, lider təşkilatda ən

çətin və böyük işləri onsuz görə biləcək lider

yaratmış olsun.

Varislik qanunu baxımından da Heydər

Әliyev şəxsiyyəti unikal keyfiyyətlərə malik

idi. O, dövlətin bütün strukturlarında yüksək

peşəkarlığa malik liderlər yetişdirməyə nail

olmuşdu. İlham Әliyev uzun illər ərzində

Heydər Әliyev liderliyi məktəbinin çox vacib

sirlərinə yiyələnmiş, dövlət idarəçiliyində

böyük təcrübə qazanmış, beynəlxalq əlaqə ‐

lərin qurulmasında və möhkəmlən mə sində

uğurlar əldə etmiş, dünyanın siyasi mühitində

yüksək liderlik reytinqinə çatmış və sözün əsl

mənasında, Heydər Әliyev kimi dünyaşöhrətli

siyasi xadimin, dövlət başçısının layiqli varisi

olmuşdur. 2003‐cü ildən keçən 10 ildən çox

müddətdə çox hörmətli prezidentimiz İlham

Әliyev cənabları Azərbaycanı sürətlə inkişaf

edən, beynəlxalq nüfuzu yüksək olan bir

dövlətə çevirə bildi. İndi Azərbaycanın güclü

ordusu, inkişaf etmiş sənayesi və kənd

təsərrüfatı var. Biz 17 kosmos ölkəsindən

biriyik. Avropa ölkələrinin ilk idman olim ‐

piadası 2015‐ci ildə Azərbaycanda keçiriləcək.

Ölkəmiz dünyanın enerji təhlükəsizliyində

yüksək rola malik ölkələrdən biridir. Layiqli

varisin və güclü liderin seçimi bu nəticələri

əldə etməyə imkan vermişdir. 



Vaqif Abbasov, 

AMEA‐nın müxbir üzvü.,

k.e.d., professor

51

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 1 (05) 2014




Azərbaycan Demokratik Respublikasının

süqutundan sonra azərbaycanlı ictimai‐siyasi

xadimlərdən bəziləri ölkəni tərk edib, xarici

ölkələrdə yaşamaq, ictimai‐siyasi və elmi‐mə ‐

dəni fəaliyyətlərini mühacirətdə davam etdir ‐

mək məcburiyyətində qaldı. Qardaş Türkiyə

Respublikasında öz elmi və mədəni fəaliyyətini

davam etdirən mühacir soydaş larımızdan biri

də Prof. Dr. Әhməd Cəfəroğlu olmuşdur. 

Әhməd Cəfəroğlu haqqında yazılmış bəzi

məqalə və elmi tədqiqatlara istinadən söylə mək

mümkündür ki, Cəfəroğlu 17 aprel 1899‐cu ildə

Azərbaycanın Gəncə şəhərində dün yaya gəl ‐

mişdir. Uşaqlıq illəri də bu şəhərdə keç mişdir.

Üç yaşında olarkən atası İsmayıl vəfat etmiş və

anası Gövhər xanımın himayəsində böyü 

müşdür. İbtidai təhsilə 1908‐ci ildə Səmərqənd



şəhərində başlamışdır. İbtidai təhsili başa vur‐

duqdan sonra Gəncə şəhərinə qayıtmışdır.

1909–1916‐cı illər arasında Gəncədə yaşamış və

bu illərdə lisey təhsilini də başa vurmuşdur.

1916‐cı ildə Kiyev Ali Ticarət Məktəbinə daxil

olmuşdur. Amma bu ali məktəbdə cəmi üç se‐

mestr təhsil almışdır. 1917‐ci ilin oktyabr

ayında Rusiyada baş verən inqilabdan sonra

təhsilini yarımçıq qoyub, Gəncəyə qayıtmışdır.

Burada siyasi fəaliyyətə qatılmış və bir qrup

vətənpərvərlə birlikdə Azərbaycanın istiqlaliy ‐

yəti uğrundakı mübarizədə fəal iştirak etmiş;

milli respublikaya yardım məqsədilə Azərbay ‐

cana dəvət olunan Qafqaz İslam Ordusu sıra ‐

larına yazılmış və könüllülər arasında öz yerini

almışdır. Qısa müddət ərzində top alayında

gizir rütbəsinə qədər yüksəlmiş və Azərbaycan

torpağının yadelli işğalçılardan təmizlənməsi

uğrunda cərəyan edən döyüşlərdə fəal iştirak

etmişdir.

Bakı şəhərinin iğalçılardan azad edilməsin ‐

dən sonra hərbçi kimi fəaliyyətini dayandırmış

və yenidən elm‐təhsil yoluna qədəm basmışdır.

1919‐cu ildə Bakı Universitetinin şərqşünaslıq

fakültəsinə daxil olmasına rəğmən, burada

cəmi 1 smestr oxumuşdur. 1920‐ci ilin aprel

ayında Azərbaycanın Qızıl Ordu tərəfindən

işğalından sonra ölkəni tərk etmək məcburiy ‐

yətində qalan Cəfəroğlu Türkiyəyə getmiş və

orada mühacirət həyatı yaşamağa başlamışdır.

İstanbul şəhərinə yerləşən Cəfəroğlu Dar əl‐

fünun (İstanbul Universiteti) ədəbiyyat fakültə ‐

sinə daxil olmuşdur. Burada məşhur türk dili

və ədəbiyyatı alimi Fuad Köprülünün tələbəsi

olmuş və onun dərin biliklərindən istifadə et ‐

mişdir. 1924‐cü ildə bu fakültədən məzun ol ‐

muş dur. Eyni il universitetin ilahiyyat fakültə sində

işə başlamış və bir müddət sonra Türkiyyat

İnsti tutunda assistanlıq vəzifəsinə təyin edil ‐

mişdir. 1925‐ci ildə Almaniya Xarici İşlər Nazir liyinin

verdiyi təhsil təqaüdünü qazanmış və təhsilini

davam etdirmək üçün Almaniyaya getmişdir.

Almaniyada yaşadığı illərdə bir semestr Berlin

Universitetində, 5 semestr isə Breslav Univer ‐

sitetində Türkologiya sahəsində təhsil almışdır.

Berlin Universitetində Banq, Fasmer və Vester‐

man kimi dövrün məşhur alimləri ilə tanış

olmuş və onların «elm xəzinələrindən», dərin

biliklərindən istifadə etmişdir. Breslav Univer ‐

sitetində təhsil aldığı illərdə isə Brokelman,

Gize və Şeder kimi məşhur alimlərin dərslə ‐

rində iştirak etmiş və eyni zamanda onların

yanında işləmişdir. 1929‐cu ildə «Gəncə

şivəsində 75 Azərbaycan bayatısı – bir dil şərhi»

(75 Azärbajğanische Lieder «Bajaty» in der

Mun dart von Gänğä nebst einer sprachlichen

Erklärung) adlı elmi işini müdafiə edib, doktor

(ph.d.) elmi ünvanını qazanmışdır.

Eyni il Türkiyəyə qayıdan Cəfəroğlu Dar əl‐

fünun (İstanbul Universiteti) ədəbiyyat fakül ‐

təsinin Türk Dili Tarixi Kafedrasında dosent

ola raq işə başlamışdır. 1938‐ci ildə eyni fakül ‐

tədə professor vəzifəsinə yüksəlmişdir. Məşhur

türkoloqlardan Fuad Köprülünün 1946‐cı ildə

siyasi fəaliyyətə başlamasından sonra, boş qalan

kafedra müdirliyi vəzifəsinə təyin olunmuşdur.

Ancaq bir müddət sonra eyni kafedra iki

52

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 1 (05) 2014

Мцщаъир алимимиз профессор

Ящмяд Ъяфяроьлу кимдир




Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə