Şimali Abşeron sahilləri başdan-başa qaranlığa qərq olub



Yüklə 4,58 Mb.
Pdf görüntüsü
səhifə28/231
tarix02.10.2017
ölçüsü4,58 Mb.
#2550
1   ...   24   25   26   27   28   29   30   31   ...   231

 

70

 



xəritə, radioqəbuledici, bar, telefon. 

 

Pəhləvi aeroportunda bir neçə nəfər zabit yerə enən hərbi nəqliyyat təyyarəsini qarşılayır. 



 

Tehrandan gələn Əmiraslanov təyyarədən düşür. Onu iki rota desantçı müşayiət edir. 

 

– Güman etməyə əsas var ki, o hələ də şəhərdədir, – yuxusuzluqdan gözləri qan çəkmiş alçaqboy 



ahıl mayor tələsik hesabat verir. 

 

– Nəyə əsasən deyirsiz bunu? 



 

– Üç saat, daha dəqiq: üç saat on səkkiz dəqiqə bundan qabaq, yerli agentimizdən məlumat 

almışıq. Yüksək rütbəli alman zabitlərinin yaşadığı Marabda kurort şəhərciyindəki villadan zəng 

vururdu. Onun dediyinə görə, Şults boş villalardan birinin qarşısında maşından düşmüş, öz açarı 

ilə qapını açıb evə girmişdir. 

 

Əynində açıq qəhvəyi rəngli kostyum, ağımtıl köynək, boynunda ağ qalstuk varmış. Razılaşmaya 



görə, ingilis qoşunları Pəhləviyə Marabda tərəfdən daxil olmalıdır. Ona görə də orada bizim 

qoşunlar yoxdur. Telefon zəngindən dərhal sonra yola düşdük. Villaya yaxınlaşanda bizim 

agentin yolun ortasında atılmış meyitini gördük. 

 

Güllə dəymiş peysərindən hələ də qan şoralanırdı. 



 

– İngilislərlə əlaqə yaratmağa cəhd göstərmisiz? 

 

– Orada yox idilər. Tehrandan xəbər verdilər ki, ingilislər Pəhləviyə bu gün, günün ikinci 



yarısında gələcəklər. Onları indilərdə gözləyirik. Bütün yollara ciddi nəzarət edirik. 

 

Əmiraslanovu aeroportun rabitə mərkəzinə gətirirlər. O, telefona yaxınlaşır. 



 

Səba rahat dəri kresloda oturub, ləzzətlə ayaqlarını uzadır. 

 

– Sutka ərzində birinci dəfədir rahat əyləşirəm. Elə bil bu sutka bitib-tükənməyəcəkdi. Dalbadal 



gör nə qədər hadisə baş verib: şah taxt-tacdan əl çəkib, düşmən qəfil soxulub bura, bizim 

dəstələrin təxliyəsi... hələ “Mersedes-Benz”in yerli maraqlarının pozulması, 88 bütün əmlakın 

qarşıdakı müsadirəsini demirəm. Özü də hamısı bircə sutka ərzində. 

 

– Şah getsə də, taxt-tac yerindədir. Bu isə İranın xoşbəxtliyi deməkdir. Əbəs yerə deməyiblər ki, 



münbit torpaqda çör-çöp də çiçək açar. Şir balası yavaş-yavaş aslana dönəcək, – deyə Fərzani 

xəyalpərvərcəsinə dillənir. – Mənim üçün bütün hadisələrdən ən qəmlisi alman dostlarımızın – 

bu ağır zamanda İranın yeganə xeyirxahlarının bizi tərk etməsidir. Özümə təsəlli verirəm ki, bu 

gediş müvəqqətidir. Qoy ani təsadüflər bizim qanımızı qaraltmasın, axı hər gecənin bir gündüzü 

var. 

 

– Üzr istəyirəm, möhtərəm ağa. – Səba meydanoxuyucu nəzərlərlə saatına baxıb, onun sözünü 



yarıda qoyur. – Yaxşı olar ki, siz yazı stolunun arxasına keçəsiniz. General Əmiraslanov son 

dərəcə dəqiq adamdır. Sizə təyin etdiyi vaxtda mütləq zəng vuracaq. 

 

Bət-bənizi kətan kimi ağarmış Fərzani dinməz-söyləməz Səbaya baxır. El bu an telefon zəng 



çalır. 

 



 

71

– Dəstəyi götürəcəksiz? – deyə Səba donub qalmış Fərzanidən soruşur. Cavab almayanda çiynini 



çəkib, özü dəstəyi qaldırır. – General, təəssüflər olsun ki, möhtərəm ağaye Fərzani yüngül əsəb 

sarsıntısı keçirdiyinə görə, telefona yaxınlaşa bilmir. Lakin sizin tapşırığınızı yerinə yetirib. 

Təsdiq edirəm ki, Şults, yaxud Səba, fərqi yoxdur, hələ də Pəhləvidədir, ancaq yaxın vaxtlarda 

İranı tərk etməyə hazırlaşır. Danışan kimdir? Doğrudanmı tanımadınız? 

 

– Təəccüblənməyə dəyməz. Xəbərim vardı ki, siz farsca danışırsınız, ancaq heç təsəvvür 



etməzdim, dili bu dərəcədə sərbəst bilirsiniz. Cüzi də olsa ləhcə duyulmur! – Əmiraslanov 

söhbəti davam etdirə-etdirə qeyd dəftərçəsinin açıq səhifəsində mayor üçün yazır: “Təcili! İki 

desantçı rotası götürüb, Şah döngəsi, 1№-li evə gedin. Həmçinin radio ilə xəbər verin ki, siz 

gedib çatanadək bütün rayonu mühasirəyə alsınlar. Nəyin bahasına olursa-olsun, Şults diri 

tutulmalıdır”, – Mayor tələsik başının işarəsi ilə hər şeyi anladığını bildirib, qapıya yönəlir. 

 

– Düzü, əgər kiminlə danışdığımı bilməsəydim, ləhcənizdən sizi əsl tehranlıya bənzədərdim. Elə 



bil Laləzar-saray rayonunda doğulub-böyümüsünüz, – deyə Səba da borclu qalmır. – Səhv 

etmirəmsə, Pəhləviyə ilk gəlişinizdir. Gözəl şəhərdir, ancaq burada işləmək çətindir: elektrik 

enerjisi tez-tez kəsilir, bir çox küçələr 89 adsızdır, binalar nömrələnməyib, evləri sahiblərinin 

adına görə axtarıb tapmalı olursan. Düzdür, şəhərin planı var, ancaq olmasa bundan yaxşıdır: hər 

şeyi elə qarışdırıblar ki, vağzala getmək istəsəniz, yaxın adalardan birindəki cüzamlılar 

koloniyasına, ya da hidrotəyyarələrin məxfi bazasına gedib çıxa bilərsiniz. Telefonlar da ruletka 

Prinsipi ilə işləyir. 

 

– Mən sizə beşinci cəhddən sonra zəng vura bildim. Saydığınız əngəllərə baxmayaraq, bütün 



çətinliklərin öhdəsindən uğurla gəlirsiniz, – Əmiraslanov səmimi ahənglə danışır, – bütün bunlar 

da diqqətdən kənarda qalmır. Sizi ştatdarttenfürer rütbəsi almanız münasibətilə təbrik etmək 

üçün fürsət tapdığıma çox şadam. Bu, çox yüksək addır və sizin üzərinizə olduqca böyük 

vəzifələrə qoyur. 

 

– Sağ olun, İranda birinci adamsınız ki, məni bu münasibətlə təbrik etdiniz, – Səba bir az özünü 



itirmiş halda cavab verir. 

 

– Düzünü desəm, sizin SS-də xidmət etdiyinizi təsadüfən öyrənəndə mən təəccübləndim. 



 

– Təbii! Axı siz həmişə əmin idiniz ki, mən coğrafiyaşünasam, – deyə Səba gülümsünür. 

 

– Mən elə lap əvvəldən bilirdim ki, siz abverin zabitəsiniz! 



 

– Əmiraslanov ciddi tərzdə cavab verir. 

 

– Sizin üçün bunun nə əhəmiyyəti? Yeri gəlmişkən, yəqin ki, sizi də təbrik etmək olar? Düz 



demirəm? Bakı yaxınlığında düşmənin sualtı qayığının uğurlu məhvi əməliyyatına görə. 

 

– Çox sağ olun. Hesab edə bilərsiniz ki, ilk mükafatı mən indicə sizdən aldım. İnanmazsınız, 



sərhədçilər mənə qayığın məhv edildiyi barədə hesabat verdikləri gündən bəri rahatlığımı 

itirmişdim. Axı heç nəyi müəyyənləşdirə bilməmişdik: qayıqda kimlər varmış? 

 

Onlar nə məqsədlə bizim sahillərə gəliblərmişlər? Və ən başlıcası, qayıq kimə mənsub imiş. 



Xalis fantasmaqoriyadır! Üstəlik buraya bir məqamı da əlavə etmək lazımdır: hamıda belə 

qənaət hasil olmuşdu ki, Xəzər dənizində sualtı qayıq yoxdur. Bu halda mənim vəziyyətimi 

yəqin ki, təsəvvürünüzə gətirə bilərsiz? Sonradan bir az rahatlandım: öyrəndik ki, sizin 

soydaşlarınız dəmiryolu ilə İrana 6 ədəd italyan sualtı qayığı gətirmişlər. Yeri gəlmişkən, onları 

partlamağa macal tapdız? 



Yüklə 4,58 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə