Şimali Abşeron sahilləri başdan-başa qaranlığa qərq olub



Yüklə 4,58 Mb.
Pdf görüntüsü
səhifə57/231
tarix02.10.2017
ölçüsü4,58 Mb.
#2550
1   ...   53   54   55   56   57   58   59   60   ...   231

 

135


 

Bakı neft mədənləri uzun müddətə sıradan çıxarılacaq, lakin həmişəlik yox; dörd ildən sonra 

Bakı nefti bizim motorlarımızı hərəkətə gətirəcək. 

 

– Belə hesab edə bilərikmi ki, bununla da etiraf seansı bitdi! 



 

– deyə Polad soruşur. 

 

– Demək olar ki, bitdi. – Şults gülümsəyir. – Qalır təkcə təlimatı yerinə yetirmək və əmri 



yandırmaq, – o, alışqanı vərəqə yaxınlaşdırır. 

 

Avtomobilin yanında benzindolduran maşın dayanır. 



 

Sürücü şlanqı ardınca sürüyə-sürüyə, sisterndən aralanır. Söhbət edənlərlə maşının arasına keçib 

dayanır və Şults nə baş verdi- 169 yini anlamağa macal tapmamış, onu başdan-ayağadək benzin 

şırnağı ilə “suvarır”. 

 

– Mənəm, Şults, Fərzaniyəm, – deyə astadan dillənib, alışqanı odlayır. 



 

Bir göz qırpımında alovlanmış məşələ çevrilən Şults çaya sarı cumur, – o, həyatını xilas etməyə 

çalışır. 

 

Polad üst-başından alov dillərini çırparaq, onun dalınca yüyürür. 



 

Bir azdan o, huşunu itirmiş Şultsu sahilə çıxarır. 

 

Əsgərlər həbs olunmuş Fərzanini aparırlar. O, addımlarını yavaşıdaraq sifəti tanınmaz hala 



düşmüş adamı biganə nəzərlərlə süzür və sanki onun iniltilərinə cavab olaraq başını bulayır. 

 

– Bu, o qədər də dəhşətli ağrı deyil, Şults. Əsl ağrının necə olduğunu sən məndən soruş. 



 

– Axı sən yaşlı adamsan, necə əlin gəldi belə şeyə? – deyə Polad təəccüblə Fərzaniyə baxaraq 

soruşur. 

 

– Kaş heç olmasa bircə anlığa qəlbinin müdriklik gözü açılaydı. 



 

Və onda sən görərdin ki, torpağın üstündəki bu əcaib məxluq insan deyil. Hə, hə, onda sən 

görərdin ki, ayağının altında yıxılıb qalan bu canlı murdar bir həşəratdır. 

 

Polad başı görünməyən soxulcanı xatırladan Şultsun sözlərinin mənasını çox çətinliklə anlayır. 



O, familiyaları sadalayır. Polad bir neçə dəfə təkrar soruşmağa məcbur olur. Bloknotun səhifələri 

rəqəmlər, familiyalar, Bakıdakı ünvanlarla doludur. 

 

Ala-toranlıqda Polad təyyarəyə qalxır. Bir qədər irəlilədikdən sonra kəskin hərəkətlə havaya 



qalxan təyyarə tünd, mavi səmanın ənginliklərində gözdən itir. 

 

Yanıcı maye istehsal edən zavod. Əbülfəzin tutduğu diversantları bura gətirirlər. Yanğından 



mühafizə müfəttişliyinin əməkdaşları adlı ilə onlar elə həmin əməkdaşların müşayiəti sexdənsexə 

keçərək, fəhlələrin sifətlərinə diqqətlə baxırlar. 

 



 

136


“Müfəttişlər” laboratoriya girəndə Lida analiz üçün qatışıq nümunəsi götürür. O, gözlərini 

tərəzidən ayıran anda baxışları Qaraşarlının nəzərlərinə sancılır. O, Lidanı dərhal tanısa da, üzə 

vurmur. 

 

Lida çox çətinliklə özünü ələ alır. Ancaq “yanğınsöndürənlər dəstəsi” laboratoriyanı tərk edən 



kimi sifəti qar kimi ağarmış halda stula 170 çökür. Qorxuya düşmüş iş yoldaşları onun başına 

yığışır. Laborant qadınlardan biri çoxbilmiş adamlar kimi gülümsünüb deyir: 

 

– Hə, məsələ məlumdur... Ürəyin bulanır? 



 

Lida etiraz əlaməti olaraq başını bulayır. 

 

– Lap əvvəllər məndə də ürəkbulanma olmurdu. Eləcə başım hərlənirdi, bir də özümü zəif hiss 



edirdim. Üç ayında iştaham artdı, nə artdı. Yeyirdim, ancaq həm də, necə yeyirdim ...qaytarmaq 

istəyirdim. 

 

Beşinci ayda xasiyyətim elə pisləşmişdi ki, lap ifritəyə dönmüşdüm, altıncı ayda xasiyyətim 



düzəldi, ancaq üzümdə qəhvəyi ləkələr əmələ gəldi... 

 

– Simanı bu yana çək, yoxsa Lidanı birtəhər eləyəcək. 



 

– Öhdəsindən çətin gələm. Yaxşısı budur, ərinin dalınca qaçım. 

 

Kamil cəld özünü Lidaya yetirir. 



 

Sima isə uçuna-uçuna, macal vermədən elə hey danışır: 

 

– Axır ki, doqquz ayın tamamında əkiz oldu. Bilirsən, adlarını nə qoymuşam? 



 

Kamil Lidanı dəhlizə çıxarır. 

 

– Sənə nə olub, – deyə o, narahatlılıqla soruşur. Ancaq eyni zamanda vücudunu çulğamış sevinci 



gizlətmək üçün özünü zorla ələ almağa çalışır. – Qulaq as, bəlkə laboratoriyadakı o arvad düz 

deyir? 


 

Bənizi hələ də ağappaq olan Lida başını bulayır: 

 

– Gəl çıxıb gedək Bakıdan, – deyə ərinə yalvarır. – Məni burdan apara bilərsən? Yoxsa... Yoxsa 



məhv olacağam. 

 

– Əlbəttə, əlbəttə, gedək. Bircə operatorlara deyim, sonra da maşın çağırım. Gedərik bağa – sənə 



təmiz hava lazımdır. Bircə dəqiqə otur burda. 

 

Lida ümidsizlik içində başını əlləri içinə alıb, Kamili gözləyir. 



 

– “Yanğınsöndürmə müfəttişləri”nin hamısı inzibati korpusunun otaqlarından birindədir. Artıq 

gecə düşüb. 

 

– Qalır üçüncü növbədə işləyənləri yoxlamaq, – deyə baş mühafizəçi işin yekunlarından danışır. 



– Gecə saat ikidə işə başlayırlar. 

 

– O, əsas sexin yerləşdiyi üzbəüz binadan eşidilən səs-küydə çox ucadan danışmağa məcburdur. 




 

137


 

– İndi saat neçədir? 12-nin yarısı? Bir saat şəhərə, bir saat da geriyə, elə düz növbə başlanan 

çatarıq,- deyə Qaraşarlı istehza ilə qımışır. – İkicə gün də belə keçsə, yatmağı tərgidəcəyik. 

 

Baş mühafizəçi pəncərəyə yaxınlaşır, çölə baxır; onmərtəbəli binanın divarı heç bir girinti-



çıxıntısı olmayan sıldırım qayanı xatırladır. O, pəncərədən aralanıb deyir: 

 

– Burada iki divan var. Qaraşarlı və Qəribov – siz burada bir az dincəlin, saat dördə oyadarıq. 



Bizsə dəhlizdə növbə çəkəcəyik. 

 

Mühafizəçilərdən üç nəfəri dəhlizə çıxıb, qapını arxalarınca açarla bağlayırlar. Baş mühafizəçi 



üstəlik kreslonu da çəkib qapıya söykəyir. 

 

– Hər iki saatdan bir dəyişilirik, – deyə o, yoldaşlarına xəbərdarlıq edir, – hələlik mən növbə 



çəkirəm. Siz gedin vestibülə, divanlara. Yatıb qalmayın ha... 

 

– Bu səs-küydə yatmaq olar?! 



 

Onlar gedəndən sonra mühafizəçi hələ bir müddət “Oqonyok” jurnalını vərəqləyir. Sonra jurnalı 

bir kənarı qoyub, ləzzətlə kresloya yayxanır. 

 

Qaraşarlı pəncərəyə yaxınlaşıb çölə boylanır. Başını bulayıb, divana qayıdır. 



 

– Çox hündürdür? – deyə Qəribov yaltaq-yaltaq onun gözünün içinə baxaraq soruşur, ancaq 

cavab almır. – Biz indi bir-birimizdən möhkəm yapışmalıyıq, sən isə mənə düşmən kimi 

baxırsan, – deyə o, özünü saxlaya bilməyib əlavə edir. – Elə bil mən nədəsə günahkaram. 

 

Mənim heçi kəsi ələ vermək fikrim yox idi. O özü-özünü ələ verdi: bizi görən dəqiqə dovşan 



kimi əsməyə başladı! Mənsiz də hamı başa düşdü ki, niyə onun canına vicvicə düşüb. 

 

– Tutaq ki, lap elə başa düşdülər, sən niyə özünü ortaya atdın? 



 

– deyə Qaraşarlı qəzəblə soruşur. 

 

– Necə yəni niyə? Belə anlarda mənim beynim həmişəkindən iki dəfə yaxşı işləyir. Fikirləşdim 



ki, onsuz da bayram şamı kimi alışıb yanır, onu nişan verib-verməməyin onunçün elə fərqi 

yoxdur daha. Qaraşarlı ilə mənə isə heç nə olmasa, güllələnmədən aşağı bir ölüm düşər. 

 

– Deməli, həmin o bircə saniyədə mənim qayğıma qalmaq da yadına düşdü? Əcəbdir! Ancaq 



başın həqiqətən sürətlə işləyir! 

 

– Necə istəyirsən fikirləş, – deyə Qəribov könülsüz dillənir, – məsələnin nə yerdə olduğunu 



anlayanda, hələ mənə “sağ ol” deyəcəksən. Onu nişan verməsəydim, ertəsi gün bizi divara 

dirəyə- cəkdilər ki, daha boş yerə bizi gəzdirməkdən ötrü maşını şəhərdə ora-bura qovmasınlar. 

İndi isə inanırlar ki, bizə bel bağlamaq olar. 

 

– Bəsdir, sən Allah, yat! – deyə Qaraşarlı iyrənirmiş kimi ona sarı baxıb, hansı fikrinsə təsirilə 



təzədən pəncərəyə yanaşır, yarıyadək sallaşıb, divarı gözdən keçirir. 

 

Qaraşarlı ətirşahı qoxulayır. Sonra yatmış Qəribovu oyatmamaq üçün ehtiyatla hərəkət edərək, 



kustar üsulla armaturdan hazırlanmış dibçəyi dibçəkaltıdan çıxarır. Dibçəkaltını əlinə alıb, 

diqqətlə baxır, sonra döşəmənin üstünə qoyub, onun üç ayağından birini laxlatmağa çalışır. 




Yüklə 4,58 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə