Şİrvanşahlar sarayi: tariX, HƏQİQƏTLƏR, MÜlahiZƏLƏR «Elm və təhsil» Bakı – 2015



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə17/23
tarix19.07.2018
ölçüsü0,95 Mb.
#56523
1   ...   13   14   15   16   17   18   19   20   ...   23

55

müddəalarını əsas götürürdülər. Bununla da dövlətin və ordunun 

bütün hərbi-dini fəaliyyətini müəyyənləşdirir və hərbi strategiyasını 

məhz bu istiqamətdə həyata keçirirdilər. Şirvanşahlar dövlətinin 

belə hərbi-dini siyasəti tədqiq olunan dövrün mənbələri ilə təsdiq 

olunur. Məsələn, “Tarix əl-Bab”ın məlumatları bununla əlaqədar 

böyük  maraq  doğurur.  Belə  ki,  Şirvanşahlar  mütəmadi  olaraq 

imkan daxilində “kafirlərə qarşı cihad” aparmışlar və mənbədə 

bu onların bir vəzifəsi kimi təqdim olunmuşdur.

Müsəlman hərb sənətindən bəhs edərkən şəhidlik haqqında 

da deyilməlidir. Şəhidlik statusu islamda xüsusi yer tutur. Allah 

yolunda canını əsirgəməyib fəda etmiş, həlak olmuş şəxs şəhid 

hesab  edilirdi.  Müsəlman  alimi  İbn  Qayyim  əl-Cövziyyə  (XIV 

əsr) qeyd edir ki, şəhidlik Allah qatında Allah dostlarının ən uca 

mərtəbəsidir. Şəhidlər də Allahın qulları arasında ən seçkinləri və 

ən yaxınlarıdır. Şəhid Allah sevgisi və rizası üçün öz canını Allah 

yolunda fəda edən şəxsdir .Şəhidlik statusunun xüsusiliyi Qurani-

Kərimdə  belə  buyrulmuşdur:  “Allah  yolunda  öldürülənlərə 

(şəhid olanlara) “ölü” deməyin. Əksinə, onlar (Allah dərgahında) 

diridirlər,  lakin  siz  bunu  dərk  etmirsiniz”.  Şəhidlik  statusu 



yalnız  bilavasitə  döyüşdə  və  ya  ribatda  döyüş  növdəsində 

öldürülənlərə şamil edilmirdi və onun dairəsi daha geniş idi. 

Belə ki, başqa səbəblərdən, məsələn, hansısa xəstəlikdən də 

ölmüş şəxs şəhid hesab edilirdi.


56

Dilavər Əzimli   

tarix üzrə fəlsəfə  doktoru

ŞİRVAN ƏRAZİLƏRİNDƏ DİNİ 

HƏYAT TARİXİNƏ DAİR

Şirvan  ərazilərində  dini  həyatın  öyrənilməsinə  ayrıca  bir 

tədqiqat  əsəri  həsr  olunmamışdır.  Bu  məsələ  Şirvanın  tari-

xini  öyrənən  zaman  aktuallıq  kəsb  etmiş  və  tədqiqatçılar  tə-

rə findən  ayrı-ayrı  dövrlərdə  Şirvanda  dini  həyat  barədə 

məlumatlar  verilmişdir.  Bəllidir  ki,  Şirvan  əraziləri  dünyanın 

ən qədim mədəniyyət mərkəzlərindən biri olmaqla, Azərbaycan 

coğrafiyasında  xüsusi  önəmə  malikdir.  Böyük  ticarət  yollarınn 

üzərində yerləşən Şirvan əraziləri ta qədimdən başlayaraq zəngin 

mədəni irsə sahib olmuşdur.

Azərbaycanın  Şirvan  ərazilərinin  tarixi  üçün  öyrənilməsi 

vacib olan sahələrdən biri də dini həyatdır. Bir daha vurğulayaq 

ki, Şirvan ərazilərindən tarixən ən mühüm ticarət  yolları keçmiş 

və  beynəlxalq  ticarətdə  bu  ərazilərin  böyük  rolu  olmuşdur.  Bu 

ərazilər  olduqca  məhsuldar  ərazilər  idi.  Müxtəlif  dövrlərdə 

ərazilərə  ya  məcburi,  ya  da  könüllü  şəkildə  daima  insan 

köçləri baş vermişdir. Bu baxımdan tarixən bu ərazilərdə  ciddi 

etno-siyasi-dini  proseslər  getmişdir.  Buna  uyğun  olaraq  da 

dini  təsəvvürlərdə  müxtəliflik  özünü  göstərmişdir:  tanrıçılıq, 

zərdüştülük, bütpərəstlik, xristianlıq, islam və s....

Şirvan ərazilərinin coğrafiyası orta əsr mənbələrində aydınlıqla 

əksini  tapmışdır.  Orta  əsrlər  mənbələri  Xəzər  dənizinin  qərb 

sahilində, Kürdən şərqdə yerləşən, qədim Qafqaz Albaniyasının, 

yaxud erkən orta əsrlər Arranın bir hissəsi olan vilayəti Şərvan və 

ya Şirvan adlandırırdılar.

Tarixin  tədqiqi  göstərir  ki,  islamın  ölkəmizdə  yayılmasına 

qədər  Azərbaycan  ərazilərində  dini  müxtəliflik  mövcud  idi. 

Düzdür, bu məsələ kompleks halında öyrənilməsə də, ayrı-ayrı 

monoqrafiya və məqalələrdə qısaca olaraq əksini tapmışdır. Dünya 



57

tarixində özünün silinməz izini qoymuş Şirvanşahlar dövlətinin 

həyatında  dinin  rolu  çox  yüksək  idi.  Bu  gün  Şirvanşahlardan 

yadigar qalan ərazilərdə türbələrin, pirlərin, qədim tarixi abidələrin 

çoxluğu bunu sübut edir. Şirvan əraziləri türbələrlə, pirlərlə, tarixi 

abidələrlə  əhatə  olunmuşdur.  Ərəb  istilasınadək  Azərbaycanda 

rəsmi  dini  dünyagörüşləri  olan  atəşpərəstlik  (Azərbaycanda 

əslində, təktanrıçılığa söykənən tanrıçılıq dini olub. Atəşpərəstlik 

isə zor gücünə Sasanilər tərəfindən yayılmağa başlanıb-D.Ə.) və 

xristianlıqdan əlavə bəzi digər dini əqidələrə (məsələn, şamanizmə 

və b. Şamanizm isə elə tək tanrıçılıqdır-D.Ə.) tapınanıar da vardı. 

İslamın yayılması ilə digər dini əqidələr aradan qalxmağa başladı. 

Bunun  bir  səbəbi  də  Azərbaycanda  daima  təktanrıçılığa  olan 

meyllə  bağlıdr.  Bu  məsələ  İslamın Azərbaycanda  yayılmasında 

müstəsna  rol  oynadı.  Bundan  əlavə,  İslamın  keçmiş  etiqadlara 

nisbətən  mütərəqqi  cəhətləri,  xüsusən  azadfikirlilik  meyllərinə 

dözümlülüyü  ona  qarşı  rəğbəti  artırırdı.  Bununla  yanaşı, 

əvvəlki  dini  əqidələr  birdəfəlik  yox  olmamış,  özünün  bir  sıra 

müddəalarını  və  prinsiplərini  xalq  adət-ənənələrinə  qoşaraq 

əsrlər  boyu  yaşamışdır.  Ölkədəki  maddi  mədəniyyət  abidələri-

atəşgahlar, alban kilsələri də keçmişlə bağlılığı möhkəmlətmişdir. 

Əski  etiqadlar  zehinlərdən  tamamilə  silinməmiş,  bəzən  siyasi 

hərəkatda açıq şəkildə, bəzən də rəsmi ideologiya ilə bir araya 

sığmayan  bidət  formasında  təzahür  etmişdir  .      Şirvanşahların 

məşhur  tədqiqatçısı  Sara  xanım Aşurbəyli  yazmışdır  ki,  “Ərəb 

istilasına  qədərki  erkən  Şirvanşahlar  haqqında  məlumatımız 

yoxdur. Rəşidəddin (1247-1318-ci illər) “Məkatibat”nda oğlu Əli 

üçün  nişanladığı  Şirvanşah  qızı  haqqında  danışarkən  göstərirdi 

ki,  Şirvanşahlar  Dərbənd  hökmdarları  nəslindən  olan  qədim 

xanədandır.

İnsan  dünyaya  gələndən  onun  dini  inancı  formalaşmışdır. 

Bunu  sübut  edən  arxeoloji  materiallardır.  Şirvan  ərazilərində 

tapılan  arxeololi  materiallar  burada  yaşayan  xalqın  ən  qədim 

dini inanclarından xəbər verir. Xüsusilə, Şirvan ərazisində insanı 

təsvir edən monumental daş heykəlinin meydana gəlməsi böyük 

maraq doğurur. XI əsrdən başlayaraq Şirvanşahların həyatında bir 




Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə