64
Şirvanşahların İçəri Şəhərdəki saray kompleksi əsil saray
kompleksidir. Buranın inşası XII əsrdən başlamış və təxminən
150-200 ilə tamamlanmışdır. Sadə quruluş-hələ kasıblıq əlaməti
deyildir. Sadəlikdə olan möhtəşəmlik abidələrdəki stalaktit
bəzəklərdə, düzgün relyef quruluşunda, dəqiq ölçülərdə və
dayanıqlılıqda özünü göstərməkdədir. Azəırbaycanda sözsüz
ki, bütün zamanlarda paytaxtların hansı şəhərd olmasından
asılı olaraq və iqamətgahların yerləşməsinə görə sarayların
sayı müəyyən qədər olmuşdu. Amma təəssüf ki, bu günkü
coğrafiyada bizə çatan yeganə saray kompleksi buradır. Bizim
buranı saray kimi deyil, dini xarakterli xanəgah, yaxud məzarlıq
kimi tanıtmağımız bizlərə çox ziyan verə bilər. Bizim dövlətçilik
tarixində Şirvanşahlar dövlətinin çox böyük əhəmiyyəti vardır.
Bu gün bizlərin bu dövlətin əhəmiyyətini kiçildərək sadəcə dini
mərkəz kimi tanımağımızın heç bir elmi əsası yoxdur.
65
Rəna Rzayeva
“Şirvanşahlar Sarayı Kompleksi” Dövlət
Tarix-Memarlıq qoruq-muzeyinin
direktoru
ŞİRVANŞAHLARIN BAYRAQLARINA DAİR
ARAŞDIRMALAR
Qədim tarixə malik Azərbaycan zəngin dövlətçilik ənə-
nə lərinə malikdir. Hələ qədim dövrlərdən – e.ə. III minilliyin I
yarısından yaranmış dövlətçilik ənənələrimizin 5 min il yaşı
vardır. Orta əsrlərdə inkişaf etmiş dövlətçiliyimizin ənənələri
çərçivəsində Azərbaycan ərazisində bir çox dövlətlər yaranmışdır:
Şirvanşahlar, Sacilər, Salarilər, Şəddadilər, Rəvvadilər, Atabəylər,
Qaraqoyunlu və Ağqoyunlular, Səfəvilər. Təəssüflər olsun ki,
sadalanan bu dövlətlərin əksəriyyətinin bayraqları necə olmuşdur,
bu bizə məlum deyildir. Hər şahın bir və ya bir neçə bayrağı
olardı. Bayraq və ya sancaq bir dövlətin, bir millətin rəmzi
olaraq istifadə edilər, xüsusi rəng, ölçü və formalara malik olardı.
Türklər sülh və savaş zamanı, mərasimlərdə müxtəlif rənglərdə
bayraqlar işlədərdilər. Fəqət bu rənglərin də ayrı-ayrı anlamları
vardı. Əvvəllər hökmdarların şəxsi simvolları olan bayraqlar,
zaman keçdikcə dövləti ifadə etməyə başlamışdı. Tarixdəki Türk
dövlətlərində dövləti və hökmdarı təmsil edən bayraqlar olduğu
kimi, ordu birliklərini və sərkərdələri təmsil edən sancaqlar da
istifadə edilmişdir.
Bu gün hələ ki, orta əsr ədəbi irsimizi, mənbələri araşdırıb
tədqiq etməklə, Şirvanşahların XII və XV əsr bayraqlarının necə
olduqlarını aşkar etmişik. Orta əsrlərdə Şirvan bir mədəniyyət
mərkəzi kimi məşhurlaşmışdı. Şirvanşahlar elmli, savadlı dövlət
xadimləri olduqlarından elmə, sənətə və poeziyaya himayə
edir, dövrlərinin görkəmli alim və sənətkarlarını, istedadlı şair
və nəqqaşlarını öz sarayları ətrafina cəlb edirdilər. XII əsrdə
hökmranlıq etmiş belə şahlardan biri də Şirvanşah III Mənuçöhr
66
idi. Onun dövründə sarayda toplaşmış şairlərə istedadlı sənətkar
Əbül-Üla Gəncəvi başçılıq edirdi. Əbül-Üla Şirvanşahlar
Sarayında Məliküşşüara – şairlər şahı ləqəbi ilə məşhur idi.
Onu şairlər ustadı adlandırırdılar. 16 il sarayda yaşamış Əbül-
Üla Gəncəvi Xaqani və Fələki kimi şairlər yetişdirmişdi.( Ziya
Bünyadov, Azərbaycan Atabəyləri dövləti, elektron variant, Bakı,
2007, səh.207 )
Məlum olduğu kimi, Şirvanşahların XII əsr dövrünü işıq-
landıran əsas ədəbi mənbələr saray şairlərindən Xaqani və
Fələkinin əsərləridir. Əfzələddin Xaqani 1120-ci ildə Şirvanın
Məlhəm kəndində sənətkar ailəsində anadan olmuşdur. İlk
təhsilini dövrünün məşhur alimlərindən olmuş əmisi Ömərdən
almışdır. Ömər ona, yalnız dövrünün elmlərini öyrətməklə
kifayətlənməmişdi, eyni zamanda Əfzələddinin şeirə olan
marağını görüb, onu şeir sənətinə həvəsləndirmişdi. Mükəmməl
təhsil alıb bir şair kimi tanınmağa başlamış Əfzələddin Xaqani ərəb
dilindən tərcümədə həqiqətlər mənasını verən Həqaiqi təxəllüsü
ilə bir zamanlar qəzəl və rübailər yazmışdır. Sonralar Əbül-Üla
tələbəsinin qabiliyyətini görüb, onu Şirvanşah Mənuçöhrə təqdim
etmiş və Əfzələddinə Xaqani adını vermişdi.
Bayrağın üzərində şir təsvirinin olması heç də təsadüfi deyildir.
Ehtimal ki, şir təsviri Şirvanşahlar dövlətinin gerbində bir element
olmuşdur. Bu təsvirə Şirvanşahlar Sarayının qapıları üzərində
(Engelbert Kempfer, 1683-cü il), Bakının qala divarlarında (XII
əsr), Şirvanın digər ərazilərində, o cümlədən Dərbənd abidələrində
rast gəlinmişdir. İbn əl-Fəqih əl-Həmədaninin təqribən eramızın
903-cü ilində yazılmış «Kitab əl-buldən» (“Ölkələr kitabı”)
əsərində maraqlı məlumat verilir. Burada göstərilir ki, Dərbəndin
Cihad qapılarının yerləşdiyi divardakı sütunlarda ağ daşdan
düzəldilmiş şir heykəlləri durur, bundan başqa, onlardan aşağıda
qoyulmuş daşlar üzərində də şir təsvirləri vardır. Müəllif daha
sonra “Məsruf hovuzu” adı ilə tanınan ovdanın aşağıya enən
pilləkənlərinin hər iki tərəfində şir heykəllərinin qoyulduğunu,
eləcə də hökmdar evinin üzərində də daşdan qayrılmış və divardan
bir qədər aralı iki şir heykəlinin boylandığını, yerli sakinlərin
şirləri divarların talismanları hesab etdiklərini qeyd etmişdir.