67
Sevil Məmmədova
“Şirvanşahlar Sarayı Kompleksi”
Dövlət Tarix-Memarlıq qoruq-muzeyinin
direktor müavini
ŞİRVANŞAHLARIN SARAYLARI – ORTA ƏSRLƏRİN
TARİXİ REALLIQLARI VƏ ONLARI TƏSDIQLƏYƏN
MƏNBƏLƏR
Azərbaycanın şimali-şərq bölgəsində artıq VI əsrin I yarısında
mövcud olmuş Şirvanşahlar dövləti, onun Bakı Sarayına dair
kifayət qədər monoqrafiya, elmi-populyar məqalələr yazılmış,
araşdırmalar aparılmışdır. Lakin etiraf edək ki, onun öyrənilməyə
yenə də ehtiyacı vardır. Dövlətin yerləşmiş olduğu Şirvan adlı
tarixi-coğrafi ərazi eramızın əvvəllərində artıq sıx məskunlaşmışdı.
S.Aşurbəyli mənbələrə əsaslanaraq yazır ki, Şərvan və ya Şirvan
adlı şəhər Şabaran yaxınlığında yerləşmişdir və bizim eranın
əvvəllərində eyniadlı vilayətin mərkəzi olmuşdur. Ehtimal ki, bu
şəhərin qalıqları Şamaxıdan 4-5 km aralıqda yerləşir və Bineyi-
Şirvan adını daşıyır. Şirvan yerli və beynəlxalq ticarətin əsas
mərkəzlərindən idi. Onun ərazisindən mühüm karvan və dəniz
yolları keçirdi. Öz feodal dövlətlərində suveren hökmdarlar
olan şirvanşahlar sikkələr zərb etdirir, dəniz donanması, böyük
qoşun növləri saxlayır, alınmaz qalalar, müdafiə istehkamları
ucaldır, beynəlxalq ticarətdə mühüm rol oynayırdılar. Dövlətin
ilk paytaxtı olmuş Şamaxı şəhəri gürcü salnaməsinin məlumatına
görə, təqribən 1192-ci ildə dəhşətli zəlzələdən dağıldıqdan sonra,
ehtimallardan birinə görə, Şirvanşah I Axsitan Bakını dövlətin
ikinci paytaxtı etmişdi. 10 əsr ərzində öz müstəqillikləri uğrunda
qəhrəmancasına mübarizə aparmış Şirvanşahlar dövlətinin bir sıra
nümayəndələri görkəmli diplomat və dövlət xadimləri olmuşlar.
Axsitan, Fəriburz, Şeyx İbrahim, Xəlilullah və digərləri görkəmli
diplomat, dövlət başçıları olmaqla bərabər, həm də bacarıqlı
68
sərkərdələrdi. Təkcə şahlar deyil, onların xidmətində durmuş
əyanlar da öz dövrlərinin son dərəcə savadlı, elmli və bacarıqlı
şəxsiyyətləri olmuşlar. Təxminən 1190-1192-ci ildə Şamaxıda
doğulmuş, 6 dil, orta əsr poetikasını, məntiqi, astronomiyanı,
fəlsəfəni bilmiş, şərq ölkələrini səyahət etmiş şairin 2 divanı bu gün
dünya kitabxanalarını bəzəyir. Divanlarından biri Saltıkov-Şedrin
adına kitabxanada, o biri Britaniya muzeyinin kitabxanasındadır.
Görkəmli alimimiz Z.Bünyadovun qeyd etdiyi kimi, mənbə lərin
təhlili Şirvanın daxili həyatını təcəssüm etdirmək, Şirvanşahların
fəaliyyəti haqqında nəticələr çıxarmaq imkanı verir. Məsələn, iki
şahın: I İbrahimin və I Xəlilullahın dövründə saray şairi olmuş Bədr
Şirvaninin “Divan”ındakı qəsidələrdən belə nəticə çıxarmaq olar
ki, Şirvanşahların ölkənin müxtəlif yerlərində təmtəraqlı sarayları
olmuşdur. Onlar bu və ya digər vaxtda ölkəni gəzir, lazım gəldikdə
də bu iqamətgahlardan birində dayanırmışlar.
Qeyd etmək lazımdır ki, Bakı Şirvanşahlar dövlətinin əsas
şəhərlərindən, paytaxtlarından biri olmuşdur. Görkəmli alimimiz
Z.Bünyadov orta əsr mənbələrinə əsaslanaraq, Bakının II paytaxt
olamasını XII əsrə aid edir. O öz monoqrafiyasında yazır:
“Hicri 582-ci (miladi 1186-cı) ildə Şirvanşah I Axsitan atabəy
Cahan Pəhləvanın ölümündən sonra Qızıl Arslanın sultanlıqda
vəziyyətinin qeyri-müəyyənliyindən istifadə edərək qoşunları ilə
Azərbaycan ərazisinə soxuldu. Lakin Şirvanşah ağır məğlubiyyətə
uğradı. Onun qoşunları isə Qızıl Arslanın təqibi altında Bakıya
çəkildi. Bu vaxtdan etibarən Bakı Şirvanşahların ikinci paytaxtı
oldu. Qızıl Arslan Şamaxını və Dərbəndə qədər olan torpaqları
tutdu. Bu torpaqlar bir neçə il onun əlində qaldı.” XII əsrdə
Bakının II paytaxta çevrilməsinin labüdlüyünü digər bir fakt da
təsdiqləyir. Bu, seysmik ərazidə yerləşən Şamaxının dağılması
faktıdır. Ehtimal edilir ki, Şirvanşah I Axsitan zəlzələdən sonra
Bakı şəhərini öz iqamətgahına çevirmişdi və bu, heç də təsadüfi
olmamışdır. Çünki paytaxt şəhəri dəyişən Şirvanşah I Axsitanın
atası III Mənuçöhr tərəfindən Bakının qala divarları artıq XII əsrin
əvvəllərində bərpa edilib möhkəmləndirilmişdi. Bu faktı XX əsrin
50-ci illərində qala divarlarının yarımbürclərindən birinin uçması
nəticəsində aşkar olunmuş kitabə də təsdiqləyir.Belə olan halda, I
Axsitanın paytaxt kimi Bakı qalasını seçməsi təbii idi.
69
Həm də Bakı mühüm strateji mövqeyə və əlverişli limana
malik idi. Digər tarixçi alimimiz O.Əfəndiyev də öz əsərində
yazır: “XV əsrdə Bakı Azərbaycanın iri ticarət-sənətkarlıq
mərkəzi və Xəzər dənizindəki ən mühüm limanı idi. Şamaxı
ilə yanaşı Bakı da Şirvan hökmdarlarının iqamətgahı sayılırdı.
Böyük sərvətləri ilə məşhur olan Şirvanşahlar sarayı burada
yerləşirdi, qızılbaş rəhbərlərinin planlarında bu sərvətlərə sahib
olmağa səy göstərilməsi əhəmiyyətli yer tuturdu.”
Görkəmli memar alimlərimiz Əbdülvahab Salamzadə və
Elturan Avalov Şirvanşahlar Sarayının yerləşdiyi məkan ilə bağlı
yazırlar: “İçəri şəhər”də ən gözəl və əlverişli nöqtəni seçməklə,
memarlar saray üçün dənizə açılan mənzərəli panoramanı
təmin etmiş, sarayı o dövr Bakısının şəhərsalma dominantına
çevirmişdilər.1683-cü ildə sarayda olmuş, Bakının ilk qrafik
təsvirini latın dilində yazmış olduğu 2 cildli kitabında vermiş
alman alimi Engelbert Kempferin təsviri də bu faktı təsdiqləyir:
“Şəhərin buxta üzərində yüksələn ən hündür hissəsi şah
möhtəşəmliyi və qeyri-adi əzəməti ilə gözəl yonulmuş, bir-birinə
elə ustalıqla pərçim edilmiş daşlardan ucaldılıb ki, onların tikiş
yerləri belə sezilmi
Lakin təəssüf ki, nə həmin bürclər, nə də ala qapılar günümüzə
qədər gəlib çatmamışdır. Yalnız alman təbiətşünas alimi E.
Kempfer kitabında qapıların təsvirini vermiş, hər 2 qapının
üzərində qarşı-qarşıya durmuş iki şir və onların arasında başqa
bir heyvanın, sanki dəvə başının yerləşdirildiyini, II qapının girişi
üzərində də belə fiqurun olduğunu qeyd etmişdir. Qeyd etmək
lazımdır ki, iki şir və onların arasında bir öküz başının təsviri
Şirvanşahlar dövlətinin gerbidir.
Həmin gerb təsvirinə Bakının qala divarlarında, Şirvanın
digər ərazilərində, o cümlədən Dərbənd abidələrində rast gəlinir.
Təsvirdəki şirlər Şirvanşahlar dövlətinin güc və qüdrətinin, öküz
başı isə ölkədəki bolluğun rəmzi idi. İbn əl-Fəqih əl-Həmədaninin
təqribən eramızın 903-cü ilində yazılmış “Kitab əl-buldən”
(“Ölkələr kitabı”) əsərində yerli sakinlərin şirləri divarların
talismanları hesab etdikləri qeyd edilmişdir.
Dostları ilə paylaş: |