70
Səadət Ələkbərova
“Şirvanşahlar Sarayı Kompleksi” Dövlət
Tarix-Memarlıq qoruq-muzeyinin
Elmi-tədqiqatlar və ekspozisiya şöbəsinin müdiri
ŞİRVANŞAHLAR SARAYI: SARAY
VARİDATININ İZİ İLƏ...
Ulularımızdan bizə qalan müqəddəs yerlərdən biri də İçə-
rişəhərin ən yüksək təpəsi üzərində inşa edilmiş Şirvan dövləti
hökmdarlarının Bakı iqamətgahı Şirvanşahlar Sarayıdır. Azərbay-
canın şimal-şərq hissəsində VI əsrdə yaranmış Şirvanşahlar
dövləti Azərbaycanın tarixində çox böyük rol oynamışdır.
Şirvan torpağı tarixən zəngin təbiətli ərazidə, əlverişli coğrafi
mövqedə yerləşmişdir. Dövlətin ərazisi sonralar baş vermiş siyasi
hadisələrlə əlaqədar gah genişlənmiş, gah da kiçilmişdi.
XI əsrdən başlayaraq Şirvanşahların həyatında, siyasi sahədə
bir canlanma baş vermiş, XII yüzildə isə dövlət artıq özünün
çiçəklənmə dövrünə qədəm qoymuşdu. Şirvanşahlar dövləti
bəzi tarixi zamanlarda qonşu dövlətlərdən formal asılı olmasına
baxmayaraq, Azərbaycan ərazisində mövcud olmuş ən güclü
dövlət qurumuna malik olmuşdu. Bu dövlətin başçılarının ağıllı
və düzgün siyasəti, yalnız Şirvanın deyil, bütün Azərbaycanın
mədəni, ictimai-iqtisadi, siyasi cəhətdən inkişafında əvəzsiz
rol oynamışdır. O dövrün səyyahları, coğrafiyaşünas alimləri
Şirvanşahların Dərbənd, Şamaxı, Bakı və Kür qırağındakı saray-
larının, iqamətgahlarının təsvirini verir, onların gözəlliyindən
heyranlıqla bəhs edirdilər. Məsələn, Məsud ibn Namdar II
Fəribürzün hakimiyəti dövründə Şirvandan çiçəklənən bir
diyar kimi bəhs edirdi. Onun torpaqlarına göylərin belə həsəd
apardığını, Şirvanşah və onun vəziri Əbül Fərəc Məhəmməd əl
Kakuyi tərəfindən o dövrün təhsilli adamlarına göstərilən qayğı
və himayəni tərifləyirdi( Z.Bünyadov. Azərbaycan Atabəylər
dövləti. Bakı 2007-ci il. səh. 127).
71
Qərbdən Şərqə, Şimaldan cənuba qədər və əksinə istiqa-
mətlənmiş bütün karvan yolları vaxtilə bu ərazilərdən keçirmiş.
Şirvanın məşhur ipəyi, qiymətli xalçaları, nefti, duzu, zəfəranı
və digər sərvətləri daim diqqət mərkəzində olmuş, bərəkətli
torpaqları yadellilərin çəkişmələr meydanına çevrilmişdi.
Şirvanşahlar Sarayı Azərbaycanda orta əsr mədəniyyətinin,
elminin, sənətinin və bütün mənəvi gözəlliklərin ucalığını özündə
ehtiva edən yeganə saray kompleksidir. Çox təəssüflər olsun
ki, qədim tariximizi, ənənələrimizi, mədəniyyətimizi özündə
yaşadan Şirvanşahlar Sarayı əldən-ələ keçdiyinə, zəngin varidatı
talan edilərək, müxtəlif yollarla başqa ölkələrə daşındığına,
daşınmaz varidatı isə vəhşicəsinə məhv edildiyinə görə, onun
saray müxəlləfatından bu günümüzə heç nə qalmamışdır. Tarixi
mənbələr bu deyilənləri təkrar-təkrar sübut edir. Məsələn, XVI
əsr tarixçisi Həsən bəy Rumlu o dövrdə baş vermiş müharibələr
zamanı çoxlu qızıl, daş-qaş və qiymətli əşyaların saraydan
çıxarılması haqqında məlumat verirdi(С.Ашурбейли. История
города Баку.1982. с.166-167). Həmçinin 1538-ci ildə, Şirvanşahlar
dövlətinin süqutundan sonra Gülüstan qalası və Şirvanşahların
ənənəvi xəzinəsinin saxlandığı yer olan Buğurd qalası təslim
alı“Şirvanşahlar Sarayı Kompleksi” Dövlət Tarix-Memarlıq qoruq-
muzeyinin elmi heyəti 1000 illik tarixi olan Şirvan dövləti şahlarının
Bakı iqamətgahının talan edilərək dünyaya səpələnmiş varidatının
aşkara çıxarılması sahəsində geniş araşdırma işləri aparmaqdadır.
Sovet rejimi dağıldıqdan, Azərbaycan müstəqil dövlət elan
edildikdən sonra muzeyin beynəlxalq mədəni əməkdaşlıq əlaqələri
daha da genişlənmişdir. Bu illər ərzində İstanbul şəhərinin Topqapı,
Əsgəri, Türk və İslam Əsərləri Muzeyləri, Türkiyə Milli Saraylar
Birliyi, Rusiya Federasiyası “Ermitaj” muzeyi, Radişev adına
Saratov Dövlət Bədii muzeyi, Dərbənd Dövlət Tarixi-Memarlıq
qoruq-muzeyi və s. mədəniyyət ocaqları ilə əlaqələr saxlanılmışdır.
Şirvanşahların Saray kitabxanasına aid olan qiymətli əlyazmalar,
hökmdar taxtı, zirehli geyimlər, divar və günbəzlərin kaşı bəzəkləri,
saraydaxili həyat, saray adamları və s. haqqındakı məlumatlar
damla-damla toplanmaqdadır.
72
Şirvanşahlar Sarayına ən böyük zərbə XVIII əsrin
əvvəllərindən başlamışdı. Sarayın plan quruluşunun müxtəlif
məqsədlər üçün dağıdılaraq dəyişdirilməsini sübut edən saysız
misallar göstərmək olar. XVII-XIX əsrlərdə Bakıda olmuş,
sarayı öz gözləri ilə görmüş səyyahlar – 1683-cü ildə alman alimi
E.Kempfer, 1747-ci ildə ingilis səyyahı Ceyms Kuk, 1842-ci ildə
rus alimi İ.Berezin, 1861-ci ildə rəssam Boqolyubov, 1888-ci ildə
səyyah K.Skalkovski və digərləri Bakı şəhərində daşdan tikilmiş,
günbəzləri olan əzəmətli sarayın olduğunu, sarayın naxışlı
divar səthlərinin amansızcasına məhv edildiyini, dağıdıldığını
vurğulayırdılar. Hələ XIX əsrin əvvəllərində, Bakı xanlığının rus
imperator ordusu tərəfindən işğal edilməsindən sonra sarayın rus
hərbi idarəsi tərəfindən səmərəli şəkildə istifadəsi üçün xüsusi
layihələr işlənmişdi. 1807-ci ildə Şirvanşahlar Sarayında ilk
memarlıq-ölçmə işləri aparılmış, sxem-plan çəkilmişdi. Planda
Xan Sarayının Rus Hərbi İntendant İdarəsinə verilməsi üçün
yenidən qurulması və dəyişdirilməsi, burada rus imperiyası
əsgər alayının, zabitlərin, kilsə xadimlərinin, keşikçilərin
yerləşdirilməsi, onlar üçün yataqxana, istirahət, dəftərxana,
mətbəx və kilsənin, sursat anbarlarının və s. təşkili də nəzərdə
tutulmuşdu.