Sizsiz (roman-xatirə) Həyatım ağrıyır (povest-xatirə)



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə52/219
tarix25.06.2018
ölçüsü4,02 Mb.
#51340
1   ...   48   49   50   51   52   53   54   55   ...   219

 173 

bilmədiklərimi də görür. Mənə  qədər olanlardan və  məndən 

sonra olacaqlardan da xəbərdardır. 

Amma axı bir iş  də var: bilmədiklərini bilməmək də 

bilməyin xüsusi bir şəklidir, səndən  əvvəli və  səndən sonranı 

görməmək – xüsusi bir görüm nöqtəsidir... Və odur ki, bu 

bilimsizlikdən doğan duyğuların, fikirlərin, qənaətlərin yerini 

heç bir hər şeydən agahlıq, hər sirrə vaqiflik verə bilmir. 

...və mən yenə də yazımı davam etdirmək qərarına gəlirəm... 

Bir də ki... Bir də ki, bu yazı  mənim elə  dəruni ruhi 

ehtiyacımdan doğulur ki, onu bitirmədən, heç bir yaradıcılıq 

asudəliyi, təxəyyül azadlığı duya bilmərəm. 

Doğrudur, bu yazını işlədiyim vaxt ərzində fikrim, qələmim 

çox o yan-bu yana yayınıb, yolundan sapıb, hədəfdən çovuyub. 

Amma ayrı  nə yazıramsa, nədən yazıramsa yazım – iki ildir 

mən yalnız bu kitabın içindəyəm. Daha doğrusu, bu dəftərin. 

Bu dəftər – kitab olacaqmı, olmayacaqmı, bilmirəm! Kim bilir! 

Hər halda mən onun içindəyəm. Mən onun içinə  məhrəm 

olmuşam, isnişmişəm. Doğma evinin içini duymaq kimi bir 

hissdir bu hiss. Bütün başqa yazılar özgə yerlərə səfərlərindir, 

yad mehmanxana nömrələrində yaşadığın günlərdir. O 

məqamlar, o mənzillərdir ki, oradan bir gün mütləq geri 

qayıdacağına əminsən. 

Geri, yəni ora ki, orda səni doğma evin – doğma yazın, 

doğma kitabın gözləyir. 

Kitabın – sənin evindir. 

Mənim... evim – mənim kitabımdır. 

Ev-kitab. Kitab evi. 

Bir gənc şairin şerində atamgilin mənzilləri haqqında deyilir 

ki, Rəsul Rzayla Nigar Rəfibəyli kitabların üstündə 

yaşayırdılar. Doğrudan da, belədir – evləri Kitab passajının 

üstündə üçüncü mərtəbədə yerləşir. 

Qəribə anlayışdır Ev. İnsanlarsız, sakinlərsiz, canlı 

danışıqlar, nəfəslər, addım səsləri olmayan ev nədir? Dörd 

divar, tavan və döşəmə arasında boşluq... 



 174 

Bununla belə  həmin günlər onların onlarsız Evi – divarlar

qapılar, pəncərələr, tablolar, kitablar, stol, stullar – özləri-

özlüyündə mənimçün ilıq, doğma, diri varlıqdılar. Bacılarım da 

deyirdilər ki, gün ərzində iş yerlərində, öz evlərində onları bu 

ev – atamla-anamın mənzili ahənrüba kimi çəkir, çağırır. 

Bir dəfə  qəribə ifadə  eşitdim. "Filankəs, çox yapışıqlı 

adamdır, üzündə bir "gəlbərisi" varU. 

Evin də gəlbərisi olurmuş. 

Min bağlı-bağlı anımlar var bu evdə – su kranının yaxşı 

bağlanmamasından tutmuş qarşı evin pəncərə  pərdələrinəcən. 

Həyət tərəfdən qalxmış çinarın xışıltısından rəflərdəki kitablara 

kimi – uzaq illərimizin mütaliə aləminəcən... Onların əlləriylə 

yazılmış  hər kiçik kağız parçasından tutmuş – altmış ili əhatə 

edən fotolara qədər... 

Onları tanıyan  əşyalarla təmas bizimçün onların dostlarıyla 

ünsiyyət qədər vacibdir – son ayrılığımızın möhlətini, 

mənzilini uzaqlaşdıran yeganə vasitə indi budur. 

Ancaq bizi bu evə çağıran, çəkən, cəlb edən bir səbəb də var 

– qeyri-şüuru aldanışdır bu. Məsələ ondadır ki, onlar çox vədə 

bu evdə olmurdular əvvəllər tez-tez səfərlərə  çıxırdılar, uzun 

müddət Göyçayda, Buzovnada, son illər isə Bakı və Mərdəkan 

xəstəxanalarında yaşayırdılar. Ev isə dururdu, kirimişcə onları 

gözləyirdi... 

…bir anlığa gerçəklikdən imtina edəndə, həqiqətdən 

yayınanda illüziya yaranır – adama elə  gəlir ki, biz bura evi 

onların qayıtmasına hazırlamaq üçün toplaşmışıq – tozu 

silmək, sobanı qalamaq, çayniki piltənin üstünə qoymaq 

lazımdır. 

Onlar da bu saatca gələcəklər. 

İndicə, bax, indicə çaynik qaynayacaq, qapının zəngi 

çalınacaq... İndicə, indicə... 



*** 

Kim bilir bəlkə bu yazı yalnız bircə məqsəd güdür: onlarla 

ünsiyyəti bir azca da uzatmaq, onlarla bir azacıq da birgə 



 175 

yaşamaq... 

Yaşamaq və hər şeyi yenidən keçirmək. O cümlədən onları 

itirməyin ağrısını da... 

Onlarla olmaq, onlarla danışmaq. Atamın dəfni günü qəribə 

bir hiss də keçirirdim – bütün bu günü, yəni dəfn gününü, bu 

mərasimdə olanları atamın özünə danışmaq ehtiyacı duyurdum, 

bütün detallarla, təfərrüatla, iştirakçıların səciyyələriylə... Bu 

atama maraqlı görünə bilərdi və mən hətta söhbətimin ayrı-ayrı 

məqamlarında onun reaksiyasını da aydın görür, replikalarını 

eşidirdim. Dəfn günündəki bu ya digər hərəkətə, çıxışa, sözə 

atamın münasibəti mənə  dəqiqdən də  dəqiq məlum idi. 

Mərasimin müəyyən intizamsızlığı lap yəqin onu əsəbləşdirər, 

hövsələdən çıxardardı... 

Güman ki, yazımın bu yerləri kiməsə lap əcaib görünəcək; 

Nə etməli, mən, doğrudan da, belə hiss keçirirdim, belə 

duyurdum. – "Filan çıxışçı  eşitdin də, nə dedi?" – deyə 

atamdan soruşurdum. 

Və onun cavabını, atamın mütləq deyə biləcəyi sözləri 

kəlmə-kəlmə, açıq-aydın eşidirdim... 



*** 

Atamın ölümündən sonra və anama bir ay ömür möhləti 

verildiyi günlərdə, anamın bizim aramızda müvəqqəti qonaq 

olduğunu bütün acısıyla dərk etdiyim saatlarda onun hər 

sözünü, hər fikrini içimə sümürmək, udmaq istəyirdim; hər 

kəlməsini, yaddaşının hər parçasını, bizim – ən yaxın 

adamların belə sonacan bilmədiyimiz  İçəri dünyasının hər 

guşəsini, hər bucağını öz daxilimə keçirmək istəyirdim. Birinin 

qanı başqasına köçürülən təkin, qəzaya uğramış və həlak olmuş 

bir nəfərin sağlam ürəyi başqasına keçirilən kimi mən də 

anamın xatirələrini, daxili aləmini öz içərimə keçirmək, illəri, 

insanları onun gözləriylə görmək istəyirdim – onun sönən 

həyatını öz həyatıma calayıb davam etdirmək istəyirdim, onun 

ömrünü öz ömrüm etmək istəyirdim. 

Və indi, onun xatirələrini xatırlayarkən, mənə elə gəlir ki, mən 



Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə