Sizsiz (roman-xatirə) Həyatım ağrıyır (povest-xatirə)



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə55/219
tarix25.06.2018
ölçüsü4,02 Mb.
#51340
1   ...   51   52   53   54   55   56   57   58   ...   219

 182 

Buna görə onlar da Gəncədə hakimiyyəti öz ixtiyarlarına 

keçirməyə qərar verdilər. Onlar Xudadat bəyin yanına tez adam 

göndərdilər ki, hökuməti yerli bolşeviklərin ixtiyarına versin.  

Xudadat bəy evində axşam yeməyi yeyən vaxt qapı döyülür. 

O, elə bilir ki, xəstəyə yardım istəmək  üçün  gəliblər. 

Dərhal yeməyini yarımçıq qoyaraq ayağa qalxır, çantasına 

lazımı  dərmanlar və alətlərini qoyaraq əlindəki çörəyi yeyə-

yeyə irəliləyir, qapıdan çıxaraq:    

–Xəstə haradadır, hara getməliyik? – deyib gələn adamın 

üzünə baxır.     

–Bəy, xəstəmiz yoxdur, sənə deyəcək sözümüz var. 

–Buyurun, nə demək istəyirsiniz deyin. 

–Bakıda hökumət bolşeviklərin  əlindədir. Mən Gəncə 

bolşevikləri tərəfindən gələrək tələb edirəm ki, Siz də hökuməti 

bizə təhvil verəsiniz. 

Bu sözü eşidən Xudadat bəy pərt olaraq: 

–Hökumət cibimdədir ki, çıxarıb deyim: alın, təhvil verdim? 

Hökumət idarəsi var, xalq var, məni xalq seçib, xalq da lazım 

bilərsə, hökuməti xalqa təhvil verərəm. Mən bu barədə Bakıdan 

xəbər bilərəm. Mənə göstəriş verərlərsə, hakimiyyəti təhvil 

verə bilərəm. Göstəriş alan kimi sizə xəbər verdirərəm. 

Gələn nümayəndə geri qayıdaraq  əhvalatı yoldaşlarına 

söyləyir. 

Həmin gün İbrahim  Əliyevin evinə bolşeviklər toplaşırlar. 

Qərar qəbul edirlər ki, Xudadat bəy onlara xəbər göndərən kimi 

gedib hökuməti qəbul etsinlər. 

Xudadat bəy 29 aprel 1920-ci ildə  İbrahim  Əliyevə  xəbər 

verir ki, adam göndərsin, hökuməti nə vaxt təhvil verəcəyi 

barədə danışıq aparaq. 

Həmin gün İbrahim Əliyev dəmir yol stansiyasına getmişdi 

ki, Bakı ilə danışsın. Onun əvəzinə Mahmud Soltanovu Xudu 

bəyin yanına göndərməyi qərar verirlər. 

Həmin gün Mahmud Soltanov Şəhər valiliyi idarəsilə gedir, 

icazə alıb içəri girir. Xudadat bəy ayağa qalxıb ona tərəf 



 183 

gedərək qaşqabağını sallayıb. 

–Siz məni niyə aldadıbsınız? – deyir. 

Mahmud Soltanov qızararaq: 

–Sizi nə vaxt aldatmışıq? – deyir. 

–Sizin adamlar gəlib mənə dedilər ki, Bakıda hakimiyyət 

bolşeviklərin  əlindədir... Bu yalan sözdür, hakimiyyət öz 

yerindədir. Siz məni aldatdığınız üçün həbs olunursunuz. 

Mahmud Soltanov qorxuya düşür, rəngi ağarır, özünü itirir. 

Bunun bu halını görən Xudadat bəy gülərək əlini onun çiyninə 

qoyub: 

–Mən Bakı ilə danışdım, – deyir, – hökumət, doğrudan da, 



bolşeviklərin  əlindədir. Mənə  təklif olunub ki, hökuməti yerli 

bolşeviklərə  təhvil verim... Mən hazıram. Nə vaxt istəsəniz 

gəlin təhvil verim. 

Mahmud Soltanov sevinərək: 

–Sağ ol, bəy – deyə geri qayıdır, yoldaşlarına gülə-gülə 

əhvalatı  nəql edir. Onlar sevinir və gülüşürlər. Qərara gəlirlər 

ki, hökuməti təhvil almağa  İbrahim  Əliyev,  İbrahim 

Əminbəyli, Mahmud Soltanov getsin. Saat 5-də Xudadat bəyin 

yanına gedirlər.   

Gəncə  şəhər valisi kabinəsində vali Xudadat bəy Rəfibəyli 

və onun müavini Söyünqulu xan Xanxoyski oturub hökumət 

üsuli – idarəsini qəbul etməyə  gələnləri gözləyirdilər. Elə ki 

nümayəndələr icazə alıb içəri girdilər Xudadat bəy ayağa 

qalxır, ehtiram və gülər üzlə salamlaşıb, əl verir: 

–Buyurun, buyurun, gəlin oturun, – deyə onların oturması 

üçün yer göstərir və özü də oturub katibi çağırır, qəbul və 

təhvil aktını yazdırır. Onu yoxlayır, hər iki nüsxəyə qol çəkib 

əyalətdə olan vəziyyət barədə  məlumat verir və qeyd edir ki, 

dəftərxana və maliyyə  işinə Söyünqulu xan Xanxoyski 

rəhbərlik edibdir, pul haqq-hesabını ondan təhvil ala bilərsiniz. 

Sözünün axırında deyir: "Xalq məndən bir həftə xahiş etmişdi 

ki, hökuməti idarə etməyi qəbul edim, çarəsiz qalıb qəbul 

etdim.  İndi isə yenə camaat nümayəndələri gəlib hökuməti 



 184 

təhvil verməmi tələb edir. Buna etiraz etməyərək hökuməti bu 

akt ilə sizə  təhvil verirəm. Madam ki, bunu xalq lazım bilir, 

xalqa xeyirdir və  mənfəətlidir, mən də camaatın bir tayı. 

Bundan sonra mən də sizin ixtiyarınızdayam və var qüvvəmlə 

xalqa xidmət etməyə hazıram... Hər zaman istəsəniz, məni işə 

cəlb edə bilərsiniz. Allah xeyir versin, – deyə aktları onlara 

verir.  


İbrahim Əliyev ayağa qalxıb: 

–Yeni hökumətin iclasını açıq elan edirəm, – deyir. – Yeni 

hökumət üzvləri inqilab qurbanlarını yad etmək üçün ayağa 

qalxsın, – dedikdə hamı ayağa qalxıb sükut edirlər, – oturun, – 

dedikdə hamı oturur. 

Bu zaman Söyünqulu xan Xanxoyski ayağa qalxaraq: 

–Bəs mənim işim nə olacaqdır? – dedikdə Xudadat bəy 

yerindən ona baxaraq: 

–Sizə yeni hökumət üzvləri cavab verə bilər, – deyir. 

İbrahim Əliyev ona cavab verir ki, sizinlə sonra danışarıq. 

Xudadat bəy ayağa qalxaraq gülər üzlə hamı ilə  əl verib 

görüşür, evinə gedir. Sonra Söyünqulu xan qalxıb heç kəsə əl 

vermədən xudahafizləşib gedir. 

Onlar gülüşərək yenidən iclas edirlər, vəzifələr bölünür. 

Belə qərara gəlirlər ki, İbrahim Əliyev vilayət Komitəsi sədri, 

Fərhad  Əliyev ona müavin, İbrahim  Əminbəyli vilayət 

komissarı seçilsin. 

Müsavat hökuməti dövründə yaranmış gizli erməni təşkilatı 

üzə  çıxıb Gəncədə yeni təşkil edilmiş yerli hökuməti tanımaq 

istəməyərək təzə hökumət düzəltməyi və keçmiş vali Xudadat 

bəyin həbsə alınmasını tələb etdilər. Bütün ixtiyaratı ermənilər 

öz  əllərinə aldılar.  Şəhərin müqəddəratı onların  əlinə keçdi. 

Xudadat bəyi həbsə alaraq erməni kəndinə apardılar. Bu hal 

yerli Azarbaycan bolşevik təşkilatı üzvlərinə və şəhər əhalisinə 

pis təsir etdi. Bir çox adamlar hazırlaşırdılar ki, basqın edib 

Xudadat bəyi daşnakların əlindən alsınlar. Bundan xəbər tutan 

Xudadat bəy razı olmamışdı: " – Məndən ötrü qan tökməsinlər, 



Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə