Sizsiz (roman-xatirə) Həyatım ağrıyır (povest-xatirə)



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə63/219
tarix25.06.2018
ölçüsü4,02 Mb.
#51340
1   ...   59   60   61   62   63   64   65   66   ...   219

 210 

Odur, Rəsul əmi, sözünü saxla, 

Açılan sinəni bu axşam bağla, 

Gəl duraq üz–üzə gözü yumulu, 

Mən sənə ağlayım, sən mənə ağla. 

Arzum yetim qalır, ümidim sənsiz, 

Kimsə ölüm hökmü mənə də verir, 

Yuxuma hər gecə sahilsiz dəniz, 

bir də ağ yelkənli tabutlar girir. 

Gözüm görə-görə gedirsən neynim? 

Ağlayıb diz döyüm, yoxsa dil deyim? 

Dünyada varıydın, varı neylədim, 

İndi yox olursan, yoxu neyləyim? 

 

Ürək beyninə baxıb 

Yas tutub ağlayanda,  

Dünyanın min əlacı 

bir havaya neyləsin! 

Araya dərd düşəndə 

Ağıl vaya neyləsin? 

Rəsul Rza öləndə, 

bu sözləri yazarkən 

gözlərimi siləndə 

kar Allahı görməyən 

bu kor dünya neyləsin. 

*** 

Mayın 19-u atamın ad günüdür. 

Yadımdadır, bu günə açılan gecəni xəstəxanada anamın 

yanında mən qalmışdım. Anam taqətdən düşdükcə, zəiflədikcə 

gündüz və gecənin çox hissəsini yuxuda keçirirdi, hərdən ayılıb 

bir-iki kəlmə söz deyir, sonra yenə mürgüləyirdi. Hər gün 

Rəsulu xəbər alırdı. "Qorxulu bir şey yoxdur, – deyirdik, – 

amma təzyiqi hələ  də yüksəkdir, həkimlər durmağa icazə 

vermirlər". 

Yaya planlar qururdu: 




 211 

–Bir az yaxşılaşım, bağa köçərik, – deyirdi, – Allah 

kərimdir, Rəsul da o vaxta babatlaşar, Buzovnaya gələr, bağ 

həmişə düşür bizə. Tural da instituta girsin, inşallah, onun 

qonaqlığını özüm verəcəm.  

Tural bu yay ali məktəbə imtahanlara hazırlaşırdı. 

Amma məhz o gün dəqiq yadımdadır, mayın 18-də, uzun 

çəkən yuxudan ayılıb zəndlə  mənə baxdı. Otaqda yalnız 

ikimizdik. Qəfilcən: 

–Bilirəm, dedi, – mən daha bu xəstəlikdən durmayacam. 

Anam yazıq da belə getdi. Ölümünə 10-12 gün qalmış ancaq su 

içirdi, gecələr məndən elə hey su istəyirdi. Bir gecə istəmədi. 

Elə yuxudaca keçinmişdi. Mən də yəqin elə gedəcəm. 

–Nə olub sənə, – dedim, – yenə belə napək sözlər danışırsan 

("napək" onun özünün çox işlətdiyi söz idi – A). 

–Yox, ölümdən qorxmuram, – dedi. – Sizə yazığım gəlir. 

Bir böyüyüvüz qalmayacaq. 

–Başlama yenə, Niyarə, – dedim. Özləri bizi belə 

öyrətmişdi, atamı da, anamı da adlarıyla çağırırdıq. 

–Yox, yox, elə belə sözdür də, dedim... 

Başını qatmaq, bu fikirlərini yayındırmaq üçün ordan-

burdan söhbətlər etməyə başladım. 

O gün xeyli danışdı. Axırıncı  dəfə idi ki, mənimlə belə 

uzun-uzadı, müxtəlif məsələlərdən söhbət edirdi. Hardansa söz 

gəlib Silva Kaputikyanın üstünə çıxdı. 

–O vaxt – 30-cu illərdə münasibətlər tamam başqa idi. 

Yerevana Sasunlu David yubileyinə getmişdik. Rəsul, Səməd, 

Mirvari, mən... Vallah, erməni yazıçıları başımıza pərvanə kimi 

dolanırdılar. Rəsul o vaxt Soyuzun sədri idi, Bakıda işləri 

vardı, bizi Səmədə tapşırıb yubileydən yarımçıq qayıtdı. Silva 

da o vaxt lap cavan qız idi, əldən-ayaqdan gedirdi bizimçün... 

Uşaqlıq rəfiqəsi F. haqqında danışmağa başladı. F. haqqında 

həmişə çox böyük nəvazişlə danışardı. 

Necə gözəl qız idi, necə gözəl ziyalı idi, necə də bədbəxt idi. 

İstəyirəm bir dəfə onun bütün həyatını sənə danışım, bəlkə bir 



 212 

gün gərəyin oldu. Əsl romandır elə bil. 

Sanki bir daha heç bir vaxt danışa bilməyəcəyini duyurmuş 

kimi indi danışmağa başlayır. 

–F.–nin atası dul qalır, amma elə arvadının qırxındaca gəlib-

gedən gəlin-qızlara göz qoyurmuş. Birinə gözü düşür və yası 

verib qurtaran kimi dərhal onu alır. Kişinin böyük övladları, 

hətta nəvələri varmış, hamısı ondan üz döndərir, köhnə 

arvadının ilini gözləmədiyi bir yana dursun, kişi özü qoca, təzə 

arvadı isə lap cavan imiş. Hacıkənddə evləri varmış, həmin o 

qoca kişi də cavan arvadıyla bu evin axar-baxarlı eyvanında 

oturub mürəbbəli çay içərmişlər. 

"Mənə bu söhbəti anam, xalam eləyib, yaşımdan çox qabaq 

olub bu işlər, amma həmin səhnəni elə aydın,  əyani təsəvvür 

edirəm ki, elə bil o axar-baxarlı eyvanı da, o mürəbbəli çayı da 

özüm öz gözlərimlə görmüşəm". 

Deməli, anam da kiminsə yaddaşında saxladığı səhnələri öz 

yaddaşına bütün əyaniliyiylə köçürürmüş, indi də  mən onun 

hafizəsində  həkk olunmuş  mənzərələri öz İçəri dünyama 

almaq, orda saxlamaq, hifz etmək, qorumaq istəyirəm. 

"Bir sözlə, F. bax, həmin bu nikahdan doğulub, necə 

deyərlər, məhəbbət övladıdır. Cavan anası zinger Məmməd 

deyilən bir dərzi vardı, onun bacısıydı. F. böyüyəndə onu da 

dərziyə  ərə verdilər, özünün meyli yox idi o adama, amma 

valideynlərinin iradəsinə tabe oldu. Əri, həmin o dərzi isə, o 

zamanlar dəb imiş deyə pasportunda yazdırıb ki, guya iranlıdır. 

İranlıları köçürəndə mən F.-nin pasportunu alıb gizlətmişdim – 

haranın iranlısıydı F. axı.  

Amma o razı olmadı təkid edib pasportunu aldı, əriylə bərabər 

getdi. Orda bir qızları olub. Mənə məktublar yazırdı, yazırdı ki, bu 

körpənin dünyaya gəlməsi mənə təsəvvür edilməyəcək bir sevinc, 

səadət gətirdi, elə bil həyatım, nəhayət, bir məzmun qazandı, elə 

bil kimsə mənə ömrümün indiyəcən dərk etmədiyim mənasını, çox 

yüksək bir mənasını başa saldı. 56-cı ildən sonra qayıtdılar. 

Gəncədə yaşayırdılar. F. qızıyla bağçada gəzirmiş, altı 



Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə