Sizsiz (roman-xatirə) Həyatım ağrıyır (povest-xatirə)



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə56/219
tarix25.06.2018
ölçüsü4,02 Mb.
#51340
1   ...   52   53   54   55   56   57   58   59   ...   219

 185 

– demişdi, – məni heç bir şeydə  ləkələyə bilməzlər".  İşi bu 

vəziyyətdə görən Qabuziyan, Termixaylyan, Levon və 

başqaları belə  qərara gəlmişdilər ki, Xudadat bəyi Bakıya 

aparıb orada öldürsünlər. Onu təqsirləndirirdilər ki, guya o, 

icazə veribmiş ki, azərbaycanlılar erməni kəndlərini dağıdıb 

əhalisini qırsınlar. Bu tamamilə yalan, uydurma və böhtan idi... 

Əksinə, o zaman Qarabağdan ermənilər basqın edib Gəncənin 

əsgərlərini öldürmüşdülər. Qisas almaq üçün əhali istəyirdi 

erməni kəndinə basqın etsin. Xudu bəy buna razılıq 

verməmişdi... Xəlvət Balabağman və Böyük Bağmandan ayrıca 

dəstələr düzəldib dağ ermənilərini qırmağa getmişdilər. 

Bundan xəbər tutan Xudu bəy ata minərək onların dalınca 

gedib geri qaytarmışdı... 

Balabağman, Böyük Bağman və  şəhər  əhalisi həyəcan 

içində idi. Səhərisi gün biz gimnaziyaya gedirdik ki, görək nə 

vaxt dərsə başlayacağıq. Dəmir körpüyə yaxınlaşırdıq ki, 

gördük 3 nəfər döyüşçü  əllərində silah Xudadat bəyi 

qabaqlarına qatıb dəmir yol stansiyasına aparırlar ki, oradan 

Bakıya göndərsinlər... Bu vəziyyəti gördükdə daha məktəbə 

yox, onların dalınca getməli olduq. 

Xudadat bəy həmişəki kimi başında silindri, çiynində qara 

plaşı,  əlində  əsası, başını uca tutub, heç yana baxmadan 

gedirdi. Bu zaman bir nəfər ona yaxınlaşıb pul uzatdı. O, qəbul 

etməyərək: 

–Mənə pul lazım deyil, – dedi. 

Bizim gözümüz yaşla doldu. Ona baxa-baxa gedirdik. 

Kinoteatrın yanına çatanda bir nəfər yaşlı kişi ona qandırdı ki, 

səni stansiya ilə  şəhər arasında olan bağların yanında 

qaçırtmalıyıq. 

Xudu bəy pərt olaraq: 

–Mən belə  şeyə razı deyiləm, – dedi, – mənim adımı 

ləkələməyin.  Şəhərimizin adını, nəslimizin, atamın adını 

ləkələməyin, qan tökməyin. Məni heç bir şeydə  ləkələyib 

taxsırlandıra bilməzlər. Nahaq yerə məni taxsırlandırarlarsa və 



 186 

ya mənə  iş verərlərsə, yenə  də  həbsxanada həkim işlərəm. 

Hamıya xəbər verin ki, pis fikirlərdən əl çəksinlər. Mən qaçası 

deyiləm. 

Onu görüb tanıyanlar və tanımayanlar da göz yaşları ilə 

dalınca gedirdilər. Heç kəsdən nə pul və  nə  də yemək  şeyləri 

qəbul etmirdi. Əvvəl onu 3 nəfər silahlı qabaqlarında 

aparırdılar, sonra ermənilər silahlı  dəstəni artırdılar. Daha 

adamları onun dalınca getməyə qoymadılar. Biz də göz yaşları 

ilə geri qayıtmalı olduq. 

Xudu bəyi azad etdirmək üçün Bakıya N.Nərimanovun 

yanına Məhəmməd Xəlilov, Cahangir Nağıyev, Cavad bəy 

Rəfibəyli və  Fərhad  Əliyev getmişdi. Amma Nərimanovun 

xəbəri olmadan onu Nargində ermənilər öldürmüşdü. Xudadat 

bəyin öldürülməsindən xəbər tutan Nəriman Nərimanov 

demişdir: " – Hayıf Xudadat bəy kimi məşhur xirurq-həkimi 

xəbərimiz olmadan öldürüblər. Bu işdə  Həmid Sultanovun 

bağışlanmaz səhvi olmuşdur". 

Əlbəttə, o vaxt, yeddi yaşında atasını itirmiş qızcığaz bütün 

bunları bilə bilməzdi. Amma bəzi  şeylər anamın da yadında 

yaxşı qalmışdı. 1920-ci ildə XI Qızıl Ordu Gəncəyə  gələndə 

məşhur Yefremov onların evinə düşüb. 

"Bizim dalımızca da Gəncə bolşeviklərindən Cəbrayıl 

gəlmişdi. Anam onu tanıyırdı, ona deyibmiş ki, bax, Cəbrayıl, 

öz qanımı da, uşaqların qanını da sənə halal eləyirəm. Görsən 

ki, biz ermənilərin əlinə düşürük, hamımızı öldür". 

Uşaqları –11 yaşlı Kamil, 7 yaşlı Rəşid, 7 yaşlı Nigar idi. 

Üçü də, nənəm də sağ qaldılar. Nigar məktəbə getdi və yeddi il 

sonra – 1927-ci ildə, on dörd yaşındaykən Bakıya gəldi. 

"Bakıda qohumlarımız vardı. Kinostudiyada işə düzəldim

titrləri Azərbaycan dilinə  tərcümə edirdim. Mirzə  Fətəli 

küçəsində otaq tutmuşdum. Hərdən anam Gəncədən mənə 

dəyməyə gəlirdi". 

Anamın vəfatından sonra onun "Bir həzin axşamda düşsəm 

yadına" adlı kitabını  tərtib edərkən bəzi  şerlərini elə bil yeni 



 187 

gözlə oxuyurdum. Belə şerlərindən biri – ilk yazılarından olan 

"Anama" adlı  şeridir.  Şer həmin o illərə – nənəmin qızına 

dəymək üçün Gəncədən Bakıya gəldiyi və qayıtdığı günlərə 

aiddir. 

Sönür gecə yandırdığın şam, 

Xəstəyəm verən yox bir az su, ana. 

Vaqon yırğalayır səni bu axşam. 

Ey uzaq yolların yolçusu, ana. 

 

Darıxır ürəyim, yanır nəfəsim, 

Başımın üstündə yoxdur bir kəsim. 

Qəlbimi köz kimi yandırır, səni 

Bir daha görməmək qorxusu, ana. 

"O illər bizim kinostudiyada N. Şengelaya,  İ. Savçenko da 

işləyirdilər. Qlavlitin rəisi Dondarov idi. Studiyada 80 manat 

maaş alırdım. Kəmsavad bir qadın vardı, mənim tərcümələrimi 

öz adına çıxır, 100 manat maaş alırdı. Bir dəfə  həmin qadın 

xəstələnəndə Dondarov bu işdən duyuq düşdü. Mənim maaşımı 

artırdılar. 

Yadımdadır, bir dəfə Cəfər Cabbarlıyla Abbas Mirzə Şərifzadə 

bir cümlənin tərcüməsində ilişmişdilər, o cümlənin azərbaycanca 

səslənməsi haqqında mübahisə edirdilər. Mən onların söhbətini 

eşidirdim, amma qarışmırdım. Onlar isə  məni elə bil heç 

görmürdülər. Mənim qulağım o cümləni almışdı, tərcümə edib 

kağızı dinməzcə onlara uzatdım. Yaman təəccübləndilər. Belə 

savadlı qız ancaq tərcüməçi işləyir?". 

Amma bunu da anama çox gördülər. 

1930-cu il sentyabrın 18-də respublika qəzetlərində və hətta 

Tiflisdə  çıxan "Zarya Vostoka" qəzetində anama qarşı böyük 

bir məqalə çıxdı. 

Bu podval (podval – nə  dəqiq sözdür!) məqaləsinin müəllifi 

Əliheydər Qarayev idi. Məqalədən bir neçə parça gətirirəm: 

 

"Cənab Cavad bəy və onun bacısı qızı" 




Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə