Sof2007-Azeri doc



Yüklə 5,06 Kb.
Pdf görüntüsü
səhifə18/55
tarix05.02.2018
ölçüsü5,06 Kb.
#25274
1   ...   14   15   16   17   18   19   20   21   ...   55

Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi 
2007 Gələcəyin Durumu                                                                                                                            
46
Milli qanunvericilik orqanları Finlandiya kimi daimi “Gələcək Komitələri” təsis edə bilər; 
Gələcək üzrə Beynəlxalq Komitə qlobal gələcəyin araşdırılmasını siyasət yazarların 
üzərində  cəmləşdirə bilər; hökumətlər, qlobal uzunmüddətli təsəvvürlərə  təkan verəcək 
icraedici məlumat idarəetmə sistemləri və alətlər panelinə malik proqram təminatından 
istifadə etməklə strategiyanı koordinasiya etmək üçün yüksək dərəcədə  rəhbərlik edilən 
gələcəyə-yönəlmiş idarələrarası komandalar təsis edə bilər. Bir çox ölkələr tərəfindən 
həyata keçirilən proqnozların araşdırılması davamlı olaraq yeniləndirilməli, 
təkmilləşdirilməli və digər milli uzunmüddətli cəhdlərlə qarşılıqlı  şəkildə  həyata 
keçirilməlidir.   
 
Hökumət büdcələrindən edilən 5-10 illik ayırmalar elə düşünülməlidir ki, 5-10 illik 
ssenarilər və strategiyaların icra olunması üçün yetərli olsun. Qərar qəbul edənlər və 
strateji məşvərətçilər gələcəyin araşdırılmasının sistematik və müştərək  şəkildə istifadə 
edilməsinə dair təlim keçməlidirlər. Onların tədqiqatlarının uzunmüddətli nəticələrinə aid 
elmi rəyləri bölüşmək və təsdiqləmək üçün sistem yaradılmalıdır. Bu Fəsildə göstərilən 15 
Qlobal Çağırışdan hər biri və 8 Minilliyin İnkişafı  Məqsədləri,  xüsusi bir məqsədə nail 
olmaq üçün resurslarını  və bacarıqlarını ayırmaq istəyində olan hökumətlərdən, QHT-
lərdən, universitetlərdən və beynəlxalq təşkilatlardan ibarət transinstitusional koalisiyalar 
üçün əsas rolu oynaya bilər. Dünya o qədər mürəkkəbləşib ki, milli dövlət ierarxiyalarının 
onu təkbaşına idarə etməsi qeyri-mümkündür; qlobal uzunmüddətli qərar qəbul etmə 
proseslərini daha yaxşı idarə etmək üçün yeni idarəetmə tendensiyaları meydana gəlir. 
 
Qlobal Gələcəyin Durumu İndeksi (2-ci Fəslə baxın) qlobal çağırışların inkişafı ilə əlaqəli 
olan göstəricilərə əsaslandığı üçün, 10 illik müsbət proqnozlara əsasən güman etmək olar 
ki, qərar qəbul etmə prosesi qlobal uzunmüddətli perspektivləri günü-gündən daha çox 
şəkildə  nəzərə alır.  Əgər milli GDİ-lər qərar qəbul edicilərin işini qiymətləndirmək üçün 
tərtib və istifadə olunsaydı, qərar qəbul edicilər daha uzunmüddətli strategiyaları izləməyə 
meylli olardılar. Dünya Bankı kredit qərarlarından bundan istifadə edə bilərdi.  
 
Gələcək konsepsiyaları üzrə istiqamətlərin və üsulların sayını  və keyfiyyətini artırmaq 
cəhdləri, dəstəklənilməli, həmçinin gələcək metodologiyalarına malik standart təhsil 
planlarının gələcəyə-yönəlmiş  təlimatlara kömək edəcək öyrətmə texnikalarına 
çevrilməlidir. Məlumat vasitələri və reklam şirkətləri ictimaiyyətə daha gələcək-yönümlü 
olmağa kömək etmək üçün stereotiplər yarada bilərlər .Mükafatlar qlobal uzunmüddətli 
qərar qəbul etmə prosesinin ən yaxşı nümunələrinin araşdırılması üçün təqdim 
olunmalıdır. 
 
Biz həmçinin gələcəyin araşdırılması vasitəsilə  məlumatlandırılmış müştərək siyasət 
quruculuğu prosesi təsis etməli, proqnozlaşdırma və strategiyaların təhlilində daha asan 
istifadə üçün məlumatlar bazası  təşkil etməli və strateji əməliyyat formatında qeydlərin 
aparılması üçün proqram təminatı işləyib hazırlamalıyıq.   
 
5-ci Çağırışa o vaxt ciddiliklə cavab veriləcək ki, proqnozlaşdırma funksiyaları bir çox 
təşkilatların və hökumətlərin bir hissəsinə çevriləcək,  ən az 50 ölkədə milli GDİ-lər  
istifadə olunacaq, yüksək riskli layihələrin nəticələri onlar həyata keçirilməmişdən qabaq 
nəzərə alınacaq, və Gələcək üçün nəzərdə tutulmuş daimi Komitə ən az 50 ölkənin milli 
qanunvericiliyində mövcud olacaq. 
 
R
EGIONAL 
M
ÜLAHIZƏLƏR

 
A
FRIKA
:
 
Nigeriya 2008-cil ilədək bir çox dövlət xidmətlərinin onlayn şəkildə təmin olunması 
planlarını elan edib. 10 il ərzində BMT-nin İnkişaf Proqramı/Afrikanın Gələcəyi 


Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi 
2007 Gələcəyin Durumu                                                                                                                            
47
uzunmüddətli perspektivləri orta və  qısamüddətli planlaşdırmaya birləşdirmək üçün 
hökumətlərlə  iş aparıb. 80-cı illərin  əvvəllərində, bəzi Afrika ölkələri yenidənqurma 
proqramları  həyata keçirmək məcburiyyətində qalandan, siyasət quruculuğunun qlobal 
uzunmüddətli perspektivlərə doğru istiqamətləndirilməsi davamlı şəkildə artıb.    
 
A
SIYA VƏ 
O
KEANIYA
:
 
Çin beynəlxalq arenada qlobal uzunmüddətli qərar qəbul edici kimi 
üzə çıxır. Yaponiya korporasiyaları və Keydanren uzunmüddətli planlaşdırmaya görə 
məşhurdurlar. Uzunmüddətli planlaşdırma və qərar qəbul etmə səbəbindən Cənubi 
Koreya geniş diapazonlu rabitə yetişim dərəcəsi, onlayn bankçılıq, qlobal hesablamalar 
və klonlaşdırmanın tədqiqi baxımından dünya lideridir. 
 
A
VROPA
: AB-nin 7-ci Quruluş Proqramı proqnozlaşdırmaya dəstəyi artırır, Gələcək 
Texnoloji Araşdırmalar İnstitutu AB qərar qəbul etmə proses üçün gələcək araşdırmasını 
həyata keçirir, və Avropa Sağlamlıq üzrə Erkən Xəbərdarlıq Sistemi təsis edir. 
Proqnozlaşdırma 2007-12-ci il üçün Rusiya Federal Proqramına daxil edilib və Elm və 
Texnologiya prioritetlərini təsis etmək üçün Delphilər və senarilərdən istifadə edəcək. 
Qlobal uzunmüddətli təsəvvürlərə, yaşlanan əhali üçün sosial və səhiyyə xidmətləri üçün, 
enerji sistemlərinin strukturunu dəyişmək, etnik demoqrafik göstəriciləri dəyişmək  və 
Çinin meydana gəlməsi kimi geosiyasi dəyişikliklər üçün nəzərdə tutulan dövlət maliyyəsi 
ilə təkan verilir.   
  
L
ATIN 
A
MERIKASI
:
 
Bu Fəsildə göstərilmiş 15 Qlobal Çağırışa cavab vermək üçün dünyada 
ən yaxşı ideyalara malik orta məktəb  şagirdləriniə Qlobal Minillik Mükafatı  təsis olunub. 
Siyasətin sol qanadına, daha sosialist siyasətə doğru dəyişmə regionda gələcək 
haqqında təsəvvürlərə səbəb ola bilər.  
 
Ş
IMALI 
A
MERIKA
: Yeni interaktiv və analitik mexanizmlər proqnozlaşdırmanı inkişaf etdirə 
bilər. Təbii ki əgər vətəndaşlar bunu gözləsə  və  tələb etsə. Yüksək təsirli halların toplu 
şəklinə salınması lazımdır; bunun vasitəsilə  tədbirlilik işinin fayda və ya (gələcəyin 
araşdırılması üzrə mütəxəsislərin düşüncələri yetərli olmadıqdan) xərclərin artırılması ilə 
nəticələnməsi bariz şəkildə özünü biruzə verir. (Nümunələr üçün CD versiyasının 11-ci 
Fəslinə baxın). 
 
 


Yüklə 5,06 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə