SokratöNCƏSİ yunan fəLSƏFƏSİ



Yüklə 266,78 Kb.
Pdf görüntüsü
səhifə35/74
tarix17.09.2017
ölçüsü266,78 Kb.
#243
1   ...   31   32   33   34   35   36   37   38   ...   74

125 
 
“ataraksiya”  halını  əldə  etmək  mümkündür.  Belə  olan 
halda isə bu hala çatmış insanı “filosof” adlandırmaq olar 
(5, 407). 
Pirronun  öyrəncilərindən  ən  tanınmışı  Timon  (yun. 
Τίμων,  m.  ö.  320  –  230)  olmuşdur.  O,  müəlliminin  fəlsəfi 
irsini  təbliğ  etmiş;  eyni  zamanda  skeptisizmi  inkişaf 
etdirmiş,  öz  fikirlərini  ortaya  qoymuş,  bununla  əlaqədar 
bir  neçə  kitab  da  yazmışdır.  Timon  həm  də  çoxlu  ədəbi 
əsərlərin müəllifi olmuşdur. 
Timonun 
fikrincə 
duyğular 
vasitəsi 
ilə 
biz 
ətrafımızda  olan  şeylərin  mahiyyətini  qavraya  bilmirik. 
Hər  bir  şeyin  mahiyyəti  və  onun  duyğular  vasitəsi 
qavranılması arasında fərq  vardır. İnsan elə  bilir  ki, onun 
duyğuları  şeylər  haqqında  ona  həqiqi  bilik  verir  və  bunu 
güman  edərkən  yanılır.  Ona  görə  də,  hər  bir  şey,  hətta 
ziddiyyətli olan iddialar da həqiqi ola bilər. Buna görə də, 
Timon  da  Pirron  kimi  şeylərin  mahiyyəti  haqqında 
hansısa qəti bir fikir irəli sürməyi imkansız bilirdi (4, 301-
302). 
Timondan  sonra  skeptisizm  iki  yüz  il  zəifləmə 
dövrünü  yaşadı.  Sonra  bu  məktəbin  ənənələrini 
Enesidemus  (yun.  Αἰνησίδημος)  davam  etdirmişdir. 
Enesidemus ya m. ö. I, ya da m. I yüzilliyində yaşamışdır. 
Onun 
soyu 
Krit 
adasından 
idi, 
ancaq 
həyatı 
İskəndəriyyədə keçmişdir.  
Enesidemus  bir  neçə  kitabın  müəllifi  olmuşdur. 
Onlardan  ən  tanınmışı  “Pirronun  sözləri”  (yun. 
Πυρρώνειοι λóγοι) adlanır. Bu kitabda o, bir neçə maraqlı 
məsələlərə  toxunmuşdur.  Məsələn,  o,  səbəblərin  olub-


126 
 
olmaması  haqqında  düşünürdü.  Onun  fikrincə  səbəb 
anlayışı ziddiyyətlidir. Ətrafımıza nəzər saldıqda təbiətdə 
bir-birinin yaranmasına səbəb olan müəyyən olayların baş 
verməsini  müşahidə  edirik.  Hər  bir  hərəkət  onu  doğan 
səbəbdən  öncə  yaranır.  Belədirsə,  onda  səbəb  hərəkətlə 
eynilik  təşkil  edir  ya  yox?  Edirsə,  onda  səbəb  və  hərəkət 
bir-birindən ayrı anlayışlar deyildirlər. Əgər  onlar eynilik 
təşkil etmirlərsə, onda deməli səbəb hərəkəti ortaya çıxara 
bilməz, çünki onların təbiətləri fərqlidir. 
Enesidemus  skeptisizmə  dair  “tropos”lar  (yun. 
τρόπος)  adlanan  dəlillərini  açıqlamışdır  və  onların  sayı 
ondur (6, 219-239): 
1.  Canlıların  duyğuları  fərqlidir,  hər  bir  canlı 
dünyanı  özünəməxsus  tərzdə  görür  və  qavrayır.  Deməli, 
eyni  şey  müxtəlif  canlılar  üçün  fərqli  görsənir.  Beləliklə, 
biz  şeylərin  bizə  görsənən  özəlliklərindən  danışsaq  da, 
onların təbiəti haqqında heç nə deyə bilmərik.  
2.  İnsanların  da  şeylərə  münasibəti  fərqlidir.  Ona 
görə  də,  o  şeylər  haqqında  birmənalı  fikir  yürütmək 
mümkün deyildir.  
3. İnsanın bir neçə duyğu orqanları vardır, onlar eyni 
şey  haqqında  fərqli  xəbərlər  verir.  Məsələn,  bal  ilk 
baxımdan ikrah hissi doğurur, ancaq o dadlıdır. Ona görə 
də  əvvəlcədən  bilinmir  ki,  onlardan  hansına  üstünlük 
verilməlidir. 
4.  İnsanın  halı  hər  zaman  dəyişir.  Məsələn,  aç  olan 
insana  yemək  dadlı,  tox  olana  isə  dadsız  gələ  bilər.  Buna 
görə  də,  onun  gəldiyi  qərarlar  fərqli  olur  və  bilinmir  ki, 
onlardan hansına üstünlük verilməlidir. 


127 
 
5. Gəlinən nəticələr məsafə və yerin təsiri altında irəli 
sürülə  bilər.  Hər  bir  şey  tutduğu  məsafə  və  yerdən  asılı 
olaraq  bizə  fərqli  görsənir.  Məsələn,  gəmi  uzaqdan  kiçik, 
yaxında isə böyükdür. 
6.  Heç  bir  şey  bir  maddədən  ibarət  deyil,  qarışıqdır. 
Məsələn,  biz  bir  şeyi  dərk  ediriksə,  mütləq  ona  öz 
düşüncəmizi  və  münasibətimizi  qatırıq.  Ona  görə  də, 
hansısa  bir  şeyin  mahiyyəti  haqqında  heç  nə  demək 
olmur.  
7.  Kəmiyyətlərin  (eləcə  də  dəyərlərin)  nisbətinə  və 
quruluşuna  görə  şeylər  müxtəlif  görünə  və  duyula  bilər. 
Məsələn,  qum  eyni  zamanda  həm  bərk,  həm  də 
yumşaqdır.  
8.  Şeylər  kəmiyyət  və  keyfiyyətdən  asılı  olaraq 
dəyişir.  Hər  şey  nəyə  isə  nisbətdə  bu  və  ya  başqa  cür 
görsənir. Ona görə də, onun hansısa görkəmdə görünməsi 
daha  da  çox  ehtimal  oluna  bilər,  onun  həqiqi  təbiəti 
bilinməz.  
9.  Şeylərə  münasibət  onlara  rast  gəlməkdən  asılıdır. 
Belə  ki,  bəzi  şeylər  nadir  hallarda  rast  gəlindiyi  üçün 
qiymətli  sayılır.  Məsələn,  əgər  qızıl  daş  kimi  hər  yerdə 
olsaydı, onda o heç də qiymətli metal sayılmazdı. 
10.  Şeylər  haqqında  iddialar  qanunlar,  inanclar  və 
adətlərin  təsiri  altında  da  yürüdülə  bilər.  Ona  görə  də, 
onların  mahiyyəti  haqqında  birmənalı  fikir  yürütmək 
olmur. 
Enesidemusun  ardıcıllarından  biri  Aqrippa  (yun. 
Ἀγρίππας)  idi.  O,  təxminən  m.  I  yüzillikdə  yaşamışdır. 
Diogenes  Laertiusa  görə  Aqrippa  Enesidemusun  10 


128 
 
troposuna  daha  beşini  əlavə  etmişdir  (1,  412).  Onlar 
aşağıdakılardır: 
1. Hər hansı bir şey haqqında ziddiyyətli fikirlər irəli 
sürülür.  Buna  görə  də,  onlar  haqqında  qəti  bir  fikir 
söyləməkdən çəkinmək lazımdır. 
2.  Sübutlar  silsiləsi  sonsuzluğa  qədər  davam  edir. 
Deməli,  hansısa  fikri  əsaslandırmaq  üçün  gətirilən 
sübutun  özü  də  sübut  edilməlidir.  Sonra  bu  yeni  sübut 
başqası ilə isbatlanmalıdır. Bu silsilə də sonsuzluğa qədər 
sürəcəkdir. 
3.  Hər  şey  nisbidir.  İnsana  şeylərin  mahiyyəti  deyil, 
onun duyğuları daxilində onların görsəntiləri (təzahürləri) 
açılır.  Ona  görə  də  onların  əsl  təbiətinin  nə  olduğu 
haqqında fikir yürütməkdən çəkinmək lazımdır. 
4.  Hər  bir  həqiqət  kimi  iddia  edilən  şey  əslində 
fərziyyədir  (hipotez).  Bu  kimi  fərziyyələr  nəyinsə 
barəsində nəticə çıxartmaq üçün kifayət etmir. 
5.  Sübutlar  bir-birini  sübuta  yetirməlidir.  Bu  da  o 
deməkdir  ki,  hansısa  iddianı  sübut  etmək  üçün  irəli 
sürülmüş sübutu da qarşılıqlı olaraq həmin iddia ilə sübut 
etmək  lazımdır.  Onda  belə  nəticəyə  gəlinir  ki,  onlardan 
heç biri başqasını sübut etmək üçün yetərli deyildir. Buna 
görə  də,  hər  hansı  iddiadan  çəkinmək  lazımdır.  (6,  239-
240) 
Skeptisizmin 
Roma 
dönəminin 
ən 
tanınmış 
nümayəndəsi 
Sekstus 
Emprikus 
(yun. 
Σέξτος 
Εμπειρικός,  m.  II  yüzilliyin  ikinci  yarısı)  olmuş  və  o,  bu 
məktəbin  ənənələrini  davam  etdirmişdir  (3,  21).  Sekstus 
Emprikus  ixtisasca  həkim  idi.  O,  “Pirron  müddəaları” 


Yüklə 266,78 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə