SokratöNCƏSİ yunan fəLSƏFƏSİ



Yüklə 266,78 Kb.

səhifə38/74
tarix17.09.2017
ölçüsü266,78 Kb.
1   ...   34   35   36   37   38   39   40   41   ...   74

137 
 
Epikürə  görə  xalq  kütlələrinin  tanrılar  haqqında 
təsəvvürləri  yanlışdır.  Buna  görə  də  o,  tanrıları  inkar 
edənləri deyil, onları kütlələrin düşündüyü kimi təsəvvür 
edənləri qınamışdır (7, 69). Bununla belə o, kütlə inancına 
qarşı  açıq  çıxış  etməyin  əleyhinə  idi.  Hətta,  Epikürə  görə 
zərurət  olduqda  xalq  qınağından  qurtarmaq  üçün  dindar 
kimi  görsənmək  də  olar  (7,  70-71).  Beləliklə,  Epikür 
ənənəvi  dinə  qarşı  çıxmağı  mənasız  hesab  edirdi,  çünki 
onsuz  da  xalqın  çoxu  öz  inanclarında  qalacaq.  Müdrik 
üçün  isə  əsas  məqsəd  təbiətlə  uyğunlaşaraq  yaşamaq, 
iztirablardan çəkinərək həzz almaqdır. 
Epikürün fikrincə tanrılar əbədi deyil, onların varlığı 
sonludur.  Çünki,  onların  da  təbiəti  atomlardan  ibarətdir. 
Sadəcə tanrılar insanlara nisbətən çox yaşayırlar (7, 69).  
Epikürün  bir  çox  öyrənciləri  olmuşdur.  Onlardan 
biri Lampsakuslu  Metrodorus (yun.  Μητροδωρος, m.  ö. 
331 – 278) idi. O, bir sıra zamanımıza çatmayan kitabların 
yazarı  olmuşdur.  Sisero  yazırdı  ki,  Metrodor  öz 
fəlsəfəsində  cismani  hissiyyatlara  böyük  önəm  verirdi  (2, 
68-69).  
Epikürün 
daha 
bir 
öyrəncisi Militenalı 
Hermarxus (yun. Ἕρμαρχoς, m. ö. 325 – 250) olmuşdur. O, 
müəlliminin  ölümündən  sonra  onun  məktəbinə  başçılıq 
etmiş  və  onun  fikirlərini  yaymışdır.  Eyni  zamanda, 
Hermarxus  Aristotel  və  Platonun  ardıcılları  ilə  də  fəlsəfi 
polemikalar  aparmışdır.  Ancaq,  onun  da  əsərləri 
zamanımıza gəlib çatmamışdır. (7, 136-137)  
Epikürün təlimi m. ö. II yüzillikdən başlayaraq Roma 
imperiyasında  yayılmışdır.  Roma  epikürçülüyünün  ən 


138 
 
görkəmli 
nümayəndələrindən 
biri 
Qadaralı 
Filodemus (yun.  Φιλόδημος,  m.  ö.  110  –  40)  idi.  O,  Afina 
epikürçü  məktəbinin  başçısı  Sidonlu  Zenonun  öyrəncisi 
idi.  M.  ö.  80-ci  ildə  Filodemus  İtaliyaya  gedərək  orada 
Neapol  şəhərinin  yaxınlığında  yerləşən  Herkulanumda 
epikürçü  məktəbinin  əsasını  qoymuş  və  ona  rəhbərlik 
etmişdir.  İkiyüz  ildən  sonra  Vezuvium  vulkanının 
püskürməsi sonu Herkulanum Pompeya ilə birlikdə məhv 
olmuşdur.  
Bizim  zamanımızda  aparılan  arxeoloji  qazıntılar 
nəticəsində  orada  Filodemusun  bəzi  əsərləri  tapılmışdır. 
Onların  arasında  “İnduksiya  haqqında”  adlı  bir  kitab  da 
var  idi.  Orada  Filodemus  stoaçıların  bəzi  fikirlərini  təhlil 
etmişdir. Belə ki, stoaçılara görə induksiya yolu  ilə gəlinən 
nəticə  apriori
71
 dəlillərin  əsasında  çıxarıldığı  zaman  həqiqi 
olur  (3,  445).  Filodemus  isə  burada  ön  plana  görünən 
(zahirin) 
və 
görünməyənin 
(batinin) 
müqayisəsinə 
arxalanan  analogiyanı  önə  çəkirdi.  Məsələn,  induktiv 
metodla belə qərara gəlmək olar ki, bəzi cisimlərin hərəkət 
etməsi  üçün  müəyyən  şərtlər  olmalıdır.  Belədirsə,  onda 
ümumiyyətlə bütün digər cisimlərin hərəkətinin də həmin 
şərtlərlə  baş  verdiyini  iddia  etmək  mümkündür.  Burada 
Filodemus  hərəkətin  mövcud  olmasının  zəruri  şərti  kimi 
boşluqların  olmasını  sübuta  yetirirdi.  Deməli,  onun 
fikrincə  hər  bir  nəticənin  əsasında  analogiyaya  arxalanan 
düşüncə  metodu  durur.  Əgər  induksiyanın  istinad  etdiyi 
                                                
71
 Apriorizm  (lat.  a  priori)  təcrübədən  öncə  olan  və  ondan  asılı  olmayan 
bilikdir. Bu cür bilik öncədən vardır və əzəlidir. 


139 
 
faktları  və  müşahidələri  təkzib  edən  bir  dəlil  yoxdursa, 
deməli yürüdülən əqli nəticə düzgündür. (3, 445)  
Roma  epikürçülüyünün  ən  tanınmış  təmsilçisi 
isə Titus  Lukretius  Karus (lat.  Titus Lucretius Carus,  m. ö. 
99  –  55) olmuşdur. Hər  şeyin  təbiəti  haqqında (lat.  De 
rerum  natura)  adlı  məşhur  əsərində  o  bir  çox  fəlsəfi 
problemlərə  toxunmuşdur,  bunu  edərkən  Epikürün 
fəlsəfəsindən  yararlanmışdır.  Bu  kitabda Lukretius  ilk 
növbədə  xalqın  arasında  yayılmış  müxtəlif  mövhumat  və 
inanclara  qarşı  çıxış  etmişdir.  Onun  fikrincə  onlar 
insanlarda  qorxu  hissi  yaradır.  Azadlığı  əldə  etmək  üçün 
isə  bu  qorxudan  qurtarmaq  gərəkdir  (5,  60-61).  Bunun 
üçün  təbiət  olduğu  kimi  öyrənilib  qavranılmalıdır. 
Mövhumatların  əsasını  isə  din  təşkil  edir,  insanları 
bədbəxtliklərə  sürükləyir.  Ona  görə  də,  Lukretius  dini 
tamamilə inkar edirdi. 
Lukretiusdan  da  öncə  bəzi  filosoflar  (örnək  üçün 
Kritius)  hesab  edirdilər  ki,  əslində  tanrılar  yoxdur. 
İnsanlar onları uydurmuşdurlar. Ancaq, tanrılara inanc və 
onlardan  qorxu  hissi  olmasaydı,  insanlar  ağlasığmaz 
dərəcədə  qətllər  və  digər  başqa  cinayətlər  törədərdilər. 
Ona  görə  tanrıları  uyduranlar  cəmiyyətdə  düzənin 
saxlanması üçün müsbət iş görmüşdülər. 
Ancaq,  Lukretius  bu  fikirlə  razılaşmırdı.  Onun 
fikrincə, dini inkar etməklə insanlar arasında cinayətkarlıq 
artmayacaq, 
əksinə 
bəzi 
hallarda 
müxtəlif 
dini 


140 
 
mövhumatlar 
adamları 
cinayətin 
törədilməsinə 
sürükləyəcəkdir 
72
 (5, 29-30). 
Təbiətdə  hər  şey  özü-özlüyündən,  yəni  onun  əzəli 
qanunauyğunluğundan  irəli  gələrək  baş  verir.  Bütün 
bunların  yaranmasında  heç  bir  tanrı  iradəsi  yoxdur. 
Dünyanı da heç bir tanrı yaratmayıb və idarə etmir, çünki 
heç  nədən  nə  isə  yarana  bilməz  (5,  31).  Eyni  zamanda, 
dünya  yalnız  insanlar  üçün  deyil,  özü  üçün  mövcuddur. 
İnsan  isə  dünyanın  məqsədi  deyil,  yalnız  onun  bir 
hissəciyidir.  O  da  təbiətin  qanunlarına  tabedir  və  onu 
üstələyə bilmir. 
Lukretius  tanrıların  var  olmasını  inkar  etməsə  də, 
onları  yaradıcı  və  idarəçi  funksiyalardan  məhrum 
etmişdir.  O  hesab  edirdi  ki,  tanrılar  ölməzdir,  ancaq 
təbiətin  və  insanların  işlərinə  qarışmırlar.  Onlar  özlərinə 
məxsus  bir  məkanda  yaşayır  və  həzzlərlə  dolu  həyat 
sürürlər  (5,  28).  O  məkan  insanlardan  sonsuz  qədər 
uzaqdadır. Bu səbəbdən tanrılara nə insanlar, nə də edilən 
ibadət  və  dualar  gərək  deyildir.  Onlar  insanlara  qarşı 
biganədirlər.  Bu  səbəbdən  də,  Lukretiusa  görə  dinlərə, 
kahinlərə, falçılara, peyğəmbərlərə heç bir ehtiyac yoxdur. 
Lukretius  tanrılar  və  dinlərin  rolunu  heçə  endirərək 
əsas dəyəri insanların düşüncəsində görürdü. Düşüncəsiz 
insanın  ömrü  qaranlıq  və  qorxu  içində  keçir. Ağıl  və 
sağlam  düşüncə  isə  mövhumatın  qarşısını  alır;  insanı 
                                                
72
 Bəlkə  də  bu  fikir  zamanımızda  İsveç,  Norveç,  Danimarka  kimi  əsasən 
sekulyar  (laik)  və  liberal  dövrlərdə  cinayətkarlığın  yayğın  olmamasında  və 
dində  möhkəm  olan  Yaxın  Şərqdə  din  adı  ilə  çoxlu  cinayətlərin 
törədilməsində öz təsdiqini qismən də olsa tapır. 




Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   74


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə