SokratöNCƏSİ yunan fəLSƏFƏSİ



Yüklə 266,78 Kb.
Pdf görüntüsü
səhifə41/74
tarix17.09.2017
ölçüsü266,78 Kb.
#243
1   ...   37   38   39   40   41   42   43   44   ...   74

149 
 
mənəvi  cəhətdən  qüsurlu,  hamının  qarşısında  baş  əyən, 
çərənçi, 
xəbərçi, 
həyasız, 
sadə, 
təkliyi 
xoşlayan, 
mövhumatçı,  biganə,  pinti,  başqalarına  etibar  etməyən, 
hamını  boğaza  yığan,  şərəfbaz,  xəsis,  təkəbbürlü, 
qorxacaq,  qara  camaata  doğru  yönələn  və  acıdillərə 
bölürdü (22). 
Teofrastusun  ən  tanınmış  öyrəncisi Lampsakalı 
Straton (yun. Στράτων, m. ö. 340 – 268) olmuşdur. O, 18 il 
peripatetik məktəbə başçılıq etmişdir (5, 203). Ondan öncə 
isə o, məşhur Misir  kralı II Ptolemeus Filadelfin müəllimi 
idi.  Misirdə  olarkən  Straton  Falerli  Demetriusla  birlikdə 
Museyonun yaradıcılarından biri olmuşdur. 
Straton  peripatetizmdə  materialist  ənənəsini  davam 
etdirənlərdən  idi.  O,  ilk  növbədə  metafizikanı,  dərk 
olunmaz şeyləri inkar etmiş, təbiətin özünə istinad edərək 
onu  izah  etməyə  çalışırdı  (8,  20-21).  Onun  fikrincə 
dünyanın  yaradılışını  tanrılarla  bağlamaq  lazım  deyildir. 
Hər şeyi təbiət özü yaratmışdır. Stratona görə təbiət daxili 
zərurətlə  fəaliyyət  göstərən,  hissiyyatlara  və  düşüncələrə 
malik  olmayan  özü  özünü  yaradan  bir  varlıqdır.  O  canlı 
olmasa  da  kosmosu  yaratmışdır.  Hər  bir  şeyin 
dəyişikliyinin  səbəbi  də  təbiətdir. Straton  həm  də 
Aristotelin “dünya  ruhunun” olması fikri ilə razılaşmırdı. 
Onun təlimində ruh bədənlə birlikdə ölür. 
Ancaq  başqa  tərəfdən  Straton  dünyanın  atomlardan 
ibarət  olduğunu  inkar  edərək  bu  fikrin  Demokritin 
xəyalından  doğulduğunu  iddia  etmişdir.  Bəzən  o, 
Demokritin  fikirlərinə  yaxınlaşsa  da,  ancaq Aristoteldən 
fərqli olaraq boşluqların var olmasını inkar etmirdi. Onun 


150 
 
fikrincə istinin və işığın yayılması kimi olaylar boşluqların 
varlığını  sübut  edir.  Belədirsə,  onda  bütün  şeylər 
hissəciklərdən  ibarətdir  və  o  hissəcikləri  boşluqlar  əhatə 
edir  (14,  185).  Ancaq  o,  bu  hissəcikləri  atomlar 
adlandırmırdı. Həmçinin,  Stratona  görə  dünyanın  əsasını 
iki  bir  birinə  zidd  qüvvə  təşkil  edir.  Bunlar  “isti”  və 
“söyuq”dur.  Dünyada  baş  verən  olaylar  isti  və  soyuğun 
mübarizəsinin nəticəsidir. 
Stratona  görə  “ağırlıq”  xüsusi  əhəmiyyətə  malikdir. 
O  hər  bir  hərəkətin  mənşəyidir.  Ağırlıq  kosmosu 
düzənləyir; yerin, suyun havanın və odun yuxarıdan aşağı 
ardıcıl yerləşməsi prosesini yaradır və təmin edir. 
Straton cisimlərin sərbəst düşmə təcilinin açılmasına 
yaxınlaşmışdır. Aristotel hesab edirdi ki, düşən cisim eyni 
surətlə  hərəkət  edir.  Ancaq  ondan  fərqli  olaraq,  Straton 
düşən  (yıxılan)  cisimlərin  surətinin  keçdikləri  məsafədən 
asılı  olaraq  çoxalmasını  təcrübələrlə  sübut  etmişdir  (12, 
344).  Ancaq  bunu  qanun  şəklində  ifadə  edə  bilməmişdir. 
Bunu iki min ildən sonra Qaliley edə bilmişdir. 
Straton  Aristotelin  zaman  anlayışına  verdiyi  təriflə 
də  razı  olmamışdır.  Aristotel  hesab  edirdi  ki,  zaman 
keçmişə  və  gələcəyə  doğru  hərəkət  edən  rəqəmdir. 
Stratona  görə  isə  zaman  hərəkət  və  sükunətin  ölçüsüdür. 
O  hesab  edirdi  ki,  rəqəm  sonludur,  zaman  isə  sonsuz 
olduğuna görə rəqəmlərə sığa bilməz (12, 348). 
Stratonun  ən  tanınmış  öyrəncilərindən  biri Samoslu 
Aristarxus (yun.  Ἀρίσταρχος ὁ Σάμιος,  m.  ö.  320  –  250) 
olmuşdur.  O,  İskəndəriyyədə  yaşamışdır.  O,  astronomiya 


151 
 
elmi  ilə  məşğul  idi. "Günəş  və  ayın  məsafələri  və 
kəmiyyətləri" adlı kitabın müəllifi olmuşdur. 
Aristarxus həndəsi yolla yerdən aya və günəşə qədər 
məsafəni,  eləcə  də  kosmik  cisimlərin  ölçülərini  ölçməyə 
çalışmışdır  (15,  140).  Bunun  üçün  o,  tamamilə  doğru 
düşünmüşdür  ki, yerdən ayın  yarısı görüldükdə, o günəş 
və  yerlə  düzbucaqlı  üçbucaq  təşkil  edir.  Beləliklə,  yer-
günəş-ay üçbucağını həndəsi yolla izah edərək, Aristarxus 
belə nəticəyə gəlmişdir ki, ayın radiusu yerin radiusundan 
üç  dəfə  kiçikdir;  yerdən  günəşə  qədər  məsafə  isə  aya 
qədər olan məsafədən 18 dəfə çoxdur (16). 
Bu  nəticələr  onu  Aristotelin  yermərkəzçi  (geosentrik) 
sisteminin 
inkar 
edilməsinə 
gətirib 
çıxartmışdır. 
Aristarxusun  fikrincə  planetlərin  hərəkəti  ilə  bağlı  bütün 
çətinliklər  onların  günəş  ətrafında  fırlanması  nəzəriyyəsini 
qəbul  edəndən  sonra  aradan  qalxır.  Beləliklə  o, 
günəşmərkəzçilik  (heliosentrik)  sistemini  əsaslandırmağa 
çalışmışdır (3, 525-545). Yer isə günəş ətrafında fırlanaraq, 
həm də öz oxu ətrafında fırlanır (15, 137). Ancaq onun bu 
fikirləri  qədim  zamanlarda  qəbul  olunmamışdır.  Sonralar 
Kopernik bu nəzəriyyəni yenidən dirçəldə bilmişdir. 
Bu  kimi  fikirlərin  irəli  sürməsinə  görə  Aristarxusu 
tanrılara qarşı çıxmaqda ittiham etmişlər, buna görə də o, 
Afinanı tərk etməyə məcbur olmuşdur (11). 
Aristotelin 
daha 
bir 
öyrəncisi Rodoslu 
Eudemus (yun.  Εύδημος  ο  Ρόδιος,  m.  ö.  IV  yüzillik) 
olmuşdur.  O,  müəlliminin  əsərlərinə  şərhlər,  eləcə  də 
elmlər  tarixi  üzrə  kitablar  yazmışdır.  Onların  bəzi 
fraqmentləri  günümüzə  gəlib  çatmışdır  və  o  dövrün 


152 
 
riyaziyyat və astronomiya haqqında biliklərimizin yeganə 
qaynağı  hesab  olunmaqdadır.  Bundan  başqa  Eudemus 
Aristotelin  tarix,  fizika  və  ilahiyyata  aid  olan  fikirlərini 
şərh  etmiş,  bu  əsərlərdə  olan  ziddiyyətləri  ortadan 
qaldırmağa 
cəhd 
etmişdir 
(24). Bəzi 
tədqiqatçılar 
Eudemusu  Aristotel  irsinin  ilk  şərhçisi  kimi  də 
dəyərləndirirlər. 
Peripatetik  məktəbin  görkəmli  nümayəndələrindən 
biri Tarentli 
Aristoksenus (yun. 
Ἀριστόξενος 
ὀ 
Ταραντίνος, m. ö. 360-cı ildə  doğulmuşdur)  olmuşdur. O, 
musiqi  nəzəriyyəsi  üzrə  antik  dünyanın  ən  tanınmış 
alimlərindən  biri  idi  və  bu  sahədə  çoxlu  əsərlər 
yazmışdırBundan 
başqa 
Aristoksenusun 
başqa 
əsərlərindən olan fraqmentləri də zamanımıza çatmışdır. 
“Ritmikanın 
elementləri” və “Harmonikanın 
elementləri” adlı  kitablar  musiqi  nəzəriyyəsi  sahəsində 
yazılan və bu sahədə zamanımıza çatmış ilk əsərlərdir. Bu 
kitablarda  musiqi  nəzəriyyəsi ritmikaharmoniya və metrika 
kimi  fəsillərə  bölünmüşdür  (2,  593).  Musiqi  alətlərinin 
araşdırılması  da  ayrıca  bir  bölümdə  verilmişdir.  Bundan 
başqa,  bu  kitablarda  yunan  musiqisinin  mənşəyi  və 
növləri  haqqında  bilgi  və  onları  izah  edən  istilahlar 
açıqlanmışdır.  Musiqinin  özü  isə  orada  səslər,  intervallar, 
sistemlər və cinslər kimi hissələrə bölmüşdür. 
Həmçinin,  Aristoksenus  Pifaqor,  Sokrat,  Platon  və 
digər  filosofların  həyat  və  yaradıcılıqlarını  qələmə 
almışdır.  Ancaq  onlardan  bəzilərinin  (Platon  və  Sokratın) 
qüsurlarını qabartmış, bəzilərini isə (Arxitusu və Pifaqoru) 
rəğbətlə  yad  etmişdir.  Bu  da  onun  tərəfkeşliyindən  irəli 


Yüklə 266,78 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə