SokratöNCƏSİ yunan fəLSƏFƏSİ



Yüklə 266,78 Kb.

səhifə39/74
tarix17.09.2017
ölçüsü266,78 Kb.
1   ...   35   36   37   38   39   40   41   42   ...   74

141 
 
ölüm, xəstəlik və həyatın problemləri qarşısında qorxudan 
qurtarır.  Yalnız  sağlam  düşüncənin  vasitəsi  ilə  təbiətdə 
hər  şeyi  olduğu  kimi  anlamaq  olar.  İnsan  sağlam 
düşüncədən  başqa  mühakimə  etmə  xüsusiyyətinə  də 
malikdir. Çünki, dünyada bir çox şeyləri yalnız mühakimə 
yolu ilə izah etmək mümkündür. 
Lukretiusa  görə  təbiətdə  fövqəladəlik  yoxdur. 
Dünyalar  gözə  görünməyən  və  duyulmayan  hissəciklərin 
qasırğalarından  yaranır.  Bu  hissəciklər  hər  şeyin 
“toxumlarıdır” (atomlardır) (5, 34-35). Cisimlər, ruhlar  və 
dünyalar  onlardan  ibarətdir.  Onlar  təbii  zərurətdən 
yaranır.  Hissəciklərin  hərəkətdə  olması  üçün  boşluqlar 
vardır (5, 35-37). Hissəciklər əbədidir, onlardan ibarət olan 
hər şey məhvə məhkumdur və keçicidir. 
Ətrafımızın  dərki  prosesində  duyğulara  böyük 
əhəmiyyət  verən  Lukretius,  eyni  zamanda  onların 
çərçivəli  olmasını  etiraf  edirdi.  Buna  görə  də  o,  idrakda 
düşüncəyə  də  böyük  əhəmiyyət  verirdi.  Məsələn,  kainat 
duyğu vasitəsi ilə deyil, düşüncənin fəaliyyəti nəticəsində 
anlaşıla bilər. 
Ümumiyyətlə, heç  nədən  nə isə yaranmır. Hər şeyin 
əsasında  toxumlar  (atomlar)  durur  (5,  39-43).  Şeylərin 
məhv  olması  materiyanın  məhv  olması  demək  deyildir. 
Bu  yalnız  daha  mürəkkəb  şeyin  ən  sadə  elementlərə 
bölünməsidir. 
Lukretiusun  fikrincə  ruh  da  bədən  kimi  kiçik 
hissəciklərdən  (atomlardan)  ibarətdir  və  o  bədəndən 
asılıdır. 
Bədənin 
ölümü 
hissəciklərin 
əlaqələrinin 
pozulması və dağılmasıdır. Bu baş verən kimi bədənlə bir 


142 
 
yerdə  ruhun  hissəcikləri  də  dağılır  və  o  məhv 
olur. Beləliklə,  Epikür  kimi  Lukrtetsius  da  ruhun 
ölməzliyini qəbul etmirdi. (5, 97-98) 
Daha  sonra  o,  ölümlə  həyatın  bir-biri  ilə 
qarşılaşmamasını  iddia  etmişdir.  Onlar  qarşılaşmır  deyə 
ölüm  həyatda  olan  insan  üçün  qorxulu  deyil,  çünki 
həyatda  olan  insanın  ölüm  haqqında  təsəvvürü  yoxdur. 
Ölümün  gəlişindən  sonra  isə  insanlar  artıq  bu  dünyada 
olmur  və  heç  nəyi  duymur.  Ona  görə  də  ölümün 
qarşısında qorxu hissi olmamalıdır (5, 415-420). 
Ruhun  bir  bədəndən  başqasına  köçməsi  ideyasını 
(metempsixozu) və onun insanın doğulmasından öncə var 
olması  inancını  rədd  edən  Lukretius  hesab  edirdi  ki,  belə 
bir  şey  olsaydı,  onda  insanlar  öz  keçmiş  həyatlarını  yada 
salardılar.  Metempsixoz  ya  da  ruhların  öncə  var  olmasını 
iddia  edənlərin  fikrincə  ruh  bədənə  girərkən  öz  keçmiş 
həyatını  yaddan  çıxarır.  Bu  belədirsə,  onda  Lukretiusa 
görə  bu  hal  ölümdən  fərqlənmir.  İnsanın  keçmişdə 
həyatda  olmasının  mənası  yoxdur.  Ona  görə  ölən 
adamların  ruhları  ölü,  dirilərin  isə  diri  hesab  edilməlidir. 
(5, 410-413) 
Bundan başqa əgər metempsixoz real bir şey olsaydı, 
onda heyvanların davranışı bir-biri ilə qarışardı. Məsələn, 
şahin göyərçindən qorxardı. Düşüncə isə təkcə insanlarda 
deyil, həm də heyvanlarda olardı. 
Lukretius  əxlaqi  fikirləri  irəli  sürərkən  Epikür 
təliminin  müddəalarını  təkrar  edir  və  deyirdi  ki, 
iztirabların aradan qaldırılması, ruhi sakitlik və ataraksiya 
xoşbəxtliyin əsas şərtləridir.  


143 
 
Mövzu ilə əlaqəli suallar: 
 
1. Epikür fəlsəfəsinin əsas məqsədi nədədir? 
2. Epikür fəlsəfəsi hansı tərkib hissələrdən ibarətdir? 
3.  Epikürün  fizikası  hansı  nəzəriyyənin  üzərində 
qurulmuşdur? 
4.  Epikürün  atomçuluğu  Demokritin  təlimindən  nə 
ilə fərqlənir? 
5. Epikür kosmoqonianı necə təsəvvür edirdi? 
6.  Epikürün  kanonikasında  hansı  problemlərə 
toxunulur? 
7. Epikürə görə insan çevrəni necə dərk edir? 
8.  Epikür  fəlsəfəsində  əxlaqi  problemlərin  əsasında 
hansı müddəalar durur? 
9. Epikürə görə xoşbəxtlik necə əldə olunur? 
10.  Epikürün  ictimai  və  siyasi  fikirləri  necə 
olmuşdur? 
11. Epikürün tanrılar haqqında nə düşünmüşdür? 
12.  Militenalı  Hermarxus,  Lampsakuslu  Metrodorus 
və Qadaralı Filodemusun fəlsəfi fikirləri hansı müddəaları 
əhatə edirdi? 
13. Lukretiusun dinə münasibəti necə olmuşdur? 
14.  Lukretius  tanrıların  varlığı  və  rolu  haqqında  nə 
düşünmüşdür? 
15. Lukretius insanın rolu haqqında nə demişdir? 
16. Lukretius ruhlar haqqında nə düşünürdü? 
17.  Lukretiusun  dünya  quruluşunu  necə  təsəvvür 
edirdi? 
 


144 
 
Ədəbiyyat: 
 
1. Diogenes Laertius. Lives and Opinions of Eminent 
Philosophers / Translated by C. D. Yonge. London: Georg 
Bell & Sons, 1915. 
2. Marcus Tullius Cicero. On the Nature of the Gods / 
Translated by F. Brooks. London: Methuen, 1896. 
3.  Асмус  В.Ф.  Античная  философия.  М.:  Высшая 
школа, 1976. 
4.  Лосев  А.  Ф.  История  античной  эстетики.  Т.  5. 
М.: ACT; Харьков: Фолио, 2000. 
5.  Лукреций.  О  природе  вещей  /  Перевод 
Ф.Петровского. М.: Художественная литература, 1983. 
6. Маковельский А. О. Древнегреческие атомисты. 
Издательство АН Азербайджанской ССР, 1946. 
7. Шакир-Заде А. Р. Эпикур. М.: Соцэкгиз, 1963. 
 
2.4. Peripatetizm 
  
Qeyd  edildiyi  kimi  Aristotel  Afinada Likeion (yun. 
Λύκειον)  adlanan  məktəbini  yaratmışdır.  O  məktəbin 
binasını və yerini öncə bədən tərbiyəsi üzrə oyunlar üçün 
istifadə  edirdilər.  Aristotel  isə  orada  dərslər  keçirirdi. 
Likeosun  kölgəli  bağlarında  gəzintiyə  çıxarkən  Aristotel 
öz  öyrəncilərini  fəlsəfəsinin  müxtəlif  aspektləri  ilə  tanış 
edirdi. 
Ona 
görə 
də, 
Aristotelin 
bu 
məktəbi “peripatetik” (yun. 
περιπατέω 
– 
gəzinti) 
adlandırılmışdır. 




Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   74


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə