SokratöNCƏSİ yunan fəLSƏFƏSİ



Yüklə 266,78 Kb.

səhifə2/74
tarix17.09.2017
ölçüsü266,78 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   74


 
GİRİŞ 
 
Fəlsəfə (yun. Φιλοσοφία) sözü yunancadan tərcümə-
də “müdrikliyi sevmək” deməkdir. Qədim təsəvvürlərə görə 
müdriklik xüsusi bir anlayış və həyat tərzidir ki, o da yal-
nız  tanrıya  məxsusdur.  İnsan  isə  müdrikliyə  tam  yüksələ 
bilməz, yalnız ona doğru yönələ və ya onu sevə bilər. Bu-
na  görə  də  müdriklik  sözünü  “həqiqət”  kimi  də  anlamaq 
mümkündür. Beləliklə, fəlsəfə sözünün mənasını “həqiqətə 
yönəlmə” kimi  də  vermək  olar.  Fəlsəfi  düşüncəyə  məxsus 
insan dünyanı olduğu kimi dərk etməyə və qavramağa ça-
lışır.  
İnsanları  hisslərlə  ölçülə  bilməyən  anlayışlar  haq-
qında  düşüncələrə  yönəltmək  fəlsəfənin  ən  əhəmiyyətli 
xüsusiyyətlərindən  biridir. Digər  elmlər  ayrı-ayrı  obyekt-
ləri  araşdırır,  onları  təcrübədən  keçirir,  fəlsəfə  isə  bütün 
elmlərin  üstündə  duraraq  onların  əldə  etdikləri  nəticələri 
ümumiləşdirir,  onların  arasında  əlaqə  yaradır  və  bilikləri 
məntiqi ardıcıllığa salır. 
Fəlsəfə  şübhələrdən  başlayır,  çünki  filosof  hər  şeyi 
anlamağa,  şeylərin  mahiyyətinə  varmağa  çalışır.   Şübhə-
çilik  istənilən  sahədə,  o  cümlədən  cəmiyyətin  həyat  tər-
zinə və ictimai qaydalara münasibətdə yarana bilər. Şübhə 
hansısa  səbəblər  üzündən  yaranır. Bu  səbəblərin  ən  əsası 
kökləşmiş  dəyərlərin  və  anlayışların  böhran  həddinə 
çatmasıdır. 
Fəlsəfənin tarixi qədim zamanlardan başlamışdır. İn-
san  nə  qədər  mövcud  olmuşdursa,  onun  düşüncəsi,  ifadə 
etdiyi  fikirləri  də  o  qədər  vardır.  Düşüncənin  inkişafı  isə 



 
analitik  təfəkkürün  formalaşmasına  gətirib  çıxarır.  Elə  bu 
andan da fəlsəfə bir anlayış kimi ortaya çıxmış olur. 
Ən  qədim  zamanlarda  insanların  düşüncələri  daha 
çox  təcrübəyə  yönəlmişdir.  Onlar  yalnız  ətraflarında  baş 
verən  hadisələrlə  kifayətlənməmişdirlər.  O  dövrdə  insan-
ların  dünyagörüşü  inanclar  üzərində  qurulur  və  buna 
görə də fəlsəfə bir bilik sistemi  kimi mövcud olmamışdır. 
Yalnız ona doğru aparan yollar var idi. 
Bu vəziyyət təxminən miladdan öncə V – IV yüzillik-
lərdə  dəyişmişdir.  Antik  dövrün  filosofları  fəlsəfəni  artıq 
sistemli  şəkildə  ortaya  qoya  bilmiş,  mifoloji  dünyagörü-
şündən  ayrılmağa  başlamışdırlar.  Buna  bənzər  proseslər 
qədim  Hindistan  və  Çində  də  müşahidə  edilirdi.  Ancaq 
sonralar  dünyanın  inkişafı  üçün  antik  fəlsəfənin  əhəmiy-
yəti daha da artmışdır. 
Antik  dövrdə  təfəkkürün  inkişafı  qarışıq  və  xaotik 
olaraq  deyil,  sosial  və  tarixi  təməllər  üzərində  məqsədə-
uyğun  şəkildə  qurulurdu.  Fəlsəfə  özündə  mifoloji  düşün-
cə ilə elmi bilikləri birləşdirirdi. Yunan filosofları dünyanı 
yalnız əsatirlər  və inanclarla izah etməkdən  imtina etmiş-
dirlər. Onlar artıq  hər şeyi sağlam düşüncə, məntiq, məq-
sədəuyğunluq  baxımından  izah  edirdilər.  Hətta,  əsatirlər 
və  dini  rəvayətlərə  belə  yeni  mənalar  vermiş,  onları  dü-
şüncənin  arqumentlərinə  uyğunlaşdırırdılar.  Bu  da  mifo-
loji  və  dini  dünyagörüşünün  böhranının  başlanması  de-
mək idi.  
Bununla  belə,  antik  filosoflar  və  düşünən  insanlar 
qədim  adətlərdən,  cəmiyyət  içində  yayılmış  vərdiş  etdiyi 
anlayışlardan  və  dəyərlərdən  tam  olaraq  aralanmamış-



 
dırlar.  Onların  çoxu  cəmiyyətdə  yaşanan  həqiqətlərə  yeni 
mənalar  vermiş,  onları  gerçəkliyə  uyğunlaşdırmağa  çalış-
mışdırlar.  Filosoflar  cəmiyyətdə  yayılmış  dəyərlərin  bə-
zilərini  tənqid  edib  rədd  etmişdirlərsə  də  başqalarını  bə-
yənmiş,  onları  zamanlarına  uyğunlaşdırmış  və  modern-
ləşdirmişdirlər.  Son  olaraq  bu  adətlər  yeni  anlamlar  qa-
zanmış, gerçəkliyə uyğunlaşdırılmışdırlar.  
Oturuşmuş adətlərin və dünyagörüşünün böhranı və 
yeni  fəlsəfi  düşüncənin  yaranmasının  obyektiv  sosial,  si-
yasi,  ictimai,  ekoloji  və  başqa  səbəbləri  olmuşdur.  Antik 
dövrdə  quldarlıq  quruluşunun  böhranı,  gəmiçiliyin  və  ti-
carətin  genişlənməsi,  insan  azadlıqları  haqqında  yaranan 
təsəvvürlər  kimi  amillər  də  fəlsəfənin  yaranıb  inkişaf  et-
məsində  böyük  rol  oynamışdır.  Məsələn,  qədim  yunanlar 
başqa  xalqlarla  münasibətlər  qurur  və  onların  dünya-
görüşləri  ilə  tanış  olurdular.  Bütün  bu  proseslər  ellinizm 
dövründə daha da sürətlənmişdir. 
Dünyanın  olduğu  kimi  dərk  edilməsi  antik  filosof-
ların başlıca məqsədi olmuşdur. Ona görə də, onlar təbiət 
və  insanla  bağlı  olan  bütün  sahələr  haqqında  fikirlər  irəli 
sürmüşdürlər.  İlk  olaraq  ətraf  mühit  və  kainat,  sonra  isə 
insanla bağlı təlimlərin əsasını qoymuşdurlar. Sonralar isə 
bunların əsasında fundamental elmlər yaranmışdır.  
 
 
 
 
 



 
I.
 
QƏDİM YUNAN FƏLSƏFƏSİ 
 
 
 
1.1. Yunan fəlsəfəöncəsi dövrü 
 
Yunan  fəlsəfəöncəsi  dövrü  mifoloji  və  dini  dün-
yagörüşləri  ilə  səciyyələnir.  Mifoloji dünyagörüşü  inkişafın 
ilkin  mərhələsi,  dünyanı  dərketmə  üsulu  və  ictimai  dü-
şüncəsinin formasıdır. Mifologiya qədim cəmiyyətlərin əf-
sanə  və  əsatirlərindən  ibarətdir.  Orada  tanrılardan,  igid-
lərdən  və  başqa  əfsanəvi  personajlardan  söhbət  açılır. 
Həm də bu əsatirlərdə daha da dərin düşüncəvi problem-
lərə toxunulurdu. 
Mifologiyanın özəlliyi dünya ilə insanın, düşüncə ilə 
emosiyaların,  obyektlə  subyektin  fərqlərinə  varılmama-
sındadır. Bu anlayışlar əsatirlərdə fərqləndirilmir. 
Əsatirlər  (miflər)  ibtidai  düşüncədən  doğur.  Onlar 
bütünlüklə yunanların və başqa dünya xalqlarının dünya-
görüşünün formalaşmasında böyük rol oynamışdır. Bütün 
bu  xalqlar  əsatirlərin  vasitəsi  ilə  mənəviyyatlarını  və  mə-
dəniyyətlərini  formalaşdıra  və  dəyərlər  sistemlərini  ya-
rada  bilmişdirlər.  Əsatirlər  incəsənət,  poeziya,  musiqi  və 
ədəbiyyatın inkişafına təkan vermişdir. 
Dini  dünyagörüşü  də  qədim  yunan  fəlsəfəsinin  ya-
ranması yolunda önəmli amillərdən biri olmuşdur. Dində 
varlıq  dünyəvi  və  səmavi  olmaqla  ikiyə  bölünür.  Səma-
viliyin  önəmi  daha  böyükdür.  Qədim  yunan  dininin  əsa-




Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   74


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə