SokratöNCƏSİ yunan fəLSƏFƏSİ



Yüklə 266,78 Kb.

səhifə6/74
tarix17.09.2017
ölçüsü266,78 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   74

18 
 
“Yeni  dostları  qazanmağa,  köhnələri  rədd  etməyə 
tələsmə” (Solon);  
“Sözü yalnız yeri gələndə de” (Bias);  
“Hər şeyi qədəri ilə et, həddi aşma” (Pittakus);  
“Verdiyin sözü pozma” (Periander);  
“Bədən və ruhun sağlam olmalıdır” (Kleobulos);  
“Dilin ağlının önünə keçməsin” (Xilon). (7, 94-96) 
Daha  bir  qədim  yunan  müəllifi  Siroslu
19
 Ferekides 
(yun.  Φερεκύδης,  təxminən  m.  ö.  584  –  499)  olmuşdur. 
Suda  ensiklopedik  lüğətinə  (DK  7.А.2)
20
 görə  o,  fini-
kiyalılardan  elm  öyrənmiş  (9,  84-85),  sonra  yunanların 
“yeddi  müdriklərindən”  biri  olan  Pittakusun  öyrəncisi 
olmuşdur  (2,  53-54).  O,  orfizmə  çox  yaxın  idi.  Ferekides 
“Beş  kitab”  (yun.  Πεντέμυχος)  adlanan  əsərində  öz 
teoqonia  və  kosmologiasını  vermişdir.  Onun  əsərlərindən 
bəzi  fraqmentləri  günümüzə  gəlib  çatmışdır.  Ferekides 
həm də Pifaqorun müəllimi olmuşdur. 
“Beş  kitabda”  tanrıların  və  dünyanın  yaranması 
təsəvvürləri  Hesiodosun  “Teoqonia”sından  fərqlənir.  Fe-
rekides  antik  dünya  təsəvvürlərini  sadələşdirmək  fikrinə 
düşmüşdür.  Bunun  üçün  o,  bir  çox  tanrıları  bir-biri  ilə 
eyniləşdirərək və adlarına yeni məzmun gətirərək onların 
sayını  azaltmışdır.  Bu  da  mifə  əsaslanan  yunan  dünya-
görüşünün böhrana uğramasının göstəricisi idi. 
Hesiodosa  görə  hər  şeyin  başlanğıcında  sularla 
eyniləşdirilən  Qarışıqlıq  (Xaos)  durur.  Feredides  isə  dün-
yanın  başlanğıcını  maddə  ilə  deyil,  tanrılarla  bağlayırdı. 
                                                
19
 Siros (yun. Σύρος) – Ege dənizinin mərkəzində adadır. 
20
 X-cu yüzillikdə Bizansda tərtib olunmuşdur. 


19 
 
Belə ki, Zas (Zeus) – Xtonia (Qaia) – Kronos (zaman) üçlüyü 
əbədi  olmuş,  yaradılmamışdırlar  (3,  56-60).  Burada  Zeus 
həm  də  məhəbbət təcəssümü  olan  Erosla  eyniləşdirilir  (3, 
62).  Onlar  birlikdə  vəhdət  təşkil  edən  ilk  tanrılardır.  Bu 
üçlük  hava,  su  və  odu  yaratmışdırlar.  Sonra  bu  ünsür-
lərdən  tanrılar,  yarıtanrılar,  demonlar
21
 və  başqa  mifoloji 
varlıqlar yaranmışdır. Qeyd edilən tanrılar, yarıtanrılar və 
demonlar  ikinci  dərəcəlidirlər.  Bir  zaman  qara  qüvvələr 
Zeusa  qarşı  üsyan  etmiş,  ancaq  yenilərək  tartarusa
22
 atıl-
mışdırlar  (3,  66-67).  Zeus  isə  Olimpusda  baş  tanrı  olaraq 
möhkəmlənmişdir. 
Ferekides  həm  də  ruhun  ölməzliyini,  onun  bir 
bədəndən başqasına köçməsini iddia edirdi (1, 29). 
Epixarmus  (yun.  Ἐπίχαρμος,  təxminən  m.  ö.  540  – 
450)  da  fəlsəfəöncəsi  dönəminin  ən  görkəmli  nümayən-
dələrdən  biri  idi.  O,  qədim  dövrün  müəlliflərindən  bir 
olmuşdur.  Pifaqorun  mühazirələrində  iştirak  etməsinə  (2, 
368)  baxmayaraq  onu  pifaqorçulara  aid  etmirlər.  Bəzi 
tarixçilər onu “Yeddi müdrikin” biri hesab edirdilər. 
Epixarmusun  İtaliyanın  cənubunda  anadan  olduğu 
güman edilir. O, çoxlu  komediya janrında  əsərlər yazmış, 
bu  janrın  yaradıcılarından  biri  hesab  edilmişdir.  Döv-
rümüzə  onun  “qnome”lər  adlanan  qısa  müdrik  ifadələri 
gəlib  çatmışdır.  Bundan  başqa,  onun  təbiət  və  təbabət 
haqqında  zamanımıza  çatmayan  əsərləri  də  olmuşdur  (2, 
368). 
                                                
21
 Yunan mifologiyasında tanrılarla insanların arasında olan özəl varlıqlardır. 
22
 Yunan  mifologiyasında  yeraltı  məkan,  dərin  quyunun  dibidir.  Zeus  o 
məkanda titanları məhbus kimi saxlayırdı. 


20 
 
Epixarmus  hər  şeyi  ikilikdə  (dualizmdə)  təsəvvür 
edirdi.  Onun  təliminə  görə  maddi və  düşüncə ilə qavranılan 
başlanğıclar  vardır.  Maddi  başlanğıc  od,  hava,  yer  və 
sudan  ibarətdir.  Ona  görə  maddi  başlanğıc  dəyişkəndir. 
Düşüncə  ilə  qavranılan  başlanğıc  isə  müxtəlif  ideyalardır 
ki,  onlar  hər  şeyin  formasını  təşkil  edir.  O  başlanğıc 
dəyişkənliyə uğramır və hərəkətsizdir. (6, 340)  
İnsan  təbiəti  də  ikilidir.  Bir  tərəfdən  onun  maddi, 
başqa tərəfdən isə ilahi (onun ruhu) əsası vardır. İnsan diri 
ikən  onlar  birlikdədirlər,  ölüm  baş  verən  kimi  isə 
ayrılırlar.  Bədən  məhv  olur,  ruh  isə  varlığını  davam 
etdirir.  Əslində  isə  insanın  “Mən”ini  təşkil  edən  ruhdur. 
Bədən  isə  onun  zindanıdır.  Ona  görə  də  ruhu  tək-
milləşdirmək  lazımdır  ki,  insan  şəhvətlə  dolu  həyat 
sürməsin. (6, 341) 
Qnomelərinin  birində  Epixarmus  insan  xasiyyətləri 
haqqında  düşünür  (6,  360).  Yalnız  şər  insanlar  yoxdur, 
çünki hamıda həm yaxşı, həm də pis xüsusiyyətlər vardır. 
Sadəcə  bəzi  adamlarda  pis  cəhətlər  yaxşıları  üstələyir. 
Onlar  naqis  adamlardır.  Başqalarında  isə  yaxşı  cəhətlər 
daha  çox  olur.  Onlar  isə  müsbət  insanlardır.  Beləliklə,  ən 
yaxşı  insan  o  kəsdir  ki,  onun  yaxşı  xüsusiyyətləri,  mənfi 
xüsusiyyətlərini üstələsin. 
Başqa  bir  qnomesində  isə  Epixarmus  demişdir  ki: 
“Ölü olmaq qorxulu  deyil. İnsanları ölmək anı qorxudur” 
(11, 214). 
 
 
 


21 
 
Mövzu ilə əlaqəli suallar: 
 
1. Mifoloji və dini dünyagörüşü nədir? 
2. Yunan dininin özəllikləri nədən ibarət olmuşdur? 
3.  Orfizmin  əsatirləri  və  dini-fəlsəfi  təliminin  əsasında 
hansı müddəalar durur? 
4. Homerin “İliada” və “Odissea” dastanlarının ümumi 
məzmunu nədən ibarətdir? 
5. Hesiodosun əsərlərində nədən bəhs edilir? 
6.  Ferekidesin  dünyanın  yaranması  haqqında  təsəv-
vürləri necə olmuşdur? 
7. Epimenidesin antinomiyası nədən ibarətdir? 
8. Yeddi müdrik kim idi, onların fəaliyyəti nədən ibarət 
olmuşdur? 
9.  Epixarmusun  fəaliyyəti  və  dünyagörüşü  necə 
olmuşdur? 
 
Ədəbiyyat: 
 
1.  Cicero.  Tusculan  disputations  /  Translated  by 
Andrew  P.  Peabody.  Boston:  Little,  Brown,  and  Company, 
1886. 
2.  Diogenes  Laertius.  Lives  and  Opinions  of  Eminent 
Philosophers  /  Translated  by  C.  D.  Yonge.  London:  Georg 
Bell & Sons, 1915. 
3.  Kirk  G.,  Raven  J.,  Schofield  M.  The  Presocratic 
Philosophers. Cambridge University Press, 2003. 
4.  Гесиод.  Теогония  (О  происхождении  богов).  М.: 
Библиотека античной литературы, 1963. 




Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   74


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə