SokratöNCƏSİ yunan fəLSƏFƏSİ



Yüklə 266,78 Kb.
Pdf görüntüsü
səhifə4/74
tarix17.09.2017
ölçüsü266,78 Kb.
#243
1   2   3   4   5   6   7   8   9   ...   74

12 
 
efir
8
 yaranmışdır.  Sonra  Xronos  onlardan  özündə  dünyanı 
əhatə  edən  yumurta  yaratmışdır.  Bu  yumurtadan  işıq  və 
sevgi tanrısı olan  hermafrodit  Fanes (yun. Φάνης) çıxmış və 
o, tanrıları və bütün canlıları doğmuşdur. (8) 
Tanrılardan  biri  Dionisus  olmuşdur.  Titanlar
9
 (yun. 
τιτᾶνες)  onu  parçalayıb  yemişdirlər.  Ona  görə  də,  baş 
tanrı  Zeus  onları  ildırımla  yandırmışdır.  Titanların  kü-
lündən isə insanlar yaranmışdır. Ona görə də onların ikili 
təbiəti  vardır.  Biri  insanların  şər  olan  titanik,  digəri  isə 
xeyir  olan  dionisik  təbiəti  mövcuddur.  Ona  görə  də  insan 
həyatının  məqsədi  titanik  təbiətə  qalib  gələrək  dionisik 
həyat yaşamaqdır. (8) 
Bu  baxımdan  da  orfiklərin  dini  ayinləri  olmuşdur. 
Onlar  bədənin  təmizliyinə  riayət  etmiş,  ət  və  paxla  ye-
məmiş, çoxlu dualar oxumuşdurlar. Onların inancına görə 
insan  titanların  Dionisusa  qarşı  etdiyi  cinayətin  daşı-
yıcısıdır və buna görə də günahkardır. Ancaq, orfik həyat 
tərzi insanı dünya həyatının əzablarından qurtara, ruhuna 
isə azadlıq verə bilər
10
. (8) 
Orfizmə görə əsl həyat ölümdən sonra başlanır. Ora-
da  ölənlərin  ruhu  həyatda  etdiyi  əməllərə  görə  cavab 
verir.  Orfiklər  ruhların  bir  bədəndən  digərinə  köçməsinə 
                                                
8
 Efir  (yun.  α
ἰθήρ)  –  yunan  mifologiyasına  görə  göyün  üst  qatı,  tanrıların 
yaşadığı məkandır. 
9
 Titanlar  –  yunan  mifologiyasında  ikinci  nəslin  (əsas  yaradıcı  tanrılardan 
sonra  gələn) tanrılarıdırlar.  Onlar  göy  tanrısı  Uranus (yun. Ο
ὐρανός)  və  yer 
tanrıcası Qaia’dan (yun. Γαία) törəmişdirlər. 
10
 Xristianlıqda  da  hər  bir  insan  Adəmin  ilk  günahına  görə  günahkardır.  Bu 
günahdan  insanı  yalnız  İsaya  iman  qurtarır.  Bu  inancla  orfizmin  bənzərliyi 
vardır. 


13 
 
də  inanırdılar.  Sonralar  orfizm  Roma  imperiyasında  dir-
çəlmiş  və  müəyyən  qədər  yayılmışdır.  Bu  dini  təlimin 
prinsipləri pifaqorçular, platonçular və digər düşünürlərin 
fəlsəfəsi görüşlərinə təsir etmişdir. (8) 
Qədim  Yunanıstanın  fəlsəfəöncəsi  ənənəsində  das-
tanlar  da  böyük  rol  oynamışdır.  Onları  şairlər  və  ədiblər 
yazırdılar. Onlardan biri Homer (yun. Ὅμηρος, m. ö.
11
 VIII 
yüzillik)  olmuşdur.  Onun  kimliyi  haqqında  bilgilər  ol-
duqca  azdır.  Hətta,  onun  anadan  olduğu  yer  də  dəqiq 
bilinməməkdədir.  
Homer  “İliada”  (yun.  Ἰλιάς)  və  “Odisseia”  (yun. 
Ὀδύσσεια)  adlanan  dastanların  yazarı  olmuşdur.  Onlarda 
yunanların mifoloji və dini dünyagörüşü əks olunmuşdur. 
Bu  dastanlarda  insan  həyatı  və  tarixi  olaylar  mifik  var-
lıqların  və  tanrıların  həyatı  ilə  bağlılıqda  təsvir  olun-
muşdur. Olumpus dağında yaşayan tanrılar savaşlarda və 
başqa  hadisələrdə  tarixin  gedişinə  və  insanların  həyatına 
qarışmış,  başqa  mifoloji  varlıqlar  isə  insanlarla  birlikdə 
müxtəlif  hadisələrdə  iştirak  etmişdirlər.  “İliada”da  Troya 
savaşı  ilə  bağlı  hadisələrdən,  “Odisseyada”  isə  bu  sa-
vaşdan  sonra  Odisseus  (yun.  Ὀδυσσεύς)  adında  bir  igidin 
vətəninə  qayıtması  zamanı  rast  gəldiyi  hadisələrdən  söh-
bət açılmışdır. Hər iki dastan sonralar formalaşan antik və 
Avropa  ədəbiyyatının  formalaşmasında  böyük  rol  oy-
namışdır.  Homerin  əsərlərində  fəlsəfi  baxımdan  əhə-
miyyətli  məqamlar  yoxdur,  bu  əsərlər  yunanların  qədim 
inanclarını və dünyagörüşünü əks etdirir. 
                                                
11
 Burada və bundan sonra “miladdan öncə” sözlərinin ixtisarıdır. 


14 
 
Bununla  bərabər  fəlsəfəöncəsi  yunan  ədəbiyyatının 
ilklərindən  biri  də  Hesiodos  (yun.  Ἡσίοδος,  m.  ö.  VIII  – 
VII  yüzilliklər)  olmuşdur.  O  Aeolis
12
 bölgəsində  anadan 
olmuş,  sonra  Beotiada
13
 yaşamışdır.  Rəvayətlərə  görə  ona 
şairliyi  nimflər  vermişdirlər.  Hesiodosun  günümüzə 
çatmış  əsərlərindən  biri  “Əməklər  və  günlər”dir  (yun. 
Ἔργα και Ἡμέραι).  Bu  əsərdə  onunla  vərəsəlik  məsələləri 
barəsində  məhkəməyə  çıxan  qardaşı  Persusa  nəsihətlər 
verilir.  Ona  deyilir  ki,  pulla  alınmış  hakimlərə  ümid  bəs-
ləməsin,  işlərini  öz  əməyi  ilə  yerinə  yetirsin.  Daha  sonra 
burada əkinçi və gəmiçilərin əməyindən söhbət açılmışdır. 
Bu  əsərdə  ilk  tarixi  inkişaf  mərhələləri  də  təsvir  edilmiş, 
insanlığın  öncə  “qızıl  dövrdə”  yaşaması,  sonra  isə  du-
rumunun  ağırlaşdığı  və  həyatın  çətinləşdiyi  barəsində 
fikirlər  irəli  sürülmüşdür.  Əsərdə  çoxlu  nəsihət,  deyim, 
atalar sözləri və miflər də vardır (5, 63).  
Hesiodosun  daha  bir  tanınmış  əsəri  “Teoqonia”
14
 
(yun. Θεογονία) adlanır. Bu əsərdə o yunanların arasında 
tanrılar  haqqında  dolaşan  müxtəlif  rəvayətləri  sistem-
ləşdirməyə,  onları  məntiqi  ardıcıllığa  gətirməyə  çalışmış-
dır.  Bu  dastan  yunanların  ilk  mifoloji  əsərlərindən  biri 
hesab edilir.  
Əsərdə  tanrılar,  titanlar,  igidlər  haqqında  bəhs  olu-
nur.  İlk  olaraq  Qarışıqlıq  (Xaos)  olmuşdur.  Ondan  Gecə
                                                
12
 Çağdaş Türkiyənin Ege dənizinin sahillərində yerləşən ərazidir. 
13
 Çağdaş  Yunanıstanın  mərkəzində,  Peloponessus  yarımadasının  şimalında 
yerləşən tarixi vilayətdir. 
14
 Tanrıların yaranması haqqında inanclar toplusudur. 


Yüklə 266,78 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə