SokratöNCƏSİ yunan fəLSƏFƏSİ



Yüklə 266,78 Kb.

səhifə8/74
tarix17.09.2017
ölçüsü266,78 Kb.
1   ...   4   5   6   7   8   9   10   11   ...   74

26 
 
Empedoklesə görə hər şeyin əsasında od, hava, su və 
torpaq  durur  (2,  368).  Hər  şey  bu  ünsürlərin  birləşmə-
sindən  yaranır.  Şeylərin  məhv  olması  isə  onların  dağıl-
ması  deməkdir.  Dünyanı  heç  kəs  yaratmamışdır,  çünki 
yoxluqdan varlıq yarana bilməz. 
Empedokles fəlsəfəsində bir-biri ilə savaşan Sevgi və 
Nifrət  dualizmi
25
 vardır  ki  (3,  14-15),  o  da  bu  ünsürləri 
hərəkətə  gətirir.  Öncə  Sevgi  hökmranlıq  edir.  O  bütün 
dünyanı birləşdirir, tamlıqda saxlayır. Sonra Nifrət gəlir, o 
isə hər şeyi parçalayır, ayırır  və bunun  nəticəsində növlər 
yaranır.  Bu  proses  də  daim  təkrarlanmaqdadır.  Tədqi-
qatçılara  görə  Empedoklesin  bu  düşüncələri  ilə  Zər-
düştlük  arasında  bənzərliklər  vardır.  Belə  ki,  Zərdüşt-
lükdə  də  xeyrin  substansiyası
26
 olan  Hörmüzün  şərin 
təcəssümü  olan  Əhrimənlə  qarşıdurması  dünyanın  əsasını 
təşkil edir. 
Empedoklesə görə canlılar cansızlardan yaranmışdır. 
Öncə  ayrı-ayrı  cansız  bədən  üzvləri  yaranmış,  sonra 
Sevginin  hakimiyyəti  gücləndikcə  onlar  birləşmiş  və  be-
ləliklə,  canlılar  yaranmışdır.  Sonra  canlılar  arasında 
qarşıdurma  olmuş,  bunun  sonu  olaraq  ən  güclüləri  ya-
şamış,  zəiflər  isə  məhv  olmuşdur.  Burada  isə  “təbii seçim” 
nəzəriyyəsinin ilk təzahürləri müşahidə edilir ki, onu XIX 
əsrdə  Çarlz  Darvin  öz  bioloji  nəzəriyyəsində  istifadə 
etmişdir (7, 50). 
                                                
25
 Dualizm  (lat.  dualis  –  ikili)  –  istənilən  sahənin  başlanğıcında  bir-birinə 
zidd olan iki başlanğıcın (substansiyanın) durması haqqında nəzəriyyədir. 
26
 Substansiya  (lat.  substantia  –  əsasında  duran  şey)  –  mövcudluğu  özü-
özündən doğan və varlığı başqa şeylərdən asılı olmayan başlanğıcdır. 


27 
 
Bundan  başqa  Empedokles  belə  bir  fikir  irəli  sür-
müşdür ki, fəzada işığın yayılması üçün ona müəyyən bir 
vaxt  lazımdır.  İşığın  surəti  o  qədər  böyükdür  ki,  biz  onu 
duyğu  orqanlarımızın  sərhədlərini  aşdığı  üçün  izləyə 
bilmirik.  Bu  fikirlər  isə  yalnız  müasir  dövrdə  elmlərin  in-
kişaf etməsindən sonra təsdiq edilmişdir (7, 49-50).  
Empedoklesə görə ətraf mühiti qavrama (dərk etmə) 
prosesi bədənin orqanlarının quruluşundan asılıdır. Onlar 
qavranılan  obyektə  uyğun  olmalıdır.  Bu  uyğunluq  olarsa 
ətrafdakı şeylər dərk edilir, uyğunluq olmazsa edilmir. 
Antik dövrün müstəqil filosoflarından  biri də Anak-
saqoras  (yun.  Ἀναξαγόρας,  təxminən  m.  ö.  500  –  428) 
olmuşdur. O, Klazomenai şəhərindən idi. O, Afina hökm-
darı  Periklesin  yaxın  adamı  olmuşdur.  Ancaq,  sonra  onun 
düşmənləri  Anaksaqorası  tanrılara  inanmamaqda  suç-
lamışdırlar.  Səbəbsə  bu  idi  ki,  o  günəşi  tanrı  deyil,  adi 
planet hesab edirdi (2, 61). Hətta o, bundan sonra sürgün 
belə  edilmişdi.  Ümumiyyətlə,  Anaksaqorasın  fikrinə  görə 
yunan  əsatirlərini  hərfi  deyil,  məcazi  mənada  başa 
düşmək lazımdır. Bu məsələdə onun mövqeyi Ksenofaneslə 
üst-üstə düşmüşdür. 
Anaksaqorasa  görə  yer  yastı  olaraq  hava  üzərində 
durmuşdur.  Ulduzlar  efirin  fırlanması  nəticəsində  yara-
nan  daşlardır.  Günəş  Peloponnesus  yarımadası  həcmində 
böyük  bir  daşdır  (2,  59).  Dünyanı  idarə  edən  qüvvə  isə 
taledir.  O  həm  də  demişdir  ki,  ağda  qaranın,  qarada  ağın 
olduğu kimi hər şeydə başqa şeyin əlaməti vardır.  
Anaksaqorasın  məqsədi  yunan  fəlsəfəsində  hallan-
dırılan  dünyanın  əbədilik  ideyasını  gerçək  duyğulara  uy-


28 
 
ğunlaşdırmaq  idi.  Onun  fikrincə  dünya  sonsuz  sayda 
“toxumlardan”  ibarətdir  (2,  59).  Onlar  sonsuzluğa  qədər 
bölünürlər.  Ancaq,  bundan  başqa  o  hər  hansı  bir  fövqəl 
gücün olmasını da zəruri hesab edirdi. Çünki, bu dünyanı 
hərəkətə  gətirən  bir  güc  olmalıdır.  Bu  gücü  isə  o,  “Əql” 
(yun. Νούς) adlandırmışdır (1, 386). 
Anaksaqorasın  kosmoqoniası  ondan  ibarətdir  ki, 
öncə Əql olmuşdur. Sonra o başqa şeylərlə əlaqəyə girmiş, 
nəticədə dairəvi hərəkət yaranmışdır. Öncə bir olan varlıq 
parçalanmışdır.  Quru  nəmdən,  işıq  qaranlıqdan,  isti  isə 
soyuqdan  ayrılmışdır.  Beləliklə,  iki  aləm:  odlu efir və  hava 
yaranmışdır.  Sonra  qatlaşma  prosesi  başlamış  və  bunun 
nəticəsində  buludlar  yaranmışdır.  Sonra  buludlardan  su, 
sudan yer, yerdən daşlar əmələ gəlmişdir (7, 51). Bununla 
da  Anaksaqorasın  (eləcə  də  Empedoklesin)  materializmi
27
 
sonralar Leukippus və Demokritin maddəçi fəlsəfəsi üçün 
zəmin yaratmışdır.  
 
Mövzu ilə əlaqəli suallar: 
 
1.  Dialektika  nədir  və  Heraklit  onu  necə  təsəvvür 
edirdi? 
2.  Heraklitə  görə  hansı  maddə  dünyanın  əsasında 
durur? 
3.  Heraklitin  fəlsəfəsində  dünyada  hərəkət  hansı 
istiqamətlərdə baş verir? 
4. “Loqos” nədir və həqiqətin meyarı nədədir? 
                                                
27
 Materializm  –  maddənin hər  şeyin  səbəbi  və  başlanğıcı  olduğu haqqında 
fəlsəfi təsəvvürdür. 


29 
 
5. Empedoklesin fəlsəfəsində ilk ünsürlər hansılardır, o 
dünya quruluşu və onun hərəkətini necə təsəvvür edirdi? 
6. Empedoklesə görə canlı aləm necə yaranmışdır? 
7. Anaksaqorasa görə hər şeyin əsasında nə durur? 
8.  Anaksaqoras  dünya  quruluşunu  necə  təsəvvür 
edirdi? 
 
Ədəbiyyat: 
 
1.  Aristotle.  Metaphysics  /  Translated  by  T.  Taylor. 
London: Printed for the author by Davis, Wilks, and Taylor, 
1801. 
2.  Diogenes  Laertius.  Lives  and  Opinions  of  Eminent 
Philosophers  /  Translated  by  C.  D.  Yonge.  London:  Georg 
Bell & Sons, 1915. 
3.  Empedocles.  Fragments  //  Early  Greek  Philosophy 
by John Burnet, 3rd edition . London: A & C Black Ltd., 1920. 
4. Plato, The Dialogues of Plato. Vol. 1 / Translated by 
B. Jowett, M. A. Oxford University Press, 1892. 
5.  Две  книги  против  логиков  //  Секст  Эмпирик. 
Сочинения. Том. 1. М: Мысль, 1976. 
6.  Гераклитъ  Ефесскiй.  Фрагменты.  М:  Мусагетъ, 
1910. 
7.  Краткий  очерк  истории  философии  /  под 
редакцией  М.  Т.  Иовчука,  Т.Н.  Ойземана,  И.  Я. 
Щипанова. М.: Мысль, 1975. 
8.  Маковельский  А.  О.  Досократики.  Минск: 
Харвест, 1999. 
 




Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   74


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə