SokratöNCƏSİ yunan fəLSƏFƏSİ



Yüklə 266,78 Kb.
Pdf görüntüsü
səhifə11/74
tarix17.09.2017
ölçüsü266,78 Kb.
#243
1   ...   7   8   9   10   11   12   13   14   ...   74

38 
 
olmayan  tam  hərəkətsiz  kürədən  ibarətdir  (3,  286-298). 
Beləliklə,  Parmenides  ilk  dəfə  yerin  kürə  olması  fikrini 
irəli sürən düşünürlərdən biri olmuşdur.  
Bu  kimi  iddialar  ondan  irəli  gəlmişdir  ki,  Par-
menidesin  fəlsəfəsində  varlıq  və  yoxluq  problemi  kəskin 
olaraq  qoyulmuşdur.  Onun  fikrincə  var  olan  şey  yox-
luqdan  yarana bilməz. Deməli, var olan şeylər  hər zaman 
mövcuddur.  Əks  təqdirdə  belə  çıxır  ki,  onlar  nə  vaxtsa 
olmamışlar.  Bu  isə  imkansızdır.  Çünki  yoxdan nəsə var ola 
bilməz.  Həmçinin,  heç  bir  şey  məhv  də  ola  bilməz.  Ona 
görə  ki,  bu  halda  o  yenə  də  yox  olmalıdır.  Deməli,  var 
olan şeylər hər zaman olacaqdır.  
Hər bir şey əbədi  və sonsuzdur. O formasını dəyişə, 
bir  haldan  başqasına  keçə  bilər,  ancaq  məzmunca  hər 
zaman  var  olmaqdadır.  Beləliklə,  Parmenidesə  görə  ger-
çək  olan  yalnız  varlıqdır,  yoxluq  isə  yoxdur  və  onun 
haqqında  düşünülməz  (3,  286-298).  Yoxluq  olmadığına 
görə yaradılış və məhv olma prosesləri də ola bilməz. Belə 
deyilsə, onda yoxluq anlayışı ortaya çıxır. Bu isə mümkün 
deyildir.  Yoxluğun  mümkün  olmamağına  görə  varlıq 
hərəkətsizdir və birdir. Hərəkət olsa onda deməli o məhvə 
doğru  getməlidir,  bu  isə  var  olan  bir  şeyi  yoxluğa  gətirib 
çıxarar. Ona görə də, hərəkət ola bilməz.  
Varlıq  vahiddir,  hərəkətsizdir  və  sükunətdədir. 
Çünki,  o  hissələrdən  ibarət  olarsa,  onlar  bir-birindən  ay-
rıla bilər. Bu isə varlığın məhv olmasına gətirərdi. Həm də 
varlıqda boşluqlar da yoxdur, çünki olsaydı şeylər hərəkət 
edərdilər. 


39 
 
Bununla  belə,  insan  hər  şeyin  dəyişkənliyini  və  hə-
rəkətdə  olmasını  görür.  Beləliklə,  burada  duyğularla 
düşüncələrin qarşıdurması baş verir (3, 286-298). Belə olan 
halda  isə  düşüncələrə  üstünlük  verilməlidir,  çünki 
“düşünmək  və  var  olmaq  eyni  şeydir”  (3,  286-298).  Beləliklə, 
Parmenides  insanları  öz  duyğularına  inanmamağa  ça-
ğırmışdır  və  buna  görə  də  tənqidlərə  məruz  qalmışdır. 
Onun fəlsəfəsində  həqiqət idealizmlə əvəz olunur  ki, bunu 
da sonra Platon inkişaf etdirmişdir. 
Parmenidesin təsəvvürlərində dünyanın mərkəzində 
sevgi  tanrıcası  Afrodita  durur  və  varlığı  idarə  edir.  O, 
ruhları  görünən  və  görünməyən  dünyalarda  yerləş-
dirmişdir.  Hər  şey  kişi  və  qadın  başlanğıcların  (sub-
stansiyaların) qovuşmasından yaranır, (3, 286-298). 
Parmenidesin  öyrəncisi  Zenon  (yun.  Ζήνων,  m.  ö. 
490 – 430) isə müəllimini şiddətli tənqidlərdən qurtarmaq 
üçün  bir  sıra  yeni  ideyalarla  çıxış  etmişdir.  Zenonun 
tərəfindən bir neçə paradoksal müddəa irəli sürülmüşdür. 
Onları  “aporiyalar”  (yun.  ἀπορία)  adlandırırlar
34
.  Filosof 
onların  vasitəsi  ilə  varlığın  tam,  boşluqsuz,  vahid  və 
hərəkətsiz  olduğunu  sübuta  yetirməyə  çalışmışdır.  Ze-
nonun  aporiyaları  haqqında  Apistotel  “Fizika”  əsərində 
xəbər vermiş, onu dialektikanın yaradıcısı hesab etmişdir. 
“Dixotomiya” (yun. διχοτομία – ikiyə bölünmə) adlı 
aporiyasında Zenon iddia edir ki, hər bir məsafəni keçmək 
üçün öncə onun yarısı, sonra yarısının yarısı, daha sonra o 
yarının  yarısı  və  s.  keçilməlidir  (4,  199).  Bu  keçidlər 
                                                
34
 Aporiyalar (ya da paradokslar) – həll olunmayan ziddiyyətlərdir. 


40 
 
sonsuzluğa  qədər  davam  edəcəkdir.  Sonsuzluğu  isə  keç-
mək mümkün deyildir. 
Məhz  bu  fikirdən  çıxış  edərək  Zenon  “Axilles  və 
tısbağa”  adlı  aporiyasında  sübut  edir  ki,  yunan  əsatir-
lərinin  tanınmış  qəhrəmanı  Axilles  nə  qədər  surətlə  qaçsa 
da,  tısbağanı  ötə  bilməz  (4,  199).  Çünki  Axilles  məsafəni 
qısaltdıqca  bu  məsafə  sonsuz  hissələrə  bölünəcək  və  on-
ların  hamısını  keçmək  lazım  olacaqdır.  O  da  onları 
keçmək  üçün  hərəkət  edərkən  tısbağa  bir  addım  qabağa 
irəliləyəcək 
və 
nəticədə 
Axilles 
tısbağaya 
çata 
bilməyəcəkdir. 
“Ox”  adlı  aporiyada  isə  Zenon  sübut  edir  ki,  bu-
raxılan  ox  əslində  hərəkət  etmir  və  sükunətdədir  (4,  183-
184).  O  yenə  də  zamanı  sonsuz  anlara,  fəzanı  isə  sonsuz 
hissələrə bölür. Beləliklə, hər an atılan ox bəlli olan bir yer 
tutur.  Bu  yer  onun  uzunluğuna  bərabərdir.  Bu  isə  o 
deməkdir  ki,  ox  sükunətdədir,  çünki  hərəkət  ehtimal 
edilsə də, onda belə çıxır ki, ox həmin an fəzada özündən 
daha  da  çox  yer  tutur,  bu  isə  mümkün  deyildir.  Deməli, 
hərəkət  əslində  yoxdur  və  o  sükunətlərin  cəmidir.  Be-
ləliklə,  hərəkət  anlayışının  olduğu  ehtimal  edilərsə,  o 
zaman mütləq ziddiyyətlər yaranacaqdır
35
.  
Elea  məktəbinin  daha  bir  tanınmış  filosofu 
Melissus
36
 (yun.  Μέλισσος,  təxminən  m.  ö.  485  –  425) 
                                                
35
 Bu  aporiyanın  müddəalarını  çağdaş  dönəmdə  animasiyalarda  görmək 
mümkündür.  Orada  hərəkət  edən  şeylər  əslində  sükunətdə  olan  şəkillərin 
cəmidir. 
36
 Burada  və  bir  çox  başqa  yerlərdə  filosofların  adları  Azərbaycan  dilində 
latın  səslənməsində  verilmişdir.  Bunun  da  səbəbi  odur  ki,  dünya  elmində 
(özəlliklə də ingilis, fransız, alman, ispan və s. ədəbiyyatında) onların adlarını 


Yüklə 266,78 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə