SokratöNCƏSİ yunan fəLSƏFƏSİ



Yüklə 266,78 Kb.
Pdf görüntüsü
səhifə19/74
tarix17.09.2017
ölçüsü266,78 Kb.
#243
1   ...   15   16   17   18   19   20   21   22   ...   74

67 
 
7. Маковельский А. О. Софисты. Баку, 1941. 
8.  Продик  //  Античная  философия:  Энцик-
лопедический  словарь  /  Составитель  Е.  В.  Афонасин. 
М.: Прогресс-Традиция. 2008. 
9.  Секст  Эмпирик.  Против  математиков  // 
Маковельский А. О. Софисты. Баку: Азербайджанский 
Государственный Университет им. С. М. Кирова, 1940. 
10.  Софистика.  Горгий  Леонтийский:  Трактат  «О 
не-сущем,  или  О  природе»  в  современных  интер-
претациях. Новосибирск: НГУ, 2014. 
11.  Софисты  //  Философия:  Энциклопедический 
словарь / Под ред. А. А. Ивина. М.: Гардарики. 2004. 
 
1.8. Klassik yunan fəlsəfəsi 
 
Sokrat,  Platon  və  Aristotelin  fəlsəfəsi  qədim  yunan 
düşüncəsi və elminin ən yüksək zirvəsi sayılmaqdadır. Bu 
filosoflar  keçmiş  irsi  mənimsəmiş,  onu  sistemləşdirərək 
elm  halına  gətirmiş  və  bütün  bunlara  öz  fikirlərini  əlavə 
etmişdirlər.  Yunan  fəlsəfəsinin  klassik  dönəmindən  öncə 
elm  və  fəlsəfə  fraqmentlər  və  pərakəndə  biliklər  halında 
olmuşdur.  Həmin  dönəmdən  başlayaraq  bu  biliklər 
sistemləşdirilmiş  və  elmi  kateqoriyalara  salınmışdır.  Bu 
prinsip də sonrakı dövrlərdə bütün  dünya elmində tətbiq 
olunmuş və insanlığı tərəqqiyə doğru aparmışdır. 
Sofistlərin  təlimləri  yunan  polislərində
49
 şiddətli 
tənqidlərinə  məruz  qalmışdır.  Onların  iddialarını  rədd 
                                                
49
 Polislər (yun. πόλις – şəhər) – qədim Yunanıstanda şəhər dövlətləridir. 


68 
 
edən  başqa  filosoflar  hamı  üçün  bir  olan  obyektiv  biliyə 
nail  olmanın  yollarını  axtarmış,  sofistlərin  subyektivli-
yindən  aralanmağın  metodlarını  araşdırmışdılar.  Onlar-
dan  biri  də  Afinada  yaşayan  Sokrat
50
 (yun.  Σωκράτης  m. 
ö.  469  –  399)  olmuşdur.  Öncə  o  sofirstlərin  təlimi  ilə 
maraqlanmış,  ancaq  sonra  onlardan  aralanaraq  bu  cə-
rəyanı  tənqid  etmişdir.  Daha  sonra  Sokrat  öz  fəlsəfi 
fikirlərini  açıqlamış  və  beləliklə  o,  ətrafına  çoxlu  öyrənci 
yığa bilmişdir.  
Peloponnesus  savaşından
51
 sonra  afinalılar  spartalılara 
məğlub  olmalarının  səbəblərini  araşdırarkən  daxili 
düşmənlər  axtarışında  olmuşdurlar.  O  zaman  Sokrata 
qarşı olanlar onu dövlətin dayaqlarının dağıdılmasında və 
təhlükəli  təbliğatın  aparmasında  ittiham  edib  mühakimə 
etmişdilər.  Onu  həm  də  gənclərin  əxlaqının  pozulma-
sında, qədim tanrıları inkar edərək yeni tanrılar kultunun 
yaradılmasında  suçlamışdılar.  Məhkəmənin  qərarı  ilə 
Sokrat zəhər içərək intihar etmişdir (9). 
Sokrat  öz  fikirlərini  mübahisə  və  söhbətlərində 
açıqlayırdı. Onun fəlsəfi fikirlərinin məzmununu öyrəncisi 
Platon  öz  “Dialoqlarında”  açıqlamışdır.  Bundan  başqa, 
Aristotel  və  Ksenofon  da  Sokrat  haqqında  xəbərlər  ver-
mişdilər. 
Sokrat fəlsəfənin istiqamətini dünya və təbiətin dərk 
olunmasından  insan  problemlərinin  araşdırılmasına  doğ-
                                                
50
 Rusca  səslənmədə  verilmişdir.  Yunancada  və  başqa  dillərdə  onun  adı 
“Sokrates” kimi səslənir. 
51
 M. ö. 431 – 404-cü illərdə baş vermiş Afinanın Sparta dövləti ilə savaşıdır. 
Bu savaşqan spartalılar qalib çıxmışdırlar.  


69 
 
ru  dəyişə  bilmişdir.  O,  öz  mübahisə  aparmaq  istedadı, 
məntiqi,  həmsöhbətlərinin  səhvlərinin  üzə  çıxarması, 
müzakirə  mövzusu  olan  məsələni  hissələrə  bölüb  həll 
etmə qabiliyyəti ilə tanınmışdır. 
Onun  fəlsəfəsində  hər  şeyin  tək  bir  həqiqəti  vardır. 
Onu  hamılıqla  araşdırıb  tapmaq  lazımdır.  Bu  məqsəd 
üçün də o, “evristika” (yun. ευρίσκω – tapıram) adlanan öz 
metodunu təklif etmişdir. 
Bu metodda ironiyamaevtika və induksiyadan istifadə 
edilir. İroniya (yun. εἰρωνεία) hərfi mənasına əks olan  və 
mahiyyəti gülünc olan sözdür. İroniya ondan ibarətdir ki, 
hər  bir  ağıllı  adam  ilk  növbədə  özü  öz  lovğalığını,  geri 
zəkalılığını etiraf etməli, özü-özünə istehza ilə baxmalı  və 
gülməlidir.  Sokrat  həmsöhbətlərini  öz  “Mən”ini  qırağa 
qoymağa,  məsələlərin  obyektiv  həllinə  yönəlməyə  ça-
ğırırdi. O demişdir; “Mən bilirəm ki, mən heç nə bilmirəm”.  
Platon  bu  deyimin  yaranma  tarixçəsini  aşağıdakı 
kimi  vermişdir  (9,  115-116).  Bir  kərə  Sokrat  bir  varlı  və 
yüksək  vəzifəli  afinalının  yanına  gəlmişdi.  Hamı  deyirdi 
ki,  o  ağıllı  və  müdrikdir.  Ancaq  onunla  bir  qədər  söhbət 
etdikdən  sonra  bilinmişdir  ki,  onda  heç  bir  ağıl  və  müd-
riklik  yoxdur,  həmin  afınalı  yalnız  bunun  görüntüsunü 
yaradır.  Sokrat  da  bunu  bildirəndə,  o  adam  ona  düşmən 
kəsilmişdir.  Ondan  ayrılan  Sokrat  düşüncələrə  qapanıb 
özü-özünə  belə  dedi:  “Biz  ikimiz  də  nə  ağıllıyıq,  nə  də 
müdrik. Nə mən, nə sən heç nə bilmirik. Ancaq mən bilirəm ki, 
heç nə bilmirəm. Ona görə də özümdən razı deyiləm. O adam isə 
bunu  bilmir,  ancaq  öyünür,  özündən  çox  razıdır.  Əslində 
mənim müdrikliyim və biliyim ondan dəfələrlə çoxdur. Çünki o 


70 
 
heç  nəyi  bilmədiyini  bilmir,  mən  isə  bunu  bilirəm”.  Bundan 
sonra  Sokrat  daha  bir  neçə  varlı  və  vəzifəlilərin  yanında 
olub  onlarla  söhbətlər  aparmışdır.  Hər  dəfə  də  buna  bən-
zər hallarla rastlaşmışdır. Onların hamısı Sokratla düşmən 
kəsilmişdir. 
İronik  üslubuna görə bir  çox  varlı afinalılar  Sokratla 
düşmənçilik, sonda onlar məhkəmədə ona qarşı çıxış belə 
etmişdirlər.  Sokratın  afinalı  Anitusa  qarşı  yönəlmiş  ironik 
üslubunun  parlaq  nümunələri  Platonun  “Menon” 
dialoqunda verilmişdir (11, 601). 
Bundan  sonra  euristik  metodda  maevtika’ya  (yun. 
μαιευτική)  keçid  olur.  Bu  da  hərfi  mənada  “mamalıq” 
deməkdir. Maevtikanın  vasitəsilə Sokrat, müzakirə edilən 
mövzu ətrafında dolayı sualların verilməsi ilə həqiqi biliyi 
üzə çıxarırdı. Mamalıq terminindən bilinir ki, bu prosesi o 
qadının  bala  doğmasına  bənzər  şəkildə  görürdü.  Sadəcə 
mamalığın  nəticəsində  balanın  deyil,  həqiqətin  və  biliyin 
doğulması baş verir (19, 201-202). Bu prosesdə Sokrat heç 
nə iddia etməyərək həmsöhbətlərinə yalnız köməkçi sual-
ları  verərək  həqiqətin  açıqlanmasını  onların  özlərindən 
gözləyirdi.  Beləliklə,  həqiqəti  insanların  özləri  “doğma-
lıdır”.  Deməli,  maevtika  həm  də  sualların  düzgün  veril-
məsindən asılı idi. 
Bu  zaman  təriflərin  verilməsi  də  mühüm  məsələdir 
ki, ona induksiya (lat. inducsio) deyilir (3, 319-322). Çünki, 
tərif  vermədən  heç  bir  şey  haqqında  hansısa  fikir  yü-
rütmək olmaz. Gəlinən obyektiv nəticələrə də tərif vermək 
lazımdır.  Ona  görə  də,  Sokrat  hansısa  bir  şeyin  mahiy-


Yüklə 266,78 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə