SokratöNCƏSİ yunan fəLSƏFƏSİ



Yüklə 266,78 Kb.
Pdf görüntüsü
səhifə18/74
tarix17.09.2017
ölçüsü266,78 Kb.
#243
1   ...   14   15   16   17   18   19   20   21   ...   74

63 
 
iddia etmişdir ki, “heç nə mövcud deyil; nəsə mövcud olsa belə, 
onu  qavramaq  (dərk  etmək)  olmaz;  o  şey  qavranılsa  belə,  onu 
sözlə  ifadə  etmək  olmaz  (10,  235).  Bununla  da  Qorgias 
aşağıdakıları demək istəyirdi: 
1.  Əgər  varlıq  əbədidirsə,  onda  hüdudsuzdur;  hü-
dudsuzdursa, onda o heç yerdə yoxdur. Əgər varlıq əbədi 
deyilsə, onda o mövcud olan bir şeydən yaranmalıdır. Bu 
isə  imkansızdır,  çünki  bu  halda  varlıq  özündən  qabaq 
mövcud  olardı.  Ya  da  varlıq  yoxluqdan  yaranmışdır.  An-
caq  bu  da  imkansızdır,  çünki  yoxluqdan  nəsə  yarana 
bilməz. Onda deməli heç nə mövcud deyildir. 
2.  Varlıq  mövcuddursa  da,  onun  barəsində  dü-
şünmək  olmaz,  çünki  düşünülənlə  gerçəkliyin  fərqi  var-
dır.  Belə  olmasaydı,  onda  bizim  düşüncəmizdə  olan  hər 
bir fikir gerçəkləşərdi. 
3.  Varlıq  haqqında  düşünülsə  belə,  onu  başqasına 
anlatmaq  olmaz.  Çünki,  anlatmaq  üçün  biz  sözlərdən 
istifadə  edirik.  Söz  isə  o  şeyə  tam  uyğun  gəlmir.  Əksinə, 
biz sözləri şeylərlə izah edirik. 
Beləliklə,  şeylər  haqqında  birmənalı  heç  nə  demək 
olmaz.  Onlar  haqqında  yalnız  həqiqətə  nisbətən  uyğun 
fikir yürütmək mümkündür. Bu kimi müddəalar aqnostik 
dünyagörüşünün əsasında durur. 
Daha  bir  tanınmış  böyük  sofist  Prodikus  (yun. 
Πρόδικος, təxminən m. ö. 465 – 395) dilçilik elmi və əxlaq 
problemləri  ilə  məşğul  olmuşdur.  O  həm  də  dinlərin 
yaranması  nəzəriyyəsini  irəli  sürmüşdür  (8).  Onun  fik-
rincə  insanlar  onlara  xeyir  gətirən  günəş,  çaylar,  dənizlər 
kimi təbiət obyektlərini tanrılaşdırmışlar. Buna o, Misirdə 


64 
 
Nil  çayının  tanrılaşdırılmasını  örnək  gətirirdi.  Prodikusa 
görə bundan sonra insanların fəaliyyətlərinə uyğun olaraq 
şərabçılıq,  dəmirçilik,  sənətkarlıq  və  s.  tanrıları  uydu-
rulmuşdur.  Beləliklə  Prodikus  hesab  edirdi  ki,  tanrıların 
yaranması insan fəaliyyəti  və duyğuları ilə bağlıdır. Buna 
görə də, onlara ibadət edilməsinin heç bir mənası yoxdur. 
Bu  fikirləri  açıqladıqdan  sonra  Prodikus  təqiblərə  məruz 
qalmışdır. 
Başqa  böyük  sofist  Hippias  (yun.  Ἱππίας,  təxminən 
m. ö. 460 – 400) riyaziyyatçı və natiq kimi tanınmışdır. O, 
fəlsəfədə  daha  çox  əxlaqi  məsələlərə  önəm  verirdi.  Hip-
pias dövlət qanunlarının insana əzab verməsini iddia edir, 
onların əhəmiyyətini kiçildir, ata-anaya sayğı kimi ümum-
bəşəri  dəyərlərin  tanrılardan  gəldiyini  iddia  edirdi.  O 
cəmiyyətdə köləliyə son verməklə insanların eyni hüquqlu 
vətəndaş  olmaları  fikrin  müdafiə  etmişdir.  Deməli,  eh-
timal  etmək  mümkündür  ki,  Hippias  köləliyin  əleyhinə 
çıxırdı (5). 
Kiçik  sofistlərin  dövrü  isə  m.  ö.  IV  yüzillikdən 
başlayır.  Onlar  haqqında  bilgilər  o  qədər  də  çox  deyildir. 
Zamanımıza çatan fraqmentlərə dayanaraq demək olar ki, 
onlar  əxlaqi  və  ictimai  problemlərə  diqqət  yetirmişdirlər. 
Məsələn,  Likofron  (yun.  Λυκόφρων,  m.  ö.  IV)  və  Al-
kidamas  (yun.  Ἀλκιδάμας,  m.  ö.  IV  yüzillik)  ictimai 
siniflərin  imtiyazlarını  inkar  edirdilər  (6,  16).  Likofrona 
görə  əsilzadəlik  uydurulmuş  və  əsassız  anlayışdır.  Alki-
damas  isə  hesab  edirdi  ki,  insanlar  dünyaya  azad  gəlirlər 
və ona görə də köləlik təbiətdən deyil, sonradan sosial və 
iqtisadi səbəblərdən ortaya çıxan bir reallıqdır.  


65 
 
Trasimaxus (yun. Θρασύμαχος, təxminən m. ö. 459 – 
400)  bilginin  nisbi  olması  ideyasını  həm  də  ictimai  və 
əxlaqi  məsələlərə  aid  edirdi.  Onun  fikrincə  güclü  insanın 
yaratdığı hər şey ədalətlidir.  
“Ədalətli”  və  “ədalətsiz”  anlayışlar  rəiyyət  üçündür. 
Rəiyyət  hökmdarların  qanun  kimi  qoyduqları  ədalətli  və 
ədalətsiz  saydıqları  şeylərə  əməl  etməlidirlər.  Hər  bir 
siyasi quruluş özünə lazım olan qanunları yaradır. Belə ki, 
demokratik  hakimiyyət  demokratik,  tiranik  hakimiyyət 
tiranik,  aristokratik  hakimiyyət  isə  aristokrat  təbəqə  ilə 
uzlaşan  qanunlar  yazır.  Hökmdar  öz  tabeliyində  olanlara 
çobanın qoyunlara qulluq etdiyi kimi qayğı göstərməlidir. 
Bu  qayğı  rəiyyətin  ədalət  kimi  saydığı  anlayışlarla  öl-
çülməz.  Buna  sübut  gündəlik  həyatda  baş  verən  hadi-
sələrdir.  Çünki,  çox  zaman  ədalətsizlik  ədalətin  üzərində 
üstünlük  qazanır.  Ədalətsizlik  cinayətlərinin  sayının 
çoxalması ilə daha da artır. Beləliklə, hökmdarın əxlaqı və 
ədaləti  olmalıdır,  ancaq  bu  anlayışlar  rəiyyətin  anladıq-
larından fərqlənməlidir. Onun  üçün  hansısa ehkam  halını 
almış  əxlaq  qaydaları  olmamalıdır,  çünki  onun  məqsədi 
dövləti  və  rəiyyəti  saxlamaqdan  ibarətdir.  Bu  yolda  nə 
daha  uyğundursa,  onu  da  etməlidir.  (7,  20-21)  Sonralar 
Makiavelli  və  Nitsşe  kimi  düşünürlər  bu  fikirləri  tək-
rarlamış və onları daha da inkişaf etdirmişdirlər. 
 
Mövzu ilə əlaqəli suallar: 
 
1.  Sofistlərin  fəlsəfəsinin  əsas  müddəaları  nədən 
ibarət olmuşdur? 
2.  Protaqorasın  nisbilik  nəzəriyyəsinin  əsasında 
hansı müddəalar dururdu? 


66 
 
3.  Qorgias  həqiqi  biliyin  əldə  olunmasının  im-
kansızlığına dair hansı dəlillərlə çıxış edirdi? 
4.  Prodikus  yunan  dini  haqqında  hansı  fikirlər  irəli 
sürmüşdür?  
5.  Hippiasın  dünyagörüşü  hansı  problemləri  əhatə 
edirdi? 
6.  Likofron  və  Alkidamasın  ictimai  fikirləri  nədən 
ibarət olmuşdur? 
7.  Trasimaxusun  əxlaqın  nisbiliyi  haqqında  fikirləri 
hansı müddəalarla əsaslandırılırdı? 
 
Ədəbiyyat: 
 
1.  Aristotle.  Nicomachean  Ethics  /  Translated  by  D. 
P. Chase. London: George Routledge & Sons, 1910.  
2. Diogenes Laertius. Lives and Opinions of Eminent 
Philosophers / Translated by C. D. Yonge. London: Georg 
Bell & Sons, 1915. 
3.  Platon.  Protaqoras  //  The  Dialogues  of  Plato  / 
Translated  by  B.  Jowett.  Vol.  1.  Oxford  University  Press, 
1892.  
4.  Platon.  Theaetetus  //  The  Dialogues  of  Plato  / 
Translated  by  B.  Jowett.  Vol.  4.  Oxford  University  Press, 
1892.  
5.  Гиппий  //  Философская  Энциклопедия  /  Под 
ред.  Ф.  В.  Константинова.  В  5-х  т.  М.:  Советская 
энциклопедия. 1960-1970. 
6.  Ивин,  А.  А.  Основы  социальной  философии. 
М.: Высшая школа, 2005. 


Yüklə 266,78 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə