SokratöNCƏSİ yunan fəLSƏFƏSİ



Yüklə 266,78 Kb.
Pdf görüntüsü
səhifə10/74
tarix17.09.2017
ölçüsü266,78 Kb.
#243
1   ...   6   7   8   9   10   11   12   13   ...   74

34 
 
olduğundan  başqa  cür  yaranmışdır.  O,  öncə  balıqların 
içində  olmuş,  sonra  oradan  çıxaraq  müstəqil  həyat  sür-
məyə başlamışdır. 
Milet  məktəbinin  daha  bir  filosofu  Anaksimenes 
(yun.  Ἀναξιμένης,  təxminən  m.  ö.  528  –  524)  idi.  O, 
havanı” ilk ünsür saymış və hər şeyin ondan yaranmasını 
iddia etmişdir (5, 116). Başqa şeylər isə havanın qatlaşması 
və  seyrəkləşməsindən  əmələ  gəlmişdir.  Onun  iddiasına 
görə, hava seyrəkləşdikcə oda, qatlaşdıqca bərk maddə və 
mayelərə  çevrilir.  O  həmçinin  qeyd  etmişdir  ki,  bunun 
nəticəsində hər şey müxtəlif formalar alır. 
Fales  kimi  Anaksimenes  də  yeri  yastı  şəkildə 
təsəvvür edirdi (4, 20). O qeyd edirdi ki, yer havada üzür, 
həm də o həyatverici rol oynayır. Ruhlar havanın nəfəsi və 
onun  əsməsidir.  Həm  də  hava  ruhları  səmada  planetləri 
saxladığı  kimi  saxlayır.  Anaksimenes  planetlərin  yerə 
yaxınlıq  məsafəsini  də  düzgün  təyin  etmişdir.  O  deyirdi 
ki, yerə ən yaxın olan planet aydır, ondan sonra isə günəş 
gəlir. Ən uzaqda olanlar isə ulduzlardır. 
 
Mövzu ilə əlaqəli suallar:   
 
 
1.  Milet  məktəbinin  filosofları 
hansı  fəlsəfi 
problemlərə diqqət yetirmişdirlər? 
2. 
Falesin, 
Anaksimanderin, 
Anaksimenesin 
fəlsəfəsində ilk maddələr hansılar idilər?  
3. Miletlilər dünyanın yaranması və quruluşunu necə 
təsəvvür edirdilər? 
4.  Milet  filosoflarının  bioloji  təkamül  haqqında 
fikirləri necə olmuşdur? 


35 
 
Ədəbiyyat: 
 
1.  Aristotle.  De  Anima  /  Translated  by  R.  D.  Higs. 
Cambridge University Press, 1907. 
2.  Aristotle.  Metaphysics  /  Translated  by  T.  Taylor. 
London:  Printed  for  the  author  by  Davis,  Wilks,  and 
Taylor, 1801. 
3. Diogenes Laertius. Lives and Opinions of Eminent 
Philosophers / Translated by C. D. Yonge. London: Georg 
Bell & Sons, 1915. 
4.  Fairbanks  A.  The  First  Philosophers  of  Greece. 
London: K. Paul, Trench, Trübner, 1898. 
5. Guthrie, W.K.C. A History of Greek Philosophy. V. 
1. Cambridge: Cambridge University Press, 1962. 
6.  Park.  D.  The  Grand  Contraption.  Princeton 
University Press, 2005. 
7.  Асмус  В.Ф.  Античная  философия.  М.:  Высшая 
школа, 1976. 
 
1.4. Elea məktəbi 
 
Miladdan  öncə  VI  və  V  yüzilliklərdə  güney  İtali-
yanın  Elea  (yun.  Έλέα,  lat.  Velia)  şəhəri  qədim  dünyanın 
mədəni  və  elmi  mərkəzlərindən  birinə  çevrilmişdir.  Bu 
şəhərdə  fəlsəfi  fikir  də  inkişaf  etmişdir.  Elea  filosofları 
varlıq  haqqında  düşünmüş,  onun  nə  olduğunu  bilmək 
istəmişdilər.  Bu  problemi  çözərkən  onlar  məntiqi  düşün-
cənin  real  duyğularla  ziddiyyətdə  olması  ehtimalını  irəli 
sürmüşdürlər.  Elealılar  həm  də  bütün  dünyanın 


36 
 
vahidliyini iddia etmişdilər. Eyni zamanda, Elea filosofları 
yunan  dininin  bir  çox  aspektlərinin  tənqidçiləri  kimi  də 
tanınmışdılar.  
M.  ö.  VI  –  V  yüzillikdə  yaşamış  Ksenofanes  (yun. 
Ξενοφάνης)  Elea  məktəbinin  ilk  filosofu  hesab  edilir.  O, 
indiki  Türkiyənin  Qərbində  yerləşən  Kolofon  (yun. 
Κολοφών)  şəhərindən  idi.  Sonra  Cənubi  İtaliyaya  səfərlər 
etmiş və sonradan Eleaya köçmüşdür. 
Ksenofanes  çoxtanrılı  yunan  panteonunu  şiddətli 
tənqid  etmişdir.  O  hesab  edirdi  ki,  Olimpus  dağında 
yaşayan  yunan  tanrıları  əslində  şairlərin  uydurduqları  və 
xalq təxəyyülündə formalaşan mifik obrazlardan başqa bir 
şey  deyildir.  Ksenofanesə  görə  insanlar  özlərinə  bənzər 
tanrılar yaratmışdılar. Bu baxımdan hər bir xalqın tanrılar 
haqqındakı təsəvvürləri məhz öz dünyagörüşləri əsasında 
formalaşmışdır. Yenə Ksenofanesə görə əgər öküzlər, atlar 
və  başqa  heyvanların  düşüncəsi  olsaydı,  onlar  tanrılarını 
elə özlərinə bənzər təsvir edərdilər (2, 67). 
Tanrıların  təbiəti  və  başqa  xüsusiyyətləri  haqqında 
doğru  biliyi  əldə  etmək  olmaz,  bu  barədə  ancaq  ehtimal 
edilə bilər. Buna görə də, Ksenofanes qədim yunan şairləri 
Hesiodos  və  Homeri  tanrılara  insan  xüsusiyyətlərini  aid 
etməkdə günahlandırmışdır
31
 (1, 283). 
Eyni  zamanda,  Ksenofanes  ateist  də  olmamışdır.  O, 
dini və tanrını özünəməxsus tərzdə təsəvvür edirdi. Onun 
fikrincə yunan toplumunda olan baxışlar ibtidai səviyyədə 
                                                
31
 Tanrını insan görkəmdə və ya hansısa keyfiyyətlərdə insana bənzər şəkildə 
təsəvvür  etmə  antropomorfizm  (yun.  Ανθρωπος-insan  +  μορφή-görkəm) 
adlanır. 


37 
 
olmuşdur.  Buna  görə  də  Ksenofanes  yunanların  dini  dün-
yagörüşləri  ilə  razılaşmayaraq  öz  fikirlərini  açıqlamışdır. 
Onun  fikrincə  Tanrı  bir  və  bölünməzdir;  eyni  zamanda,  o 
dünyadan  ayrı  bir  şey  də  deyildir  (2,  67).  Beləliklə,  Kse-
nofanes Tanrını dünya ilə eyniləşdirmiş, onu təbiətdən ayır-
mamışdır
32
. Buna görə də, dünya yaradılmamış, həmişə var 
olmuş və hər zaman da olacaqdır. Bu baxımdan Ksenofanes 
panteizmin  əsasını  qoyan  filosoflardan  biri  olmuşdur.  O 
güman  edirdi  ki,  dünya  əbədi,  məhv  olunmaz  və  vahiddir. 
Ona görə vahidlik elə Tanrının özüdür. 
Ksenofanes ay, günəş və  ulduzları tanrılaşdırmamış, 
onları fiziki cisimlər kimi təsəvvür etmişdir. Onun fikrincə 
dünyaların sayı sonsuzdur. Yağışlar isə yerdən günəş şüa-
larının  təsiri  altında  baş  verən  buxarlanmanın  nəticəsidir 
(1, 383). Buxar göyə qalxır  və  yenidən su olub yerə  yağır. 
Onun  fikrincə  insanlar  və  başqa  canlılar  su  və  torpağın 
qarışığından yaranmışdırlar
33
 (1, 383). 
Parmenides (yun. Παρμενίδης, təxminən m. ö. 540 – 
470) də ən tanınmış Elea filosoflarından idi. Ksenofanesin 
öyrəncisi  olmuşdur.  O,  “Təbiət  haqqında”  adlı  kitabın 
yazarı hesab edilir. Ancaq bu kitabın özü deyil, onun bəzi 
fraqmentləri  dövrümüzə  gəlib  çatmışdır.  Parmenidesin 
fəlsəfəsi  Heraklitin  dünyagörüşünə  qarşı  yönəlmişdir. 
Onun  fikrincə  dünya  və  bütün  varlıq  heç  bir  boşluqları 
                                                
32
 Bu  kimi  təsəvvürləri  “panteizm”  (yun.  Παν-hər  şey  +  θεός-tanrı) 
adlandırırlar. 
33
 Qədim  Misir  dinində  də  insanları  qoyunbaşlı  tanrı  Hnum  torpaqdan 
(gildən)  yaratmışdır.  İnsanın  torpaqdan  yaradılması  haqqında  rəvayətlər 
Yəhudilik, Xristianlıq və İslamda da vardır. 


Yüklə 266,78 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə