C
CABİR İBN ABDULLAH (77/696 ildə
vəfat etmişdir) –
Məhəmməd peyğəmbərin
səhabələrindən biri olmuşdur. Xəzrəc qə-
biləsindən olan Cabir Mədinə şəhərində
doğulmuşdur. Cabir ibn Abdullahın atası
İs-
lamı
qəbul edərək müsəlmanların
mübarizəsində iştirak etmişdir. O,
Uhud
döyüşündə 95 yaşında
şəhid olmuşdur. Cabir
ibn Abdullah digər müsəlmanlarla bərabər
peyğəmbərin sağlığında 19 döyüşdə iştirak
etmişdir. Əlinin
xəlifəliyi dövründə onun
tərəfində olsa da, onun vəfatından sonra
Müaviyəni xəlifə kimi tanımışdır.
Cabir ibn Abdullah eyni zamanda
hədis
ravilərindən biri olmuşdur. Onun rəvayət et-
diyi 1500-dən artıq hədis vardır. Cabir ibn
Abdullah İslamı yaxşı bilən bir şəxs kimi
Mədinədə
Məscidün-Nəbəvidə müsəlmanlara
elm öyrətmişdir. Ayrıca, Cabir ibn Abdullah
ən son vəfat
edən səhabələrdən biri olmuş-
dur.
CADU –
müxtəlif vasitələrlə insanın
ruhuna, bədəninə və həyatına təsir edən
fövqəltəbii bir güc və ya sehrdir. Sehr hələ
ən qədim zamanlarda müxtəlif ölkələrdə is-
tifadə edilirdi. Bu işi daha çox
Babil və
Misir
kahinləri həyata keçirirdilər.
Quranda (2:
102) sehrin Babildən gəlməsi göstərilir.
İs-
lamda isə cadu və ya sehr, fal oxları kimi
məsələlər qadağan edilmişdir. Cadu ilə
məşğul olan insanların
şeytanlarla bağlı-
lıqlarının olduğu iddia edilir. İmanlı insanlar
cadu ilə məşğul olanların yanına getməməli,
onlara inanmamalıdırlar.
CAHİL –
Allahı tanımayan, İslamın
əmr-lərindən xəbərsiz olan insandır. Daha
geniş
mənada bu söz avam, elmsiz, məlumat-
sız kimi mənalarında istifadə edilir. Cahil
həqiqəti bilmədiyindən, qarşısındakı insana
düşmən kəsilir və zidd hərəkət edir.
İslamda
cahillik ən aşağılanmış anlayışlardan biridir.
Quranda (2: 67)
Musa peyğəmbər “Cahil-
likdən
Allaha sığınıram” demişdir.
CAHİLİYYƏT –
İslamöncəsi dövrü
əhatə edir. Bu söz
Quranda da anılmaqdadır
(5: 50). Bu termin daha çox ərəblərin
İslama
qədərki
bütpərəstlik dövrlərinə aid edilir. İs-
lamdan əvvəlki dövrdə insanlar
Allaha üsyan
etmiş, öz əlləri ilə düzəltdikləri bütlərə sitayiş
edərək Allahın hökmlərinə qarşı çıxmışdırlar.
Onlar doğulan qız uşaqlarını diri-diri torpağa
basdırmış, istədikləri qədər qadınlarla evlən-
miş, bir-birləri ilə aramsız müharibələr
aparan cəmiyyət olmuşdurlar. Ancaq daha
geniş mənada, cahiliyyət bilgisizlik və
nadanlıq anlamlarında da istifadə edilir.
CAİZ –
İslam hüququnda edilməsinə
icazə verilmiş əməldir. Müsəlman o əməli
edib-etməməkdə sərbəstdir və hər iki halda
doğru hərəkət etmiş olur. Bu qəbildən olan
işlərin görülməsi qadağan olunmasa da,
edildiyi təqdirdə də
Allah qarşısında üstünlük
verilmir. Bəzən caiz termininin yerinə
“
səhih” terminini də istifadə edilir.
CALUT_–_Misirlə_Fələstin_arasında__yaşamış_Amalika_qəbiləsinin_başçısı_olmuş-__dur.'>CALUT –
Misirlə Fələstin arasında
yaşamış Amalika qəbiləsinin başçısı olmuş-
dur. İsrail oğulları onlara
məğlub olanlardan
sonra, onlar
İşmail peyğəmbərin məsləhəti ilə
Talutu özlərinə kral seçmişdirlər. Talut da
hakimiyyətə gələn kimi amalikalıların
üzərinə yürüş etmişdir. Ancaq,
yəhudilərin
bir çoxu onlardan qorxmuş, yürüş zamanı or-
dunu tərk edərək geri çəkilmişlər. Qalan
döyüşçülər isə yürüşü davam edərək ama-
likalılarla qarşılaşmış, onlara qalib gələ
bilmişdirlər. Bu döyüşdə İsrailin sonrakı kralı
Davud Calutu öldürmüşdür. Bu hadisələr
Quranda (2: 246-252) anılmaqdadır.
33
CALUT
CAMİ – bax:
MƏSCİD.
CARİYƏ –bax:
MƏMLÜKLƏR (I).
CAZİBƏ –
sufilikdə Allahın öz qulunu
özünə doğru çəkməsidir. Sufizmə görə Allah
istədiyi insanı özünə doğru yönəldə bilər.
Allah istəsə özü ilə qulunun arasında olan
pərdəni aradan götürərək onu mənəvi yetkin-
liyin ən yüksək məqamına yüksəldər. Allahın
cazibəsi və sevgisini özündə duyan qul,
vəcd
halına girir və öz varlığını
itirərək içdən
gələn sevgi ilə Ona doğru yönəlməyə
başlayır. Sufilər cazibəyə dəlili kimi bu
Quran (42: 13) ayəsini gətirirlər.
CƏBRAİL –
Allaha ən yaxın dörd
mələkdən biridir. Onun vəzifəsi Allahın
vəhylərini peyğəmbərlərinə çatdırmaqdır.
Məhəmməd peyğəmbərə
Quran Cəbrail va-
sitəsi ilə nazil olunmuşdur (Quran, 2: 97).
Cəbrail sözü iki qədim sami sözlərindən
yaranmışdır: “Cibr” (kölə) və “İl” (Tanrı).
Birlikdə səslənəndə bu sözlər
“Allahın
köləsi” mənasını verir. Quranda Cəbrail –
Ruh və ya
Müqəddəs Ruh kimi sözlərlə anıl-
maqdadır. O, Allahın
peyğəmbərləri
qarşısında müxtəlif şəkillərdə görünə bilirdi.
CƏBRİLƏR –
İslamda ortaya çıxmış ilk
dini dünyagörüşünə sahib cərəyanlardan
birinin davamçılarıdırlar. Onlara görə,
Allah
hər bir insanın qədərini öncədən təqdir edir.
Buna görə insanın öz seçimi, azad istəyi yox-
dur və ya bu istək əhəmiyyət kəsb etmir. Hər
bir insan öz seçimini deyil, yalnız Allahın
ona təqdir etdiyini icra edir. “Cəbr”
sözü də
zor işlətmə, basqı deməkdir.
Cəbr məktəbi
Əməvilərin hakimiyyəti
dövründə yaranmışdır. Tarixi xronikalara
görə onun ilk təmsilçisi və ideoloqu Səd ibn
Dirhəm olmuşdur. Onun təlimi ilk olaraq
Bəsrədə yayılmışdır. İbn Dirhəmin tanınmış
tələbələrindən biri Cəhm ibn Səfvan olmuş-
dur. O təkcə seçim azadlığı ilə bağlı prob-
lemlə deyil, başqa ideyalarla da çıxış etmiş
və cəbriliyi inkişaf etdirmişdir. Onun iddi-
asına görə,
cənnət və
cəhənnəm sonlu yer-
lərdir. İnsanlar orada sonsuz olaraq
qalmayacaqlar.
Quranın əzəliliyini (yaradı-
lışdan öncədən var olduğu inancını) doğru
hesab etməyən İbn Səfvan, onun Allah
tərəfindən yaradıldığını iddia etmişdir. Eləcə
də o,
möminlərin cənnətdə Allahı görəcək-
lərini inkar edirdi. Onun davamçılarını “cəh-
milər” adlandırmışlar.
Hüseyn ibn
Məhəmməd Nəccar və Dirar ibn Əmirin
davamçıları olmuş dirarilərlə nəccarilər də
cəbrilər hesab olunurlar.
CƏDƏL –
kəlam (I) elmində məntiqə
əsaslanan dialektik metodlarla aparılan
müzakirə və mübahisələrdir. Quranda
peyğəmbərlər öz qövmləri ilə çoxsaylı müza-
kirələr aparmışdırlar. “Cədəl” sözü
Quran
(43: 58) ayəsində zikr edilməkdədir.
CƏFƏR İBN ƏBU TALİB (8/629 ildə
həlak olmuşdur) –
Məhəmməd peyğəmbərin
əmisi Əbu Talibin oğludur.
Məkkədə doğul-
muşdur.
İslamı ilk qəbul edənlərdən biri ol-
muşdur. Müsəlmanlar təqib edilən dövrlərdə
Cəfər ibn Əbu Talib digər müsəlmanlarla bir-
likdə
Həbəşistana hicrət etmişdir.
Həbəşistan
nəcaşisi (kralı)
Əshəmənin
yanına
hicrət etmiş müsəlmanları
geriyə qay-
tarmaq üçün iki tanınmış məkkəli - Abdullah
ibn Rəbiə və
Əmir ibn As – getmişdirlər. Nə-
caşi də onların istəklərini yerinə yetirmək
istəmişdir. O müsəlmanları öz yanına çağır-
mış, onlara Məkkəyə qayıtmaq əmrini ver-
mişdir. Bu zaman Cəfər ibn Əbu Talib çətin
vəziyyətdən çıxmaq üçün Məkkədən gəlmiş
elçilərə üz tutub, onlara Həbəşistana sığınmış
müsəlmanların qüreyşlilərin kölələri olub-ol-
madıqlarını və ya Məkkədə hər-hansı bir
cinayət törədib-törətmədikləri sualını ver-
mişdir. Qüreyşlilərin elçiləri bu insanların
34
CAMİ