məzhəblərin üsulları kimidir. Ancaq, onların
arasında fərqlər də vardır. Məsələn, cəfərilər
yalnız
Məhəmməd peyğəmbər və
Əli ibn
Əbu Talibin soyundan olan günahsız
əhli-
beytin həyatını təsvir edən rəvayətləri hədis
hesab edirlər. Onlar digər məzhəblərdə
olduğu kimi peyğəmbərin
səhabələrinin, on-
ların davamçılarının, onlara yaxın olan insan-
ların rəvayət etdikləri hadisləri
şəriət
problemlərində dəlil (
hüccət) kimi istifadə et-
mirlər.
Cəfərilərə görə Məhəmməd peyğəmbərin
sağlığında müsəlmanlar arasında onun həyat
yolu haqqında
səhih rəvayətlər yayılmışdır.
Onları peyğəmbərə yaxın olan səhabələri rə-
vayət etmiş və yazmışdırlar. Ancaq peyğəm-
bərin vəfatından
sonra bir neçə onilliklər
boyu hədislərin yazılması qadağan
edilmişdir. Cəfərilər hesab edirlər ki, bunu
edən müsəlman hökmdarları yanlışlığa yol
vermişdirlər. Çünki, onların fikirlərinə görə
Məhəmməd peyğəmbər bütün Quranı təfsir
etmişdir. Rəvayətlərdə əks olunan bu təfsir-
ləri bilmədən Quranı əsl mənada anlamaq
mümkün deyildir. Elə buna görə də,
İslamda
çoxlu
təriqətlər yaranmışdır. Bundan başqa
hədislərin yazılmasının qadağan edilməsi
Məhəmməd peyğəmbərin buyruqlarına zid-
dir. Hədislərin yazılması qadağan edildikdən
sonra Əli ibn Əbu Talib peyğəmbərin hədis-
lərinin bilicisi və qoruyucusuna çevrilmişdir.
Bu vəzifəni ona peyğəmbərin özü həvalə et-
mişdir. Çünki o,
rəvayətlərin gələcəkdə
qadağan ediləcəyini bilirdi.
Əli ibn Əbu Talib bu hədisləri öz soyun-
dan olan
imamlara, onlar isə xalqa ötür-
müşlər. Əli isə bütün səhih rəvayətləri bir
kitabda toplamışdır. Cəfəri inancına görə ilk
xəlifələr hədislərin yazılmasını qadağan et-
sələr də, peyğəmbərin əhli-beytinin
davamçıları İslam tarixinin ən erkən dövr-
lərindən bəri onları qorumağa çalışmışlar. İlk
hədis kitabını Əli ibn Əbu Talib yazmış,
Məhəmməd peyğəmbər də onu bəyənmişdir.
Ümumiyyətlə, cəfəri ənənəsində ən etibarlı
mənbə hesab edilən ilkin kitabları bunlardır:
dünyanın bütün qanunauyğunluqlarını açan
“Cəfr və Camiyyə”, şəriət problemlərini
əhatə edən “Fəraiz” (dinin əsasları),
fiqhi
məsələləri izah edən “Əbvabül-Fiqh”, eləcə
də Məhəmməd peyğəmbərin qızı
Fatimənin
hifz etdiyi “Müzhaf”.
Cəfərilərə görə yuxarıda adları çəkilən
kitablar yazıldıqdan sonra Məhəmməd
peyğəmbərin başqa səhabələri də hədisləri
toplamağa başlamışlar.
Bunlar da Əbu Rəfa
(Məhəmməd peyğəmbərin azad etdiyi qulu
olmuşdur),
Səlman Farisi və
Əbu Zər Ğəffari
olmuşdurlar. Hədislərin yazılması işini
Əsvaq ibn Nəbati, Əbu Rəfanın oğulları
Heybulla və Əli, Həras ibn Abdullah Əvari
Həmdani, Rabiyə ibn Səmi, Süleyman ibn
Qeysi kimi səhabələr davam etdirmişlər.
Bu silsilədə daha sonra “Səhifeyi-Səc-
cadiyyə” və “Risaleyi-Hüquq” kitablarının
müəllifi imam
Zeynül-Abidin, onun tələbələri
Zuhri, Nafi Vakidi, Məhəmməd İbn İshaq,
eləcə də davamçıları
Cabir ibn Abdullah Ən-
sari, Əbu Tüfeyl Əmir ibn Vail,
Səid ibn
Müseyyib, daha sonra ikinci nəsildən olan
Səid ibn Cübeyr, Əbu Həmzə, Tavus, Zeyd
olmuşlar. Üçüncü nəslin nümayəndələri isə
imam Bagir və onun tələbələri Yəhyə ibn
Qasım, Zürərə, Məhəmməd ibn
Müslim,
Mütəlləb ibn Zühri və Müaviyə ibn Əmmar
olmuşdurlar.
Cəfərilər hər hansı bir peyğəmbər hə-
disini qəbul etmək üçün müəyyən
şərtlər irəli
sürürlər. Onlardan bəziləri aşağıdakılardır:
1. Hədislər Quran ayələrinə və məntiqə
zidd olmamalı;
2. Bütün hədislərin
ravilər silsilələri
Məhəmməd peyğəmbər və şiə ənənəsində
günahsız hesab edilən Əli ibn Əbu Talibin
soyundan gələn imamlara (əhli-beytə) gedib
çıxmalı;
3. Məhəmməd
peyğəmbərin səhabələ-
rinin söylədikləri hədislər, onun əhli-
37
CƏFƏRİ MƏZHƏBİ
beytindən olan günahsız imamların rə-
vayətlərinə zidd olmamalıdırlar. Belə olarsa
onlar dəlil kimi qəbul edilmirlər;
4. Fiqhi problemlərin çözülməsində
səhabələrin deyil, əhli-beytinin təfsiri dəlil
kimi əsas götürülməli;
5. Din və onun əsasları ilə bağlı məsələlər
yalnız
mütəvatir xəbərlərin əsasında qurulur;
6.
Səhih olan
əhəd xəbərlər yalnız fiqhi
məsələlərdə dəlil kimi tanına bilər;
7. Hədisin ravisi yalnız şiə ənənəsində
tanınan səhabə olmalıdır.
Cəfərilər səhabələrin bir çoxundan rə-
vayət edilən hədisləri qəbul etmirlər. Çünki,
onlar digər insanlar kimi günahkar olmuşlar.
Yalnız əhli-beytə yaxın
olan Əbu Zər Ğəffari,
Səlman Farisi,
Əmmar ibn Yasir kimi bəzi
səhabələrin hədisləri qəbul edilir. Buna görə
də başqa məzhəblərdə səhih kimi qəbul
edilən bir çox hədislər cəfərilər tərəfindən
şübhə ilə qarşılanır.
Cəfərilər bütün hədisləri aşağıdakı kate-
qoriyalara bölürlər:
a)
Səhih hədislər - bu kimi hədisləri nəql
edən səhabənin silsiləsi əhli-beytə gedib çıx-
malı və onların bütün raviləri
isna-əşəri
şiələri olmalıdırlar;
b)
Həsən hədislər - bu kimi hədis rav-
ilərinin silsiləsi də günahsız şiə imamlarına
gedib çıxmalı, onların bütün ötürücüləri də
etibarlı isna-əşəri şiələr olmalıdırlar. Ancaq,
bəzi məqamlarda bu kimi rəvayətlər səhih
hədislərdən fərqlənir. Məsələn,
həsən hədis-
lərin ravilərinin nə dərəcədə inanclı olduqları
haqqında məlumat olmaya bilər;
c) Müvəssəq hədislər - bunlar etibarlı rav-
ilərin söylədikləri hədislərdir. Onlar da
imamlara gedib çıxır. Ancaq, onların raviləri
arasında şiə olmayanlar da vardır;
ç)
Zəif hədislər - bunlar səhih, həsən və
müvəssəq hədislərin qarşısında qoyulmuş
tələblərə cavab verməyən rəvayətlərdir.
Şiəlikdə ən tanınan hədis məcmuələri
aşağıdakılardır:
1. Əbu Cəfər Məhəmməd
Küleyninin
(329/941-ci ildə vəfat etmişdir) “Kitabül-
Kafi” kitabıdır ki, orada on altı min hədis
vardır;
2. Məhəmməd ibn Əli Babaveyh
Quminin (
Şeyx Səduqun) “Mən lə Yəhzu-
ruhul-faqih” kitabıdır ki,
hüquq məsələləri
üzrə dərslik olan bu kitabda 6000-ə yaxın
hədis toplanmışdır;
3. Məhəmməd ibn Həsən Tusinin “Təhzib
əl-Əhkam” kitabıdır. Hansı ki burada 14000-
ə yaxın hədis toplanmışdır;
4. Şəriətin müxtəlif məsələləri üzrə 6000-
ə yaxın hədisi toplamış Məhəmməd ibn
Həsən Tusinin “İstibsar”;
5.
Məhəmməd Bagir
Məclisinin
(505/1111-ci ildə vəfat etmişdir) “Biharül-
Ənvar”;
6. Məhəmməd ibn Mürtəzanın
(484/1091-ci ildə vəfat etmişdir) “Əl-Kafi”;
7. Məhəmməd ibn Həsən Şeyx Hürr
Amilinin (500/1104-cü ildə vəfat etmişdir)
“Vasailüş-Şiə” kitablarıdır.
CƏHƏNNƏM –
axirətdə günahkar in-
sanların, müşrik və kafirlərin cəzalandırıla-
caqları yerdir. Qurana görə Allahın əmir və
qadağanlarını yerinə yetirməkdən boyun
qaçıran günahkarlar və
kafirlər cəhənnəmdə
sonsuz olaraq qalacaqlar. Orada onlar bitmək
bilməyən işgəncələrə məruz qalaraq ağrı-acı
içində qıvrılacaqlar. Quran və
hədislərdə
cəhənnəmin yeddi təbəqəsinin olduğu
haqqında məlumat vardır. Bu təbəqələr: Nar,
Ləza, Hutamə, Sair, Səqər, Cahim, Haviyə
(Quran 4: 55; 74: 26-27; 44: 47-56) adlanır.
Həyatda törətdikləri
günahların ağırlığın-
dan asılı olaraq dinsiz və günahkarlar bu
təbəqələrdə əzab görəcəklər.
Bu cəhənnəm
təbəqələrinin giriş qapıları da vardır. Bu
qapılardan inancsızlar və günahkarlar cəhən-
nəmə girəcəklər. Burada, atəş bütün
təbəqələri bürüyərək aşağıya doğru daha
dözülməz olacaqdır.
38
CƏHƏNNƏM