203
N A D İ R Ş A H Ə F Ş A R
qaçırmış oldu. «Mən malımı-pulumu ona görə şahın
qoşunundan əsirgəmirəm ki, Məşhədi-müqəddəs azad
olsun... Yaşamaq istəyirəm ki, mən də sağ-salamat
İmam Rzanın hərəmini
1
ziyarət edə bilim». Buna görə
Fətəli xanın adamları onu öldürüb aradan götürdülər.
Başsız qalan dəstənin əsgərləri Nəcəfqulu bəyin meyi-
tini götürüb Nadir xanın qoşununa tərəf üz tutdular.
Qəzəblənmiş kürdlər başçılarının nəşini ortaya qoyub,
başlarına döyə-döyə vaysınırdılar.
Bu cür hərəkətinə görə Fətəli xanı məzəmmət
etmək əvəzinə, Təhmasib Mirzə, nədənsə, susurdu.
Çıxılmaz vəziyyətdə qalan Nadir xan Cəmişgözək
vəkilinin oğlu Məhəmməd Hüseyn Zəfəranlıya və
Şahverdi bəy Şeyxavanlıya yaxınlaşıb bildirdi:
– Nəcəfqulu bəyin ölümündən adamlarınız ruh-
dan düşməsinlər və hər an mənim Məşhədə hücum
əmrimə müntəzir olsunlar.
– Hə, ancaq bu fitnə-fəsada hər kim baiskardırsa,
cəzasına çatacaq...
– Bu fitnəni Fətəli xan Qacar düzüb-qoşub ki, biz
öz aramızda vuruşaq, yəni əsas məqsədimizdən uzaq
qalaq… Elə sanıram, bu, onun son fitnəsi olmayacaq…
Nadir xan Təhmasib Mirzənin necə adam olduğu-
nu artıq yaxşı bilirdi. Qəlbində onu küləyin səmtindən
asılı olaraq gah o tərəfə, gah da bu tərəfə əsən bayrağa
bənzədirdi. Yanılmamışdı. İlk dəfə onu gördüyü an-
dan bu qənaətə gəlmişdi ki, yan-yörəsində vurnuxan
saray əyanlarının toruna asanlıqla düşür, onların çal-
dığı havaya oynayır...
1
Toxunulmaz, müqəddəs ziyarətgah, ocaq.
204
S O N U N C U FAT E H
Ona görə qəzəbini birtəhər boğub onun çadırına
gəldi:
– Əminəm ki, siz bu anlaşılmazlığa görə kürdlərin
günahından keçəcəksiniz. Belə hallar olmasın deyə,
məncə, orduda vahid süpəhsalarlığa
1
ehtiyac var-
dır. Hərə bir tərəfdən istədiyi vaxt döyüş əmri verə
bilməz...
Təhmasib Mirzə ürəyində, elə bil, «Düz sözə nə
deyəsən?» – deyib, başını yırğaladı.
Sonra Təhmasib Mirzənin hüzurunda Nadir xan
Həsənəli bəyə və vəzir-vəkilə üzünü tutub dedi:
– Məlik Mahmud kimi böyük orduya malik olan
düşmənin qarşımızda durduğu bir vaxtda kürdləri in-
cik salıb, özümüzə düşmən etməyə lüzum yoxdur...
Təhmasib Mirzə ayağa qalxıb:
– Yaxşı, – dedi, – indiki halda mən sənə görə,
dəfələrlə asi olmuş kürdlərin günahından keçirəm.
Bəs sonra?
– Məncə, Nəcəfqulu bəy öldürüldüyünə görə
əlləri davadan soyumuş kürdlərin könlünü almaq
üçün Hüseyn bəyi Qoçana hakim təyin etmək yaxşı
olardı...
– Əgər bu işimizin xeyrinədirsə, niyə də et-
məyək?!
– Bir də, izn verin, bu gün mən Məlik Mahmudun
müqavimətini zəiflətmək üçün şəhərə hücum edim…
Təhmasib Mirzə əllərini göyə qaldirıb:
– Allah sənə yar olsun!– dedi.
1
Baş komandanlıq.
205
N A D İ R Ş A H Ə F Ş A R
* * *
Nadir xan şəhərə dəfələrlə həmlə etsə də, faydası
olmadı. Yaxşı müdafiə olunan qalaya girmək çətin idi.
Divarları dağıdacaq top yox idi. Yuxarı dırmaşmaq
üçün gətirilən nərdivanlarda xeyli igid həlak oldu.
Qızğın döyüşlərin birində Məlik Mahmudun atıcıları
hətta uzaqdan Təhmasib Mirzəni oxa tutdular. Belə
oxlardan biri az qaldı ki, Təhmasib Mirzənin sinəsinə
sancılsın. Nadir xan cəld onu qılıncı ilə kənara itələdi,
ox vıyıltı ilə səmtini dəyişib yaxınlıqdakı ağacın
gövdəsinə sancıldı.
Bir az sonra Nadir xan artıq hücumun mənasız ol-
duğunu görüb geriyə çəkilmək əmri vermək qərarına
gələndə, bir-birlərinə nizamsız şəkildə qarışan iki
dəstənin əsgərlərini Təhmasib Mirzəyə göstərib:
– Görürsənmi? – dedi. – Onlar bir-birlərinə necə
mane olurlar?
– Belə olan halda, məncə, hücumu dayandırıb,
Məlik Mahmudla danışıqlara başlamaq gərəkdi. Fətəli
xan Qacar da sınayıcı baxışlarla atından aşağı enmədən
Təhmasib Mirzəni süzdü. Təhmasib Mirzə dedi:
– Qoy o özü buna cəhd etsin… O bizi yox, biz onu
uzun müddət mühasirədə saxlaya biləriksə...
Təhmasib Mirzənin bu cavabından sonra Nadir
xan da, Fətəli xan Qacar da atlarını irəli sürdülər.
Atlar yəhərlərinəcən palçıq içində idi. Gedə-gedə
yolboyu daim yerlərini dəyişən Nadir xanla Fətəli
xan Qacar bir an da olsun bir-birlərini gözdən qoy-
murdular.
206
S O N U N C U FAT E H
* * *
…Artıq neçə gün idi ki, Qacar döyüşçülərinin baş-
çısı Fətəli xan Qacar kənardan hadisələrin gedişinə
baxıb qımışırdı. Bunu Nadir xan da, Təhmasib Mirzə
də görürdülər.
Qacar döyüşçülərindən birinin də burnu qana-
mamışdı. Fətəli xan Qacar, sadəcə, bir tamaşaçı kimi
rəqibinin təşəbbüslərinin boşa çıxmasından açıq-aşkar
ləzzət alırdı…
* * *
Məşhədin mühasirədə olduğu gərgin günlərin bi-
rin də Osmanlı sultanının elçisi Mahmud paşa Təh ma sib
Mirzənin çadırına gəldi və ona təzim edərək bil dirdi:
– Əgər, ölkənin Azərbaycana aid bölgələrini Os-
manlının ixtiyarına verməyə razı olsanız, dövlətimiz
sizin şahlığınızı tanıyacaq…
Təhmasib Mirzə çox çətin sual qarşısında qalmış-
dı. Öz əyanlarını dərhal yığıb müşavirə keçirdi. Belə
qərara gəldi ki, indiki vəziyyətdə Osmanlı sultanının
təklifini qəbul etmək məqbuldur.
Müqavilə bağlamaq üçün Osmanlıya göndərdiyi
nümayəndəyə belə bir tapşırıq verdi:
– Çalış, Xorasan məsələsi həll olunana qədər
şərtnamə əqdi barədə danışıqlar uzansın!
Məşhədinsə mühasirəsi uzandıqca uzanırdı.
Şəhərin çox möhkəm qalaları var idi; digər tərəfdən
də, şah ordusunun topxanasının olmaması ucbatın-
dan mühasirənin nə vaxta qədər davam edəcəyini də
heç kim bilmirdi, bir aymı, iki aymı?!
Dostları ilə paylaş: |