211
N A D İ R Ş A H Ə F Ş A R
Nadir xan, istəməsə də, Təhmasib Mirzənin fər-
ma nı ilə səfər ayının on dördüncü günü Fətəli xan
Qacarı zindanda işgəncə ilə öldürdülər. Onun qətlə
yetirilməsindən sonra qacarlar qiyam qaldırmasın
– deyə, başçılarından bir neçəsini həbs etdilər. Yusif
bəy, Rəhim xan Gəraylı, Şərafətdin bəy, Niyazqulu
bəy, Qasım ağa Qacar – hamısı zindana salındılar.
Artıq Nadir xan tək idi və indi onun qarşısında
Məşhəd kimi yenilməz qalada nəinki Məlik Mah-
mud, İsfahanda ondan da qat-qat güclü olan Əşrəf
xan Əfqan, Güneydə Azərbaycanın əyalətlərini işğal
altında saxlayan osmanlılar, daha sonra isə quzeydə
Xəzərsahiliboyu vilayətləri qəsb etmiş kafir ruslar
vardı.
Bütün bu maneələri indi o, yalnız öz iradəsi, bir
də Tanrının ona verdiyi sərkərdəlik fitrəti sayəsində
aradan qaldırmalı idi. Əlbəttə, böyük tarixi keçmi-
şi olan bir ölkənin taxt-tacını adama nimçədə, ya
da noğul-nabat düzülmüş sinidə gətirib bağışla-
mırlar. Hərçənd ki, qoca tarix belə gözlənilməz və
qəribə əhvalatların da şahidi olmuşdu. Dildə-ağızda
gəzən söhbətlərdən Nadir xan da eşitmişdi ki, Şirvan
əyanları Şirvanşah Huşəngin ölümündən sonra Şeyx
İbrahimi
1
bu cür padşah seçmişdilər. Deyilənlərə
görə, onlar Şirvanşah hakimiyyətinə aid olan
rəmzləri götürüb, dəstə ilə Şeyx İbrahimin yanına
yollanırlar. Onun yaşadığı kəndə çatanda görürlər
ki, İbrahim torpaq şumladığı yerdə yorulduğundan
bir ağac kölgəliyində uzanıb yuxuya gedib. Əyanlar
1
1382-1417-ci illərdə Şirvanşahlar dövlətinin hökmdarı olmuşdur.
212
S O N U N C U FAT E H
səssiz – onun üzərində hökmdar çadırı açaraq, yu-
xudan oyanmasını gözləyirlər. Nəhayət, İbrahim
oyananda onu salamlayıb: «Sən bu gündən bizim
şahımızsan!»– deyirlər və bu andan etibarən padşah
kimi ona sadiq qalacaqlarını bildirirlər. Sonra İbra-
himi şaha layiq ata mindirib Şamaxıya aparıb, taxta
çıxarırlar. Və beləcə Şirvanşah Birinci İbrahim uzun
müddət – otuz beş il ölkəni idarə etməyə başlayır.
Nadir xan qayınatası Baba Əli bəyin dilindən onu
da eşitmişdi ki, Əmir Teymurun bu torpaqlara yürü-
şü zamanı elə Şeyx İbrahimin müdrikliyi sayəsində
Azərbaycanda dövlətçilik – Şırvanşah taxt-tacı qo-
ru nub saxlanmışdır. Ən ağır illərdə Dəmirqapı Dər-
bənddən keçib Toxtamış xanın üzərinə yürüş etmək
məramı ilə Teymur yolunu Şirvandan salır. Yaxın
adamları, saray əyanları İbrahimə məsləhət görürlər
ki, özünü xilas etmək üçün dağlara çəkilsin. O, isə
nəinki qaçmaqdan vaz keçir, hətta böyük fatehlə dil
tapmaq fikrinə düşür və başına əyan-əşrəfini top-
layaraq, Əmir Teymurun Qarabağdakı düşərgəsinə
yollanır. Türk adətinə görə o zaman şahlar bir-birinə
hədiyyə edəndə hər şeydən doqquz dənə verərdilər.
Şeyx İbrahim də Teymura layiq hədiyyələri bu qay-
da üzrə gətiribmiş. Yalnız qullar səkkiz nəfər imiş.
Səbəbini soruşanda Şirvanşah cavab verir ki, doqqu-
zuncu qul özüməm. Onun bu cavabı Teymurun çox
xoşuna gəlir. Əmir ayağa qalxıb Şeyx İbrahimi rəsmən
Şirvanın və Şamaxının hakimi elan edir.
1
1
Bu hadisədən sonra Şirvanşah İbrahim özünü qul kimi aparmamış,
Əmir Teymur isə həmişə ona öz müttəfiqi kimi ehtiramla yanaşmış,
213
N A D İ R Ş A H Ə F Ş A R
İndi Nadir xan bu əhvalatı xatırlamaqla həm də
qəlbində İkinci Şah Təhmasiblə bundan sonra necə
davranacağını düşünürdü.
TƏHMASİBQULU XAN
MƏŞHƏDİ AZAD EDİR
F
ətəli xan Qacarın ölümündən sonra Təhmasib
Mirzənin qoşununda ikitirəlik olduğunu
düşünən Məlik Mahmud mühasirəni yarmaq qərarına
gəldi. Digər tərəfdən, mühasirədə qalan şəhərin
azuqəsi də getdikcə tükənirdi. Bu ağır günlərdə bir
dənə də olsun ticarət karvanı şəhərə yaxın düşə bil-
mirdi. Boş qalmış karvansaralarda yel vurub, yengələr
oynayırdı. Məlik Mahmud səriştəli sərkərdələrini ça-
ğırıb topxanasını şəhərdən qırağa çıxarmağı əmr etdi.
Qorçubaşı İbrahim xana xüsusi tapşırıq verdı:
– Sən hücumdan qabaq Təhmasib Mirzə ilə Na-
dir xanın çadırlarını hədəfə götürüb atəş aç! Əgər
ikisindən biri zavala gəlsə, ləşkərdə çətin ki, bir ləş-
kərlik qala...
O gün Məşhəddən
1
yarım ağac aralıda şiddətli dö-
yüş başladı. Nadir xan da yüzbaşı Çıraq bəy Əfşarı
yanına çağırıb dedi:
oğlu Miranşahdan ayırmayaraq İbrahimə başqa birisinə söyləmədiyi
«oğlum» – deyə müraciət etmişdir. Teymur «altun yasa» (qızıl qanun)
verərək Şirvan taxt-tacının və İbrahimin Şirvanşah titulunun saxlanıl-
masını öz varislərinə də tapşırmışdı.
1
Məşhəd – ərəbcə məşahid sözünün cəmidir. «Müqəddəsin şəhid oldu-
ğu yer» mənasını bildirir.
214
S O N U N C U FAT E H
– Belə fürsəti Allah-təalanın özü bizə nəsib edib.
Mən Məlik Mahmudun topxanasını ələ keçirməyi
sənə həvalə edirəm.
Çıraq bəy Əfşar özü ilə mahir nişançılardan bir
neçəsini götürüb irəli cumdu.
Qorçubaşı İbrahim xan həlak olandan sonra, top-
ların atəs səsi kəsildi. Ağır itkilər verən Məlik Mah-
mudun adamları şəhərə döndülər.
Nadir xan məmnunluqla Təhmasib Mirzəyə dedi:
– Topxanası əlindən çıxmış Məlik Mahmud daha
bu gündən sonra Məşhəddən kənara çıxmağa ürək
eləməz…
* * *
Fətəli xan Qacar kimi ağıllı rəqibini aradan gö-
türəndən və Məlik Mahmudun topxanasını ələ ke-
çirəndən sonra Məşhədi azad etmək uğrunda Na-
dir xanın cəngi-cidası uzun sürmədi. Buna görə o,
əvvəlcə Təhmasib Mirzəni razı salmalı idi ki, ordunun
külli-ixtiyarını ona tapşırsın. Sonra bu illər ərzində
sınaqdan keçirdiyi tərəfdaşlarını özünə sərf edən
vəzifələrdə bərqərar etməli idi. Bu məqamda fürsəti
əldən vermək olmazdı.
Nadir xan Xorasandakı meydanda Təhmasib Mirzə
ilə təkbətək qalmışdı. Təhmasib Mirzə, şah nəslindən
olsa da, özünü bəzən əsilzadə kimi aparmırdı, çox
ani qərar çıxarırdı... Nadir xandan xeyli gənc olsa da,
cəsarətsiz adam idi. Əbəs yerə elədiyi şıltaqlıq ona da,
səltənətə də çox ağır başa gələ bilərdi. Onun ən ümdə
Dostları ilə paylaş: |