220
S O N U N C U FAT E H
ziyarətgahının hücrələrinin birində ibadət etməklə
ömrümü başa vuraram.
– Onda buyur, azadsan. Amma bir şərtim var, sən
yaxşı cirit oynayırsan axı, deyirəm ibadət öz yerində,
bəlkə bu dəfə əməlli-başlı yarışaq. Nə deyirsən?
Məlik Mahmud qulaqlarına inanmadı. Bu günəcən
ona Nadir xanın zalımlığından və qəddarlığından elə
şeylər danışıb, qulağını o qədər doldurmuşdular ki,
bayaqdan canına vəlvələ düşmüşdü…
O, Nadir xana təzim edib:
– Allah səni həmişə uca etsin, xan, amma ötən
dəfə ciritdə siz mənə öz xoşunuzla uduzmuşdunuz,
hesab edin ki, bu dəfə mən nə illah etsəm də Nadir
xan Əfşara qalib gələ bilmərəm! Bu qələbənizin qaba-
ğında acizliyim məni yarışmadan imtina etməyə va-
dar edir. – Bunu deyəndən sonra o dal-dalı çəkilərək
çadırdan çıxdı.
Nadir xanın ordusu Məşhəd şəhərində böyük
şadyanalıq keçirirdi. Bir azdan atın üstündə şəhərin
məhəllələrini və karvansaralarını gəzib-dolaşan Na-
dir xan İmam Rza türbəsini ziyarət edəndə andını xa-
tırladı; dərhal göstəriş verdi ki, buranın gümbəzinə
qızıl çəksinlər. Birinci şah Təhmasibin tikdirdiyi köh -
nə minarənin də qarşısında ikinci minarə ucaldıl-
sın…
Sonra o, İmam Rzanın məqbərəsi ətrafında sa-
lınan müqəddəs məhəllədə eyvanlı həyətlərə baş
çəkdi, Gövhər Şad məscidinə, Şah məscidinə topla-
şan möminlər onun gəlişini xeyir-dualarla qarşıladı-
lar.
221
N A D İ R Ş A H Ə F Ş A R
Nadir xan atını Çaharbağ məhəlləsində saxladı.
Məhəllənin hər iki tərəfi adamlarla dolu idi. Uşaq-
dan böyüyə hamı ona böyük sevinc və maraq hissi ilə
tamaşa edirdi. Kəşəfrud çayının dərəsində yerləşsə
də, çox əzəmətli görünən Məşhədi seyr edə-edə dü-
şünürdü ki, əgər, o, İkinci şah Təhmasibin yerinə ol-
saydı, sadə camaatın «İkinci Məkkə» dediyi bu şəhəri
səltənətin paytaxtı edərdi.
Amma Nadir xan bəlkə bu an xəyalına belə gə-
tirmirdi ki, heç on il keçməmiş o özü Məşhəd şəhərini
paytaxta çevirəcək! Və aradan neçə qərinələr, illər
ötəcək, elə bir gün gələcək ki, onun da burada qra-
nitdən məqbərəsi ucaldılacaq, hələ burada, üstəlik,
şahə qalxan at üstündə tuncdan heykəli qoyulacaq…
Hələ ki, Təhmasib Mirzənin ümidlərini doğrult-
muş etibarlı bir qoşun başçısı kimi Məşhədi gə-
zib-dolaşırdı. Və gəzə-gəzə ailəsini tezliklə ən çox
se vib-bəyəndiyi Çaharbağ məhəlləsinə gətirməyi dü-
şünürdü.
Bu zaman o nə düşündüsə, Qədirqulu kişini,
Təh masib xan Cəlairi çağırıb, onlara böyük dəstə ilə
Qoçana – Sam bəyin qızına elçiliyə getməyi tapşırdı:
– Bir-iki gün Sam bəyə qonaq olub, orada yaxşıca
dincəlin. Qız adamlarının nikaha razılığını alandan
sonra gəlinaparma məclisi qurulsun, yəqin kürdlər
öz adətlərincə atçapma, qılıncoynatma, ya da dəvə
yarışları da keçirəcək, qoy bizim cavanlar bu yarışma-
lara qoşulsunlar. Sonra gəlini ağ ərəb atına əyləşdirib,
bura gətirin. Hə... – deyə Nadir xan ətrafındakı adam-
lara baxdı, – burada qalanlar isə Məşhəddə indiyə
222
S O N U N C U FAT E H
kimi ruzigarın görmədiyi toy məclisinin hazırlığı ilə
məşğul olsunlar...
Nadir xan başi müsibətlər çəkmiş Məşhəd şə-
hərinin darvazasını onun qoşunlarının üzünə açan
Pir Məhəmmədi də unutmadı. Göstərdiyi xidmətin
müqabilində onu Türbəti-Cama hakim göndərmək
qərarına gəldi.
ÇUĞULLUQ
M
əşhədin alınması Nadir xan Əfşarın ən böyük
qələbəsi idi. İçində aşıb-daşan zəfər sevinci-
ni toy-büsat şənliyinə qatmaq istəyi ilə gəzib-dolanırdı.
Təhmasib Mirzə özü də elə onun kimi sevincindən
Məşhəddə qərar tuta bilmirdi. O öz vəzir-vəkillərini də
götürüb, atını ora-bura çapmaqdan usanmırdı.
Bir gün Nadir xanı çağırıb dedi:
– Eşitmişəm ki, Əşrəf xan Əfqan İsfahanın ortasın-
da özünə təzə qala tikdirib.
Nadir xan onun nə demək istədiyini yaxşı başa
düşdü.
– Qoşun yorğundu. Bir də, məncə, indi ətrafımızda
Əşrəf xan Əfqana bac-xərac verən əfqan tacirlərini qo-
vub ölkədən çıxartmalıyıq. Sonra Allahın köməyi ilə
İsfahanı da, Heratı da, hələ başqa şəhərlərimizi də
asanlıqla geri ala bilərik… Təbrizi, Gəncəni, Bakını,
Gilanı, İrəvanı, istəsən, lap Bağdadı da...
Təhmasib Mirzə onun dedikləri ilə razılaşsa da,
gözlərindəki narazılıq nişanəsini gizlədə bilmədi. On
223
N A D İ R Ş A H Ə F Ş A R
ilə yaxın idi ki, əfqan əbdalları Səfəvi şahlarını təngə
gətirmişdilər. Şəhərləri viran qoyub, günahsız adam-
ları qətlə yetirirdilər... Təhmasib Mirzə nəyə görə sus-
duğunu özü də bilmirdi. Bəlkə də, deməyə söz tap-
mırdı. Amma İsfahanı Əşrəf xan Əfqandan geri almaq
fikri onu bir an da tərk etmirdi.
Nadir xan isə onu razı salmaq üçün tutarlı dəlillər
sadalayırdı:
– Əgər günü bu gün Məşhəddən uzaqlaşsaq, əf-
qan əbdalları bura hücum edə bilərlər. Burada əb-
dalları dağıtmadan İsfahana yürüş etmək bizə xeyir
verməz! Ona görə qoşuna dinclik verib, mövqeyimizi
möhkəmləndirmək üçün ilk nöbədə dövlətə tabe ol-
mayan hakimlərin, Xorasanda məskunlaşan köçəri
tayfaların başçılarının qiyamını yatırmalıyıq...
Təhmasib Mirzə zəndlə onun gözlərinə, üzünün
ifa dəsinə baxdı:
– Sənə qalsa, İsfahanı deyil, Məşhədi paytaxt elə-
yərsən.
Nadir xan heyrətindən çaşıb qaldı. Bilmək olmur-
du ki, Təhmasib Mirzə onun müqəddəs məhəllədə
– İmam Rza türbəsində gördürdüyü təmir işlərini
nəzərdə tutur, yoxsa qəlbinin dərinliklərində düşü-
nüb dilə gətirmədiklərini. Odur ki, dedi:
– Mənə qalsa, əsl sərkərdənin sarayı – atının yə -
həridir. Bunu da bilin, İsfahan sarayına sahib olmaq
üçün birinci Heratı tutmaq vacibdir.
Nadir xan bunu da yaxşı bilirdi ki, bu söhbətdən
sonra ona həsəd aparan vəzir–vəkilləri Təhmasib Mir-
zəni ondan incik salmaq üçün hər şeyə əl atacaqlar.
Dostları ilə paylaş: |