228
S O N U N C U FAT E H
dostlarını düşmən, düşmənlərini can dostu ediblər.
Kimə güvənəsən? Allah kafirə də mənim bu halımı-
halətimi qismət eləməsin! Fəqət mən çalışıram ki, bu
iş səs–küyə səbəb olmasın... – Sonra üzünü etibar et-
diyi adamlarına tutdu: – Şaha aid burada hər nə var-
sa, Xəbuşana göndərin!
İndi ətrafında olan və hörmət-izzətlə qullu ğa gön -
dərdiyi bir çox tayfa başçılarının da vəfasına gü vən-
mirdi. Təkcə əmisi Bəktaşla Təhmasib xan Cə layi rin
və qardaşı İbrahimin başçılıq etdik lə ri Əbivərd və
Cəla yir əfşarlarına inanırdı. Və ziy yətin ən fəna cəhə-
ti də bu idi ki, araqarışdı ran mə murlar Təhmasib
Mirzə ni Nadir xan Əf şa rın gündən-günə artan hərbi
gücün dən, şan-şöh rətindən qorxudub çəkindirməyi
məharətlə ba car mışdıla... Kim bilir, bəlkə elə bu gün,
ya da sabah gün çıxmamış İkinci şah Təhmasib əlinə
düşən für səti fövtə verməyəcəkdi, hər vasitə ilə Nadir
xanı aradan götürməyə, ya da qürurunu sındırmağa
çalışacaqdı. Eyni zamanda o, vəzir-vəkilin sözünə
uysa da, qəlbinin dərinliyində əmin idi ki, Nadir
xansız – Təhmasibqulu xansız hələ heç cür keçinə
bilməz…
İndi yəqin ki, Qoçanda, qış gecəsi, içərisində köz
olan gil kürənin ətrafında oturub, əyninə yaxalığı xəz lə
köbələnmiş kürdü
1
geyinən əsmər gözəl Nadir xanın
onun niyyətindən çoxdan xəbərdar olduğuna şübhə
et mirdi. Ona da şübhə etmirdi ki, əlinə fürsət düşən
kimi haqqını istəməkdən çəkinməyəcək, özündə eti-
raz etməyə güc tapacaq...
1
Kürdü – qolsuz üst qadın geyimi.
229
N A D İ R Ş A H Ə F Ş A R
Kişilik qeyrəti Nadir xanı, bir an da olsa, rahat bu-
raxmırdı. Təhmasib Mirzə kimi bir əsilzadənin ailə-
namus məsələsində belə, ikiüzlü, fitnəkar vəzirlərinin
əlində oyuncaq olması onu hiddətləndirdi.
– Qosunu yürüşə hazırlayın! Mənə qarşı hazırla-
nan belə fitnəkarlığa əgər bu gün son qoymasam,
əmin-amanlıq yaratmasam, onda sabah Xorasanda,
ya qeyri vilayətlərdə baş alıb gedən hərc-mərcliyə,
itaətsizliyə necə əncam çəkərəm?!
...Xabuşana üz tutdu. Qalaya bir fərsəng yol qal-
mışdı. Əmr etdi ki, dayanıb düşərgə qursunlar.
– Bəlkə ağıllarını başlarına cəm edib, barışmağa
elçilərini göndərdilər…
Təhmasib Mirzənin tərəfində olan kürdlər Nadir
xanın gəlişindən xəbər tutub, silahlandılar və vuruş-
maq qərarına gəldilər. Cəfərquluxan bəyin rəhbərliyi
ilə Nadir xanın düşərgəsi qarşısında döyüş mövqeyi
tutdular.
Nadir xan əmisinə öz məramını bildirdi:
– Bəkdaş əmi, min nəfərlik süvari dəstə mənim
hücum əmrimi gözləsin. Bu əbləhlərə ilk zərbəni top-
lar la vurandan sonra zənburəklər cinahlardan atəşi
davam etdirsinlər. Onlar işini qurtaran kimi de ki,
tüfəngçilər irəli çıxsın…
Nadir xanın döyüş əmri ilə hər tərəfdən atəşə
məruz qalan kürd qoşunları ağır tələfat verdilər.
Cəfərquluxan bəy Nadir xanın piyadalarının üzərinə
hücuma keçməyə cəhd etsə də sərrast atəş açan tü-
fəngçilərdən birinin gülləsi onun bağrına sancıldı.
Onun həlak olması kürdlərin arasına böyük çaxnaş-
230
S O N U N C U FAT E H
ma saldı. Bu zaman Nadir xan ehtiyatda saxladığı
süvari dəstəyə əmr etdi:
– Onlara aman verməyin, gəldikləri yerəcən təqib
edin!
Qılınclar toqquşdu, nizələr havada uçdu. Qəzəbli
Nadir xan qarşısına çıxanı əzdi, qırdığını qırdı, canla-
rını qurtaranlar qorxularından şəhərə dönüb, Xabu-
şan qalasında sığınacaq tapa bildilər.
Nadir xan şəhəri mühasirəyə alıb, yan-yörə-
sində ki ən nüfuzlu adamları yenə deyiklisi Şövqi
xanımın elçiliyinə göndərdi, qızın ata-qardaşından
cavab gözlədi. Çox çəkmədi ki, qızın qardaşı
Məhəmməd Hüseyn xan Zəfəranlı onun yanına
gəldi.
– Nadir xan, məni dinlə! Bax, bu sənin pəh-pəhlə
Səfəvi taxtına çıxarmaq istədiyin Təhmasib Mirzənin
mənim bacıma yazıb öz əli ilə müşəmbələdiyi mək-
tubdur... Bütün əyanlarımız bizi səninlə qohumluq-
dan imtina etməyə təhrik edirlər... Ona görə bizim
kürdlərin Cəfərquluxan bəyin başçılığı altında birlə-
şib sizə müqavimət göstərməsi əbəs deyil.
– Sənin də Nadir xanla döyüşməkdən, bu qədər
insanın qanına bais olmaqdan ayrı seçimin qalmayıb,
eləmi? İndi ona görə gəlibsən ki, mənə bu bir parça
kağızı göstərib, haqqı, öz dədələrinizin adət-ənənəsini
danasan?..
– Nə baş verdiyini anlamaq olmur. Mənim ba-
cım neçə gündür ki, Şirvan qalasındadır... – deyə
Məhəmməd Hüseyn bəy özü kimi çox adamın bu
işə naəlac qaldığını bildirdi.
231
N A D İ R Ş A H Ə F Ş A R
Nadir xan Təhmasib Mirzənin eşq naməsinə gö-
zünün ucu ilə də baxmadı:
– Nəyi anlamaq olmur? Sən öz bacını ora gön-
dərməklə istəyirsən ki, şah ona elçi göndərsin? Sən də
cah-calalla bacını oradan gəlin köçürəsən... Deməli,
mə nə ad olunan bacın Şövqi xanımın Təhmasib Mir zə
ilə nikah bağlamasını sən də istəyirsən. Anlamalı bir
şey var, Məhəmməd Hüseyn xan əgər, Təhmasib Mirzə
və mənə asi olan başqa kürd hakimləri də sənin kimi
düşünürsə, səltənətin qorçubaşısı kimi mən Qı lınc
oğlu Nadir xan Əfşar şahın şəxsi mənafeyi naminə öz
nişanlımdan vaz keçməyəcəm! Amma bu, mənə də,
şah ordusuna da, sənə də fayda verməz! Bu daxili mü-
haribə hamımıza ziyan vuracaq... Bəs qazanan kim
olacaq? Əlbəttə, İsfahanda dəlləklik edən, Səfəvi şahı-
nın taxt-tacına sahiblənmiş əfqan Əşrəf xan... Mən indi
yalnız Təhmasib Mirzənin ulu əcdadı Şah İsmayıl ru-
huna xatir və onun qurduğu Səfəvi dövlətinin bərpası
naminə mühasirədən əl çəkib, Xabuşandan Məşhədə
qa yıtmağı qərara alıram. Bir yox, on belə namə olsa
belə, mənim qabağımı ala bilməz... Səni də qınamı-
ram. Şahla qohumluqdan şan-şövkətinin artacağını
dü şünürsən. Ancaq unutma ki, mən bundan son-
ra bu ra gəlin dalınca adam yollamayacağam, çünki
bacını gedib Şirvanqaladan sən öz əlinlə Məşhədə –
mə nim hə rəmxanama gəlin gətirməli olacaqsan... Bir
də gedib, Şahverdi xan Keyvanlı, Məhəmmədrza Kə-
pənək li kimi sərkərdələrin qoltuğuna sığınmış Təh ma-
sib Mirzəyə deyərsən ki, Nadir xan Əfşar anadangəl-
mə əmr vermək, həm də verdiyi əmri öz məqamında
Dostları ilə paylaş: |