224
S O N U N C U FAT E H
Doğrudan da, o gedəndən sonra aravuranlar ağ la-
gəlməz hiyləyə əl atdılar:
– Əlahəzrət, bu Nadir xan Əfşar Təhmasibqulu
xan ləqəbi ilə qorçubaşı olandan sonra çox dəyişib.
Elə bilir ki, İsfahana yürüşü nəyə görə təxirə saldı-
ğından xəbərimiz yoxdur! Axı, Sam bəyin qızı Şövqi
xanıma elçi göndərib. Bugün-sabah təmtəraqla özünə
toy edəcək.
Başqa biri:
– Qibleyi-aləm, o qızın qardaşı Məhəmməd Hüseyn
xan Zəfəranlı Xabuşana sizin mübarək fərmanınızla
hakim təyin olunub...
– Bundan savayı Nadir xan bugünkü addımlarını
sabahı düşünərək atır. Bu əfşar cəngavəri özünə bö-
yük təhlükə saydığı adamları yolunun üstündən çox
asanlıqla götürməyi bilir.
Təhmasib Mirzə səsini qaldırdı:
– Nədir, sən bəlkə Fətəli xan Qacarı nəzərdə tu-
tursan? Dəfələrlə demişəm, mən özüm ondan narazı
idim. Fətəli xan mənim sinəmə dağlar çəkmişdi. Ma-
zandaranda olarkən onu əfqan basqınçılarının üstü-
nə getməyi əmr etdim. Amma mənə qulaq asmadı.
Odur ki, mənim onunla köhnədən ixtilafım vardı.
Əyanlar susmaq əvəzinə yenə söhbəti hərliyib tə-
zədən Nadir xanın üstünə gətirdilər.
Ehtimad-üd Dövlə dedi:
– Məşhədi ələ keçirməklə əslində Nadir xan Əfşar
cəmi Xorasan vilayətini öz nəzarəti altına alıb... Onun
artan nüfuzunun qarşısı alınmasa, İsfahan alınandan
sonra taxt-tac üçün təhlükə yarada bilər!
225
N A D İ R Ş A H Ə F Ş A R
– Məncə, onun şərəfinə, heysiyyətinə kiçik xələl
gə tirməklə nüfüzuna böyük zərbə vurmaq olar...
– Necə? – Nəhayət, Təhmasib Mirzə də səbrini
boğa bilməyib onların səviyyəsinə endi.
– Deyiklisini, şahlara layiq o nişanlısını özünüz
almaqla...
Başqa bir məmuru şit-şit hırıldayıb dedi:
– Hə də, bax belə yerdə deyiblər, gəlin xanım bə-
zənincə, toy-düyün əldən gedər!
Sonra Təhmasib Mirzənin qabağında ikiqat əyilib
sözünə belə xitam verdi:
– Məhəmməd Hüseyn xan Zəfaranlı ilə şahımızın
qo hum olması Şahverdi xan Keyvanlı, Cəfərqulu bəy,
Məmmədrza xan Kəpənəklı kimi kürd hakimlərini öz
tərəfinizə çəkmək deməkdi. Bu da otuz min, bəlkə də
qırx min qoşunun şah həzrətlərinin ixtiyarına keçməsi
deməkdi... Dəniz kimi dalğalanan bu qoşunla İsfaha-
na üz tutsanız, Əşrəf bədbəxtin oğlu taxtını qoyub qa-
çacaq...
Təhmasib Mirzə nanəcib saray adamlarının hö-
rümçək kimi qurduğu hiylə toruna düşürdü. Onlar
açıq-aşkar taxt-tacsız qalmış şahzadəni Nadir xa-
nın nişanlısını zorla da olsa, əlindən almağa təşviq
edirdilər. İndi Təhmasib Mirzənin ürəyində Qoçana
gedib, həmin qızı görmək, hətta onunla əylənmək ar-
zusu baş qaldırmışdı.
…O elə həmin gecə Nadir xandan xəbərsiz iki qu-
lamı ilə Məşhəddən çıxıb, Xabuşan qalasına tərəf yol-
landı.
226
S O N U N C U FAT E H
* * *
Ertəsi gün sərkərdələrindən biri gəlib Nadir xana
Şah Təhmasibin yoxa çıxmasını xəbər verəndə, ağlına
gələn ilk fikir onun kürdlər tərəfindən oğurlanması
oldu:
– Nə durmusunuz, tez hazırlaşın! Kürdlərin əlin-
dən sahı xilas etmək gərəkdi. Görünür, mənimlə dö-
yüşməyi onlar oyun-oyuncaq sanırlar...
– Şah özü iki qulamı ilə onlara təşrif aparıb.
– Necə, bəs belə xəbərsiz gedişdə məramı nə-
dir?
Tale yenə Nadir xanı ağır sınağa çəkmişdi.
Təhmasib xan Cəlairin başçılığı ilə gəlinin dalın-
ca göndərdiyi dəstə Qoçandan Məşhədə kor-peşman
qayıtmışdı.
– Demək, şahın Məşhəd-müqəddəsdən xəbərsiz
getməsinin səbəbindən çoxunuz agahsınız?
– Əyanlar qızın ata-qardaşının qulağını «Nadir
xanla qohum ola bilməzsiniz» – deyə pis-pis fikirlərlə
doldurublar. Şahın buradakı cah-calalla süslənmiş sa-
rayı qoyub bu soyuqda ora getməsi... – Qədirqulu kişi
Təhmasib xan Cəlayirin sözünü kəsdi:
– Bundan o yana qan qaraltmağın zamanı deyil,
xan, Tikmədaşlı Xəstə Qasım demişkən:
Üz vermə nadana, sirr vermə pisə,
Axır qəlbin ya inciyə, ya küsə,
Ot bitər kök üstə, əsli nə isə,
Yovşan bəsləməklə çəmənzar olmaz...
227
N A D İ R Ş A H Ə F Ş A R
Nadır xan Qədirqulu kişinin bu sözlərindən çox
məyus oldu:
– Yovşan bəsləməklə çəmənzar olmaz... Mən
indiyəcən dəbdəbəli toy-büsat məclisi qurmamışam.
Nə buna imkanım olub, nə də vaxtım. İstəyirdim ki,
Məşhədin alınması əsl toy-bayram olsun. O dediyin
aşıq da sazla-sözlə şənliyimizə şənlik qatsın... İlahi
feyzdən qəlblərimiz barınsın. Ancaq düz deyirlərmış,
sən saydığını say, gör fələk nə sayır...
Qədirqulu kişi ona təskinlik verməyə çalışdı:
– Əvvəllər Novruz bayramında aşıq da bura – bi-
zim Kiçik Məkkəyə ziyarətə gələrdi. Əgər Məşhədin
azad olunmasını eşitsə, mütləq bu bahar da gələcək,
– və elə bil qəsdən söhbətin məcrasını dəyişdi, – kim
bilir, bəlkə Təbrizi, Zəncanı osmanlılar zəbt eləyəndə
Tikmədaşlı aşıq Xəstə Qasım da elindən-obasından
didərgin düşüb elə?
Qohum olacağı kürdlərin vədəxilaflığı, qulluğun-
da qılıncına güvənib can-başla dayandığı Təhmasib
Mirzənin – gənc şahzadənin üzüdönüklüyü Nadir
xanı ağır düşüncələrə qərq etmişdi. «İnsana gözdən
ya xın heç nə yoxdur. Fəqət, dədə-babalarımız düz gün
buyurublar ki, gözünü qırpdın, o da sənin deyil…
Bir də deyiblər «Əl mərd olar, göz namərd». Yəni bu
etibarsız, günahkar dünyada sağ gözün sol gözə eti-
barı yoxdu… Daha belə dünyanın etibarsız adamları-
nın nəyini qınayırsan?!».
– Yer üzünə fitnə-fəsad toxumu səpən saray mə-
murları qədim zamanlardan üzü bəri çox sarayları
qana boyayıb, çox şahların başını tacsız qoyublar. Can
Dostları ilə paylaş: |