207
N A D İ R Ş A H Ə F Ş A R
Amma Təhmasib Mirzə mühasirənin uzanmasın-
dan da çox onu narahat edən bir çətinliklə üzləşmişdi.
Xacə Rəbi məqbərəsi ətrafındakı düşərgədə Nadir xan
Əfşarla Fətəli xan Qacar arasında gedən gizli mübarizə
hər an qanlı döyüşə çevrilə bilərdi.
Təhmasib Mirzə onların hər ikisini ayrı-ayrılıqda
ça dırına çağırtdırıb, aralarındakı ixtilafa son qoymaq
istəyirdi. Əhval-ruhiyyəsindən belə görünürdü ki, o
özü də Fətəli xan Qacarın hərəkətlərindən narazıdır.
Ona görə çadırına birinci Nadir xanı dəvət etdi. Vəzir-
vəkillər sanki bu səhnədən zövq alırlarmış kimi su-
surdular.
Öz rəqibini Təhmasib Mirzənin gözündən salmaq
üçün Nadir xan:
– İndi Fətəli xan Qacar Məlik Mahmudla çəkici
eyni zindana vururlar, hətta gizlincə məktublaşırlar.
Mənim adamlarımın dediyinə görə onlar Səfər ayı-
nın on dördüncü günündə
1
sənə sui-qəsd hazırlayıb-
lar.
Çadırda o yan-bu yana var-gəl edən Təhmasib
Mirzənin qəzəbdən bütün bədəni əsdi. O üzünü Na-
dir xana çevirmədən dedi:
– İndi yox, taxt-tac hərisi olan bu adam çoxdan
mənim qanıma susayıb. Bu saat əmr edərəm, elə bu-
rada, qaladan bura baxan dostlarının gözü qabağında
onu edam etsinlər…
– Yox, – deyə Nadir xan, az qala, çığırdı. – Edam
etməyə lüzum yoxdu. Məşhədi mühasirədə saxladığı-
mız bir vaxtda onu edam etdirsən, qacarlar sizə qarşı
1
11 oktyabrda 1726-cı ildə.
208
S O N U N C U FAT E H
qiyam qaldıra bilərlər. Yaxşı olar ki, onu tutub Kəlat
qalasındakı zindana saldırasan.
Təhmasib Mirzə bu təklifi bəyənsə də, cavab ver-
mədi. Bu zaman eşikağası içəri daxil olub təzim etdi.
Sonra:
– Qibleyi-aləm, Fətəli xan Qacar sizdən izn almaq
üçün hüzurunuza gəlmək istəyir.
– Nəyə izn almağa?
Eşikağası, Təhmasib Mirzənin zəhmli gözlərinə
baxa-baxa bir-iki addım geri çəkildi.
Təhmasib Mirzə, az qala, istehza edib deyəcəkdi
ki: «…Hmm, yoxsa Məlik Mahmudla əlbir olub, mənə
sui-qəsd etmək üçün izn istəyir?». Amma özünü ələ
alıb:
– Gəlsin, bizim Fətəli xan Qacar, görək o nəyə görə
izn istəyir?– Sonra üzünü Nadir xana tutub: – Sən də
uzağa getmə, – dedi.
Nadir xan:
– Baş üstə! – deyib bayıra çıxmaq istəyəndə, Fətəli
xan Qacarla üz-üzə gəldi. Rəqiblər bir-birlərinin
gözlərinin içinə baxdılar. Sanki hər ikisinin taleyi
gözlərində əks olunmuşdu.
Fətəli xan Qacar içəri girər-girməz Təhmasib Mir-
zə soruşdu:
– O nə izndir elə?
– Şah sağ olsun, mənə izn ver, Gürgana gedib, qo-
şun toplayıb qayıdım.
– Məgər buradakı qoşunlar Məşhədi almağa azlıq
edir? Bəlkə Məlik Mahmudun mühasirədə ac-susuz
qalan əsgərləri balalayıb artır?
209
N A D İ R Ş A H Ə F Ş A R
Artıq Təhmasib Mirzənin Nadir xana mehr saldı-
ğı görkəmindən bəlli idi.
Fətəli xan Qacarın sifətinin rəngi dəyişdi. Nadir
xan
dan incikliyinin qisasını almaq, onu Təhmasib
Mir zənin gözündən salmaq məqamının yetişdiyini
dü şündü:
– Bilmirəm, Nadir xan mənim barəmdə sizə nə de-
yib, amma o, özü…
– O özü nə?
– Şahın ona göstərdiyi etimad və etibardan sui-
istifadə edir…
– Nəə? Səncə, Məşhədə hücum əmrindən imtina
edən kürd dəstəsinin başçısını da o öldürmüşdü?
– Hər halda, o öz istəyinə nail oldu!
– Necə yəni istəyinə nail oldu?
– Xabuşana hakim təyin etdirdiyi Məhəmməd
Hüseyn bəy özünə ad elədiyi qızın qardaşıdır...
Təhmasib Mirzənin qaşları düyünləndi:
– Həə? – deyib bir an fikrə getdi. Bəs, Müəyyirül-
məmalikin dediyinə görə, o, eyş-işrətdən uzaq
əsl hərb adamıdır. Belə-belə işlər. Hər kəs öz bağ-
baxçasının qeydinə qalır, bostanlıqda şamamalar
becərir, nə şah bağına baxan var, nə də ona tər şama-
ma gətirən...
Onun «tər şamama» sözünü vəzir-vəkillərin ha-
mısı öz bildikləri kimi yozub gülüşdülər. Təhmasib
Mirzə əvvəlcə onlara acıqlandı:
– Siz də boş yerə gülməyə bəhanə gəzirsiniz, – dedi.
-Sonra onun iznini istəyən Fətəli xan Qacarın pörtmüş
üzünə zəndlə baxdı. Qəlbində: «…Yox! Görünür, o bu
210
S O N U N C U FAT E H
müharibədən canını qurtarmaq istədiyindən Gürgana
gedir. Bəlkə, doğrudan da, Məlik Mahmudla əlbirdi?
Axı, bir dəfə mən onu əfqanların üstünə göndərəndə
o əmrimdən imtina etmişdi. O vaxt Nadir xan kimi
güvənə biləcəyim sərkərdəm yox idi... Amma indi...
Yox, yox, yox, qoy cəhənnəm olsun!»– düşündü. Son-
ra sakitcə dedi: – Yaxşı, Fətəli xan, gedin.
Fətəli xan Qacar çadırdan çıxan kimi atına mindi.
Son anda Təhmasib Mirzə yanındakı süvarilərə əmrlə:
– Fətəli xanı tutun, o xain düşmənlərlə əlbirdir, –
dedi.
Bu əmrdən sonra bir dəstə atlı sürətlə Fətəli xana
çatıb, onu əhatəyə aldı. O, geri dönüb təkcə bunu deyə
bildi:
– Bu, namərdlikdir!
Ucaboy İbrahim bəy Əfşar onun cavabında:
– Tutun, – dedi. – Və sonra Fətəli xana müraciətlə:
– Kimin namərdlik etdiyini sübut etməyə vaxtımız
olacaq!
Qılıncını və xəncərini alıb, Fətəli xanı aparanda,
o, əlini silkələyib Nadir xanı hədələdi. Ancaq atlıların
əhatəsində nə dediyini eşitmək mümkün olmadı...
Beləliklə, başları bir qazanda qaynamayan iki da-
laşqan qoç arasında bir aya yaxın sürən gərgin, gözə-
görünməz mücadilə bu cür fəci şəkildə başa çatdı.
Fətəli xan həqiqətənmi Məlik Mahmudla gizli da-
nışıqlar aparmışdı? Bunu müəyyən etmək Təhmasib
Mizrə üçün çətin idi. O, sadəcə, öz mənafeyini
düşünərək, rəqiblər arasında dərinləşən ixtilafa son
qoymalı idi.
Dostları ilə paylaş: |