Sosiologiya (Dərslik)


edilə  bilər:  «biosfer»,  «birgə  təkamül  (koevolyusiya)»,  «noo-



Yüklə 186,3 Kb.
Pdf görüntüsü
səhifə68/73
tarix06.05.2018
ölçüsü186,3 Kb.
#42945
növüDərs
1   ...   65   66   67   68   69   70   71   72   73

edilə  bilər:  «biosfer»,  «birgə  təkamül  (koevolyusiya)»,  «noo- 
sfer»,  «inşam  əhatə  edən mühit»,  «sosial  mühit»,  «texnosfer», 
«ekolojiləşdirmə»,  «ekoloji  taxça»  və  s.  Sosial  ekologiya ba­
rədə  daha  dol-ğun  təsəvvür  yaratmaq  üçün  bu  terminlərin 
məzmununu açmaq lazımdır.
Biosfer -  canlı orqanizmlərin yaşadığı təbəqə olub,  tərkibi, 
quruluşu  və  energetikası  canlı  orqanizmlərin  birgə  fəaliyyəti  ilə 
müəyyən edilir.  Birgə  təkamül  (koevolyusiya)  -  paralel,  müştə­
rək təkamüldür.
Noosfer  -  bu,  təbiət  və  cəmiyyətin qarşılıqlı  təsirinin  elə 
mərhələsidir ki, burada inkişafin müəyyənedici amili şüurlu insan 
fəaliyyəti  olur.  İnsanı  əhatə  edən  mühit  -   insanlara  v ə  onlann 
təsərrüfatına  birbaşa  təsir  göstərən  abiotik,  biotik  v ə  sosial 
mühitlərin məcmusudur.
Sosial  m ühit -   insanların bir-biri  ilə  həmçinin  inlann  ya­
ratdıqları maddi və mədəni dəyər arasındakı münasibətləridir.
Texnosfer -  biosferin insan tərəfindən köklü şəkildə texni­
ki  və  texnogen obyektlərə  (yollar,  tikintilər,  mexanizmlər  v ə  s.) 
çevrilmiş hissəsidir.
Ekolojiləşdirm ə -  ekoloji ideyaların ictimai həyatın bütün 
tərəflərinə nüfiız etməsidir.
Ekoloji taxça -  növün təbiətdə mövcud olmasım mümkün 
edən bütün mühit  amillərinin məcmusudur.  Sadalanan anlayışlar 
əyani  surətdə  sosial  ekologiyanın  inteqral  xarakterini  nümayiş 
etdirir,  çünki  onun  bir  çox  məsələlərinin  işıqlandırılması  aynca 
elmi istiqamətin çərçivəsindən əhəmiyyətli dərəcədə kənara çı­
xır.  Sosial  ekologiya m üxtəlif elmlərin  ekoloji  tədqiqatlarını  va­
hid  bir  məcrada  birləşdirir,  onlann  nəticələrini  əlaqələndirir  və
 
ümumiləşdirir, predmetin tamlığım təmin edir.
§4. S osial ekologiya
 və 
digər elm lər
Sosial ekologiya bir  çox elmi  sahələrin qovuşuğunda tə­
şəkkül tapmışdır.
Sosial  ekologiya  özündə  həm  bioloji  problemlərin,  həm 
də  elmin  m üxtəlif  istiqamətlərinin  iqtisadi,  sosial,  mədəni, 
texniki  problemlərinin  öyrənilməsini  birləşdirən  elmlər kom­
270
pleksidir.  Bununla  belə,  bu  kompleksdə  sosioloji  problemlər 
əsas  problemlərdən  biri  olaraq  qalır,  çünki  insan  hər  şeydən 
əvvəl  sosial  varlıqdır.  Təbiətlə  insanın qarşılıqlı m ünasibətlə­
rinin  optimallaşdırılması  sosial  sferaya  diqqəti  artırmadan 
mümkün  deyildir.  Bu problemlərin həlli  ictimai  həyatın  sosial 
tərəfinin  vəziyyətini,  fəaliyyəti  və  inkişafının  qanunauyğun­
luqlarım  öyrənən  sosiologiyanın  öhdəsinə  düşür.  Bu  qanuna­
uyğunluqları  bilm ək  müasir  ekoloji  böhran  şəraitində  yalnız 
həyat  və  sağlamlığı  qoruyub  saxlamaq  üçün  deyil,  həm  də 
müxtəlif səviyyəli  ekosistemlərin  möhkəmliyini  təm in  etmək 
üçün zəruridir.
İnsan  öz  həyat  fəaliyyətini  spesifik  xüsusiyyətləri  canlı 
orqanizmlər  səviyyəsində  gedən  proseslərlə  m üəyyən  olunan 
biosfer  səviyyəsində  həyata  keçirir.  Sosial  ekologiya  bioloji 
məhsuldarlıq və insanın yaşadığı mühitin dayanıqlığı problem­
lərini  ortaya  qoyur.  Bu problemləri  isə bilavasitə  biologiyanın 
məcrasında yaranan elm kimi ekologiya h əll edir.
Ekologiya  yalnız  orqanizmlərin  bir-biri  ilə  v ə  yaşama 
mühiti  ilə  qarşılıqlı  təsirinin  qanunauyğunluqlarını  deyil,  həm 
də  ekosistemlərə  antropogen  təsiri  öyrənir.  Təbii  sistemlərin 
fəaliyyət qanunauyğunluqlarını dərk etmək, təbiətlə cəm iyyə­
tin qarşılıqlı  təsirində balansı tapmaq,  inkişaf edən sosioekosi- 
stemin tarazlığını təmin etmək üçün zəruridir.  Bu gün ənənəvi 
biologiyada  tədqiqatların  iki  istiqaməti  m üəyyənləşm işdir.  1) 
canlı  təbiətdə  baş  verən  hadisələrin  izaholunma  metodlarının 
axtarılmasına yönəlm iş istiqamət;  2) bu təbiəti qoruyub  saxla­
maq və  inkişaf etdirmək  m əqsədilə  onun  idarə  olunması  me­
todlarını aşkar edən istiqamət.
Biologiyada tədqiqatların  əsas  sahələri  içərisində  aşağı­
dakılar  fərqlənir:  1)  bioloji  ehtiyatların  təzələnm əsinin  təmin 
olunması;  2)  m üxtəlif  səviyyəli  ekosistemlərin  dayanıqlığının 
təmin olunması.
Coğrafi  başlanğıc  sosial  ekologiyaya  çoxaspektli  yanaş­
ma  imkanı  verir.  Coğrafiya  hər  şeydən  əvvəl  sosial-ekoloji 
problemlər kompleksinin ərazi aspektlərini  tədqiq edir, təbiət­
dən rasional  istifadə olunmasının elmi əsaslarını işləyib hazır­
271


layır.  Coğrafiyada  ekoloji  spektrin əsas  elmi  istiqam ətləri  aşa­
ğıdakılardan  ibarətdir:  təsərrüfat  fəaliyyəti  nəticələrinin  ya­
şayış  mühitinə  təsirinin  elm i-coğrafi  proqnozlaşdırılması,  hə­
min  mühitin  antropogen  dəyişikliklərinə  nəzarət,  təbii-texniki 
sistemlərdə mühitin optimallaşdınlması.
Sosial ekologiya və coğrafiyanın qovuşuğunda yeni elmi isti­
qamət -  geoekologiya yaranmışdır.  Onun obyektini məkan ve eko­
loji tədqiqat yanaşmalarım birləşdirən geoekosistemlər təşkil edir.
Sosial  ekologiya  bilavasitə  insan  ekologiyası  ilə  bağlıdır. 
İnsan  ekologiyasım  bütövlükdə  insanın  onun  yaşadığı  təbii 
m ühitlə qarşılıqlı  təsiri  haqqında  elm  kim i  m üəyyən  edirlər. 
İnsan  ekologiyası  aşağıdakı  problemləri  tədqiq  edir:  insanın 
özünün,  onun  fiziki  və  psixi  sağlamlığının  qorunması  v ə  insanı 
əhatə  edən ətraf mühitin mühafizəsi.  İnsan  ekologiyası, hər şey­
dən əvvəl, ətraf mühitin insana həm təbii, həm də sosial-iqtisadi 
amillərinin  təsirini  öyrənir.  İnsan  ekologiyasında  aşağıdakı  isti­
qamətləri  ayırd  etmək olar:  insan populyasiyasımn sabitliyi pro­
bleminin aşkarlanması, təbii və antropogen mühitin insana təsiri­
nin öyrənilməsi,  insan orqanizminin ətraf mühitin müxtəlif amil­
lərinə adaptasiyası ehtiyatlarının müəyyən edilməsi.
Müasir  şəraitdə  həyat  və  sağlamlığın  mühafizəsi  sivili­
zasiyama  qarşısında  duran  ən  mühüm  m əsələlərdən  bindir, 
çünki biosferin parametrləri insanın Yer üzündə mövcud olma­
sı ilə bir araya sığmayan həddə çata bilər.
Mühitin  çirklənməsinin çoxalması,  psixi  və  emosional  yük­
lənmələrin artması orqanizmin təbii bioloji müqavimət qabiliyyəti­
nin azalmasına gətirib çıxarır. Buradan belə nəticöye gəlmək olur ki, 
insanın dəyişən mühitdə adaptasiya imkanları hüdudsuz deyildir.
Sosial-iqtisadi  inkişaf  parametrlərinin  əhamiyyətli  də­
rəcədə  dəyişm əsi  şəraitində  «insanın  keyfiyyəti»,  «həyatın 
keyfiyyəti»,  «həyat tərzi»,  «həyat səviyyəsi» kimi göstəricilə­
rə  diqqətin  artırılması  mühüm  əhəm iyyət  kəsb  edir.  N.F. 
Reymers  belə  hesab  edir  ki,  perspektivli  cəm iyyətə  «sosial  və 
iqtisadi  göstəricilərinə  görə  tamamilə  sağlam heyat mühitində 
yaşayan,  genetik,  fiziki və psixi cəhətdən sağlam olan,  yüksək 
intellektə malik insanlar lazımdır».
272
Sağlamlıq  insan  həyatının  keyfiyyətinin  inteqral  göstə­
ricisi kimi çıxış edir.  İnsanın sağlamlığını müəyyən edən amil­
lər  aşağıdakılardır:  (Ümumdünya  Səhiyyə  Təşkilatının  m əlu­
matlarına  əsasən):  həyat  tərzi  (50-52% ),  irsiyyət  (20-22% ), 
ətraf mühitin  vəziyyəti  (18-20% ),  səhiyyə  sistemi  (7-12% ). 
Ümumdünya sağlamlıq  təşkilatı  sağlamlığı tam  fiziki,  psixi  və 
sosial fıravanlığın təzahürü kimi izah edir.
İnsanın sağlamlığının qorunub saxlanması məsələsinin həl­
li  insanların yaşayışının sosial-iqtisadi şəraitinin yaxşılaşdırılma­
sını  tələb  edir.  Bununla  belə,  insanların  sağlamlığı  həm  ekoloji 
şəraitin sağlamlaşdınlması,  həm  də  insanların özlərinin  davranı­
şının əhəmiyyətli dərəcədə dəyişilməsi zərurəti ilə bağlıdır.
İqtisadiyyatda  həyat  səviyyəsi  istehlak  olunan  maddi 
nemətlərin və xidmətlərin ümumi həcm i, əhalinin real gəlirləri 
və  s. kimi kəm iyyət və keyfiyyət göstəriciləri ilə  ifadə  olunur. 
Bu  halda  aşağıdakı  səviyyələri  ayırmaq  olar:  fizioloji  mini­
mum,  minimal  təminat,  yaşayış  minimumu.  Həmin  göstərici­
lərə  sosial  ekologiyada  insanın  optimal  ehtiyaclarına  uyğun 
yaşayış mühiti əlavə olunur.
Hazırda  ekoloji  münasibətlərin  ahəngdarlaşması  insanı 
əhatə  edən  mühitin  mühafizəsinin  iqtisadi  və  hüquqi  mexa­
nizmlərini  əhəm iyyətli dərəcədə qüvvətləndirmədən mümkün 
deyildir.  Bu  kontekstdə  ekoloji  hüququn  həm  nəzəri,  həm  də 
tətbiqi  aspektləri  müstəsna  əhəm iyyət  kəsb  edir.  Ekoloji 
hüquq  ekoloji  ictimai  münasibətləri  tənzim ləyən  hüquqi  nor­
malar  siistemidir  ki,  bununda  m əqsədi  təbiət  və  cəm iyyətin 
ahəngdar inkşafını təmin etməkdən ibarətdir.
Müasir şəraitdə,antropogen yüklənmələrin sürətlə artdığı 
bir  vaxtda təbiətin mühafizəsi  üzrə  tədbirlər planetdə  baş  ve­
rən dəyişikliklərdən geri  qalır.  Bununla əlaqədar olaraq insan­
la  təbiətin  qarşılıqlı  təsiri  sahəsində  ictimai  münasibətlərin 
prinsipcə  yeni  formalarım  və  bu  münasibətlərin  müvafiq 
hüquqi təminatını bərqərar etmək tələb olunur.
Fəlsəfə müasir ekoloji problematika çərçivəsində elmi idey­
aların  inkişafının  real  proseslərim  və meyllərini nəzərdən keçirir. 
Fəlsəfi  bilik  təbiətlə  cəmiyyətin  qarşılıqlı  təsirinin  optimallaşdı-
273


Yüklə 186,3 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə