Sosiologiya (Dərslik)


metodika ilə  keçirilməsi  müəllimin m ütəxəssis kimi  aşağı  sə­



Yüklə 186,3 Kb.
Pdf görüntüsü
səhifə70/73
tarix06.05.2018
ölçüsü186,3 Kb.
#42945
növüDərs
1   ...   65   66   67   68   69   70   71   72   73

metodika ilə  keçirilməsi  müəllimin m ütəxəssis kimi  aşağı  sə­
viyyədə olması ilə aydın olur.  M əhz bu cür hallarda, tədqiqatın 
iki  obyekti  müəyyən  edilir:  əsas  obyekt  -   dinləyicilər,  əlavə 
obyekt  -  müəllimlər.  Obyektin  düzgün  göstərilməsi  tədqiqatın 
predmetinin  düzgün m üəyyən  edilm əsinə  kömək edir.  Tədqi­
qatın predmetinə  obyektin  o  tərəfləri  və  cəhətləri  daxildir ki,
 
həmin tərəflər və  cəhətlərlə  tədqiq  olunan problemi  tam mə­
nada öyrənmək olar. B elə ki, yuxanda qeyd etdiyimiz misalda, 
tədqiqatın predmetinə  seminann  səm ərəli  işi  ilə  müəllimlərin 
professionallıq səviyyəsi arasındakı əlaqəsinin təmərküzləşmiş 
ifadəsi kimi meydana çıxır.
4. 
Əsas anlayışların m əntiqi təhlili.  Sosioloji tədqiqatın 
bu  hissəsində  bir  sıra  metodoloji  proseduralann  həyata  keçi­
rilm əsi nəzərdə  tutulur.  B elə ki,  bu proseduralar olmadan təd­
qiqatın instrumentariyasında sosioloji  tədqiqatın vahid konsep­
siyasının  tərtib  hissəsi  olan  ilkin  informasiyanın  cəm ləşdiril- 
m əsi mümkün deyil.  Dem əli,  onun məqsəd və  vəzifələrini re­
allaşdırmaq,  habelə  irəli  sürülən  hipotezin  doğruluğunu  yox­
lamaq, mümkün deyil.
Bu  proseduralann  mahiyyəti  tədqiqat  prosesində  mühüm 
rol  oynayan  əsas  anlayışlann  məntiqi  quruluşundan  ibarətdir. 
Tətbiqi sosiologiyada tədqiqatın predmetinin müəyyən olunma­
sında başlıca yer tutan anlayışlar əsas anlayışlar adlanır.  Bu  an­
layışların məntiqi təhlili, onlann məzmun və strukturunun dəqiq 
və hərtərəfli izah olunmasım tələb edir.  Məhz bu əsasda,  öyrə­
nilən hadisənin ünsürləri və  xüsusiyyətlərinin nisbətinin aydın­
laşdırılması, onun vəziyyəti haqqında bitkin təsəvvür verir.
M əsələn,  zəhmətkeşlərin  bu  və  ya  digər  kateqoriyasının 
sosial  fəallığının öyrənilməsində  “sosial  fəallıq”  və  s.  əsas  an­
layışının məntiqi təhlili əmək, sosial -  siyasi fəallıq və s.  fəallıq 
sferalarına ayrılmasım tələb edir. Deməli, bu ayrılmış anlayışları 
aydınlaşdıraraq “tədricən”  tədqiqat predmetinin ayn-ayn tərəf­
lərinin mahiyyətinin müəyyən edilməsinə yaxınlaşdırırıq.
Əsas  anlayışlann  məntiqi  təhlili  və  sosioloji  tədqiqatın 
növü  arasında  sıx  asılılıq  mövcuddur.  B elə  ki,  planlaşdmlmış 
tədqiqatın  növü  nə  qədər  mürəkkəb  xarakter  daşıyırsa,  əsas
278
anlayışlann məntiqi təhlilinin strukturu  daha tutumlu olur.  Ha­
belə,  əsas  anlayışların  təhlilinin  xarakteri  ilkin  sosioloji  infor­
masiyanın  yığılm ası  instrumentariyasmın  məntiqi  qoyuluşuna 
bilavasitə təsir göstərir.
5.  T ədqiqatın  hipotezinin  form ula  edilm əsi.  Bu və  ya
digər tədqiqatm məqsədinin  reallaşdmiması  tədqiqatçı  tərəfin­
dən müəyyən ardıcıllıqla tətbiq olunan addımlara, üsullara əsas­
lanır.  Bu  metodlann  seçilməsi,  daha  dəqiq  desək,  tədqiqatın
 
ümumi  istiqaməti  hipotezin  formulə  edilməsinə  qədər  həyata 
keçirilir.  Hipotez  -   hər  hansı  faktın,  hadisə  və  prosesin  izah 
edilməsi  üçün  irəli  sürülən  elmi  fərziyyədir.  Belə  ki,  bu  fər­
ziyyə ya təsdiq olunur,  ya da  inkar edilir.  Məhz, buradan  aydın 
olur ki, hipotezin qabaqcadan irəli  sürülməsi, bütövlükdə tədqi­
qat prosesinin daxili məntiqini müəyyən edir.
Məlum  olduğu  kimi  hər hansı  sosioloji  tədqiqat  öyrəni­
lən  problemin  meydana  gəlm əsinin  səbəbləri  haqqında  qa­
baqcadan  nəzərdə  tutulan  fərziyyələrə  əsaslanır.  Əgər  tədqi­
qatçı  həmin  səbəbləri  müəyyən  etm əyə  məqsədyönlü  cəhd 
göstərirsə,  onda  o,  hipotez  şəklində,  öz  fərziyyələrini  irəli 
sürür.  Məhz hipotez tədqiqatın operativliyini  artınr,  tədqiqatın 
obyektini  v ə  sosioloji  informasiyanın  yığılm ası  metodunun 
düzgün seçilm əsinə kömək edir.
Burada  başlıca  m əsələlərdən  biri  odur  ki,  irəli  sürülən 
hipotez  tədqiqatçının  fikrini  buxovlamasın,  əvvəlcədən  onun 
işinin yekun nəticəsini müəyyənləşdirməsin.
Hipotez xarakterinə və əhəm iyyətinə  görə əsas v ə əlavə 
hipotezə bölm ək olar.
6.  Sosioloji  tədqiqatın  vəzifələri.  Tədqiqatın  vəzifələri 
onun məqsədinə  və  hipotezə  uyğun  olaraq  ifadə  edilir.  Habelə 
tədqiqatın vəzifələri şərti olaraq əsas və əlavə vəzifələrə ayrılır.
Tədqiqatın əsas vəzifəsi özündə mərkəzi sual -  cavab ax­
tarışım əks etdirir.  Belə ki, tədqiq olunan problemin həlli yollan 
və vasitələri hansılardır?  Sualı əsas vəzifənin mahiyyətini  ifadə 
edir.  M əsələn,  əgər tədqiqatın məqsədi  adamlann  siyasi  fəallıq 
səviyyəsinin yüksəldilməsinə  təsir  edən  amillərin  əsas  hipotez 
kimi araşdınlması əsas vəzifə kimi özünü göstərir.
279


Tədqiqat prosesində  elə  şərait yarana bilər ki,  əlavə  hi- 
potezin irəli  sürülməsi  əlavə m əsələlərin  araşdırılmasını  tələb 
edər. Məhz buna uyğun olaraq əlavə vəzifələr irəli sürülür.
Təsviri və analitik sosioloji tədqiqat bir neçə əsas vəzifə­
ləri özündə birləşdirir. B elə ki, bu vəzifələrdən hər birinin həlli 
bunlarla bağlı  olan müəyyən qədər əlavə  vəzifələrin reallaşdı- 
nlmasım tələb edir. M əsələn, “kollektivdə əm ək və iqtisadi tər­
biyənin vəziyyətinin təhlili” əsas vəzifə kimi öyrənilir. Bununla 
əlaqədar  olan  əlavə  vəzifələr  aşağıdakıların  tədqiq olunmasını 
tələb  edə  bilər:  a)  istehsal  intizammm vəziyyəti; b) əmək vər­
dişlərinin  formalaşdırılması üzrə  amillərin  fəaliyyəti;  v) müasir 
iqtisadi təfəkkürü formalaşdıran iqtisadi təbliğat və s.
§2. Sosioloji tədqiqatın m etodikası
Sosioloji tədqiqat proqramının metodik hissəsində aşağı­
dakılar  aiddir;  məcmu  halmda  tədqiqatın  müəyyən  edilməsi, 
ilkin sosioloji  informasiyanın yığılmasında istifadə olunan me­
todların  xarakteristikası,  bu  informasiyanın yığılması  üçün in- 
strumentariyanm  məntiqi  strukturu.  EHM  •-  də  informasiyala­
rın işlənib hazırlanmasının məntiqi sxemi.
Tədqiqat  obyektinin  müəyyən  edilm əsi  yəni  kollektivin 
və  yaxud  onun  üzvlərinin  ayrıca  qruplarının  tədqiqat  obyekti 
kimi  müəyyən  edilm əsi  həmin  insan  məcmuyunun  kəmiyyəti 
və xarakteri haqqında m əsələnin həllini  başa  çatdırmır.  Tədqi­
qat obyekti kimi, bütün insanların sorğusunu (bu min, on min və 
yüz  min  ola  bilər)  keçirmək  səm ərəli  ola bilməz.  Belə  ki,  bu, 
tədqiqatın müddətini uzatmış olar. Bu cür addım, həm də böyük 
miqdarda m aliyyə vəsaitlərinin xərclənm əsinə, çoxlu sayda fə­
alların diqqətdən yayılmasına səbəb olur.  Son nəticədə tədqiqat 
özü də olduqca geniş miqyas alır. M əhz buna görə də əksər hal­
larda  əosioloji  tədqiqat,  başdan  -   başa  deyil,  seçmə  xarakteri 
daşıyır. Daha doğrusu, ciddi qaydalarla öyrənilən obyektin sosi­
al -  demoqrafik cəhətlərinə və  digər struktur xarakteristikasına 
görə  müəyyən  miqdarda  adamlar  seçilir.  Sosioloqların  dilində 
bu  əm əliyyat  “seçm ə”  adlanır.  Sosioloji  tədqiqatın  keyfiyyəti 
məhz seçmənin düzgün həyata keçirilməsindən bilavasitə asılı-
280
dir.  Bu  cür  vəziyyət  sosioloji  tədqiqatın  proqramında  tədqiqat 
obyektinin xüsusiyyətləri və dinamikası nəzərə alınmaq şərti ilə 
seçmə layihəsinin dəqiq əks olunmasını tələb edir.
Seçmənin  layihəsində  tədqiqat  obyektindən  müəyyən 
məcmuyu  insanların  ayrılmasının  prinsipləri  göstərilir;  sorğu­
nun  keçirilməsi  texnikası  əsaslandırılır;  sorğunun  gedişində 
əldə  olunan  informasiyaların  doğruluğunun  müəyyən  edilm ə­
sinə yanaşma ifadə edilir.
Sosioloji  tədqiqatın  proqramının  metodik  hissəsinə,  ha­
belə ilkin informasiyanın (anket sorğusu, müsahibə, sənədlərin 
təhlili, müşahidə və s.) əldə olunması metod və üsullarının xa­
rakteristikası,  tətbiq  olunan  instrumentariyanın  məntiqi  struk­
turu,  habelə  instrumentariyada  sualların  qoyuluşu  qaydası  da­
xildir.  Sosioloji  tədqiqatın  proqramında  instrumentariya 
müstəqil  sənəd  kimi  çıxış  edir.  Proqramda  yuxanda  deyilən­
lərlə yanaşı əldə olunmuş informasiyalann işlənib hazırlanma­
sının məntiqi sxemi də göstərilir.
Göründüyü  kimi,  sosioloji  tədqiqat  proqramının  hazır­
lanması  sadə  iş  deyil.  O,  m üəyyən  qədər  vaxtın  və  qüvvənin 
sərfini tələb edir. Praktika göstərir ki, proqramın işlənib hazır­
lanmasına  tədqiqatın  həyata  keçirilməsindən  daha  çox  vaxt 
sərf olunur.  Təbii  ki,  yüksək  keyfiyyətli  proqramın  hazırlan­
ması tədqiqatın daha yüksək elmi səviyyədə həyata keçirilmə­
sinin mühüm şərtidir.
Tədqiqatın iş planı.  Bu plan əsas prosedur tədbirləri əks 
etdirir.  Təcrübə  sübut  edir ki.  sosioloji  tədqiqatın  düşünülmüş 
iş planının hazırlanması  onun təşkilatçıları  üçün yaxşı  kömək­
dir.  Belə  ki,  o,  qabaqcadan elmi,  təşkilatı  və  maliyyə  m əsrəf­
lərini  daha  dəqiq  müəyyən  etm əyə  imkan  verir,  mənasız  ad­
dımlardan  uzaq  olmağa  kömək  edir.  Plan  tədqiqata,  onun 
həyata keçirilməsinin bütün mərhələlərində ritmiklik gətirir.
Bu planın işlənib  hazırlanması m üəyyən prinsip v ə qay­
daların  ciddi  uçotunu  nəzərdə  tutur.  Bu  prinsip  və  qaydalar 
idarəetmə  və  icra  fəaliyyətinin planlaşdırılması  prinsipləri  ilə 
oxşardır.  Məhz  buna  görə  də,  burada,  sosial  planlaşdırmanın 
ümumi nəzəriyyəsi haqqmda bilik faydalı ola bilər.
281


Yüklə 186,3 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə