Sosiologiya Sual Sosiologiya cəmiyyət haqqında elmdir


Sual 20.Sosial stratifikasiya anlayışı



Yüklə 20,28 Kb.
səhifə11/15
tarix12.01.2023
ölçüsü20,28 Kb.
#98476
1   ...   7   8   9   10   11   12   13   14   15
Sosiologiya

Sual 20.Sosial stratifikasiya anlayışı
Sosiologiyada sosial strukturun daxili elementlərini müəyyənləşdirmək üçün dünya elmində vətəndaşlıq hüququ qazanmış sosial stratifikasiya nəzəriyyəsinə müraciət edildi.Sosial startifikasiya daxili elementlərin şaquli yerləşməsinin məcmusu olub,4 əsas ölçü ilə istiqamətlənir:gəlir,hakimiyyət,təhsil,nüfuz.1)Sərvət və gəlir-ayri ayri qrupların gəlir və sərvət mənbəyi 2 cür olur.Bir tərəfdən hər bir peşə sahibi özünəməxsus yolla gəlir və sərvət əldə edir,digər tərəfdənisə bir sıra şəxslər onlara qalmış miras əsasında gəlir və sərvətə sahib ola bilirlər.2)Hakimiyyət və əzəmət-Təbii ki,cəmiyyətdə mövcud qruplar əllərində olan hakimiyyətə və əzəmətə görə bir -birindən fəqlənir,hakimiyyət nərdivanında onların hər birinin öz yeri və rolu olur.3)Təhsil və bilik-İnsanların təhsil almaq imkanları tarixi boyunca müxtəlif olmuşdur.4)Peşə nüfuzu-Tarixdən bəllidirki bu və ya digər xalqın nümayəndələri ayri-ayri zamanlarda müxtəlif peşələrə üstünlük vermiş öz novbəsində valideynlər övladlarını daha nüfuzlu peşələrə yiyələnməyə sovq etmişdir.
Sual 21.Sosial stratifikasiya meyarları
Sosiologiyada sosial strukturun daxili elementlərini müəyyənləşdirmək üçün dünya elmində vətəndaşlıq hüququ qazanmış sosial stratifikasiya nəzəriyyəsinə müraciət edildi.Ümumiyyətlə müasir cəmiyyət insanları 3,4,6 və daha çox meyarlar əsasında təbəqələrə bölür ki,biz daha optimal variant olan 3 meyarlara ayrılan təbəqələrə nəzər yetirək:YUXARI TƏBƏQƏ-prezidentlər,nazirlər,başqa siyasi liderlər,tanınmış sahibkarlar,məşhur yaradıcı insanlar.ORTA TƏBƏQƏ-təsil işçiləri,yazıçılar,həkimlər,rəssamlar,hüquqşünaslar,kiçik sahibkarlar.AŞAĞI TƏBƏQƏ-fabrik,zavod,tikinti işçiləri,kənd təsərrüfatında çalışanlar,xidmət sahələrində işləyənlər
Sual 22.Sosial mobillik anlayışı
Sosial dəyişikliklərin dinamikasını öyrənmək üçün adətən şaquli və üffiqi startifikasiyadan istifadə edirlət.O,insanın bir sosial səviyyədən başqasına yüksəlməsini yaxud enməsini ya da eyni səviyyədə qalmaqla bir sosial qrupdan digərinə keçməsini izləmyə imkan verir.İnsanın və ya qrupun sosial strukturda tutduğu yerin dəyişməsi sosial yerdəyişmə yaxud mobillik adlanır.Sosial mobilliyin 2 əsas növü vardır:Nəsillərarası mobilllik uzunmüddətli,nəsildaxili mobillik isə qısamüddətlidir.Nəsillərarası mobillik bele hesab edilir ki,uşaq öz valideynlərindən fəqrli olan sosial mövqeyə yiyələnirlər.Məsələn fəhlə atanın oğlu həkim olur və yaxudda həkim atanın oğlu sürücü olur.Nəsillərdaxili mobillikdə isə fərd həyatı boyu öz sosial mövqeyini dəyişir.Məsələn fəhlə,mühəndiz,sex müdiri,zavod direktoru və s.Mobillik şaquli və üfiqi formda olurşşaquli mobillik bitr təbəqədən digərinə keçmədir.Məsələn silk,kasta,sinif .Üfiqui mobillik isə eyni səviyyədə bir sosial qrupdan digərinə yerdəyişmədir.Bir başqa meyarla sosial mobilliyin təsnifatını da vermək olar:fərdi və qrup .Yəni bir insan başqalarından asılı olmayaraq şaquli və ya üfiqi formada həm fərd şəkilində yerdəyişmə edir,həm də bu kollektiv formda ola bilər.

Yüklə 20,28 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə