modelləri güc və etibarlılıq üzrə təqdim edilən tələblərə cavab vermir.
Buna görə dəmiryol xətləri birfazalı dəyiĢən cərəyanlı sistemlə təchiz
edilır və lokomotivlərdə dəyiĢən cərəyanı sabit cətrəyana cevrən xüsusi
avadanlıqlardan istifadə olunur. Elektrik hərəkətli tərkiblərinin qəbul
etdiyi cərəyanın nominal qiymətləri Texniki Ġstismar Qaydalarınana görə
tən-zimlənir: 3 kV-sabit cərəyanlı və 25 kV-dəyiĢən cərəyanlı. Qatarların
hərəkət stabilliyinin təmin olunması üçün
gərginliyin buraxilabilən
qiymətləri sabit cərəyanlıda - 2,7.. .4 kV, dəyiĢən cərəyanlıda isə - 21..
.29 kV olmalıdır. Dəmir yollarının ayrı sahələrində gərginliyin
buraxılabilən ən aĢağı qiyməti sabit cərəyanlı elektrik təchizatı
sistemində 2,4 kV, dəyiĢən cərəyanlı sistemdə isə 19 kV olmalıdır
ElektrikləĢdirilmiĢ dəmir yollarının elektrik təchizatının sistemini
xarakterizə edən əsas parametrlərə dartı yarımstan-siyalarının gücü,
onların arasında məsafə və kontakt asqısının (naqilinin) en kəsik sahəsi
daxildir.
Sabit cərəyanlı elektrikləĢdirilmiĢ dəmir yollarında dartı yarım-
stansiyaları iki funksiyanı yerinə yetirir: gətirilən üçfazalı cərəyan
gərginliyini aĢağı salır və onu sabit cərəyana çevirir. DəyiĢən cərəyanı
ötürən bütün avadanlıqlar açıq meydançalarda,
amma düzləndiricilər və
köməkçi aqreqatlar isə bağlı yerlərdə yerləĢdirilir. Dartı
yarımstansiyalarından elektrik enerjisi qidalandıran xətt-fider üzrə
kontakt Ģəbəkəsinə daxil olur.
Sabit cərəyanlı elektrik təchizatı sisteminin əsas çatıĢma-mazlıqlarına
onun polyarlaĢması, nisbətən aĢağı gərginlik və yolun üst quruluĢunun alt
quruluĢdan tam elektroizolyasiyasının təmin etmək imkanının
yoxluğunun olması və s. daxildir. Müxtəlif qütblü cərəyan naqilləri
(keçiriciləri) kimi xidmət edən relslər və torpaq yatağı elektrokimyəvi
reaksiyanın getməsinin bir sistemini təĢkil edir ki, bu da metalların
korroziyasına gətirib çıxarır. Nəticədə relslərin
və süni tikintilərin xidmət
müddəti azalır. Bunun qarĢısını almaq üçün müvafiq qoruyucu qurğular-
dan istifadə olunur (anod torpaqlayıcıları, katod stansiyaları və
baĢqaları).
Sabit cərəyanlı elektrik təchizatı sistemində olan çatıĢma-mazlıqları
aradan qaldfırmaq üçün dartı yarım stansiyalarının bir-birinə çox yaxın
(10... 20 kilometr) yerləĢdirilir və kontakt naqilinin en kəsik sahəsini
artırırlar.
DəyiĢən cərəyanlı sistemdə elektrik dartısından istifadə etmənin
səmərəliliyi yüksəlir, kontakt Ģəbəkəsi üzrə sabit cərəyanlı sistemlə
müqayisədə daha kiçik cərəyanın gücü tələb edilir. Dartı
yarımstansiyaları bu halda bir-birindən 40... 60 km məsafədə yerləĢir. Bu
halda dartı yarımstansiyasının əsas vəzifəsi gərginliyi 220kV-dan 25 kV-
dək azaltmaqdır. Buna görə onların texniki təchizatı sabit cərəyan
dartıyarımstansiyasına nisbətən daha sadə və ucuzdur. Bundan baĢqa,
birfazalı dəyiĢən cərəyanın sistemində kontakt Ģəbəkəsinin naqillərinin
en kəsik sahəsi iki dəfə kiçikdir. DəyiĢən cərəyan dartı
yarımstansiyalarında avadanlığın yerləĢdirilməsi üçün açıq
meydançalardan istifadə edirlər. Ancaq dəyiĢən cərəyanla iĢləyən
lokomotivlərin və elektrik qatarlarının konstruksiyası
daha mürəkkəb
olub, maya dəyəri daha yuxarıdır. DəyiĢən cərəyanlı elektrik təchizatı
sahəsində dəmiryol yollarının uzununa yerləĢdirilmiĢ metal konstruksi-
yalarında və kommunikasiyalarında dəyiĢən cərəyanın elektromaqnit
sahəsinin təsiri nəticəsində insanlar üçün təhlükəli gərginlik meydana
çıxır.
Kontakt naqillərində, avtomatika və rabitə xətlərində maneələr
yaranır. Buna görə də dəmir yolu tikililərində xüsusi mühafizə tədbirləri
tətbiq edilir. Belə qoruyucu tədbirlərə çəkilən xərclər; relslə torpaq
arasında elektrik izolyasiya etmənin tətbiqi,
hava xətlərinin kabel və
radirele xətləri ilə əvəzedilməsitməsi elektrikləĢdirilməyə sərf edilən
ümumi xərclərin 20-25 %-i təĢkil edir.
Sabit və dəyiĢən cərəyanla əlaqələndirilmiĢ kontakt Ģəbəkəsi xətlərinin
birləĢməsi xüsusi dəmir yolu stansiyalarında həyata keçirirlər. Bəzi
hallarda, belə stansiyaların yaradılması məqsədə uyğun olmadıqda ikiqat
dartı ilə qidalanan elektrovozlardan istifadə etmək daha faydalıdır [9,25].
Dostları ilə paylaş: