Ġsraġl elyazov elxan həSƏNLĠ leyla həSRƏtova


Dəmiryol nəqliyyatının fəaliyyətini tənzimləyən əsas



Yüklə 6,76 Mb.
Pdf görüntüsü
səhifə17/105
tarix15.04.2023
ölçüsü6,76 Mb.
#105788
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   105
Demir yollari kitab tam — 1

 
2.5. Dəmiryol nəqliyyatının fəaliyyətini tənzimləyən əsas
 
normativ sənədlər 
Dəmiryol nəqliyyatının hüquqi, təĢkilatı və iqtisadı təsərrüfat 
fəaliyyəti, onun digər dövlət orqanları və nəqliyyat növləri ilə qarĢılıqlı 
əlaqəsi və dəmir yol nəqliyyatı sahəsində dövlət siyasətinini həyata 
keçirilməsi Azəqbaycan Respublikasının “Dəmir yol nəqliyyatı” 
haqqında 13 yanvar 2001-ci ildə qəbul olunmuĢ Qanunu ilə tənzimlənir. 
Həmin qanunda dəmir yol nəqliyyatının əsas funksianal prinsipləri öz 
əksini tapıb: iĢin dözümlülüyü, bağlılıq, təhlükəsizlik və göstərilən 
xidmətin keyfiyyəti, konkrensiyanın inkiĢafı və bazar xidməti, ölkədə 
vahid nəqliyyat sisteminin birgə fəaliyyətinin razılılığı. 
Dəmir yol nəqliyyatında daĢıma prosesi hərəkətin təhlükəsizliyinə
sərniĢinlərin və yüklərin daĢıma müddətlərinin yerinə yetirilməsinə, 
daĢımaların səmərəliliyinin təmin edilməsinə ciddi riayət etməklə həyata
keçirilməlidir. Dəmir yolunda qatarların hətəkət təhlükəsizliyi və dəmir 
yolunun nizamlı və fasiləsiz iĢi bilavasitə “Texniki Ġstismar Qaydaları”, 
“Dəmir yolunun ĠĢarəvermə Təlimatı” və “Dəmir yollarında qatarların 
hərəkəti və manevr iĢinə dair Təlimatları”-nın tələblərinin dəqiq yerinə 
yetirilməsi nəticəsində təmin olunur. 
Azərbaycan Dəmir Yolu rəisinin 24 dekabr 1999-cu il 418/H saylı 
əmrilə təsdiq olunmuĢ “Azərbaycan Dövlət Dəmir Yolunun Texniki 
Ġstismar Qaydaları” dəmir yolunun və dəmir yolu nəqliyyatı iĢçilərinin
əsas mövqeyini və iĢ qaydalarını, mühüm tikililərin, qurğuların və 
hərəkət tərkiblərinin əsas ölçülərini, saxlanma normalarını və onlara 
qarĢı olan tələbləri, qatarların hərəkətinin təĢkili sistemini və 
iĢarəvermənin prinsip və qaydalarını müəyyənləĢdirir [1]. 
Azərbaycan Dəmir Yolu rəisinin 06 aprel 2000-ci il 123-H saylı 
əmrilə təsdiq olunmuĢ “Azərbaycan Dövlət Dəmir Yolunun ĠĢarəvermə 
Təlimatı” dəmir yolunda qatarların hərəkəti və manevr iĢlərinə aid olan 
əmr və göstəriĢlərin verilməsi üçün görünən və səsli iĢarələr sistemini, 


eləcə də bu iĢarələrin verilməsi üçün nəzərdə tutulan iĢarəvermə 
cihazlarının növlərini müəyyən edir [2]. 
Azərbaycan Dəmir Yolu rəisinin 24 iyul 2001-ci il 201/H saylı əmrilə 
təsdiq olunmuĢ “Azərbaycan Dövlət Dəmir Yolu qatarların hərəkəti və 
manevr iĢinə dair Təlimatı” dəmir yolunda iĢarəvermə və əlaqə-rabitə 
vasitələrinin həm normal Ģəraitdə, həm də bu qurğuların nasaz 
vəziyyətində qatarların qəbulu, göndərilməsi və buraxılması; dəmir 
yollarında və qurğularda təmir-tikinti iĢləri aparılması zamanı qatarların 
qəbulu və göndərilməsi; stansiyalarda manevrlərin aparılması; qatarlara 
xəbardarlıqların verilməsi və göstərilən əməliyyatların yerinə yetirilməsi 
ilə əlaqədar olan digər qayda və prinsipləri müəyyənləĢdirir [3].
Dəmir yol nəqliyyatının fəaliyyətini tənzimləyən normativ sənədlərə 
həmçinin “Dəmir yollarının Nizamnaməsi”, qatarların təĢkil olunması 
planı və hərəkət qrafiki aiddir. Azərbaycan Dəmir Yolları QSC-nin 
Nizamnaməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 fevral, 
2010-cu il tarixi qərarı ilə təsdiq olunan normativ hüquqi sənədidir. Bu 
Nizamnamə 9 bölmədən ibarətdir: ümumi müddəalar, cəmiyyətin hüquqi 
statusu, cəmiyyətin əsas məqsədi və fəaliyyət istiqaməti, cəmiyyətin ni-
zamnamə kapitalı və əmlakı, cəmiyyətdə uçot və hesabatın aparılması, 
cəmiyyətin ali idarəetmə orqanı, cəmiyyətin iĢçi orqanı. cəmiyyətin sədri, 
daxili audit və maliyyə mexanizmı. Nizamnamədə dəmir yol 
nəqliyyatında daĢıma prosesinin, yük və kommersiya əməliyyatlarının 
hüquqi əsasları və dəmir yolunun idarə olunma prinsipləri verilməklə
bərabər, dəmir yolunun təsərrüfat fəaliyyətinin əsas istiqamətləri və onun 
digər nəqliyyt növləri ilə qarĢılıqlı əlaqəsi müəyyənləĢdirilir. 
Qatarların təĢkil olunması planı hər bir stansiya tərəfindən təĢkil 
edilmiĢ qatarın təyinatını, ceĢidləyici və ya boĢaldıcı stansiyanı müəyyən 
edir. Qatarların təĢkil olunması planının optimal variantının tərtib 
edilməsi vaqonların dövriyyəsini sürətləndirməyə, stansiyalarda manevr 
iĢinin həcmini azaltmağa və daĢımalara sərf olan xərcləri aĢağı salmağa 
imkan verir. Qatarların təĢkil olunması planı və hərəkət qrafiki tərkiblərin 
kütlə və uzunluq normalarını müəyyən edir. Qatarların hərəkət qrafiki 
dəmiryol nəqliyyatının bütün bölmələrinin iĢini əlaqələndirir, sərniĢin və 


yükdaĢıma planlarının yerinə yetirilməsini təmin edir. Hərəkət qrafiki 
stansiyaların və mənzillərin qatarburaxma qabiliyyətindən, hərəkət 
vasitələrindən səmərəli istifadəni, qatarların hərəkətinin təhlükəsizliyini 
nəzərdə tutur. 
Dəmiryol nəqliyyatının bütün istismar fəaliyyəti yuxarıda qeyd olunan 
hüquqi-normatıv sənədlərin tələblərinə əsaslanmalıdır. 



Yüklə 6,76 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə