Ġsraġl elyazov elxan həSƏNLĠ leyla həSRƏtova


Dəmiryol nəqliyyatında struktur islahatları



Yüklə 6,76 Mb.
Pdf görüntüsü
səhifə16/105
tarix15.04.2023
ölçüsü6,76 Mb.
#105788
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   105
Demir yollari kitab tam — 1

2.4. Dəmiryol nəqliyyatında struktur islahatları 
XX əsrin sonu və XXI əsrin əvvəllərində bazar iqtisadiyyatı Ģəraitində 
dəmiryol nəqliyyatında iĢin keyfiyyətinin və rəqabətə davamlılığın 
artırılması məqsədilə islahatların aparılması prosesinə baĢlandı. Ölkənin 
dəmiryol nəqliyyatında struktur islahatlarının aparılması haqqında ilk 
tədbirlər planı Azərbaycan Respublikası hökumətinin qərarı ilə təsdiq 
olunmuĢ və 1996-cı ildə Azərbaycan Dövlət Dəmir Yolunun yaranması 
ilə əlaqədar olaraq həyata keçirilmiĢdir. Azərbaycan Respublikasında 
dəmir yolunun hərtərəfli inkiĢafını, iqtisadiyyatın və əhalinin daĢımalara 
olan təlabatının daha dolğun ödənilməsini, bu sahədə idarəetmənin 
təkmilləĢdirilməsini və indiyə kimi aparılan iĢlərin səmərəliliyini 
artırmaq məqsədi Azərbaycan Respublikası Prezidentinin 20 iyul 2009-
cu il tarixli Sərancamı ilə Nəqliyyat Nazirliyinin tabeçiliyində səhmləri 
dövlətə məxsus olan “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar 
Cəmiyyəti yaradıldı. Ölkəmizdə dəmir yol nəqliyyat sisteminin daha da 
inkiĢaf etdirilməsi, beynəlxalq nəqliyyat dəhlizlərində Azərbaycanın 
əlveriĢli coğrafi mövqeyi, əhalinin və iqtisadiyyatın dəmir yolu nəqliyyatı 
xidmətlərinə olan təlabatlarının ödənilməsini təmin etmək məqsədi ilə 
Azərbaycan Respublikası Prezidentinin 6 iyul 2010-cu il tarixli Sərancam 
imzalanmıĢdır. Bu sərəncamla “Azərbaycan Respublikasında dəmir yol 
nəqliyyatı sisteminin 2010-2014-cü illərdə inkiĢafına dair Dövlət 
Proqramı” təsdiq edilmiĢdir. Proqramda Azərbaycanın və xarici ölkələrin 
dəmiryol nəqliyyatının iĢinin analizinə əsaslanaraq sahədə islahatın 
aparılmasının məqsədi, əsas məsələləri, islahatın reallaĢdırılmasının 
mərhələləri və dəmir yolunun təsərrüfat sahələri üzrə yerinə yetiriləcək 
iĢlər əsaslandırılmıĢdır. Proqrama uyğun olaraq struktur islahatın məq-


sədləri aĢağıdakılar müəyyən olunmuĢdur: ümummilli iqtisadi inkiĢafın 
və ölkənin vahid iqtisadi zonasının təminatı üçün dəmiryol nəqliyyatı 
iĢinin stabilliyinin yüksəldilməsi, onlara göstərilən xidmət keyfiyyətinin 
və təhlükəsizliyin artırılması; ölkənin vahid ahəngdar nəqliyyat 
sisteminin formalaĢması; dəmiryol nəqliyyatıyla yüklərin daĢınmasına 
ümumi xərclərin azalması; dəmiryol nəqliyyatıyla verilən xidmətlərə 
artan tələbatın təmin olunması [21,16]. 
Struktur islahatlarının reallaĢdırılması və Proqramın məqsədinə nail 
olmaq üçün aĢağıdakılar nəzərdə tutulmuĢdur: mərhələli Ģəkildə ardıcıl 
olaraq islahatın aparılması və dönməz proseslərin riskinin 
minimallaĢdırması; dövlət tənzimləməsinin və təsərrüfat fəaliyyətinin 
idarə edilməsinin funksiyalarının bölünməsi; nəqliyyat xidmətləri 
keyfiyyətinin və səmərəliliyinin artırılması məqsədilə sahənin inhisarçılıq 
mövqeyindən daha konkurent mövqeyə keçirilməsi; təsərrüfat 
fəaliyyətinin əsas və qeyri əsas növlərinin bölünməsi; təsərrüfat 
fəaliyyətin əsas növləri üzrə struktur təĢkilatlarının formalaĢması (yük, 
sərniĢin, Ģəhərətrafı daĢınmalar və s.); inhisar sektorunun (infrastruk-
turların) üstündə dövlət tənzimləməsinin və nəzarətinin saxlanılması; 
islahat aparmanın ilk illərində yük daĢımaları infrastrukturunun müəyyən 
hissəsinin sahibkarlarda saxlanması və mərhələli Ģəkildə hərəkət 
tərkiblərinin 
asılı 
olmayan 
kompaniyalara 
verilməsi.Ġslahatın 
aparılmasının hazırlıq mərhələsi 2001-2008-cü illəri əhatə edir. Bu 
mərhələdə dəmir yolunun maddi-texniki bazası geniĢləndirilir. Dəmir 
yolunda dövlət siyasətini yerinə yetirən, onun inkiĢaf istiqamətini 
müəyən edən və bütün nəqliyyat növləri üzrə normativ hüquqi sənədlərin 
hazırlanmasını əlaqələndirən dövləq orqanının-Nəqliyyat Nazirliyinin 
təĢkil olunması bu mərhələnin əsas məsələsi oldu. 
Ġslahatın aparılmasının ikinci mərhələsi 2009-2014-cü illəri əhatə 
etməlidir. Azərbaycan Respublikasında dəmir yolunun hərtərəfli 
inkiĢafını, iqtisadiyyatın və əhalinin daĢımalara olan təlabatının daha tam 
ödənilməsini, bu sahədə idarəetmənin yerinə yetirilməsi və daĢıma 
prosesinin səmərəliliyini artırılması məqsədiilə mərhələnin ilk 
vaxtlarında yaradılan “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar 


Cəmiyyəti oldu. Ġslahatın aparılmasının üçüncü mərhələsi 2015-2020 
illəri əhatə etməlidir. 

Yüklə 6,76 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə