və nizamlayıcı rels kimi istifadə olunurdu. Hal-hazırkı standart relslərin
uzunluğu 25 metr təĢkil edir.
25 metrlik rels döĢənmiĢ əyri sahələrdə 24, 84 m və 24,92 m, 12,5
metrlik döĢənmiĢ əyri sahələrdə 12,38; 12,42 və 12,46 m qısaldılmıĢ
relslərdən istifadə olunur [16,26,42].
4.7. Ballast qatı
Rels-Ģpal çərçivəsi ballast qatının üzərinə qoyulur. Ballast qatının
vəzifəsi Ģpaldan aldığı yükü bərabər qaydada torpaq yatağına ötürməkdən
ibarətdir, eyni zamanda ballast yumĢaq yastıq rolunu oynayır və aldığı
zərbəni mülayimləĢdirir, həmçinin rels-Ģpal çərçivəsinin
səviyyəsini sabit
saxlayır. Əgər rels-Ģpal çərçivəsinin altı möhkəm olarsa, onda yolda çökmə
və yatmalar, çarpazlar əmələ gəlmir, torpaq yatağından palçıq üzə çıxmır.
Yol təsərrüfatının cari saxlanmasında ballast materiallarının
seçilməsi
mühüm əhəmiyyət kəsb edir. Ona görə də ballast materialları elə olmalıdır
ki, qatar altında əzilməməlidir, sürüĢkən olmamalıdır, bütün fəsillərdə
dözümlü olmalı, suyu yaxĢı süzməlidir.
Ballast materiallarına qırma daĢ, çınqıl, azbest, qum və Ģlak aiddir.
Qırma daĢ dedikdə təbii daĢın doğranmasından alınan material baĢa
düĢülür. Dövlət standartına uyğun olaraq iki variantda qırma daĢ növü
mövcuddur, 25-60 mm və 5-25 mm. Bəzi qırma-daĢ istehsal edən zavodlar
rekonstruksiya olmadığına görə 25-70 mm ölçüdə qırma daĢ istehsal edir.
Ölçülərin azaldılması vacib əhəmiyyət kəsb edir. Belə ballastın
üzərində
dəmir-beton Ģpal kip oturur və yerdəyiĢməyə məruz qalır. Çınqıl və qum-
çınqıl ballast, təbii qarıĢıqdan alınır və 3-60 mm ölçüdə olur.Bu ballast
növü də qırma daĢ ballast kimi ağır tipə malikdir.
Qum ballastına 1-3 mm ölçüdə kvars qumu aid edilir və az fəaliyyətdə
olan sahələrdə istifadə edirlər.
ġlak ballast ancaq metallurgiya kombinatlarının yollarında
istifadə
edirlər.
Ballast prizmasının en kəsiyi üst quruluĢ materialının tipindən asılı olaraq
qurulur. Azərbaycanın dəmir yollarında yük dövriyyəsindən asılı olaraq üç tip
üst quruluĢdan istifadə olunur. 1-ci tip çox ağır yəni R-75, ağır R-65 və
normal R-50 tipli relslər.
Qırma daĢ ballastında iki təbəqəli prizmadan istifadə olunur, yəni qırma
daĢ təbəqəsinin altında altından qum yastığı və yaxud çınqıl yastığı qurulur.
Məqsəd daĢa qənaət olunur, həmçinin qırma daĢın çirklənməsinin qarĢısı
alınır.
Qaya üzərində qurulan torpaq yatağında belə yastığa ehtiyac yaranmır.
Ballast prizmasının yamacının dikliyi 1:1,5 ölçüdə olur. Ballastın üst
qatının səviyyəsi, Ģpalın üst oturacağının səviyyəsindən 3 sm aĢağı
olmalıdır ki, avtobloklama ilə təchiz olmuĢ sahələrdə ballastın relsin
nodoĢuna toxunmasın və bununla da iĢarə və dartı cərəyanının itkisinin
qarĢısı alınsın. BaĢqa sahələrdə bu normativə əməl etməmək də olar.
Üst quruluĢ materialının tipindən asılı olaraq 20 sm qalınlıqda olan qum
yastığından sonra 25-40 sm qalınlıqda ballast qatı təyin olunur. Ağac Ģpallı
baĢ yollarda ballast prizmasının qalınlığı 25-35 sm, dəmir-beton Ģpallı
yollarda isə 30-40 cm olur. Əyri sahələrdə xaric relsin hündür olmasını
nəzərə alaraq ballast qatının üstü səthi üfüqi
istiqamətində əyri olur və
ballast qatının qalınlığı dəyiĢir.
Rels-Ģpal çərçivəsinin yana yerdəyiĢməsinin qarĢısını almaq məqsədi ilə
ballast prizmasının cinah ölçüsünü böyüdürlər. Ballast prizmasının cinahı
dedikdə Ģpalın ucundan ballastın əyilmə səddinə qədər olan məsafə (25-45
sm) baĢa düĢülür. Ballast prizmasının cinahının ölçüsü 25 sm-dən az
olmamalıdır.
Ballast prizmasının ölçüsü tək yolda Ģpalın uzunluğu və iki
cinahın
cəmi qədər götürülür, yəni 2,75+2∙0,45-2∙0,025=3,60 m. Ġki xəttli
yollarda isə bu rəqəmin üzərinə 4,1 m gəlinir.
Stansiya yollarında əgər yolların oxu arasındakı məsafə 6,5 m-dən
çoxdursa o zaman ayrı-ayrı torpaq yatağının tikilməsinə icazə verilir.
Vacib
Ģərtlərdən biri odur ki, ballastın çirklənməsinə yol verilməsin [26,27].
Dostları ilə paylaş: