Strateji TƏHLİL



Yüklə 233,96 Kb.
Pdf görüntüsü
səhifə10/10
tarix14.05.2018
ölçüsü233,96 Kb.
#43535
1   2   3   4   5   6   7   8   9   10

STRATEJİ TƏHLİL | Say 3-4 (21-22) • 2017

126 

Sadalananlar sadəcə multikulturalizm kontekstində keçirilən tədbirlərin 

bəziləridir.  Ermənistanın  təcavüzünə  məruz  qalan  və  beynəlxalq  aləmdə 

uzun illər erməni lobbisinin də xüsusi səyləri ilə dezinformasiya mühitində 

fəaliyyət göstərən Azərbaycanın multikulturalizm siyasətini dövlət siyasəti 

səviyyəsinə  qaldırması  və  bunun  təbliğatını  aparması  sülhməramlı  oldu-

ğunu  göstərir.  Azərbaycan  sivilizasiyalararası  dialoqu  beynəlxalq  aləmdə 

münaqişələrə bir çarə kimi və əməkdaşlığa bir töhfə kimi təqdim edir, an-

caq Ermənistan regionda multikulturalizmə tamamilə zidd olan irredentist 

siyasətindən əl çəkmir.

Sivilizasiyalararası  toqquşma  xarakterli  bunun  kimi  meyillərin  qarşısı 

alınmasa,  dünyada  çox  böyük  fəlakətlər  yaşanacaqdır.  Multikulturalizm 

siyasətinin  ən  böyük  təbliğatçısı  Azərbaycan  Respublikasının  Prezidenti 

cənab İlham Əliyevin də bildirdiyi kimi: "Ona görə, indiki zamanda daha 



çox  bu  məsələlər  gündəlikdə  olmalıdır,  müsbət  meyillər  üstünlük  təşkil 

etməlidir.  Bizi  narahat  edən  məsələlər  haqqında  açıq  danışmalıyıq.  Bakı 

Forumunun  məqsədi  bundan  ibarətdir.  Misal  üçün,  islamofobiya  bütün 

İslam  aləmini  narahat  edir,  incidir.  Çünki  həm  bəzi  kütləvi  informasiya 

vasitələri, həm də bəzi qeyri-hökumət təşkilatları, bəzi siyasətçilər qəsdən 

islam haqqında, dinimiz haqqında mənfi rəy formalaşdırırlar. İslamı ter-

rorla eyniləşdirirlər. Halbuki terrordan ən çox əziyyət çəkən elə müsəlman 

ölkələridir. Bəzi Avropa ölkələrinin rəhbərləri “Stop islam” deyirlər. Bəziləri 

deyir ki, biz miqrantları qəbul etməyə hazırıq, ancaq müsəlman miqrant-

ları yox. Bu, nədir? Bu, XXI əsrdə Avropada yenidənmi faşizmin baş qal-

dırmasıdır? Əfsuslar olsun ki, buna nə beynəlxalq təşkilatlar, nə ayrı-ayrı 

ölkələr reaksiya verir, sanki bu, belə də olmalıdır. Çox təhlükəli meyillərdir 

və biz mütləq bu barədə danışmalıyıq. Müsəlman aləmində gedən radi-

kallaşma, radikal qüvvələrin daha böyük dəstək qazanması da narahate-

dici amillərdir. Ona görə, hesab edirəm ki, biz bu məsələləri açıq şəkildə 

müzakirə etməliyik" [2]. 

Bu kontekstdə keçirilən digər tədbirlərdə qəbul edilən bəyannamələrdə 

də mədəniyyətlərarası, konfessiyalararası və sivilizasiyalararası səmərəli di-

aloqa nail olmaq istiqamətində qazanılmış nailiyyətlərə baxmayaraq, dün-

yada hələ də ksenofobiya, irqi ayrı-seçkilik, dözümsüzlük və multikultura-

lizm siyasətinin nailiyyətləri və imkanlarının nəzərə alınmaması hallarının 

olduğu xüsusi qeyd olunmuşdur. Azərbaycanda bu tədbirlərin keçirilməsi 

xarici mətbuatda da maraqla qarşılanmış və geniş müzakirələrə səbəb ol-

muşdur.

Bakıda  2015-ci  ildə  Avropa  Oyunlarının,    2017-ci  ilin  may  ayında 



4-cü  İslam  Həmrəylik  Oyunlarının  möhtəşəm  şəkildə  təşkil  olunması 

dostluq,  qarşılıqlı  anlaşma,  həmrəylik  və  tərəfdaşlıq  istiqamətində  atı-

lan mühüm addımlardandır. Əsası Azərbaycan xalqının Ümummilli lideri 



STRATEJİ TƏHLİL | Say 3-4 (21-22) • 2017

127

Heydər  Əliyev  tərəfindən  qoyulan  və  Azərbaycan  Rspublikasının  Prezi-

denti İlham Əliyevin də uğurla davam etdirdiyi multikulturalizm siyasəti 

nəticəsində  Azərbaycan  dinlərarası  və  sivilizasiyalararası  bir  mərkəzə 

çevrilmişdir.  Qədim  dövrlərdən  multikulturalizmin  Azərbaycanda  geniş 

yayılması,  onun  xalqımızın  həyat  tərzinə  çevrilməsi  və  müasir  dövrdə 

dövlət  siyasətinin  əsas  istiqamətlərindən  biri  olması  ölkəmizin  multi-

kultural  təhlükəsizliyinin  yüksək  səviyyədə  olmasını  təmin  etmişdir  [11, 

s.6-8]. Multikultural təhlükəsizlik prinsipləri Azərbaycan kimi kiçik, amma 

dərin kökə və tarixə malik ölkələr üçün digər təhlükəsizlik doktrinalarının 

prinsipləri qədər vacib və zəruridir [5, s.4]. 

Azərbaycan  Respublikasının  çoxdinli  və  çoxmillətli  olması  Azərbaycan 

dövlətinin də multikulturalizm kontekstində humanist dəyərlər bazasında 

siyasət  formalaşdırmasına  təsir  göstərmişdir.  Digər  ölkələrin  əksinə  tor-

paqlarının  20%-nin  işğal  olunmasına  baxmayaraq  Azərbaycan  hökuməti 

ölkədə  tarixdən  bəri  həyat  tərzinə  çevrilən  multikulturalizm  dəyərlərini 

dövlət siyasətinə tətbiq etməyə müvəffəq olmuşdur. Bununla da dünya-

da sülhün bərqərar olması və münaqişələrin həll olunması istiqamətində 

beynəlxalq  aləmdə  özünəməxsus  "Azərbaycan  multikulturalizmi"  adında 

yeni  bir  model  ortaya  çıxmışdır.  Polietnik  bir  dövlət  olan  Azərbaycanda 

dinlərarası dialoq, birgəyaşayış və tolerantlığın dünyanın bir çox polietnik 

regionları  üçün  nümunə  olan  xüsusi  modeli  formalaşmışdır.  Fərqlilikləri 

zənginlik olaraq qəbul edən Azərbaycan üçün multikulturalizm konsepsi-

yası, xarici siyasətinin də vasitələrindən biri kimi qəbul edilmişdir. 



Nəticə

Beynəlxalq münasibətlər tarixinə nəzər yetirdiyimiz zaman fərqli miq-

yaslarda qarşıdurmaların meydana gəldiyini və bu münaqişələrin regio-

nal və qlobal səviyyədə ağır nəticələrə səbəb olduğunu müşahidə edirik. 

İnsanlar, cəmiyyətlər və dövlətlər arasında meydana gələn qarşıdurmalar 

həm  lokal,    həm  də  regional  və  qlobal  səviyyədə  sülh  və  sabitliyi  po-

zaraq cəmiyyətlərin sülh və rifah içərisində yaşamalarına maneə törədir. 

Yaşadığımız dövrdə qloballaşma prosesinin də təbii nəticəsi kimi yalnız 

dövlətlər  deyil,  dövlətlərin  xaricində  qalan  qeyri-hökumət  təşkilatları, 

şirkətlər və fərdlərarası əlaqələr daha çox inkişaf etmişdir. Bu formatdakı 

münasibətlər sisteminin möhkəm əsaslarla davam etməsi üçün qlobal və 

regional səviyyədə bütün sahələrdə ortaq sülh və rifah platformalarının 

yaradılmasına, xalqlar və mədəniyyətlər arasında dialoq körpülərinin for-

malaşdırılmasına ehtiyac vardır. 

Qloballaşma prosesinin də çoxşaxəli təsirləri ilə artıq yaşadığımız dün-

ya  kiçik  bir  kəndə  çevrilir.  Dünyamız  bir  tərəfdən  qloballaşmaqda,  digər 




STRATEJİ TƏHLİL | Say 3-4 (21-22) • 2017

128 

tərəfdən  də  regionlaşmaqdadır.  Qloballaşma  prosesinin  mənfi  təsirlərini 

kənarda  tutaraq,  qloballaşma-regionlaşma  prosesini  fürsət  bilərək  ortaq 

humanitar  və  ictimai  dəyərlərə  bağlı  cəmiyyətlərarası  dialoq  körpüləri 

meydana gətirməklə regionda və dünyada əbədi bir sülh tənzimlənə bilər. 

Bu ideyaları həyata keçirmək üçün beynəlxalq aləmdə münaqişələrə səbəb 

olan  amillərin  müəyyənləşdirilməsi  və  təsirlərinin  aradan  qaldırılması 

zəruridir. Bu kontekstdə imperializm, milliyyətçilik, ksenofobiya, rasizm, is-

lamofobiya, irredentizm və dövlət dəstəkli terrorizm siyasətləri beynəlxalq 

münaqişələrə səbəb olan əsas amillər kimi nəzərə çarpır. Fərqliliklərə dö-

zümsüzlük  nümayiş  etdirildiyinə  görə  dünyamızda  müxtəlif  qarşıdurma-

lar, qanlı müharibələr və böyük miqyaslı münaqişələr meydana gəlmişdir. 

Halbuki  bu  fərqliliklər  insanlar,  cəmiyyətlər  və  dövlətlər  üçün  həqiqi 

mənada zənginlik olaraq qəbul edilməlidir. Tədqiqatımızda biz bu amillərin 

dövlətlər arasındakı münasibətlərə, xalqlar arasındakı əlaqələrə və eləcə də 

beynəlxalq siyasətə təsirini müqayisəli şəkildə təhlil etdik. Nəticə etibarilə, 

bu  amillərin  beynəlxalq  münaqişələrə  səbəb  olduğu  qənaətinə  gəlirik. 

Müasir tarixin göstərdiyi bu faktı həm qlobal miqyasda, həm də regional 

müstəvidə həyata keçirilən strategiyalar təsdiq edir.

Qlobal güc hesab edilən dövlətlərin başqalarının dəyərlərini ələ keçirmək 

və ya idarə etmək məqsədi ilə tətbiq etdikləri siyasətlərin əsası imperializm, 

milliyyətçilik, ksenefobiya, rasizm, islamofobiya və digər vasitələrdir. Bun-

lardan  birinə  misal  kimi  deyə  bilərik  ki,  1988-ci  ildən  etibarən  terrorizm 

və  irredentizm  Ermənistanın  xarici  siyasətində  "məharətlə"  istifadə  etdiyi 

bir  xarici  siyasət  vasitəsinə  çevrilmişdir.  Qafqaz  regionunda  Ermənistan 

dövləti tərəfindən tətbiq edilən separatizmə əsaslanan irredentizm siyasəti 

və dövlət dəstəkli terrorizm strategiyası həm regional təhlükəsizliyin təmin 

edilməsini, həm də dünyada sülhün bərqərar olmasını birbaşa təhdid edir. 

Bu vasitələrin alternativi isə "tolerantlıq", "dözümlülük", "birlikdə yaşama" 

və "dialoq" prinsiplərinə əsaslanan multikulturalizmdir. 

Beynəlxalq  münasibətlər  sistemində  beynəlxalq  münaqişələrin 

dinc  həlli  vasitəsi  kimi  məqalədə  sadaladığımız  beynəlxalq  hüquqda 

müəyyənləşdirilən ənənəvi metodlarla yanaşı yeni vasitələrə ehtiyac duyu-

lur. "Azərbaycan multikulturalizmi" modeli beynəlxalq münaqişələrin dinc 

həlli vasitəsi kimi beynəlxalq müstəvidə təbliğ olunmalıdır. Qafqaz regio-

nunda Ermənistan dövləti irredentizmə, dövlət dəstəkli terrorizm siyasətinə 

məruz  qalmasına  baxmayaraq,  Azərbaycan  Respublikası  multikulturalizm 

siyasətini inamla həyata keçirməyə davam etmişdir. Bununla da beynəlxaq 

siyasətdə  Azərbaycanın  tarixinə,  ənənələrinə,  mədəniyyətinə  əsaslanan 

"Azərbaycan multikulturalizmi" modeli formalaşmışdır.

Azərbaycan  2011-ci  ildən  başlayaraq  Bakı  Beynəlxalq  Humanitar  Fo-

rumu  çərçivəsində  Bakıda  Mədəniyyətlərarası  Dialoq  Forumu  və  bu 




STRATEJİ TƏHLİL | Say 3-4 (21-22) • 2017

129

istiqamətdə  beynəlxalq  səviyyədə  müxtəlif  tədbirlər  təşkil  etməkdə  da-

vam  edir.  Həqiqətən  də,  Azərbaycanda  multikulturalizmin  həm  həyat 

tərzinə  çevrildiyini,  həm  də  dövlət  siyasətinin  ideologiya  bazasını  təşkil 

etdiyini  müşahidə  edirik.  Multikulturalizmin  alternativi  isə  dözümsüzlük, 

özünütəcriddir.  Müasir  dövrümüzdə  ayrı-seçkilik,  diskriminasiya,  kseno-

fobiya,  islamofobiya  kimi  xoşagəlməz  meyillərə  biganə  yanaşılmama-

lıdır.  Multikulturalizmdən  meydana  gələn  dəyərlərin,  fikirlərin  əsasları 

möhkəmləndirilməlidir.  Multikulturalizm  digər  mədəniyyətlərin,  xalqların 

və  dinlərin  nümayəndələrinə  hörmətdir.  Multikulturalizmdə  ayrı-seçkiliyə 

yol  verilmir.  Multikulturalizmin  bərqərar  olduğu  ölkələrdə  bütün  xalqlar, 

dinlər həmrəy olurlar. Bu kontekstdə deyə bilərik ki, Azərbaycanın uğurla 

və inamla tətbiq etdiyi özünəməxsus multikulturalizm modeli beynəlxalq 

münaqişələrin  dinc  həlli  vasitələrindən  biri  kimi  qəbul  edilməli  və  digər 

dövlətlər tərəfindən də bəyənilərək tətbiq edilməlidir.  

İstifadə edilmiş ədəbiyyat:

Azərbaycan dilində:

1.  Azərbaycançılıq  birliyimizin  əsasıdır,  2001-ci  ilin  noyabrın  9-10-da  Bakıda  keçi-

rilmiş  Dünya  Azərbaycanlılarının  I  Qurultayında  və  "Gülüstan"  sarayındakı  rəsmi 

qəbulda  Azərbaycan  Respublikasının  Prezidenti  Heydər  Əliyevin  nitqi.  Bakı: 

Azərbaycan nəşriyyatı, 2002,  34 s. - http://shirvan.cls.az/front/files/libraries/2474/

books/932151690.pdf

2.  Azərbaycan  Respublikasının  Prezidenti  cənab  İlham  Əliyevin  nitqi.  -  http://ba-

kuforum.az/az/azerbaycan-respublikasinin-prezidenti-cenab-ilham-eliyevin-

nitqi/?fid=2832#speaker

3.  III Bakı Beynəlxalq Humanitar Forumunun açılışında İlham Əliyevin nitqi. /31.10.2013/ 

-  http://president.az/mobile/articles/10112 

4.  V  Beynəlxalq  Humanitar  Forumun  rəsmi  açılış  mərasimində  İlham  Əliyevin  nitqi. 

/29.09.2016/ - http://president.az/articles/21234 

5.  Abdullayev  K.  Azərbaycanda  multikultural  təhlükəsizlik  prinsipləri.  //  "Yeni  

Azərbaycan" qəzeti, 24 iyun 2015-ci il, s. 4.

6.  Aslanova R. Azərbaycanda tolerantlıq ənənəsinin fəlsəfi-tarixi, mədəni əsasları. // 

"Azərbaycan" qəzeti, 21 noyabr 2014-cü il, s. 6.

7.  Həsənov  Ə.  Heydər  Əliyev  və  milli  dövlətçilik  təlimi  -  azərbaycançılıq.  //  "Xalq" 

qəzeti, 9 may 2010-cu il.  - http://www.xalqqazeti.com/az/news/politics/1353 

8.  Hüseynov L. Beynəlxalq hüquq. Bakı: Hüquq ədəbiyyatı, 2002, 418 s.

9.  Qurbanlı M. Azərbaycanı tolerantlığın ən mükəmməl nümunəsinə çevirən lider. // 

"Azərbaycan" qəzeti, 06 may 2015-ci il.

10. Mehdiyev R. Azərbaycançılıq – milli ideologiyanın kamil nümunəsi. // “Azərbaycan” 

qəzeti, 9 noyabr 2007-ci il. 

11. Nəcəfov  E.  Azərbaycan  Respublikasının  multikulturalizm  siyasətinin  onun  xarici 

siyasətinə təsiri. // "Strateji təhlil" jurnalı, say 1-2 (15-16), 2016, s. 35-43.

12. Niftiyev  N.  Azərbaycanda  birgəyaşayış  və  multikulturalizm.  Bakı:  Bakı  Beynəlxalq 

Multikulturalizm Mərkəzi, 2015, 408 s.




STRATEJİ TƏHLİL | Say 3-4 (21-22) • 2017

130 

Türk dilində:

13. Başeren S.H. İnsan hakları ve terörizm, insan hakları ve güvenlik içinde. // Ankara: 

"Türkiye barolar birliği insan hakları araştırma ve uygulama merkezi" yayını,  No. 1, 

2001, s.195-224.

14. Oran B. Azgelişmiş ülke milliyetçiliği, kara Afrika modeli. İstanbul: "Bilgi yayınevi", 

2008, 400 s.

15. Pazarcı H. Uluslararası hukuk dersleri (IV. Kitap). Ankara: "Turhan kitabevi", 2016, 432 

s.

16. Poulantzas N. Faşizm ve diktatörlük. /Çev. Ahmet İnsel/. İstanbul: "İletişim yayınları", 



2004, 414 s.

17. Watt W.M. Geçmişten günümüze Müslüman-Hıristiyan diyaloğu. /Çev. Fuat Aydın/. 

İstanbul: "Birey yayıncılık", 2000, 221 p.

Avropa dillərində:

18. Ambrosio T. Irredentism: ethnic conflict and international politics. Westport: "Prea-

ger publishers", 2001, 240 p.

19. Ancillon J.P.F. De la souveraineté, et des formes de gouvernement: essai destiné à la 

rectification de quelques principes politiques. Paris: "Nabu press", 2011, 174 p.

20. Aras G., Crowther D. Governance and social responsibility: international perspecti-

ves. London: "Palgrave macmillan", 2011, 352 p. 

21. Basset J.C., Desire J.S. Les chrétiens et la diversité religieuse. Paris: "Karthala", 2011, 

264 p.

22. Baum  G.  Interreligious  dialogue:  a  roman  catholic  perspective.  //  "Global  media 



journal", Volume 4, Issue 1, p. 5-20. - http://www.gmj.uottawa.ca/1101/v4i1_baum.

pdf


23. Dawisha K. Conflict, cleavage, and change in Central Asia and the Caucasus. Camb-

ridge: "Cambridge University press", 1997, 448 p. 

24. Huntington  S.P.  The  clash  of  civilizations  and  the  remaking  of  world  order.  New 

York: "Simon and Schuster", 2011, 368 p.

25. Jodelet D. Formes et figures de l’altérité. // L'Autre : Regards psychosociaux, Chapit-

re 1, p. 23- 47, Grenoble : "Les presses de l’université de Grenoble", 2005, 416 p.

26. Kant I. Perpetual peace and other essays: on politics, history, and morals. Tr. Ted 

Humphrey.  Cambridge: "Hackett publishing company", 1983, 152 p.

27. Malek G.N. Christian-Muslim Dialogue // "Missiology: An International Review", Vol. 

XV, No. 3, July 1998, pp. 279–286.

28. Multiculturalism. /First published Fri Sep 24, 2010; substantive revision Fri Aug 12, 

2016 / - https://plato.stanford.edu/entries/multiculturalism/

29. Multiculturalism. - https://www.britannica.com/topic/multiculturalism 

30. Nitzan J., Bichler S. Le capital comme pouvoir: une étude de l’ordre et du créordre. 

Paris: "Max Milo editions", 2012, 760 p. 

31. Rees R., Collier M., Marriott B. Headstart in history: colonisation and conflict 1750-

1990. Oxford: Heinemann, 2002, 256 p.

32. Rousseau J.J. Du contrat social, ou principes du droit politique in collection complète 

des  oeuvres.  Genève:  "Rousseauonline",  1780-1789,  vol.  1,  in-4°,  114  p.  -  http://

www.rousseauonline.ch/pdf/rousseauonline-0004.pdf   

33. Shaw M.N. International law. Cambridge: "United Kingdom at the university press", 

1431  p.  -  http://pc-freak.net/international_university_college_files/Cambridge%20

University%20Press%20-%20Malcolm%20N.%20Shaw%20-%20International%20

Law,%205th%20Edition.pdf 




STRATEJİ TƏHLİL | Say 3-4 (21-22) • 2017

131

34. Smith A.D. The ethnic origins of nations. Oxford: "Blackwell", 1999, 312 p.

35. Smock D.R. Interfaith dialogue and peace building. Washington: "United States Ins-

titute of Peace press", 2002, -150 p.

36. Tase P. Azerbaijani model of multiculturalism. // "Foreign Policy News", 02 Novem-

ber  2016,  http://foreignpolicynews.org/2016/11/02/azerbaijani-model-multicultu-

ralism/  

37. Thual F. La mondialisation des religions, toujours recommencée? // "Hérodote", No. 

108, 2003, pp. 189-205. - http://www.cairn.info/revue-herodote-2003-1-page-189.

htm  


38. Wardlaw G.  Political  terrorism:  theory,  tactics  and  counter-measures.  Cambridge: 

"Cambridge University press", 1998, 268 p.



Samir Guliyev

The significance and possibilities of the "model of multiculturalism 

of Azerbaijan" for prevention of international conflicts

Imperialism, nationalism, xenophobia, racism, islamophobia, irredentism 

and state-sponsored terrorism policies are considered as the main factors 

that lead to international conflicts.  There is a need for new tools based on 

a civil basis in traditional methods for the solution of international disputes 

by peaceful means. Various world conflicts, large-scale bloody wars and 

conflicts have occurred due to the intolerance demonstrated for diversity. 

In  fact,  this  process  has  suffered  most  of  humanity.  The  differences 

should be regarded as the true wealth for the people, communities and 

states. Nowadays, negative trends such as discrimination, discrimination, 

xenophobia,  islamophobia  should  not  be  indifferent.  There  is  a  need 

to  strengthen  the  foundations  of  values  and  ideas  of  multiculturalism. 

Multiculturalism  is  respect  for  other  cultures,  nations  and  religions.  In 

this  context,  model  of  multiculturalism,  successfully  and  confidently 

implemented by Azerbaijan, should be considered as one of the peaceful 

resolution of international conflicts and replicated in other states.



Самир Гулиев

Значение и возможности «модели мультикультурализма 

Азербайджана» для проедотвращения международных 

конфликтов

Империализм,  национализм,  ксенофобия,  расизм,  исламофобия, 

ирредентизм и финансируемые государством политики по борьбе с 

терроризмом является основныем и факторами  которые приводят к 

международным конфликтам. В разрешении международных споров 

мирными  средствами,  рядом  с  традиционных  методов,  необходима 

использовать новые инструменты которые базируются на цивилизо-



STRATEJİ TƏHLİL | Say 3-4 (21-22) • 2017

132 

ванной  основе.  Из-за  нетерпимости  к  различиям  происходили  мас-

штабные кровопролитные войны и конфликты. На самом деле, из-за 

этих процессов человечество пострадала больше всего. Эти различия 

на самом деле следует рассматривать как истинное богатство людей, 

общин и государств. В настоящее время, человечество не должна быть 

равнодушным  к  таким  негативным  тенденциям  как  дискриминация, 

ксенофобия и исламофобия. Необходимо укрепить основы ценностей 

и идей мультикультурализма. Мультикультурализм это уважение к дру-

гим  культурам,  народам  и  религиям.  В  этом  контексте,  собственную 

модель  мультикультурализма  которую  Азербайджан  успешно  и  уве-

ренно реализовавал, следует рассматривать как одно из средств мир-

ного урегулирования международных споров и должны применяться 

в других странах.



Məqalə redaksiyaya daxil olmuşdur:  16.08.2017

Təkrar işləməyə göndərilmişdir:  20.09.2017

Çapa qəbul edilmişdir:  11.10.2017

Document Outline

  • StratejiTehlil_21-22.

Yüklə 233,96 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə