Strateji TƏHLİL



Yüklə 233,96 Kb.
Pdf görüntüsü
səhifə9/10
tarix14.05.2018
ölçüsü233,96 Kb.
#43535
1   2   3   4   5   6   7   8   9   10

STRATEJİ TƏHLİL | Say 3-4 (21-22) • 2017

124 

keçmişdə olduğu kimi müasir dövrdə də Şərqlə Qərb arasında körpü ro-

lunu  oynayır.  Sürətlə  qloballaşan  dünyada  ən  mühüm  məsələlərdən  biri 

olan mədəniyyətlərarası və dinlərarası dialoqu nəzərə alaraq 2008-ci ildə  

“Bakı prosesi” adlı təşəbbüs həyata keçirilmişdir. Bu təşəbbüs regionda və 

beynəlxalq aləmdə təhlükəsizliyə töhfə baxımından da mühüm addımlar-

dan biri hesab olunur. “Bakı prosesi” çərçivəsində 2008 və 2009-cu illərdə 

Avropa Şurasına üzv ölkələrin mədəniyyət nazirləri ilə İslam  Əməkdaşlıq 

Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin də birgə iştirakı ilə Ba-

kıda  mühüm  forum  keçirilmişdir.  Azərbaycanın  səyləri  nəticəsində  bu  iki 

fərqli  sivilizasiyaya  malik  beynəlxalq  təşkilarlar  arasında  ilk  dəfə  belə  bir 

əlaqə yaradılmış, qlobal təşəbbüs xarakterli bu siyasət həmrəylik, qarşılıqlı 

anlaşma və mədəniyyətlərarası dialoqa öz töhfəsini verməkdə davam edir.

Azərbaycan  2011-ci  ildən  başlayaraq  Bakı  Beynəlxalq  Humanitar  Fo-

rumu  çərçivəsində  Bakıda  Mədəniyyətlərarası  Dialoq  Forumu  təşkil  edir 

[36]. 2011-ci ilin 10-11 oktyabr tarixlərində keçirilən 20-dən çox ölkənin 

nümayəndələrinin  iştirak  etdiyi  "XXI  əsr:  ümid  və  çağırışlar"  adlı  forum-

da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məzmunlu 

nitqində bildirdiyi kimi əsrlər boyu Azərbaycanda müxtəlif mədəniyyətlərə 

mənsub olan xalqlar bir ailə kimi yaşamışlar. Bütün dövrlərdə Azərbaycanda 

hökm sürən ictimai-siyasi quruluşdan asılı olmayaraq, bütün xalqlar bir ailə 

kimi yaşamışlar. Azərbaycanda milli, yaxud dini zəmində heç bir qarşıdur-

ma, anlaşılmazlıq olmamış, heç vaxt ayrı-seçkiliyə yol verilməmişdir. Bu gün 

müstəqil Azərbaycan bu ənənələrə sadiqdir. Forumda cənab İlham Əliyev 

qətiyyətlə bildirmişdir: "Multikulturalizmin  alternativi özünütəcriddir. Mən 

inanmıram ki, iyirmi birinci əsrdə, qloballaşan dünyada hər hansı bir siya-

si qüvvə özünütəcrid siyasətini aparmağa cəhd etsin. Bu yol heç bir yerə 

aparmır. Multikulturalizmin dəyərləri, əsasları möhkəmləndirilməlidir. Mul-

tikulturalizm  başqa xalqın nümayəndəsinə hörmət,  başqa dinə hörmətdir. 

Öz dininə hörmət  başqa dinə hörmətdən başlayır. Multikulturalizm  ayrı-

seçkiliyə  yol  vermir,  əksinə  bütün  xalqları  birləşdirir.  Eyni  zamanda,  hər 

bir ölkənin öz qaydaları, öz ənənələri vardır. Hər bir insan – həm ölkənin 

vətəndaşı, həm ölkəyə gələn qonaq, əlbəttə ki, o qaydalara, o ənənələrə 

hörmətlə yanaşmalıdır. Mən əminəm ki, bu amillərin sintezi nəticəsində bu 

gün  müxtəlif  dairələrdə  multikulturalizmlə  bağlı  səslənən  bədbin  fikirlər 

aradan götürüləcəkdir" [2]. 

Bu çağırışın davamı olaraq 2012-ci ilin 4-5 oktyabr tarixlərində keçirilən II 

Bakı Beynəlxalq Humanitar Forumunda 70 ölkəni və 7 mötəbər beynəlxalq 

təşkilatı  təmsil  edən  700  nəfərlə  birlikdə  bir  çox  mötəbər  insanın  iştirak 

etməsi Azərbaycanın bu sahəyə önəm verməsi və beynəlxalq aləmdə bu 

istiqamətdə geniş lobbiçiliyinin də müsbət nəticəsidir. 2013-cü ildə baş tu-

tan III Bakı Beynəlxalq Humanitar Forumunda isə 800 nəfər iştirak etmiş və 




STRATEJİ TƏHLİL | Say 3-4 (21-22) • 2017

125

multikulturalizm kontekstində geniş müzakirələr aparılmışdır. Bu forumda 

da cənab İlham Əliyev çıxış edərək, XXI əsrdə multikulturalizmə alternati-

vin olmadığını, multikulturalizmlə bağlı problemlərin açıq şəkildə müzakirə 

edilməsinin  zəruri  olduğunu  və  multikulturalizmin  Azərbaycanın  dövlət 

siyasəti və həyat tərzi olduğunu vurğulamışdır" [3].

Forumun  sonunda  qəbul  edilən  bəyannamədə  xüsusi  olaraq  vurğu-

lanmışdır ki, bu toplantıda iştirak edənlər multikulturalizm sahəsində bir 

çox ölkələrin, o cümlədən Azərbaycanın uğurlarını etiraf edir və müxtəlif 

ölkələrin  cəmiyyətdə  konsensus  əldə  olunmasına  yönəldilən  dövlət 

siyasətinin  əsas  tərkib  hissəsi  kimi  qazanılmış  təcrübənin  öyrənilməsini 

zəruri hesab edirlər. Eyni zamanda ksenofobiya, irqçilik və dözümsüzlüyün 

qarşısının alınması, tolerantlıq mədəniyyətinin formalaşdırılması məqsədilə 

məqsədyönlü addımların atılmasının vacib olduğu bildirilmişdir.

Multikulturalizmin həyat tərzinə çevrildiyi Azərbaycanın dünyaya tole-

rantlıq nümunəsi olaraq daha geniş tanıdılmasının vacibliyini, eləcə də ayrı-

ayrı ölkələrdəki müxtəlif multikultural modellərə xas fəlsəfi, sosial, siyasi və 

digər aspektlərin Azərbaycan reallığında təhlili və təşviqinin əhəmiyyətini 

nəzərə alaraq Prezident İlham Əliyevin 15 may 2014-cü il tarixli Fərmanı 

ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılmışdır. Azərbaycanda 

həyat  tərzinə  çevrilən  multikulturalizm  ənənəsinin  dövlət  siyasəti  kimi 

də  mənimsənilməsi  mühüm  hadisədir.  Multikulturalizmin  ölkə  xaricində 

və daxildə təbliğ olunması məqsədi daşıyan bu mərkəzin yaradılması isə 

Azərbaycanın humanist siyasət apardığının bariz nümunəsidir. 

2014-cü  ildə  keçirilən  Humanitar  forumda  "Multikulturaliz-

min  müqayisəli  tədqiqləri:  nəzəriyyədən  humanist  təcrübəyə  doğru" 

istiqamətində müzakirələr aparılmış və bununla əlaqəli olaraq qəbul olunan 

bəyannamədə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması al-

qışlanmış  və  Azərbaycan  Respublikasının  təşəbbüsü  ilə  keçirilən  ənənəvi 

Bakı  Beynəlxalq  Humanitar  Forumunun  postmodern  dövrün  əsas  dəyəri 

kimi humanist təcrübəyə əsaslanan multikulturalizmin inkişafına mühüm 

töhfə verdiyi qeyd olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti İl-

ham Əliyevin 11 yanvar 2016-cı il tarixli Sərəncamı ilə 2016-cı il Azərbaycan 

Respublikasında “Multikulturalizm ili” elan edilmiş və buna müvafiq olaraq 

da ilboyu müxtəlif qurumlar tərəfindən ölkə daxilində və xaricdə tədbirlər 

həyata keçirilmişdir. 2014-cü il sentyabrın 26-da BMT Baş Məclisinin 69-cu 

sessiyasında Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun 2016-cı ildə 

Bakıda keçirilməsi barədə qərar qəbul edilmişdir. Buna müvafiq olaraq 26 

aprel 2016-cı ildə Bakıda dünyanın 140-dan çox ölkəsindən nümayəndə 

heyətlərinin,  çoxsaylı  beynəlxalq  təşkilatların,  dini  konfessiyaların,  QHT 

nümayəndələrinin iştirak etdiyi Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar 

Alyansının 7-ci Qlobal Forumu keçirilmişdir. 




Yüklə 233,96 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə