Strateji TƏHLİL



Yüklə 233,96 Kb.
Pdf görüntüsü
səhifə3/10
tarix14.05.2018
ölçüsü233,96 Kb.
#43535
1   2   3   4   5   6   7   8   9   10

STRATEJİ TƏHLİL | Say 3-4 (21-22) • 2017

112 

milliyyətçiliyinin"  (state  nationalism)  də  ən  yaxşı  nümunələrindən  biridir. 

"Dövlət milliyyətçiliyi" siyasi olaraq xalqın əsas milli ünsürləri (dil, din, ge-

netik,  etnik  mənşə)  fərqli  olsa  da,  birlik  içərisində  mərkəzi  idarəyə,  milli 

dövlətə  tabe  olmasıdır.  "Etnik  milliyyətçilik"  (ethnic  nationalism)  isə  əsas 

milli  ünsürləri  ortaq  qan  bağı,  ortaq  dil  və  ortaq  ölkə  olan  milliyyətçilik 

formasıdır.  Bu  cür  milliyyətçiliyə  tarixdən  ən  yaxşı  nümunə  kimi  alman 

milliyyətçiliyini  göstərmək  mümkündür.  Erməni,  xorvat,  serb  və  alban 

milliyyətçiliyi də bu cür milliyətçiliklərdəndir. Müasir dövrümüzdə də səbəbi 

milliyyətçilik olan münaqişələr meydana gəlir və birlikdə sülh içərisində ya-

şamağa maneəçilik törədir.

Bu  gün  demək  olar  ki,  dünyanın  müxtəlif  coğrafiyalarında  etnik 

münasibətlərin  səbəb  olduğu  və  etnik  azlığa  sahib  olmasa  da  bütün 

ölkələri maraqlandıran problemlər mövcuddur. 1960-cı illərin əvvəllərindən 

etibarən  etnik,  mədəni  ayrı-seçkiliklər  çərçivəsində  hadisələrin  inkişaf 

etməsi  cəmiyyətlərdə  milliyyətçilik  faktının  açıq  şəkildə  hiss  edilməsinə 

gətirib  çıxarmışdır.  Böyük  həcmdə  immiqrant  və  qaçqın  axınlarının  mü-

asir  cəmiyyətlərin  beşiyi  hesab  edilən  Qərb  dünyasına  doğru  yayılma-

sı  nəticəsində  etnik  və  mədəni  müxtəliflik  bu  cəmiyyətlərdə  daha  çox 

müzakirə obyektinə çevrilmişdir. Məcburi köçkünlərin getdikləri ölkələrdə 

etnik tarazlığa ciddi təsir etməsi nəticəsində öz vətənlərində azlıq statusu-

na düşmə təhlükəsi həmin dövlətləri bəzi tədbirlər almağa məcbur etmiş-

dir. 

Smit 1986-cı ildə ikiqütblü sistemi və nüvə bloklaşmasını klassik milli 



dövlət anlayışını zəiflədən bir ünsür kimi dəyərləndirərək bloklara daxil olan 

dövlətlərin öz başlarına hərəkət edə bilmədiklərini vurğulayırdı [34, s.32]. 

"Soyuq müharibə"dən sonra ən isti münaqişələr və regional qarşıdurma-

lar milliyyətçilik bazasında formalaşmışdır. Smit milliyətçilikdən mütəmadi 

olaraq irqçiliyin və irqçilikdən də milliyyətçiliyin meydana gəldiyini müdafiə 

edir. Balibara görə: "İrqçilik milliyyətçiliyin yalnız "xaricə yansıması" deyil, 

milliyyətçiliyə bir əlavədir. Daha doğrusu, milliyyətçiliyə bir daxili əlavə olub, 

ona nisbətən hər zaman həddindən çox radikaldır. Amma milliyətçiliyin in-

şası üçün daima vacibdir" [16, s.361].

Bir "üst-milliyyətçilik" olaraq da xarakterizə edilən irqçilik eyni soydan 

gələn,  lakin  eyni  siyasi  birlik  içərisində  olmayan,  aid  olduqları  ittifaqlara 

işğalçılıq və imperialist xarakterini qazandıran bir cərəyan kimi formalaş-

mışdır. İrqçiliklə milliyyətçilik arasındakı əlaqənin "mükəmməl" versiyasının 

faşizm tərəfindən inşa edildiyi hamı tərəfindən qəbul edilən bir faktdır. Fa-

şizm bir iqtidar praktikasını, bir rejim formasını və  "fövqəladə bir dövlət 

formasını" göstərməklə yanaşı, eyni zamanda bir ideologiyanı da ifadə edir 

[16, s.367-369]. 

Bu  təhlillərə  əsaslanaraq  deyə  bilərik  ki,  insanların  yaşadığı  qanlı 




STRATEJİ TƏHLİL | Say 3-4 (21-22) • 2017

113

müharibələrin  səbəblərindən  ən  mühümü  irqçiliyə,  ayrı-seçkiliyə,  kseno-

fobiyaya əsaslanan milliyyətçilik olmuşdur. Hitler nasizminin yaranmasın-

da,  İtaliyadakı  faşizmin  yayılmasında,  daha  sonra  meydana  gələn  etnik 

müharibələrin və münaqişələrin gündəmə gəlməsində milliyyətçiliyin bö-

yük rolu olmuşdur. Milliyyətçiliyin həddindən artıq şişirdilməsi nəticəsində 

ortaya çıxan mövcud vəziyyətin dövlətlərin daxili və xarici siyasətlərinə təsir 

göstərməsi ilə birlikdə münaqişələr də qloballaşmışdır. 

Ayrı-seçkiliyin ən qədim formalarından biri olan rasizm (irqçilik) və kse-

nofobiya (əcnəbi qorxusu-nifrəti) tarixdən bəri etnik təmizləmə, soyqırımı, 

qırğın, məcburi köçürülmə, ac buraxma, təcavüz kimi fərqli şiddət və zülm 

metodları ilə yaşadığımız dövrə qədər təsirini davam etdirmişdir. Yəhudi 

düşmənçiliyi,  milliyyətçilik  hərəkatlarının  inkişaf  etməsi  və  11  sentyabr 

hadisələrindən dərhal sonra ABŞ və Avropa cəmiyyətlərində sürətlə yayılan 

"islamofobiya" vasitəsi ilə formalaşdırılan ayrı-seçkilik siyasətləri və davra-

nışları müasir dövrümüzdə insanlığın gələcəyini təhdid edən amillərdən biri 

kimi qarşımıza çıxır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 

də bildirdiyi kimi, ksenofobiya, ayrı-seçkilik, irqçilik, islamofobiya və anti-



semitizm çox təhlükəli meyillərdir. Tarixdə də bir neçə dəfə görmüşük ki, bu 

meyillərin güclənməsi hansı böyük fəlakətlərə yol açmışdır [4]. İslamofobiya 

həqiqətən də çox böyük təhlükə və ədalətsizlikdir. 

Tanınmış amerikalı professor Samuel P. Hantinqtonun ictimai inkişafda 

din amilinin rolunu mütləqləşdirərək irəli sürdüyü "sivilizasiyaların toqquş-

ması" (1993) ideyasının əsas tezisini aşağıdakı kimi ümumiləşdirmək müm-

kündür:  "Daha  geniş  mənada  sivilizasiyalardan  asılı  olan  mədəniyyət  və 

mədəni  kimliklər  "soyuq  müharibə"dən  sonra  dünyadakı  kompromisləri, 

parçalanmaları və münaqişələri formalaşdırmışdır. Sivilizasiyalar arasındakı 

münasibətlər xoşməramlı olmaqdan daha çox konflikt xarakteri daşıyır. Ki-

tabdakı fəsillərin hər biri bu tezislər ilə əsaslandırılmışdır: 1) Modernləşmə 

qərb tərəfdarı olmaqdan fərqlidir və modernləşmənin avtomatik nəticəsi 

"qərbləşmə"  olmur.  2)  Qərb  mədəniyyəti  geriləməyə  başlamış  və  digər 

tərəfdən də Asiya (Uzaq Şərq) və İslam mədəniyyətləri yüksələn xət üzrə 

inkişaf  etməyə  başlamışdır.  3)  Sivilizasiyalar  çərçivəsində  məqsədləri  ba-

xımından bir-birinə bənzəyən dövlətlərin təkrar əməkdaşlıq etməsi fərqli 

cəbhədə olan dövlətlərin qütbləşməsinə səbəb olaraq yeni bir dünya niza-

mını ortaya çıxarır. 4) Qərb dünyasının universallıq iddiası ilə siyasət apar-

ması digər mədəniyyətlərlə, xüsusilə də İslam və Çin sivilizasiyaları ilə qar-

şıdurmaya gətirib çıxarır. 5) Qərbin mövcudluğunu davam etdirə bilməsi 

mərkəz dövlət olaraq ABŞ-dan birbaşa asılıdır. ABŞ-ın mədəni kimliyi univer-

sal kimi görünsə də, oradakı sivilizasiyanın xüsusiyyəti özünəməxsusluqla 

tərif oluna bilər [24, s.69-72].

Qlobal  siyasətin  plüralist  yanaşmasını  qəbul  edərək  qlobal  sülhün 



Yüklə 233,96 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə